Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-872/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın hərracdan satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 26 noyabr tarixli, 2(103)-6058/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 12 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 146 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 15% olmaqla 180 ay müddətinə, 109.000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.3-cü maddəsində müəyyən edilmişdir ki, kredit borcalana ünvan 1 ünvanında yerləşən binanın A blokunda 1 saylı mənzilin alınması üçün verilir. 2. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 146/1 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 2 ünvanda yerləşən binanın A blokunda 3-cü mərtəbəsində istifadədə olan 109 kv.metr ümumi sahədən ibarət olan 2 otaqlı, 1 saylı mənzil kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş, mənzilin ümumi dəyəri 109.000 manat məbləğində müəyyən edilmişdir. 3. xx.xx.2011-ci il tarixli kassa məxaric orderində qeyd edilmişdir ki, Cavabdeh 109.000 manat məbləğində pul vəsaitini "xxxx" ASC-dən qəbul etmişdir.
4. LPO İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2011-ci il tarixli “kredit borcunun ödənilməsinə dair” xəbərdarlıq bildirişlərdən qeyd edilmişdir ki, borcludan 3 gün müddətində banka olan borcunun ödənilməsi tələb edilmişdir. 5. 02.10.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2011-ci il tarixli 146 saylı kredit müqaviləsi üzrə banka ödənilməmiş borcu cəmi 109.000 manat təşkil etmişdir.
6. Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq verilmiş məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən binanın A blokunda 3-cü mərtəbəsində istifadədə olan 109 kv.metr ümumi sahədən ibarət olan 2 otaqlı, 1 saylı mənzilin dövlət reyeterindən qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3170/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh LPO İddiaçı ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi ” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı “LPO "xxxx" ASC (bundan sonra iddiaçı) Cavabdeh ( bundan sonra cavabdeh) qarşı “kredit borcunun tutulması, borcun tutulmasının ipoteka əmlakına yönəldilməsi, əmlakın hərracdan satılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixli 146 saylı kredit müqaviləsi üzrə 109.000 manat əsas və iş üzrə ödənilmiş 399 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə yerləşən 2-ci yaşayış binasının A blokunda 1 saylı mənzilinə (bundan sonra mübahisəli mənzil) yönəlməsi, yuxarıdakı əmlakın ilkin qiymətinin müəyyən edilməsi və həmin ə mlaklar açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışında əldə vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmetləri olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlaklar boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə X1 arasında bağlanmış 180/R müqavilələ əsasında Cavabdeh sərəncamında olan və kredit hesabına alınmış mübahisəli mənzil ipotekaya qoyulmuşdur. Mübahisəli mənzilin ipotekaya qoyulması barədə Bank ilə cavabdeh arası nda xx.xx.2011-ci il tarixli 146/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına, habelə bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməs i üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehin xx.xx.2023-cü il tarixə xx.xx.2011-ci il tarixli 146 saylı kredit müqaviləsi üzrə cəmi borcu 109.000 manat təşkil etmişdir.
10. Cavabdeh iddia müddətinin öt ürülməsi barədə ərizə ilə müraciət edərək qeyd edilmişdir ki, mübahisəli kredit müqaviləsi üzrə cavabdehə hər-hansı bir məbləğdə pul vəsaiti verilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 15 dekabr 2011-ci il tarixli kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit Borcalana mübahisəli mənzilin alınması üçün verilmişdir. Beləliklə, iddiaçının cavabdehə qarşı “kredit borcunun tutulması, borcun tutulmasının ipoteka əmlakına yönəldilməsi, əmlakın hərracdan satılması və s.” tələbinə dair iddiası əsassız olduğundan və iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz verərək etirazı belə əsaslandırmışdır ki, mövcud olan ipoteka müqaviləsi notarial qaydada təsdiqlənməmişdir. Cava bdehə 109.000 manat məbləğində pul vəsaitinin verilməsi qeyd edilsə də, ona heç bir pul vəsaiti verilməmişdir. Cavabdeh pulu götürməmiş və bankın əməkdaşlarından ona valideynləri ilə məsləhətləşməsi üçün vaxt verilməsini xahiş etmiş, valideynlərinin məsləhəti ilə pulu götürməkdən banka imtina etsə də, bank bugünkü gündə pulun əslində alınması barədə əsassız iddia qaldırmışdır. Göstərdiklərinə əsasən, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
12. Bakı Şəhəri Nərimanov Məhkəməsinin 2024-cü il 7 avqust tarixli, e-2(005)575/2024 nömrəli qətnaməsi ilə (hakim S.Ədilova) iddia qismən təmin edilərək, cavabdehdən 109.000 manat borc və 399 manat manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, kassa məxaric orderinə əsasən cavabdeh xx.xx.2011-ci il tarixdə bankdan pul vəsaitini əldə etməsinə dair sənədi imzalamışdır.
14. Həmçinin cavabdeh daha əvvəl kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış, həmin məhkəmə araşdırılması zamanı müqavilələrdə və kassa məxaric orderində olan imzaların cavabdeh tərəfindən icra edilməsi aparılmış məhkəmə ekspertizası nəticəsində müəyyən edilmiş və iddia təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.
15. Məhkəmə hesab etmişdir ki, “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası qaydası”nın 8.1-ci maddəsinə əsasən, kassadan nağd pulun verilməsi “Kassa məxar ic orderi” və ya “Pul çeki”, digər qiymətlilərin məxarici isə “Digər qiymətlilərin balansdankənar məxaric orderi” əsasında həyata keçirilir. Kassadan nağd pulların verilməsi kassa məxaric orderi ilə sənədləşdirilir. Bu zaman kassa məxaric orderini vəsaiti alan şəxs və kassir imzaladıqdan sonra əməliyyat bitmiş hesab edilir.
16. Məhkəmə əsas borcun cavabdehdən tutulması hissəsəsində hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin o, kredit vəsaitini ödəməli olmasına dair vəzifələrini icra etməyərək, pul öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun cavabdehdən tutulmasını tələb etməkdə h aqlıdır.
17. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8659 saylı ekspert rəyini əsas götürərək hesab edir ki, iddia tələbi kredit müqavilələri üzrə əsas borcun tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır.
18. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi əsassızdır. Belə ki, “kredit borcu üzrə tutmanın mənzilə yönəldilməsi, mənzilin hərracdan satılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmetləri olan əmlaka tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlak boşaldılaraq, alıcıya təhv il verilməsi” ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, belə tələb irəli sürməkdə iddiaçı haqlı deyildir.
19. Məhkəmə, həmçinin qeyd etmişdir ki, 146/1 saylı xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzil kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Lakin hazırda göründüyü kimi mübahisəli mənzil kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş əmlak kimi dövlət qeydiyyatından keçməmişdir. İddiaçı isə kredit borcunun ödənilməsinin təminatı kimi tutmanın həmin mənzilə yönəldilməsini xahiş etmiş və iddia tələbini bu hissədə qanunvericiliyin ipoteka haqqında müddəalarına əsaslanmaqla irəli sürmüşdür. Göründüyü kim, iddiaçı hazırda mənzilə dair hər hansı rəsmiləşdirilmə olmadan (ipoteka müqaviləsi olmad an), çıxarış alınmadan müvafiq müddəaya əsaslanmaqla, tutmanın mübahisəli mənzilə yönəldilməsini tələb etmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddiaçının belə tələb irəli sürməsinin hüquqi əsası olmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz.
20. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 739.1,739.2,745.1,-ci, “İpoteka haqqında” Qanunun 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 36.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 106.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
21. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmişdir, belə ki, iddia tələbindən də qeyd edildiyi kimi, həmin kredit mənzilin alınması üçün ayrılmışdır, lakin həmin ipoteka müqaviləsinin formal xarakter daşıması müəyyən edilmişdir. Əgər mənzilin alınması üçün kredit ayrılmış olsa idi, o pul alıcıya verilməli idi. Rayon məhkəməsi isə kredit üzrə ayrılmış vəsaitin onun tərəfindən alınmasının təsdiqi kimi kassa məxaric orderindəki imzanın ona məxsus olmasına istinad etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 26 noyabr tarixli, 2(103)-6058/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Cəfərovdan və E.Kazımovd an ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. Apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili onun kredit müqaviləsi üzrə pulu götürməməsi ilə bağlıdır.
25. Kollegiya bununla bağlı qeyd etmişdir ki, mülki iş materiallarında olan kassa məxaric orderində qeyd edilmişdir ki, cavabdeh xx.xx.2011-ci il tarixdə bankdan pul vəsaitini əldə etməsinə dair sənəd imzalamışdır.
26. Bundan başqa, cavabdeh daha əvvəl kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3170/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh LPO İddiaçı ASC-yə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
27. Kollegiya apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib hesab etmişdir ki, cavabdehin pulun götürülməməsi barədə dəlili əsaslı, şübhədənkənar və biri digərini tamamlayan sübutlarla təsdiq edilmədiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.
28. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, cavabdehin vəkilinin bildirdiyi, yəni həqiqətdə müqavilədə göstərilən pul vəsaitinin bankın vəzifəli şəxsləri tərəfindən götürülməsi ilə bağlı xüsusatlar icraatda olan həmin cinayət işi üzrə sonda öz təsdiqini tapdığı halda, bu, cavabdehə yeni açılmış hallar üzrə icraat qaydasında ərizə ilə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ vermişdir.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 269.1, 271.1, 317.1, 385.1, 386.1, 421.1, 421.2, 421.3, 425.1, 425.2, 442, 443.1, 445.1, 445.2.1, 445.2.2, 448.2, 460.1, 462.1, 467, 739.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh (Vəkil) kassasiya şikayəti ver ərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 26 noyabr tarixli, 2(103)-6058/2024 nömrəli qətnaməsinin ləğv edib iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, kredit müqaviləsi qeyd olunan və hal-hazırda ləğv olan bank tərəfindən verilmiş pul vəsaitinin təyinatı kimi mübahisəli mənzilin alınması kimi xarakterizə edilsə də, cavabdeh nə kredit müqaviləsi üzrə borc öhdəliyi kimi göstərilmiş 109.000 manat məbləğində pul vəsaitini əldə etmiş, nə də ki, pul vəsaitindən təyinatı üzrə istifadə edərək, mübahisəli mənzili almışdır. Pul vəsaitinin istifadə təyinatı kimi göstərilmiş və ipoteka p redmeti olan mübahisəli mənzil cavabdehin mülkiyyətində olmadığı üçün sözügedən müqavilələrin qüvvədə olmasından və həmin müqavilələr üzrə borc öhdəliyinin mövcudluğundan söhbət belə gedə bilməz. Mübahisə predmeti olan 15 dekabr 2011-ci il tarixli, 146 saylı kredit müqaviləsi və 15 dekabr 2011-ci il tarixli, 146/1 saylı ipoteka müqaviləsi uydurma əqddir. Belə ki, hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğundan əhəmiyyətsizdir. Odur ki, Ləğv etmə prosesində olan "xxxx" ASC ilə onun arasında bağlanmış 15 dekabr 2011-ci il tarixli, 146 saylı kredit müqaviləsi və 15 dekabr 2011-ci il tarixli, 146/1 saylı ipoteka müqaviləsi hüquqi nəticələr yaradan mötəbər sübut kimi qiymtləndirilə bilməz.
33. Cavabdeh qeyd edilən kredit müqaviləsindən yararlanmadığını, ona hər-hansı bir məbləğdə pul vəsaitinin verilmədiyini bildirmiş, işin bu halı məhkəmədə müəyyən olunsa da, nəticədə nəzərə alınmamışdır. Tərəflər arasında kredit razılaşması olmuş, lakin sonradan borcalan (iş üzrə cavabdeh) kredit müqaviləsinin icrasından imtina edərək, bankdan pul vəsaitini təhvil almamışdır. İş materialları ilə bu hal öz təsdiqini tapsa da, məhkəmə buna diqqət yetirməmiş, ekspert rəyi ilə kifayətlənərək, mübahisənin dərinliyinə getməmişdir.
34. Mübahisələndirilən kredit müqaviləsi cavabdeh tərəfindən banka əmlak əldə etmək üçün pul vəsaitinin ayrılması barədə müraciətdən sonra sənədləşdirilmişdir. Cavabdehin ipoteka predmeti olan daşınmaz əmlakı əldə etmədiyi məhkəmədə müəyyən edilsə də, ipoteka müqaviləsi üzrə pul vəsaitinin cavabdehə faktiki olaraq verilmədiyi məhkəm ə tərəfindən nəzərə alınmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qan unvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
40. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
41. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
42. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
43. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
44. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
45. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
46. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra ed ilməməsi;
47. Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
48. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
49. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
50. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
51. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
54. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
58. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsi ndə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
59. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən hüquqi dəlillərə apellyasiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası bu mövqe ilə razılaşır.
64. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üç ün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2024-cü il tarixli 2(103)- 6058/2024 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qü