Məhkəmə qərarları › İş №2(102)-873/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-873/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-873/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər (kateqoriya): “borc” tələbi, müqavilə münasibətlərindən irəli gələn mübahisələr; kredit müqaviləsi; öhdəliklərin icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3304/2024 nömrəli iş üzrə 18 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətinə əsasən, İddiaçı tərəfindən Cavabdeh 12402,0 manat pul vəsaiti xx.xx.2021-ci il tarixədək verilmişdir.

2. Ödəniş qəbzlərinə əsasən, Təranə Musayevaya xx.xx.2020-ci il tarixdə 200+200 olmaqla cəmi 400,0 manat, xx.xx.2020-ci il tarixdə 200+100 olmaqla cəmi 300,0 manat, xx.xx.2020-ci il tarixdə 155+200 olmaqla cəmi 355,0 manat, xx.xx.2020-ci il tarixdə 155,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2021-ci il tarixdə 178+200 olmaqla cəmi 378,0 manat, xx.xx.2020-ci il tarixdə 200+155 olmaqla cəmi 355,0 manat, xx.xx.2020-ci il tarixdə 200+200 olmaqla cəmi 400,0 manat, xx.xx.2020-ci il tarixdə 155+200 olmaqla cəmi 355,0 manat, x x.xx.2020-ci il tarixdə 155+200 olmaqla cəmi 355,0 manat, xx.xx.2020-ci il tarixdə 150,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2022-ci il tarixdə 750,0 manat olmaqla ümumilikdə 4553,0 manat; İddiaçı xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.08.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200+200 olmaqla cəmi 400,0 manat, xx.xx.2020-ci il tarixdə 200+200 olmaqla cəmi 400,0 manat, xx.xx.2021-ci il tarixdə 200+200 olmaqla cəmi 400,0 manat, xx.xx.2022-ci il tarixdə 300,0 manat, xx.xx.2022-ci il tarixdə 326,0 manat, xx.xx.2022-ci il tarixdə 870,0 manat, 23.08.202-ci il tarixdə 920,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 m anat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200+200+199 olmaqla cəmi 599,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 199,0 manat olmaqla ümumilikdə 6614,0 manat, X4 xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2021-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2022-ci il tarixdə 1090,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat, xx.xx.2020-ci il tarixdə 200,0 manat olmaqla ümum ilikdə 3490,0 manat, hər üç şəxsə cəmi 14657,0 manat pul vəsaiti ödənilmişdir.

3. İşdə olan tərəflərin istinad etdiyi 05 mart 2023-cü il tarixli whatsapp yazışmasında qeyd edilmişdir ki, "salam abi sabahın xeyir olsun. Necəsən? Üzrlü say telefonu evdəkilərə vermişdim məndə deyildi. 2 dəqiqəyə yazıram sənə bütün haqqhesabı. Abi 20000 var idi, atam dünyasını dəyişəndə + 6500 sədərəkdə verdin mənə oldu 26500. 700 + 350 + 2200+ 1000 + 500 + 1200 + 500 + 350 + 1000 + 700+250+400+1200+1000=11350. Bunları da ki, mən rayonda olanda evdəkilər səndən. 37850 manat edir abi. 40000 azn qaytaracam inşallah abi.” 4. xx.xx.2023-cü il tarixli etibarnamənin surətinə əsasən, Musayev X6 Accent markalı avtomobili idarə etməyi xx.xx.2024-cü il tarixədək Cavabdeh etibar etmişdir. 5. xx.xx.2023-cü il tarixli etib arnamənin surətinə əsasən X1 Astra markalı **-OK*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2024-cü il tarixədək Cavabdeh etibar etmişdir. 6. xx.xx.2023-cü il tarixli etibarnamənin surətinə əsasən, X1 Astra markalı **-FE*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2024-cü il tarixədək Cavabdeh etibar etmişdir; 7. xx.xx.2023-cü il tarixli etibarnamənin surətinə əsasən, X1 Astra markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2024-cü il tarixədək Cavabdeh etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçının cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35252,0 manat borc məbləğinin və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 196,0 man at dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun tanışıdır. Onunla cavabdeh arasında Bakı şəhəri 8 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə “kredit müqaviləsi” bağlandı. Həmin müqaviləyə əsasən o, cavabdehə 12402,0 manat borca pul vermişdir. Müqavilənin şərtinə əsasən cavabdeh ondan aldığı 12402,0 manat pulu, ayda 954 manat olmaqla xx.xx.2021-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürdü. Daha sonra cavabdeh müxtəlif vaxtlarda atasının müalicəsi, uşağının müalicəsi, atasının dəfni, anasının dəfni üçün ondan 5000,0 manat, 6500,0 manat, 700,0 manat, 350,0 manat, 2200,0 manat, 1000,0 manat, 500,0 manat, 1200,0 manat, 500,0 manat, 350,0 manat, 1000,0 manat, 700,0 manat, 250, 0 manat, 400,0 manat, 1200,0 manat, 1000,0 manat olmaqla hissə-hissə 22850,0 manat da borc almışdır. Lakin sözügedən borc məbləğlərini cavabdehə etibar edib güvəndiyi üçün yazılı surətdə borc müqaviləsi bağlamadan vermişdir. Həmin borc məbləğlərinin bir qismini cavabdehə bank kartına köçürülmə yolu ilə, digər qismini isə nəğd şəkildə vermişdir. Borc məbləğlərinin bank kartı hesabına köçürülməsi barədə qəbzlər var. Həmçinin cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda verdiyi izahatında və aralarında aparılan “whatsapp” yazışmalarında, göndərilən səs yazılarında ondan aldığı borc məbləğlərini və ona borclu olmasını etiraf etmişdir. Cavabdeh bu günə kimi onun borcunu qaytarmaqdan yayınır. Ona pulunu qaytarması barədə dəfələrlə müraciət etsə də, müraciətinin heç bir nəticəsi olma mışdır. Bu səbəbdən də məcburiyyət qarşısanda qalaraq, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh aldığı 35252,0 manat pulu geri qaytarmaqdan yayındığına görə hesab edir ki, həmin pul vəsaiti məhkəmə qaydasında cavabdehdən tutularaq, ona ödənilməlidir.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmiş və əlavə etmişdir ki, işdə olan və cavabdeh tərəfindən təqdim edilən ödəniş qəbzlərində göstərilən şəxslər, yəni Musayeva Turanə iddiaçının həyat yoldaşı, Musayev Tural isə qaynıdır. Cavabdeh tərəfə əslində çox pul verilib, sadəcə iddiada az göstərilib, bununla bağlı da ayrıca iddia verəcəklər. Düzdür, cavabdehlə iddiaçı arasında pul alıb-verməklə bağlı münasibətləri olub. Cavabdeh pulu alıb və qaytarıb, sonra yeni dən alıb. Lakin onlar qaytarılan borc münasibətinə istinad etmirlər, qaytarmadığı pulları cavabdehdən tələb edirlər. Cavabdeh etirazının əsası kimi 2020, 2021 və 2022-ci illərə aid ödəniş qəbzləri təqdim edir, amma mübahisənin predmeti 2023-cü ilin mart ayından sonrakı borcdur. Belə ki, həm onların, həm də cavabdeh tərəfin təqdim etdiyi yazışmadan görünür ki, cavabdeh haqq-hesab apararaq 2023-cü ilin mart ayında 37850 manat borcu olduğunu bildirir. Həmin tarixdən bəri cavabdeh tərəfindən 1 manat da ödəniş edilməmişdir. Ödənişləri də nəzərə alsaq ümumilikdə iddiaçı cavabdehə nə qədər pul verib mücərrəddir, amma xeyr 50000-60000 deyil. Onlar 06 mart 2023-cü il tarixində mövcud olan 37850,0 manatı mübahisələndirirlər. Əlavə etdi ki, cavabdehin atasının 1400,0 manat pensiyası var idisə nəyə gö rə iddiaçıdan 200-300 manat olmaqla borclar alırdı?! Cavabdeh tərəfin atasının bank kartının iddiaçıda olmasına dair heç bir sübutu yoxdur. Maşın məsələsinin isə bu mübahisəyə aidiyyəti yoxdur. Cavabdehə maşın etibarnamə ilə istifadə üçün verilib, maşın satılmış olsaydı sərəncam hüququ da verilərdi. Opel Astra maşındır və sahibindədir halhazırda. Tərəflərin arasında maşın alqı-satqısına dair münasibətlər olmayıb. Bundan başqa, cavabdeh tərəf etiraz ərizəsində bildirir ki, iddiaçıdan 35000,0 manat pul vəsaiti alıb. Etirazda maşın məsələsinə toxunulmur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmmiş və iddianın təmin olunmamasını xahiş etmiş, qeyd etmişdir ki, işdə olan yazışmalardakı sonu 7920 olan nömrə onundur. İddiaçıdan ümumilikdə 37850,0 manat borcunu göstərən yazışma ona aiddir. Yazışmanın tarixini dəqiq xatırlamır. Lakin onun atasının pensiya kartı iddiaçıda olub. Həmin mesaj yazılan vaxtı, yəni 2023-cü ilin mart ayında atası həyatda deyildi. Həmin tarixdən sonra iddiaçıdan 15400 manata aldığı maşını iddiaçı gəlib evinin qabağından aparmışdır. O da maşını qaytarmırsansa borc da bağlandı demişdir. Çünki maşının pulu və atasının pensiya kartından çıxarılan pullar və digər ödəmələr də hesablananda onun borcu bağlanmışdır.

12. Cavabdeh həmçinin, məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd etmişdir ki, iddia tamamilə əsasız və qanunsuzdur. Hətta, ədalətdən tamamilə uzaq iddiadır. Bu səbəbdən də, iddianı etiraf etmir. Belə ki, o, iddiaçıdan ümumilikdə 35000,0 manat pul vəsaiti almışdır. Bununla yanaşı, 2019-cü ilin dekabr ayının 10-dan 05 avqust 2022-ci il tarixə qədər iddiaçıya 46000,0 manat məbləğində pul vəsaiti qaytarmışdır. ( Atası vəfat edənə qədər). Atasının kartı İddiaçı olmuşdur. 20 iyul 2021-ci il tarixdə 3000,0 manat almışdır. Elə həmin vaxt atasının pensiya kartını iddiaçıya verməyə məcbur olmuşdur. Elə həmin ilin dekabr ayına qədər ümumilikdə, 7200 manat iddiaçıya qaytarılmışdır. İkinci dəfə xx.xx.2022-ci il tarixdə 3000,0 manat borc almışdır. Əlavə 1000,0 manat da borcu qalmış, kartı yenə iddiaçıya vermişdir. İddiaçı həmin ilin avqust ayının 05-dək hər ay 1200,0 manat atasının pensiya kartından pul çıxartmışdır. Çünki, əvvəldən qalan 1000,0 manat borc 6 aydan sonra verildiyinə görə hər ay üstünə 500,0 manat faiz borcu gəlirdi. 1000,0 manat müqabilində iddiaç ı ondan 4800,0 manat istəyirdi. Atası ağır xəstə olduğu üçün ona pul lazım olanda iddiaçıdan faizlə pul alırdı. Atası ağır xəstəlikdən əziyyət çəkdiyi üçün pul vəsaiti lazım olurdu. Ona görə də iddiaçıdan faizlə borc almağa məcbur idi. İddiaçı 1200,0 manat götürəndə, qalan 250,0 manatı qaytarırdı. Əlavə arada bir 500, 1000 manat lazım olanda iddiaçıdan həmin pul vəsaitlərini alsa da, 500,0 manat əvəzinə 700,0 manat, 1000,0 manat əvəzinə, 1400,0 manat qaytarırdı. İddiaçı onu hədələyirdi. Ona görə də özünə qəsd etmişdir. Onu özünü öldürmək həddinə çatdırmışdır. Onu izləyirdi. Bundan başqa, ona aid olmayan 4 avtomaşını ona etibar etdirib. O avtomaşınların cərimələri də ona gəlib. Bütün pulları iddiaçıya faizlə qaytarmışdır. İddiaçı ona vatsappla yazıb ki, “kredit bitdi, xeyirli olsun”. Buna b axmayaraq, avtomaşını evinin qarşısından apardı. Onun sənədləri, əşyaları maşında qaldı. Atası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı həmin ilin avqustun 05-də axırıncı 1200,0 manatı çıxartmışdır. Beləliklə, 2022-ci ilin yanvarından avqusta qədər 4000,0 manat alıb 9600,0 manat qaytarmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, avtomaşınla bağlı “kredit” bitib. İddiaçı özü bunu təsdiq edib. Avtomaşın xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək onda olmuşdur. O, hərbi hospitalda müalicədə olduğu zaman, avtomaşının açarının biri iddiaçıda olduğu üçün iddiaçı gəlib evinin qabağından, ondan xəbərsiz aparmışdır.

13. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etmədi və iddianın təmin olunmamasını xahiş etdi. Etirazını onunla əsaslandırdı ki, cavabdeh iddiaçıdan hə qiqətən pul alıb, lakin həmin pulu artıqlaması ilə qaytarıb. Əgər cavabdeh aldığı pulları qaytarmırdısa, iddiaçı niyə bu qədər vaxtdan sonra iddia qaldırıb?! Cavabdehin atası 1400,0 manat pensiya alırdı. Həmin pensiya kartı iddiaçıda idi. İddiaçı hər ay pensiyadan 1200,0 manat götürür, 200,09 manatını cavabdehə qaytarırdı. İddiaçı 15 ay həmin pulu çıxarıb. 15400,0 manat maşının pulu, pensiya kartından çıxarılan pullar və ödənilən ödənişləri də hesablayanda görünür ki, cavabdeh iddiaçıya artıqlaması ilə pulu qaytarıb.

14. Pretenziya məktubuna əsasən, iddiaçı kredit müqaviləsi üzrə verdiyi 12402,0 manat və müqavilə bağlamadan verdiyi 22850,0 manat borcun qaytarılması barədə cavabdehi xəbərdar etmişdir.

15. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (hakim X8) 2(094)-19/2024 saylı işi üzrə xx. xx.2024-cü il tarixli qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh verilmiş borca görə 20 595 manat və ödənilmiş dövlət rüsumuna görə 196 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, işin mübahisəli halları tərəflər arasında şifahi razılaşma əsasında verilən pul vəsaitinin məbləği və həmin pulların iddiaçıya qaytarılıb-qaytarılmaması ilə bağlıdır.

17. Məhkəmə ilk növbədə qeyd edib ki, iddiaçı cavabdehə 35252 manat pul verdiyini bildirir. Cavabdeh isə iddiaçıdan ayrı-ayrı vaxtlarda (kredit müqaviləsi və şifahi razılaşmalar da daxil olmaqla) 35000 manat aldığını etiraf etməklə və həmin pulu ona artıqlaması ilə qayta rdığını bildirir.

18. Bundan başqa, cavabdeh tərəf iş materiallarında olan xx.xx.2023-cü il tarixli whatsapp yazışmasında 37850 manat pulun iddiaçıdan alınması barədə mesajların ona aid olmasını təsdiq etməklə bu faktın mövcudluğuna etiraz bildirməmişdir.

19. Tərəflərin izahatları və iş materialları ilə iddiaçı tərəfindən 37850 manat pul vəsaitinin cavabdehə verilməsi öz təsdiqini tapır, iddia tələbi 35252 manat pulun qaytarılması ilə bağlı olduğundan, məhkəmə iddiadan kənara çıxmayaraq mülki işi həmin hissədə araşdırır. İddiaçının cavabdehə 35252 manat borc pulun verilməsi barədə iddiası cavabdeh tərəfindən etiraf edildiyindən işin mübahisəsiz halıdır. İşin mübahisəli halları isə cavabdehin iddiaçıya həmin pul vəsaitini artıq şəkildə qaytarmasıdır. Belə olan halda cavabdeh 35252 manat məb ləğində pul vəsaitini aldığını etiraf etdiyindən, iddiaçı iddia tələbini, yəni cavabdehin ona 35252 manat borcu olmasını sübut etmək yükündən azad olmuş, həmin məbləğin iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir.

20. Odur ki, alınan pul vəsaitinin qaytarılması halının cavabdeh tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruridir, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsi ndə də öz əksini tapmışdır.

21. Cavabdeh tərəfin öz etirazının əsası kimi məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, Turanə Musayevaya cəmi 4553 manat, İddiaçı cəmi 6614 manat, X4 cəmi 3490 manat olmaqla, ümumilikdə 14657 manat pul vəsaitinin göndərildiyi öz əksini tapmışdır. İddiaçı tərəfin izahatı ilə müəyyən edilmişdir ki, Turanə Musayeva iddiaçının həyat yoldaşı, Tural Rəsullu isə qaynıdır, həmin şəxslərə məxsus bank kartlarına göndərilən pulların məhz iddiaçıya göndərildiyinə dair cavabdehin dəlili ağlabatandır. İddiaçının nümayəndəsi cavabdehin etirazının dəlillərinə münasibətdə cavabdeh tərəfindən 37850 manat pul aldığını etiraf edən whatsapp yazısının xx.xx.2023cü il tarixdə yazıldığını, təqdim edilən qəbzlərdəki ödənişlərin isə köhnə tarixli olmaqla başqa borcun ödəni şi olduğunu bildirmiş, lakin hansı borcdan söhbət getdiyini izah edə bilməmiş, tərəflər arasında iddia üzrə mübahisələndirilən borcdan başqa hər hansı borc münasibətinin olması iş üzrə müəyyən edilməmişdir. Cavabdeh tərəfindən 14657 manat pul vəsaitinin iddiaçıya qaytarılması öz təsdiqini tapmışdır.

22. Bundan başqa, cavabdeh tərəf iddiaçı ilə aralarında avtomobil alqısatqısına dair münasibətlərin olduğunu, avtomobil satışına görə iddiaçıya 15400 manat ödədiyini, lakin iddiaçının avtomobili ondan qanunsuz olaraq geri götürdüyünü irəli sürsə də, bununla bağlı öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bununla belə, iş materialları əsasından iddiaçı tərəfində etibarnamə ilə cavabdehin istifadəsinə 4 fərqli avtomobilin verildiyi, həmin etibarnamən in yalnız idarəetmə üçün və qısa müddətlik olduğu müəyyən edilib.

23. Belə olan halda, məhkəmə, avtomobillərin alqı-satqı məqsədilə cavabdehə verildiyini ağlabatan hesab etmir.

24. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, iddia edilən pul vəsaitinin cavabdeh tərəfindən ona verilməsinin etiraf edilməsindən savayı həmin məbləğin tamamilə iddiaçıya qaytarmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir.

25. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi 35252 manat pul vəsaitini cavabdehə verdiyini sübuta yetirmiş, cavabdeh is ə həmin pulu iddiaçıya qaytarmasını bildirsə də, öz etirazını 14657 manat hissədə sübuta yetirmiş, qalan hissədə sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan 35252 manat məbləğində pul vəsaiti almış və həmin məbləği iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh öhdəliyini pozaraq iddiaçıdan aldığı pul vəsaitinin 14657 manatını qaytararaq qalan 20595 manat pulu ona qaytarmamışdır.

26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 12402 manat pula dair kredit müqaviləsi bağlanmış, qalan 22850 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfin özünün yazılı və şifahi izahatları həmin məbləğlərin sonuncuya verilməsini təsdiq edir. Cavabdeh iddiaçının tələbi ilə həm in pulun qaytarılmamış 20595 manat məbləğini ona qaytarmalıdır. Ona görə ki, cavabdehin iddiaçı qarşısında aralarındakı razılaşmadan irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borcun cavabdehdən alınması ilə yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 386.1, 425.1, 427.3, 443.1, 445.2, 448.1, 739.1, 739.2, 1091, 1092.1-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

28. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

29. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024cü il tarixli 2(094)19/2024 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsi və iddiasının tam olaraq təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Cavabdeh apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin 2(094)19/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Pirallahı Rayon Məhkəməsinin qətnaməsi qismən düzgün əs aslandırılmamış, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində bəzi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. İlk öncə, qətnamədə “işin mübahisəli halları tərəflər arasında şifahi razılaşma əsasında verilən pul vəsaitinin məbləği və həmin pulların iddiaçıya qaytarılıb-qaytarılmaması ilə bağlıdır.” barədə qeyd edilənlər işin hallarına uyğun deyil və qəbul edilməzdir. Belə ki, cavabdehlə iddiaçı arasında pulun borc alınması və qaytarılması halları olsa da, nə borc bir dəfəyə verilmiş, nə də ki, borcun qaytarılması tam olmamışdır. Belə ki, borc iddiaçı tərəfindən hissə-hissə xx.xx.2023cü il tarixədək verilmiş, cavabdeh də borc üzrə hissə-hissə ödəniş etmiş, lakin bu dövrdə eyni zamanda ödəniş bitmədən təkrar borc almışdır. İddia verilərkən qaytarılan borc deyil, borcun xx.xx.2023-cü il tarixə qalan hissəsinin cavabdehdən tutulması tələb edilmişdir. Burada həm yazılı, həm də şifahi borc müqavilələrindən yaranmış borc münasibətlərinə istinad edilmişdir. Cavabdeh özü də xx.xx.2023-cü il tarixə iddiaçıya olan borcunun 37850 manat təşkil etdiyini etiraf etmiş, lakin borcu qaytarması əsası ilə iddiaya etiraz etsə də, xx.xx.2023-cü il tarixdən tərəfindən borcun qaytarılması üzrə ödəniş edilməsi barədə sübut təqdim etməmişdir. Eyni zamanda qətnamədə “cavabdeh tərəfin öz etirazının əsası kimi məhkəməyə təqdim etdiyi ödəniş qəbz lərindən görünür ki, Turanə Musayevaya cəmi 4553 manat, İddiaçı cəmi 6614 manat, X4 cəmi 3490 manat olmaqla, ümumilikdə 14657 manat pul vəsaitinin göndərildiyi öz əksini tapmışdır. İddiaçı tərəfin izahatı ilə müəyyən edilmişdir ki, Turanə Musayeva iddiaçının həyat yoldaşı, Tural Rəsullu isə qaynıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, həmin şəxslərə məxsus bank kartlarına göndərilən pulların məhz iddiaçıya göndərildiyinə dair cavabdehin dəlilini ağlabatan hesab edir.” “Məhkəmə göstərilən halları nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən 14657 manat pul vəsaitinin iddiaçıya qaytarılması öz təsdiqini tapmışdır.” barədə qeyd edilənlər işin hallarına uyğun deyil və qəbul edilməzdir. Belə ki, iddiaçı cavabdehin istifadəsinə avtomobil vermiş, lakin aralarında hər hansı qohumluq münasib əti olmadığından, istifadə əvəzsiz olmamış, cavabdeh istifadəyə görə hər gün üçün 20 AZN ödəniş etməli olmuşdur. Bu barədə iddiaçının özü məhkəmə hazırlıq iclasında bildirmişdir. Cavabdeh isə avtomobili satın alması əsası ilə iddiaya etiraz etmişdir. Göründüyü kimi, iddiaçı avtomobilin istifadəyə verildiyini bildirir, cavabdeh isə onu satın aldığını qeyd edir. Belə olan halda avtomobillə bağlı aparılmış hər hansı ödəniş borcun qaytarılması olaraq dəyərləndirilə bilməz. Belə ki, iddiaçı qalıq borcu qaytarmasını birbaşa tələb etməmiş, onun miqdarını özünün də bir daha hesablamasını cavabdehə təklif etmiş, cavabdeh də borcu hesablamış və xx.xx.2023-cü il tarixli Whatsapp yazışmasında borcun yaranma əsaslarını sadalayarkən, borcun hər hansı hissəsinin avtomobilin alqı-satqısı ilə əlaqələndirmə miş, əksinə qeyd etmişdir ki, "20000 var idi atam dünyasını dəyişəndə +6500 sədərəkdə verdin mənə, oldu 26500. 700 + 350 + 2200 + 1000 + 500 + 1200 + 500 + 350 + 1000 + 700 + 250 + 400 + 1200 + 1000 = 11350. Bunları da ki mən rayonda olanda evdəkilər alıblar səndən. 37850 manat edir abi. Eyni zamanda qətnamədə “İddiaçının nümayəndəsi cavabdehin etirazının dəlillərinə münasibətdə cavabdeh tərəfindən 37850 manat pul aldığını etiraf edən Whatsapp yazısının xx.xx.2023-cü il tarixdə yazıldığını, təqdim edilən qəbzlərdəki ödənişlərin isə köhnə tarixli olmaqla başqa borcun ödənişi olduğunu bildirmiş, lakin hansı borcdan söhbət getdiyini izah edə bilməmiş, tərəflər arasında iddia üzrə mübahisələndirilən borcdan başqa hər hansı borc münasibətinin olması iş üzrə müəyyən edilməmişdir.”barədə qeyd edi lənlər işin hallarına uyğun deyil və qəbul edilməzdir. Bеlə ki, həm iddiaçının nümayəndəsinin, həm cavabdеhin izahatları, еləcə də sonuncunun Whatsapp yazışmasından təsdiq olunur ki, cavabdеhin 20000 manat borcu olmuş, atası dünyasını dəyişəndə sədərəkdə 6500 manat almış, 700 + 350 + 2200 + 1000 + 500 + 1200 + 500 + 350 + 1000 + 700 + 250 + 400 + 1200 + 1000 (cəmi 11350) pulu isə o, rayonda olanda evdəkilərin aldığını və borcun iddia еdiləndən artıq 37850 manat təşkil еtdiyini еtiraf еtməsi ilə tərəflər arasında xx.xx.2023-cü il tarixə olan 37850 manat borcdan başqa borcun da olması müəyyən edilmişdir. Belə ki, cavabdehin təqdim etdiyi qəbzlər xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edir. Əgər qəbzlərdəki ödənişlər əvvəllər vеrilmiş borcun qaytarılması üzrə еdilməmiş olsaydı, o zaman c avabdеh borcun miqdarını hesablayarkən, həmin qəbzlərdə qеyd еdilən məbləği xx.xx.2023-cü il tarixə olan borcun miqdarından çıxmış olardı, borcun 37850 manat dеyil, 23193 (37850 manat -14657,0 manat = 23193 manat) manat olduğunu qеyd еdərdi. Qeyd edilənlərə əsasən hesab edir ki, mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri müəyyən qədər pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar dəqiq aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qismən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

32. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabeh kimi onun məhkəmədə iştirak etmək, ona qarşı irəli sürülmüş iddiadan müdafiə olunmaq hüququ məhkəmə tərəfindən qorunmamış, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının həmin normasının tələbi də pozulmuşdur. Belə ki, cavabdeh olaraq o - Cavabdeh məhkəmə prosesinin vaxtı və yeri barədə məhkəmədə iştarak etməklə iddaçı onun xəbəri olmadan avtomobilini onun evinin qarşısından qanunsuz olaraq aparılmasını iddaçının vəkili də inkar etməmişdir. Bununla məhkəmə video görüntüdə iddiaçının vəkilinin səs yazısı və İddiaçı “Opel Astramarkalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2024-cü il tarixdən Cavabdeh Yahir oğluna etibar etməsi xx.xx.2023cü il tarixli etibarnamənin surətindən görünür ki, X1 Astra markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2024 cü il tarixədək Cavabdeh etibar etmişdir. Məhkəmədə bildirsə də, məhkəmə nədənsə görməzdən gəlmişdir. Bu da, onun maraqlarına toxunan qətnamənin qərəzli, ədalətli olmasını əsaslı şübhələr altına qoyur. Birinci instansiya məhkəməsində tərəfindən hazırkı mübahisə üzrə mülki işə heç də, qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmamışdır. Birinci instansiya məhkəməsi cavabdeh olaraq onun da əsas borclu 8 saylı notarial ofisində xx.xx.2019 cu il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 12402 manat borca pul verməsi olunsa da, iddia müddətini Azərbaycan Respublikasının MPM-nin və Konstitusiya məhkəməsinin qərarına əsasən idda müddəti 3-il keçdikdə məhkəməyə iddia ilə müraciət etməsi və həmin məhkəmə işi icraata götürməsi daha da şübhə altına alır. Müqavilədə eyni müştərək qaydada pulun tutulması barədə qətnamə çıxarması onun hüquq larını kobud şəkildə pozmuşdur. Müvafiq halda borc öhdəliyinin icrasının borcludan asılı olmayan hallara görə icra etməməsini iddia etmək üçün heç bir əsas yoxdur. Belə ki, cavabeh kimi məhkəmədə iştirak etmək, ona qarşı irəli sürülmüş iddiadan müdafiə olunmaq hüququ məhkəmə tərəfindən qorunmamış qalmaqdadır. Göstərilən maddi hüquq normasından da göründüyü kimi, kreditor, müvafiq halda bank ona qarşı iddia irəli sürənədək əsas borcluya qarşı iddia irəli sürməli, əsas borclu kreditorun tələbini ödəməkdən imtina etdiyi və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almadığı halda, tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilərdi. Lakin, kreditor bu maddi hüquq normasının tələblərini pozaraq əsas borcluya qarşı tələb irəli sürmədən, ondan öhdəliyin i cra olunmasından imtina almadan və ya ağılabatan müddətdə cavab almadan ona qarşı iddia irəli sürərək borcun müştərək qaydada ödənilməsini tələb etmiş, məhkəmə isə qeyd edilən maddi normaların pozulması irəli sürülmüş iddianı qeydşərtsiz təmin etmişdir. Ən vacib məqamalardan biri də borc müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlandığından 5 il keçdikdən sonra idda qaldırmışdir. İddia müddəti keçdikdə əsassız və ədalətsiz hesab edilməlidir. Mülki iş üzrə sübutlara tətbiq edilməli hüquq normalarına da, tam düzgün və obyektiv qiymət verilməmişdir! Birinci instansiya məhkəməsinin yekun aktı əsassız, qanunsuz və ədalətsizdir! Belə ki, həmin iş üzrə keçirilmiş məhkəmə prosesləri və çıxarılmış qətnamə barədə həmin məhkəmədə iştirak etməyinə baxmayaraq, məhkəmə qan un pozuntusuna yol vermişdir. Məhkəmədə işi tam hərtərəfli araşdırılsa da, bütün sübutlar öz əksini tapmış hesab edilməli və həmin qətnamədə iş üzrə tələbkar olduğu bildirilən İddiaçı oğu ilə aralarında bağlanmış kredit müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi uzun illər sonra iddaçının ona qarşı iddia qaldırması və onunla bağlanmış kredit müqaviləsinin tarixinə baxmadan məhkəmənin qaydasında onun üzərinə məsuliyyət qoyması heç bir halda əsaslı və qanuni hesab edilə bilməz. Həmçinin, iddaçı OpelAstra minik avtomobili pulunu tam şəkildə ödəməyinə baxmayaraq, məhkəmə qətnaməsində göstərilməmişdir. Məhkəmə qərardadı ilə Azərbaycan Respublikasının BDYP-i idarəsinə sorğusunda öz əksini tapmış hesab edilməsi olduğundan sorğu göndərilməmişdir. Onu da qeyd edir ki, qanunla m üəyyən qaydada düzgün şəkildə məhkəmə araşdıraraq tam qanuni və əsaslı qətnamə qəbul etməlidir. Ən əsası isə iddiaçı ona faizə pul vəsaiti verməsi və onun maaş kartı və atasının pensiya kartı iddiaçıda qalmağı hər ayda iddiaçı həmin pul vəsaitlərini çıxararaq avtomobilin pulunu tam şəkildə baxıldıqdan sonra whatsapp yazışmasında da öz əksini tapmışdır. Whatsapp yazışmasında iddaçı bildirmişir ki, xeyirli olsun maşının krediti bitdi. Onu da qeyd edir ki, məhkəmə bunu görərək göz yummuşdur. Əgər məhkəmə whatsapp yazışmasından qətnamə çıxarsa da, onun iddiaçıdan aldığı avtomobilin krediti bitməsi yazmasını məhkəmə nəzərə almamışdır, iddiaçının vəkili də qeyd etmişdir ki, **-UX-*** opel astra dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıdadır.

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nın xx.xx.2024-cü tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatının aparılması Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilmişdir. xx.xx.2024-cü il tarixli audit rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 8 saylı Notariat ofisində xx.xx.2019-cu il tarixində bağlanmış kredit müqaviləsinə əsasən formalaşmış borcun ödənişlərini təsdiq edəcək sənədlər mövcuddur. Lakin digər borcların ödənilməsi barədə əldə olunan məlumatlar məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının aparılması üçün kifayət etmədiyindən borcverənin iddiaçı və borcun qaytarılması ilə bağlı 2(103)-3304/2024 saylı mülki iş üzrə konkret nəticə çıxarmaq mümkün deyil. Aparılmış tədqiqatın dəyəri 708 (yeddi yüz səkkiz (ƏDV daxil)) manat müəyyən edilmişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakimlər F.Ş. Talışınski (sədrlik edən və məruzəçi), A. N. İmanov, M. A. Məmmədov ) xx.xx.2024-cü il tarixli, 2(103)-3304/2024 nömrəli qətnaməsi ilə, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(094)-19/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

35. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilə n dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir.

36. İddiaçı və cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər ümumi səciyyə daşımaqla maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini müəyyən etmir.

37. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, iddiaçının nümayəndəsi cavabdehin etirazının dəlillərinə münasibətdə cavabdeh tərəfindən 37850 manat pul aldığını etiraf edən Whatsapp yazısının xx.xx.2023-cü il tarixdə yazıldığını, təqdim ed ilən qəbzlərdəki ödənişlərin isə köhnə tarixli olmaqla başqa borcun ödənişi olduğunu bildirmiş, lakin hansı borcdan söhbət getdiyini izah edə bilməmiş, tərəflər arasında iddia üzrə mübahisələndirilən borcdan başqa hər hansı borc münasibətinin olması iş üzrə müəyyən edilməmişdir, cavabdeh tərəfindən 14657 manat pul vəsaitinin iddiaçıya qaytarılması öz təsdiqini tapmışdır.

38. Tərəflər məhkəmənin mövqeyini təkzib edən sübutedici dəlillər irəli sürməmiş və ekspertiza vasitəsi ilə fərqli nəticə əldə edilməmişdir.

39. Kollegiya bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual və maddi hüquq normalara əsasən hüquqi qiymət verilməklə düzgün qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

40. Cavabdehin apellyasiya şik ayətinin Mülki Prosessual Məcəllənin tələblərini pozmaqla verilməsinə dair iddiaçının mövqeyinə dair isə məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin məzmununda müəyyən texniki yanlışlıqlar olsa da, icraatın yolverilməzliyinə dəlalət edən hallar aşkar edilməmiş, şikayətin tələb hissəsində Pirallahı Rayon Məhkəməsinin 2(094)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsinin qeyd edildiyi müəyyən edilmişdir.

41. Kollegiya məhkəmə xərcləri üzrə hesab etmişdir ki, apellyasiya şikayətləri əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə, ekspertiza xərci isə tərəflərə aid edilməlidir.

42. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357, 417.1, 417.2, 417.3, 418.1, 418.2, 419.1, 419.2, 425.1, 425.2, 739.1, 739.2, 740.1, 740.2, 1091.1, 1091.2, 1092.1, 1092.1.2, 1092.2,1092.3, 1092.1, 1092.2, 1093.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 77.1, 88, 106.2, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:

43. İddiaçı (onun vəkili Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cüil tarixli 2(103)-3304/2024 saylı qətnaməsinin qismən – iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edib, iş üzrə iddia tələbinin tamamilə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Cavabdeh (onun vəkili Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3304/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini tam ləğv edib işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

45. İddiaçı kassasiya şikayətini belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixədək hissə-hissə borc verilməsi, cavabdehin də borc üzrə hissə-hissə ödəniş etməsi, xx.xx.2023-cü il tarixə 37850 manat ödənilməmiş borcunun qalması təsdiq edilsə də, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Bu isə iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmişdir.

46. Tərəflər arasında həm şifahi həm də yazılı formada borc müqavilələri bağlandığından, cavabdehin bütün müqavilələr üzrə borcu qaytarmaq öhdəliyi əmələ gəlmiş, lakin məhkəmə maddi hüquq norma sını düzgün tətbiq etməmişdir.

47. Cavabdehin borc müqavilələri üzrə borclarını tam qaytarmaq öhdəliyi, iddiaçının isə ondan vəzifəsinin aldıqlarına müvafiq olaraq tam qaytarmasını tələb etmək hüququ yaransa da, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

48. Cavabdeh borc müqavilələri üzrə borcu qaytarmaq öhdəliyini lazımınca icra etməyərək borcun 37850 manatını ödəməsə də, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

49. Apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normasını pozaraq xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə, 2021-2023-cü illəri əhatə edən dövrdə verilmiş borclar barədə Kapital bank ASC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş məlumatlara, etibarnamənin surətlərinə, cavabdehin təqdim etdiyi ödəniş qəbzlərinin surətinə, xx.xx.2023-cü il tarixli Whatsapp yazışmasına obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır.

50. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixədək hissə-hissə borc verilməsi, cavabdehin də borc üzrə hissə-hissə ödəniş etməsi, xx.xx.2023-cü il tarixə borcun 37850 manatlıq hissəsinin ödənilməmiş qalması təsdiq olunmuşdur. Cavabdeh etirazının əsası kimi istinad etdiyi halın təsdiqi üçün xx.xx.2023-cü il tarixdən sonakı dövrdə borcun qaytarılması üzrə hər hansı ödəniş etməsi barədə sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə prosessual hüquq normasını pozmuşdur.

51. Apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etməyərək qətnaməni iş üzrə müəyyən edilmiş hallara (iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixədək hissə-hissə borc veri lməsi, cavabdehin də borc üzrə hissə-hissə ödəniş etməsi, xx.xx.2023-cü il tarixə borcun 37850 manatlıq hissəsinin ödənilməmiş qalması), tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

52. Cavabdeh xx.xx.2023-cü il tarixli Whatsapp yazışmasında borcun iddia ediləndən artıq 37850 manat təşkil etdiyini, məhkəməyə ünvanladığı iddiaya yazılı etirazında isə borcun 35000 manat təşkil etdiyini etiraf etməsinə və xx.xx.2023-cü il tarixdən sonakı dövrdə borcun qaytarılması üzrə hər hansı ödəniş etməsi barədə sübut təqdim etməməsinə baхmayaraq, apellyasiya instansiyası məhkəməsi zərurət olmadığı halda məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi, ekspertiza tədqiqatının aparılmasının Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına (mümkün olmadıqda digər (qeyri müəyy ən şəхslər dairəsində) ekspertlərə) həvalə edilməsi barədə qərardad qəbul etmiş, qərardadın icrası qaydasında “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi eGVAKLİHR5 saylı xx.xx.2024-cü il tariхli Digər auditor (əlaqəli) xidmətlərə dair rəy adlı sənədə mübahisənin həllində sübut olmadığından da münasibət bildirməmişdir.

53. Cavabdehin apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş formaya riayət edilmədən tərtib olunmuşdur.

54. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 739.1-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 106.3, 217.3, 361.1, 361.1.1, 361.1.2, 361.1.3, 361.1.4, 361.1.5, 361.1.6, 361.1.7, 361.2-ci maddələrə istinad etmişdir.

55. Cava bdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Apellyasiya instansiyası məhkəməsi mövcud qanunvericiliyin tələblərinə deyil, subyektiv mülahizələrə və ehtimallara əsaslanmaqla cavabdehin öz hüquqlarını və azadlıqlarının məhkəmədə müdafiəsini təminatsız vəziyyətə salmış, mülki mübahisənin həllinə obyektiv yanaşmamış, nəticədə isə onun konstitusion hüquqlarını pozmuşdur.

56. Cavabdeh hüquq və azadlıqlarını gözləmək və qorumaq Bakı Apellyasiya Məhkəməsinin borcu olsa da, cavabdeh tərəf həmin məhkəmədə onun mərhum atasının əmək pensiya kartının iddiaçıda olduğunu bildirsə də, məhkəmə, işin bu mühüm halına nədənsə, “göz yummuşdur”. Cavabdehin vəsatətini təmin etməmişdir. Halbuki, cavabdehin atasının kartı 2021-ci ilin iyun ayından 2022-ci ilin avqust ayınadək iddiaçıda olmuşdur. Hər ay b ankomatlardan iddiaçı tərəfindən kartdan pulun çıxarılması məhkəmədə qeyd edilsə də, məhkəmə, cavabdehin vəsatətini təmin etməmiş, məhkəmədə də, iddiaçı belə vəsatət verildiyindən çox narahat olmuşdur. İşin ən vacib məqamı cavabdehin mərhum atasının əmək pensiya kartı hesabından iddiaçı tərəfindən mütəmadi, uzun müddət və davamlı olaraq pul vəsaitinin çıxarılmasıdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsi vəsatəti təmin edib Azərbaycan Respublikasının Mərkəzi Bankına sorğu verməli və sorğuda aşağıdakı suallar qoyulmalı idi:

1. Cavabdeh mərhum atası X3 əmək pensiya kartı hesabından 2021- ci ilin iyun ayından 2022-ci ilin avqust ayınadək ümumi nə qədər pul vəsaiti çıxarılmışdır. 2.Cavabdeh mərhum atası X3 əmək pensiya kartı hesabından 2021-ci ilin iyun ayından 2022-ciilin avqust ayınadək həmin əmək pensiya kartı hesabından bankomatlardan kim tərəfindən çıxarılmasının video görüntünün və ya foto şəkilinin məhkəməyə təqdim edilməsi. Başqa sözlə, cavabdehin hüququnun pozulmasının davam etməsi “göz qabağındadır”! Hesab edir ki, işə baxan məhkəmə, cavabdehin “İnsan hüquqlarının və əsasazadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1.-c maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun mövcudluğunu nəzərə almamışdır! Belə ki, qanun əsasında yaradılmış müstəqil məhkəmə olan Apellyasiya instansiya Məhkəməsi işə ağlabatan müddətdə baxsa da, heç də, qərəzsiz olmamış, nəticədə, yuxarıda qeyd etdiyi cavabdehin işin ədalətli araşdırılması hüququ pozulmuşdur. Başqa sözlə,cavabdehin işinin ədalətli araşdırılması hüququnun pozulması “göz qabağındadaır”! Belə ki,c avabdeh tərəf iki dəfə vəsatət vermiş və vəsatəti təmin edilməmişdir. Göründüyü ki, cavabdeh hazırda da, Azərbaycan Respublikasının hərbçisi olmaqla, müddətdən artıq həqiqi hərbi xidmətdə quluq etməsinə baxmayaraq, məhkəmə tərəfindən iş tam və hərtərəfli araşdırılmamışdir. Həmçinin Cavabdeh ikinci Qarabağ müharibəsində arxa cəbhədə Zəfərin təmin edilməsi istiqamətində digər hərbçilərimizlə yanaşı, əlindən gələni əsirgəməmişdir! Cavabdehin ata- anası vəfat etmişlər. O, ailəlidir, onun azyaşlı övladları var. O, evə yeganə qazanc gətirən şəxsdir. Beləliklə, Cavabdeh hüququnun məhkəmə müstəvisində müdafiə olunmaması onun faktiki müdafiəsiz qalmasına ciddi şəkildə səbəb olmuşdur!

57. İddiaçı ilə cavabdehin aralarında pul mübahisəsi faktiki olaraq tam bitsə də, iddiaçı tam şəkildə pulu alsa da, cavabdehdən əlavə pul vəsaiti tələb etməsi heç cür doğru, dürüst və ədalətli sayıla bilməz. Belə ki, iddiaçının ozü belə vatsapp yazışmasında da qeyd etmişdir ki,“Taleh qurtardı”... Bütun yuxarıda qeyd edilən hallara baxmayaraq, məhkəmələr tərəfindən iş tam və ciddi şəkildə araşdırılmamış qalmaqdadır.

58. Ali Məhkəmənin Mülkü Kollegiyası işə tam ətraflı baxaraq kassasiya şikayətini təmin etsə, işi yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərsə, ədalət mühakiməsinin təntənəsi bərqəraredilər. Bu “pafos” deyil,reallıq və ədalətdir. Qəti olaraq əmindir ki, X3 əmək pensiya kartı hesabından 2021-ci ilin iyun ayından 2022-ci ilin avqust ayınadək bankomatlardan pulun kim tərəfindən çıxarılmasının “video” görüntüsü və foto şəkili məhkəməyə təqdim edilməlidir. X3 əmək pensiya k artı hesabı üzrə 2021-ci ilin iyun ayından 2022-ci ilin avqust ayınadək nə qədər pul vəsaitinin mədaxil və məxaric olunması faktı araşdırılmalıdır.

59. Kassasiya şikayətinin əsası kimi AR Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsi, 60-cı maddəsinin İ və İİ hissələrinə, 71-ci maddəsinin İ hıssəsinə, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikasının MPM-in 9.1, 9.2, 9.3-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

60. İddiaçı cavabdehin kassasiya şikayətinə etiraz ilə məhkəməyə müraciət edərək, cavabdehin kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

46. Ma ddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

47. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

55. Maddə 739.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

56. Maddə 739.2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

57. Maddə 740.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

58. Maddə 740.2(hüquq mün asibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

59. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

60. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

61. Maddə 1092.1(birinci cümlə). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

65. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

74. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

75. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

78. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

79. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhk əmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətlərinə əsasən iddiaçı qətnaməni iddianın təmin edilməyən, cavabdeh isə iddianın təmin edilən hissələrində mübahisələndirdiyindən apellyasiya məhkəməsinin qətnamə bütövlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları mü əyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə m addi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

66. Ona görə də kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2024-cü il tarixli 2(103)-3304/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar