Məhkəmə qərarları › İş №2(102)-874/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-874/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-874/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı LPO “xxxx” ASC-nin cavabdeh “xxxx” MMC və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-874/21 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər «xxxx» MMC və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və.s.» tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-174/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tər əfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ASC cavabdehlər «xxxx» MMC və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh15 MMCyə xx xxxxx 2013-cü il tarixli, 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsinə əsasən illik 4 faizlə xx xxxxx 2020-ci il tarixədək qaytarmaq şərti ilə 7.000.000 (yeddi milyon) manat, xx xxxxxx 2014-cü il tarixli, 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsinə əsasən isə illik 4 faizlə xx xxxxxx 2021-ci il tarixədək qaytarmaq şərti ilə 3.000.000 (üç milyon) manat məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinin təminatı olaraq, xx xxxxxx 2010-cu il tarixli, İSKMF/179a saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh6 məxsus Bakı şəhəri, X nömrəli evin 81, 83, 80 saylı mənzilləri, xx xxxxxx 2010-cu il tarixli, İ-SKMF/179b saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh5 məxsus Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində mülkiyyətində olan 0,39906 ha torpaq sahəsində yerləşən 681,8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi ( 2 saylı anbar sahəsi), xx xxxxxxx 2010-cu il tarixli, İ-SKMF/179 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh5 məxsus Bakı şəhəri, XX saylı binanın 2-ci mərtəbəsində ümumi sahəsi 159,5 kv.m. olan qeyri-yaşayış sahəsi, xx xxxx 2013-cü il tarixli 100.CL.240413.00001/d saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyy ətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1923 saylı bağ evi, Cavabdeh4 məxsus, Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1921 saylı bağ evi, Cavabdeh8 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsi, Bakı Zaqulba şossesində istifadədə olan 0,01553 ha torpaq sahəsində yerləşən 7b saylı fərdi yaşayış evi, xx xxxx 2010-cu il tarixli, İ-2484 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, X küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən X saylı fərdi yaşayış evi və Cavabdeh7 məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, X küçəsində mülkiyyətində olan 0,01 ha torpaq sahəsində yerləşən x saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, xx xxxxxx 2014-cü il tarixli, 100.LN.2004.300114.000 01 saylı kredit müqaviləsinin təminatı olaraq, xx xxxx 2014-cü il tarixli, 100.CL.300114.00001/g saylı ipoteka müqaviləsinə əsasən, xxxx firmasına məxsus Abşeron rayonu, Masazır kəndində 1,30 ha sahədən ibarət torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, xxxx firması ilə xx xxxxxx 2014-cü il tarixli, 100.CL.300114.00001/d saylı zaminlik müqaviləsi, Cavabdeh3 ilə isə xx xxxxxx 2014-cü il tarixli, 100.CL.300114.00001/f saylı zaminlik müqaviləsi bağlanmışdır. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilmədiyindən, xx xxx 2017-ci il tarixə banka olan borcu xx xxxxx 2013-cü il tarixli 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsi üzrə 7.000.000 manat əsas, 545.372,35 manat faiz və 72685,15 manat artırılmış faiz (cərimə) borcu olmaqla, cəmi 7618057,50 manat, xx xxxxxx 20 14-cü il tarixli, 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsi üzrə 3.000.000 manat əsas və 199.857,53 manat faiz borcu olmaqla, cəmi 3.199.857,53 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildirişlər göndərilmiş, bildirişlər reyestr orqanında ərizə ilə qeydə alınmışdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinə yönəldilməlidir. İpoteka predmetinin satışından əldə edilən vəsai t borcun ödənilməsi üçün yetərli olmadıqda, qalan borcun əvəzi cavabdehin digər əmlakı hesabına ondan tutulmalıdır. Ona görə xx xxxxx 2013-cü il tarixli, 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsi üzrə "Cavabdeh15" MMC-dən İddiaçı ASC-nin xeyrinə ******* manat əsas, 1200902,50 manat faiz və 462326,41 manat artırılmış faiz (cərimə) borcu olmaqla, cəmi 8648228,91 manat, xx xxxxxx 2014-cü il tarixli, 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə Cavabdeh15 MMC-dən, “xxxx” Firmasından və Cavabdeh3 müştərək qaydada ******* manat əsas, 411036,30 manat faiz və 64742,26 manat artırılmış faiz (cərimə) borcu olmaqla, cəmi 3475778,56 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, hər iki müqavilə üzrə tutmanın xx xxxxxx 2010-cu il tarixli, İ-SKMF/179a saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh6 məxsus, Bakı şəhəri, X nömrəli evin 81,83,80 saylı mənzillərinə, xx xxxxxx 2010-cu il tarixli, İ-SKMF/179b saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh5 məxsus, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində mülkiyyətində olan 0,39906 ha torpaq sahəsində yerləşən 681,8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə ( 2 saylı anbar sahəsi), xx xxxxxxx 2010-cu il tarixli, İ-SKMF/179 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh5 məxsus, Bakı şəhəri, XX saylı binanın 2-ci mərtəbəsində ümumi sahəsi 159,5 kv.m. olan qeyri-yaşayış sahəsinə, xx xxxx 2013-cü il tarixli, 100.CL.240413.00001/d saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus, Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1923 saylı bağ evi, Cavabdeh4 məxsus, Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1921 saylı bağ evi, Cavabdeh8 məxsus, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Bakı-Zaqulba şossesində istifadədə olan 0,01553 ha torpaq sahəsində yerləşən 7b saylı fərdi yaşayış evinə, xx xxxx 2010-cu il tarixli, İ-2484 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, X küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evi və Cavabdeh7 məxsus, Bakı şəhəri. M.Ə.Rəsulzadə qəsəbəsi, X küçəsində mülkiyyətində olan 0,01 ha torpaq sahəsində yerləşən 26 saylı fərdi yaşayış evinə yönəldilməsi, xx xxxxxx 2014-cü il tarixli, 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsi üzrə tutmanın, həmçinin xx xxxx 2014-cü il tarixli 100.CL.300114.00001 /g saylı ipoteka müqaviləsinə əsasən, “xxxx” firmasına məxsus, Abşeron rayonu, Masazır kəndində 1,30 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, ipoteka əmlaklarının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin cavabdehlər Cavabdeh15 MMC-dən, “xxxx” Firmasından və Cavabdeh3 ümumi qaydada tutulması, Cavabdeh6 məxsus, Bakı şəhəri, X nömrəli evin 81,83,80 saylı mənzillərinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində Cavabdeh6, Cavabdeh4, XXX, XX və Cavabdeh14 mənzilləri tərk etməsi, mənzillərin boşaldılması və əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh7 məxsus, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, X küçəsində mülkiyyətində olan 0,01 ha torpaq sahəsində yerləşən 26 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və C10 yaşayış evini tərk etməsi, evin boşaldılması və əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh8 məxsus, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Bakı- Zaqulba şossesində istifadədə olan 0,01553 ha torpaq sahəsində yerləşən 7b saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində Cavabdeh8 yaşayış evini tərk etməsi, evin boşaldılması və əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3 məxsus, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Xküçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində Cavabdeh3 yaşayış evini tərk etməsi, evin boşaldılması və əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh5 məxsus, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində mülkiyyətində olan 0,39906 ha torpaq sahəsində yerləşən 681,8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə (2 saylı anbar sahəsi), Cavabdeh5 məxsus, Bakı şəhəri, XX saylı binanın 2-ci mərtəbəsində ümumi sahəsi 159,5 kv.m. olan qeyri-yaşayış sahəsinə, Cavabdeh3 məxsus, Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1923 saylı bağ evinə, Cavabdeh4 məxsus, Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1921 saylı bağ evinə, “xxxx” firmasına məxsus, Abşeron rayonu, Masazır kəndində 1,30 ha sahədən ibarət torpaq sahə sinə tutma yönəldildikdə və satıldıqda, ən geci bir ay ərzində həmin əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-304/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, cavabdeh «xxxx» MMC-dən xx.xx.2013-cü il tarixli, 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsi üzrə 6.985.000 (altı milyon doqquz yüz səksən beş min) manat əsas borc, 1.200.902,50 (bir milyon iki yüz min doqquz yüz iki manat, əlli qəpik) manat faiz borcu, 100.000 (bir yüz min) manat cərimə borcu olmaqla, cəmi 8.285.902,50 (səkkiz milyon iki yüz səksən beş min doqquz yüz iki manat, əlli qəpik) manat məbləğində pul, ca vabdehlər «xxxx» MMC-dən, «xxxx» Firmasından və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 100.LN.2004.300114.0001 saylı kredit müqaviləsi üzrə 2.924.860,74 (iki milyon doqquz yüz iyirmi dörd min səkkiz yüz altmış manat, yetmiş dörd qəpik) manat əsas borc, 411.036,30 (dörd yüz on bir min otuz altı manat, otuz qəpik) manat faiz borcu, 64.742,26 (altmış dörd min yeddi yüz qırx iki manat, iyirmi altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 3.400.639,30 (üç milyon dörd yüz min altı yüz otuz doqquz manat, otuz qəpik) məbləğində pul, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsmunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməsi,tutma ipoteka qoyulmuş Cavabdeh6 məxsus Bakı şəhəri, X nömrəli evin 81,83,80 saylı mənzillərinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 1.050.000 (bir mily on əlli min) manat məbləğində müəyyən edilməklə,açıq hərracda satılması, tutma ipoteka qoyulmuş Cavabdeh5 məxsus Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3cü Mədən küçəsində mülkiyyətində olan 0,39906 ha torpaq sahəsində yerləşən 681,8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə (2 saylı anbar sahəsi) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 1.300.000 (bir milyon üç yüz min) manat məbləğində müəyyən edilməklə,açıq hərracda satılması, tutma ipoteka qoyulmuş Cavabdeh5 məxsus Bakı şəhəri, XX saylı binanın 2-ci mərtəbəsində ümumi sahəsi 159,5 kv.m. olan qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 450.000 (dörd yüz əlli min) manat məbləğində müəyyən edilməklə,açıq hərracda satılması, tutma ipoteka qoyulmuş Cavabdeh3 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyət ində olan 0,12 ha torpaq sahəsində yerləşən 1923 saylı bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 2.200.000 (iki milyon iki yüz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutma ipoteka qoyulmuş Cavabdeh4 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1921 saylı bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 2.200.000 (iki milyon iki yüz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutma ipoteka qoyulmuş Cavabdeh8 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsi, Bakı-Zaqulba şossesində istifadədə olan 0,01553 ha torpaq sahəsində yerləşən 7b saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 1.700.000 (bir milyon yeddi yüz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutma ipoteka qoyulmuş Cavabdeh3 məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, X küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 2.300.000 (iki milyon üç yüz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutma ipoteka qoyulmuş Cavabdeh7 məxsus, Bakı şəhəri. M.Ə.Rəsulzadə qəsəbəsi, X küçəsində mülkiyyətində olan 0,01 ha torpaq sahəsində yerləşən 26 saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlakın ilkin satış qiymətinin 1.000.000 (bir milyon) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutma ipoteka qoyulmuş “xxxx” firmasına məxsus Abşeron rayonu, Masazır kəndində 1,30 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın i lkin satış qiymətinin 450.000 (dörd yüz əlli min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışlardan əldə olunmuş vəsait hesabına cavabdehlər «xxxx» MMC, «xxxx» Firması və Cavabdeh3 İddiaçı ASC-yə olan kredit borcları ödənilməsi, satışlardan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğ cavabdehlər Cavabdeh15 MMC-dən, “xxxx” Firmasından və Cavabdeh3 ümumi qaydada tutulması, satışlardan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh6, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh7 və “xxxx” firmasına qaytarılması, ipoteka predmeti olan Cavabdeh6 məxsus Bakı şəhəri, X nömrəli evin 81,83,80 saylı mənzillərinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində Cavabdeh6, Cavabdeh4, XX, XXX və Cavabdeh14 mənzilləri tərk etmələri və mənzillərin boşaldılması, ipoteka predmeti olan Cavabdeh7 məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, X küçəsində mülkiyyətində olan 0,01 ha torpaq sahəsində yerləşən 26 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və C10 nın yaşayış evinin tərk etmələri, evin boşaldılması, ipoteka predmeti olan Cavabdeh8 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsi, Bakı- Zaqulba şossesində istifadədə olan 0,01553 ha torpaq sahəsində yerləşən 7b saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində Cavabdeh8 yaşayış evini tərk etməsi, ev boşaldılması, ipoteka predmeti olan Cavabdeh3 məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, X küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində ye rləşən 20 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində Cavabdeh3 yaşayış evini tərk etməsi, evin boşaldılması, ipoteka predmeti olan Cavabdeh5 məxsus Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində mülkiyyətində olan 0,39906 ha torpaq sahəsində yerləşən 681,8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə (2 saylı anbar sahəsi), Cavabdeh5 məxsus Bakı şəhəri, XX saylı binanın 2-ci mərtəbəsində ümumi sahəsi 159,5 kv.m. olan qeyri-yaşayış sahəsinə, Cavabdeh3 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1923 saylı bağ evinə, Cavabdeh4 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1921 saylı bağ evinə, “xxxx” firmasına məxsus, Abşeron rayonu, Masazır kəndində 1,30 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldildikdə və satıldıqda, ən geci bir ay ərzində həmin əmlakların boşaldılması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmışekspertizatədqiqatınındəyəri300 (üç yüz)manatcavabdehlər «xxxx» MMC-dən, «xxxx» Firmasından və Cavabdeh3 tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22hesabınaköçürülməsi qət edilmişdir. Məhkəmə iddia tələblərini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 442, 443.1, 448.1, 449.1, 467, 470.1, 472.1, 739, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 39.1, 59.3-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi ndəki icraat Bakı Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlərA.İmanov (sərlik edən və məruzəçi), A.Hüseynov və V.Sadıqov ) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-304/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə, yəni cavabdehlər «xxxx» MMC-dən, «xxxx» Firmasından və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində dəyişdirilərək əsas borc 3.000.000 (üç milyon) manat müəyyən edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 145,0 (bir yüz qırx beş) manat pul cavabdeh «xxxx» MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişd ir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1, 425, 442, 448.1, maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh «xxxx» MMC kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə iclasında iştirakımız təmin edilməmiş, keçirilmiş məhkəmə iclasları barədə məlumat verilməmişdir. Mülki işə məhkəmə icraatında baxılan dövrdə “xxxx” MMC tərəfindən İddiaçı ASC-yə ödənişlə r edilmiş, ipoteka ilə yüklü edilmiş əmlaklardan bəziləri yüklülükdən azad edilmişdir. Lakin iddaçı tərəf ödənilmiş məbləğlər barədə və əmlakların ipoteka yüklülüyündən azad edilməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmiş, iddia tələbinin həcmini azaltmamışdır. Keçirilmiş məhkəmə iclasları barədə məlumat olmadığından qeyd edilən hallarla bağlı məhkəməyə hər bansı bir məlumat təqdim etmək imkanı olmamışdır. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/58 saylı maliyyə arayışından (şikayətə əlavə edilib) görünür ki, “xxxx” MMC-nin 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsi üzrə vaxtı keçmiş əsas borcu ******* manat təşkil edir. Halbuki məhkəmə qətnaməsi ilə həmin kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği ******* manat müəyyən edilmişdir. Hazırda iş icra mərhələsində olduğundan icra məmuru tərəfindən borc məbləği icra vərəqəsində göstərilən formada icra edilir. Borc məbləğinin azaldılması və əmlaklardan bəzilərinin ipotekadan azad edilməsi icra məmuru tərəfindən nəzərə alınmır və həmin əmlakların da hərraca çıxarılması ilə bağlı tədbirlər görülür. İpoteka ilə yüklü edilmiş əmlaklardan Bakı şəhəri Nizami küçəsində 50 nömrəli evin 80 saylı mənzili və Bakı şəhəri Bİnəqədi rayonu 3-cü Mədən küçəsində yerləşən 681.8 kv.m sahəsi olan əmlak kompleksi ödəniş qarşılğında ipoteka ilə yüklülükdən azad edilmişdir. Bu barədə sənədlər hazırda ləğv prosesində olan İddiaçı ASC-də vardır. Bu səbəbdən hesab edirik ki, tərəfimizdən aparılmış ödənişlər məhkəmə tərəfindən nəzərə alınmalı, işə apelyyasiya instansiyasında yenidən baxılmalı, borcun məbləğ i azaldılmalı və tələb ipoteka ilə yüklülükdən azad edilmiş əmlaklara yönəldilməməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzif əsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. “İpoteka haqqında” Qanunun Maddə

36. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Maddə 34.1. Öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlər inin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə

146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Maddə

416. Kassasiya instansiyası məhk əməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, şikayəti «xxxx» MMC verdiyi üçün qətnamə ona aid hissədə yoxlanılır. Kassatorun 1-ci dəlili ondan ibarətdir ki, məhkəmə onları iclasa lazımi qaydada dəvət etmədiyi üçün zəruri sübutları təqdim edə bilməmişlər. Mülki iş materiallarından görünür ki, cavabdeh «xxxx» MMC-ə üç dəfə məhkəmə bildirişi göndərilib. Hər üç bildirişin cavabdehin hüquqi ünvanı üzrə ünvan 1, hər üç halda bildiriş geri qaytarılmışdır. İki halda həmin binanın artıq “sökülmüşdür” qeydi ilə, bir dəfə isə “köçüb” qeydi ilə geri qaytarılıb. Hazırkı idd ia tələbinə xx.xx.2017-ci il tarixdən məhkəmənin icraatında baxılır və cavabdehlər bu barədə dəfələrlə məlumatlandırılmışlar. İş üzrə çoxsaylı prosessual hərəkətlər keçirilmiş, o cümlədən cavabdehlərin vəsatəti ilə ekspertizalar keçirilmişdir. Cavabdeh həmin proseslər barədə məlumatlı olmuşdur. Məhkəmə gedişi zamanı cavabdeh ünanını dəyişirsə, başqa ünvana köçürsə, bu barədə məhkəməyə məlumat vermək onun vəzifəsidir. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir(Madddə 146.). Ona görə kassatorun məhkəmə iclasında iştirakının təmin olunmaması dəlili əsaslı deyil. Borcun məbləği ilə bağlı: Qeyd olunduğu kimi hazırkı işə üç ildən artıq müddətdir ki, məhkəmənin icraatında baxılır. Borcun müəyyən edilməsi ilə bağlı bir neçə dəfə ekspertiza keçirilmişdir. Beləki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22268 saylı, xx xxxxxx 2018-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx.xx.2013-cü il tarixli, 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, xx.xx.2017-ci il tarixə «xxxx» MMC-nin İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 6.999.999,90 manat, faiz borcu üzrə 455.016,84 manat məbləğində, xx.xx.2014-cü il tarixli, 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, əsas borc üzrə 2.92 4.860,74 manat, faiz borcu üzrə 185.382,27 manat məbləğində olması müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı tədqiq edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli, 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsi üzrə «xxxx» MMCnin xx.xx.2019-cu il tarixə əsas borc ******* (üç milyon) manat, faiz borc 468834.03 (dörd yüz altımış səkkiz min səkkiz yüz otuz dörd manat üç qəpik) manat və hesablanmış artırılmış fazi borcu 100516.17 (bir yüz min beş yez on altı manat on yeddi qəpik) manat olmaqla cəmi 3569350.20 (üç milyon beş yüz altımış doqquz min üç yüz əlli manat iyrimi qəpik) manat təşkil edir. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsinin vəsatəti əsasından iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçir ilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin 10184 nömrəli, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, iş materiallarından olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, cavabdeh “xxxx” MMC-nin İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən xx xxxxxx 2019-cu il tarixə 3408524.21 AZN; əsas borc üzrə 3.000.000,00 AZN və faiz borcu üzrə 408524,21 AZN manat müəyyən olunur. İş materiallarında xx.xx.2014-cü il tarixli, 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimən in hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə “xxxx” MMC-yə cərimə hesablanmamışdır. Göründüyü kimi borcun məbləği bu sahədə xüsusi biliyə malik olan ekspertlər tərəfindən müəyyən edilmişdir. Nə qədər ki, qarşı tərəf rəyin həqiqiliyini şübhə altına alan sübutlar təqdim etməmişdir, həmin rəyin həqiqiliyi prezumpsiyası var. Cavabdeh tərəfin iddiaçı ilə məhkəmədənkənar qaydada razılığa gələrək hansısa ödəniş etməsi, borcun məbləğinin azalması, ipoteka ilə yüklü edilmiş əmlaklardan bəzilərinin ipotekadan azad edilməsi ilə bağlı mülki işdə məlumatlar olmamışdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Əvvəla, qeyd olunanlarla bağlı sübutlar təqdim edilmədiyindən həmin məsələlərlə bağlı tədqiqat aparıla bilməzdi. Bundan başqa, cavabdeh tərəfindən hansısa ödənişlər edilmişdirsə, hansısa əmlaklar qarşılıqlı razılığa əsasən ipotekadan azad olunmuşdursa həmin məsələlər icra icraatı qaydasında həll edilə bilər. Eyni zamanda qeyd olunur ki, borclu-kassator (“xxxx” MMC) hansısa ipoteka qoyanın (iş üzrə digər cavabdehlərin) əmlakının azad olunub-olunmaması məsələsini mübahisələndirə bilməz. Həmin halı buna hüququ çatan şəxslər, yəni ipoteka qoyanlar mübahisələndirə bilərlər. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cav abdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-174/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar