Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-872/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: «dəymiş zərərin əvəzinin ödənilməsi » Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6862/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli, AK2/30627 saylı müqavilənin surətindən aydın olur ki, müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təmin edir, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüşdür. İşdə olan abonentin saldosundan görünür ki, abonent Cavabdeh ümumilikdə 2.599,76 (manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə a ktlar əsasında hesblanmış 2018-2019-cu illər üçün hesablanmış 2.373,60 manat, 2010-cu ildə ilin əvvəlinə olan və karta keçirilmiş borc 226,18) manat borcu yaranmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətlərindən görünür ki, cavabdehə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyinə görə itirilmiş təbii qazın bərpası məqsədi ilə ümumilikdə 2.373,60 manat dəymiş zərərə görə borc hesablanmışdır. İş materiallarında olan xəbərdarlıqdan aydın olur ki, yaranmış borc məbləğini ödəməsi cavabdehə təklif edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət e tmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-1507/20 saylı qətnaməsi ilə (hakim E.İ.Məmmədli) iddia qismən təmin edilərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 142,20 manat pul və 10,0 manat dövlət rüsumu olmaqla, cəmi 152,20 (bir yüz əlli iki manat, iyirmi qəpik) manat pul vəsaitinin tutulub İddiaçı hesabına ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6862/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) İddiaçı İB-nin apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməmiş hissəsində işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsi xx.xx.2019-cu il tarixli aktın cavabdeh tərəfindən imzalanması nı qeyd etsə də, həmin akt da cavabdeh tərəfindən imzalanmamış, həmin akt əsasında hesablanmış borc məbləği az olduğundan, yəni borc 142,20 manat hesablandığından, cavabdeh həmin aktın doğruluğunu təsdiq etmiş, apelyasiya instansiyası məhkəməsi isə məntiqə uyğun olmayaraq digər aktlar üzrə hesablanmış borc məbləğini nəzərə almamışdır. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil kas asiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, sonuncu dəfə akt xx.xx.2019-cu il tarixdə tərtib edilmişdir, həmin akt əsasında 142.20 manat borc hesablanmışdır.Cavabdeh məhkəmə iclasında məhz həmin aktdan xəbərdar olduğunu bildirmişdir. Daha sonra akt tərtib edilməmişdir. İş materiallarından məlum olur ki, xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixə qədər tərtib edilmiş müxtəlif aktların surətləri təqdim edilsə də, cavabdeh onlardan xəbərsiz olduğunu bildirmişdir. Həmçinin, aktlarda da cavabdehin imzadan imtina etdiyi göstərilmişdir. “Qaydalar”dan göründüyü kimi, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx.xx.2018-cu il tarixdə qeyri-qanuni qoşulma aşkar olunduğu halda, həmçinin tələbnamə ilə sayğacdankənar qaz xəttinin ləğv edilməsi tələb edildiyi halda, bir il ərzində qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsinin dayandırmaması, bunun əvəzində isə bir neçə dəfə akt tərtib edilərək təkrar borc hesablanması anlaşılan deyildir, bu borcun düzgün hesablanmaması qənaətinə gəlmək üçün əsasdır. İş materialla rından görünür ki, qazpaylayıcı ilə cavabdeh arasında qazın alqısatqısına dair müqavilə xx xxxx 2018-ci il tarixdə bağlanmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş ilk aktın tarixi isə xx.xx.2018-ci il göstərilmiş və həmin akt əsasında 1333 manat borcun olması göstərilmişdir ki, bu da işin halları ilə uzlaşmır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, sübutların yoxlanılmadığını qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsində xx.xx.2019-cu il tarixli aktın cavabdeh tərəfindən imzalanmasının səhvən qeyd olunmasına dair kasasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu düzgün olmayan qətnamə qəbul edilməsinə əsas olmamışdır. Belə ki, cavabdeh həmin aktı imzalamasa da, həmin aktın əsasında borcun hesablanmış hissəsini qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kasasiya şikay əti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6862/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi kasasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-872/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-872/2021
16.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver