Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-874/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi İddiaçı2 Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-874/2024 (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətnin ləğvedicisi İddiaçı2 Cavabdeh qarşı “kredit borcu və faizlərin tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 2(103)-277/2015 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 26 fevral 2024cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı "xxxx" ASC-nin ləğvedicisi İddiaçı2 MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 56.600 ABŞ dolları məbləğində faiz borcunun, 20.000 ABŞ dolları məbləğində cərimənin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2105/2014 nömrəli, 22 sentyabr 2014-cü il tarix li qətnaməsi ilə (hakim N.Misirzadə) iddia qismən təmin edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə Cavabdeh 56.000 (əlli altı min altı yüz) ABŞ dolları məbləğində faiz borcu, 200 (iki yüz) ABŞ dolları məbləğində cərimə, cəmi 56.800 (əlli altı min səkkiz yüz) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
3. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-277/2015 nömrəli, 08 iyul 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər Aygün Abdullayeva (sədrlik edən və məruzəçi), Kamil İsmayılov və Abiddin Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Qətnamənin surəti xx.xx.2015-ci il tarixdə F119 formalı poçt göndərişinə imza etməklə cavabdeh tərəfindən alınmışdır.
6. Qətnamədən xx.xx.2023-cü il tarixdə cavabdeh və vəkili Vəkil Əsgər oğlu kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə verərək qanunla müəyyən olunmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etmiş, ərizəyə kassasiya şikayətini əlavə etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, bankda olmuş dələduzluqla bağlı məhkəmələrə başı qarışdığı üçün qətnamədən məlumatı o lmamışdır. Həmin dövrdə onu təmsil edən şəxs qətnamənin ləğv olunduğunu bildirmişdir. Qətnamənin hazırda qüvvədə olması ilə bağlı Bakı şəhəri Xətai rayon İcra şöbəsindən dəvət olunarkən məlumatı olmuşdur.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-277/2015 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, 2015-ci ildə qəbul edilmiş qətnamə də onun ünvanı üzrə göndərilərək rəsmi qaydada qəbul edilmişd ir. Bu qədər müddət ərzində barəsində çıxarılmış məhkəmə aktından verdiyi apellyasiya şikayətinin nəticəsindən, qəbul edilmiş qətnamədən cavabdehin məlumatsız olması inandırıcı və ağlabatan hesab edilmir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, qətnamənin surətinin təqdim edilməsini xahiş etmiş və xx.xx.2021-ci il tarixdə rəsmi qaydada qətnamə təqdim edilmişdir. Cavabdeh 2021-ci ildə birinci instansiya məhkəməsindən qətnamənin surətini aldıqdan sonra da uzun müddət hərəkətsizlik göstərərək, hazırkı ərizə ilə 2023-cü ildə müraciət etmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, prosessual müddətin üzrlü səbəbdən buraxılması müəyyən edilmədiyindən “buraxılmı ş prosessual müddətin bərpa edilməsi” barədə ərizə təmin edilə bilməz və cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130, 135.2, 135.3, 135.6, 135.8, 405, 408.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
12. Qərardaddan cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 08 iyul 2015-ci il tarixli qətnaməsi ilə bağlı cavabdehin buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizəsinin qəbul edilməsi və buraxılmış prosessual müddətin üzrlü hesab edilərək verilmiş kassasiya şikayətinin icraata götürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti prosessual müddətin bərpasına dair ərizəyə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin və kassasiya şikayətinin qəbul edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, lakin məhkəmə heç bir səbəb göstərmədən qərardad qəbul edərək kassasiya şikayətini geri qaytarmış və buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
15. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət v erilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
16. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
17. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
18. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəm ə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
19. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
20. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birl ikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
21. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersi ya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
23. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarında n kassasiya şikayəti verilə bilər.
24. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
25. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
28. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 30. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarı.
31. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxl anılmasına dair” 13 fevral 2007-ci tarixli Qərarı.
32. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir...Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan b elə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Kassasiya baxışının hədləri:
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. İddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəbl ərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.
37. Qeyd olunmalıdır ki, cavabdeh (Vəkil) apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətini bankda olmuş dələduzluqla bağlı məhkəmələrə başı qarışdığı üçün qətnamədən məlumatı olmaması, qətnamənin hazırda qüvvədə olması ilə bağlı Bakı şəhəri Xətai rayon İcra şöbəsindən dəvət olunarkən məlumatı olması, apellyasiya instansiyası məhkəməsinin heç bir səbəb göstərmədən kassasiya şikayətini geri qaytarması və buraxılmış prosessual müddətin bərpası haqqında ərizəsinin təmin olunmaması barədə qərardad qəbul etməsi ilə əsaslandırmışdır. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, apellyasiya məhkəməsinin qətnaməsi xx.xx.2015-ci il tarixdə Cavabdeh rəsmi qaydada təqdim e dilmiş, yəni poçt göndərişinə imza etdirilməklə verilmişdir. Cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin 08 iyul 2015-ci il tarixli qətnaməsi ona rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, qətnaməni rəsmi qaydada aldığı tarixdən 2 ay müddət 29 oktyabr 2015-ci il tarixdə bitməsinə baxmayaraq, həmin qətnamədən müddəti ötürməklə kassasiya şikayəti vermiş, şikayət xx.xx.2023-cü il tarixdə apellyasiya məhkəməsinə daxil olmuşdur. Həmçinin cavabdeh xx.xx.2021-ci il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, qətnamənin surətinin təqdim edilməsini xahiş etmiş və xx.xx.2021-ci il tarixdə rəsmi qaydada qətnamə ona təqdim edilmişdir. Cavabdeh 2021-ci ildə birinci instansiya məhkəməsindən qətnamənin surətini aldıqdan sonra da uzun müddət hərəkətsizlik göstərərək, hazırkı ərizə ilə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi kassasiya şikayəti onun cavabdehə rəsmi qaydada təqdim edilməsindən 2 aydan artıq müddət, yəni uzun illər keçdikdən sonra verilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qətnaməsinin surətinin cavabdehə xx.xx.2015-ci il tarixdə rəsmi qaydada verilməsini, həmçinin cavabdehin xx.xx.2021-ci il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, qətnamənin surətinin təqdim edilməsini xahiş etməsini və xx.xx.2021-ci il tarixdə rəsmi qaydada qətnamənin ona təqdim edilməsini, cavabdehin 2021-ci ildə birinci instansiya məhkəməsindən qətnamənin surətini aldıqdan sonra da uzun müddət hərəkətsizlik göstərərək, hazırkı ərizə ilə xx.xx.2023-cü il tarix də müraciət etməsini əsas gətirərək, bu qədər müddət ərzində barəsində çıxarılmış məhkəmə aktından verdiyi apellyasiya şikayətinin nəticəsindən, qəbul edilmiş qətnamədən cavabdehin məlumatsız olmasının inandırıcı və ağlabatan hesab edilməməsini qeyd etməklə, prosessual müddətin üzrlü səbəbdən buraxılması müəyyən edilmədiyindən “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizənin təmin edilə bilməməsi və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin müddət ötürülərək verildiyindən geri qaytarılması qənaətinə gəlmişdir.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşd ırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.
40. Həmçinin Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” qərarında göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçin in özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir”. 41. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsı n. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
42. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüquq u keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
43. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzrlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
44. Hazırki iş üzrə isə müəyyən olunur ki, cavabdeh kassasiya şikayətini qətnamənin ona rəsmi qaydada təqdim edilməsindən 8 ildən çox vaxt keçdikdən sonra vermiş və MPM-in 405.0. 1-ci maddəsində nəzərdə tutulmuş müddətin buraxılmasının üzrlü səbəblərdən baş verməsini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir.
45. Cavabdeh kassasiya şikayətində bankda olmuş dələduzluqla bağlı məhkəmələrə başı qarışdığı üçün qətnamədən məlumatı olmamasını, qətnamənin hazırda qüvvədə olması ilə bağlı Bakı şəhəri Xətai rayon İcra şöbəsindən dəvət olunarkən məlumatı olmasını qeyd etsə də, iş materiallarından müəyyən edilir ki, cavabdeh apellyasiya instansiya məhkəməsinin qətnaməsini birinci dəfə xx.xx.2015-ci il tarixdə poçt göndərişinə imza etməklə, ikinci dəfə isə xx.xx.2021-ci il tarixdə bildirişə imza etməklə rəsmi olaraq almışdır.
46. Bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının üzrlü hesab edilməməsi və bərpasından imtina edilməsi, kassasiya şikayə tinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-277/2015 nömrəli, 28 noyabr 2023-cü il tarixli qər ardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.