Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-876/2019 29.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Cavabdeh1 Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2627/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad rayon məhkəməsinin (sədrlik edən hakim E.Əmirəliyev) 10 may 2018-ci il tarixli 2(073)-808/2018 saylı qətnaməsi ilə iddiaçı “xxxx” Qapalı Səhmdar C əmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 20R000005810 saylı kredit razılaşması üzrə 1700,16 ABŞ dolları məbləğində kredit borcu, 639,68 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2389,84 ABŞ dolları məbləğində borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus «Kamaz 55111» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobi lin açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitdən 13.11.2013-cü il tarixli 20R000005810 saylı kredit razılaşması üzrə cəmi 2389,84 ABŞ dolları məbləğində borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 13725 manat müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması qət edilmişdir.İddia tələbi qalan hissədə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi), T.Heydərov və Z.Babayev, iş № 2(106)2627/2018) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad rayon məhkəməsinin 10 may 2018-ci il tarixli 2(073)-808/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” QSC-nin” iddiası onunla əsaslandırılmışdır ki, Cavabdeh1 «xxxx» QSC ilə bağladığı 10.01.2013-cü il tarixli 20L000000962 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 «xxxx» QSC ilə bağladığı 13.11.2013-cü il tarixli 20R000005810 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə q aytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 16.03.2015-ci il tarixli 20R000005810S saylı, 08.12.2015-ci il tarixli 20R000005810SA saylı, 29.02.2016-cı il tarixli 20R000005810SB saylı, 26.08.2016-cı il tarixli 20R000005810SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10.10.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 18299.84 ABŞ dolları ödəmiş, onun 1700.16 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 14.12.2017-ci il tarixə 430 gün üçün hesablanmış faiz borcu 639,68 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 14.12.2017-ci il tarixə 430 gün üçün hesablanmış cərimə 1228,67 ABŞ dolları təşki ledir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarım bəndinə əsasən kredit alan müvafiq olara q krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh – ipoteka qoyan Cavabdeh1 ilə Bank arasında 12.11.2013-cü il tarixli 20M000000357 saylı ipoteka müqaviləsi əsasında Kamaz 55111 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının xeyrinə ipoteka ailə yüklü edilmişdir. AR DİN BDYP-nin qeydiyyat imtahan şöbəsi tərəfindən qeydiyyata alınmış AA№ 108149 saylı Kamaz 55111 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün «xxxx» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan «xxxx» QSC Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 01.12.2017-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında əri zə 13.12.2017-ci il tarixdə AR DİN BDYP-nin təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Zamin həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə götürdükləri öhdəliklərini yerinə yetirməmişlər. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Q eyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Əsas və faiz borcu artıq hesablanmış, məhkəmə bu barədə hər hansı bir araşdırma aparmayaraq apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiy yəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa s übutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 81, 88 və 217.1-ci maddələri). Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı “xxxx” QSC ilə Cava bdeh1 arasında bağlanmış 10.01.2013-cü il tarixli 20L000000962 saylı kredit xətti müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən cavabdehə 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı bankla Cavabdeh1 arasında bağlanmış 13.11.2013-cü il tarixli 20R000005810 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,0833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. 16.03.2015-ci il tarixli 20R000005810S saylı, 08.12.2015-ci il tarixli 20R000005810SA saylı, 29.02.2016-cı il tarixli 20R000005810SB saylı, 26.08.2016-cı il tarixli 20R000005810SC saylı sazişlərin surətindən görünür ki, kredit xətti üzrə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 13.11.201 3-cü il tarixli 20R000005810 saylı kredit razılaşması üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 iddiaçı bankdan götürdüyü krediti və ona hesablanmış faizləri 13.11.2013cü ildən 13.11.2015-ci ilə qədər hər ay davamlı olaraq ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada ödəməklə müqavilədə nəzərdə tutulmuş vəsaiti faizləri ilə birlikdə iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı bankla Cavabdeh2 arasında bağlanmış 10.01.2013-cü il tarixli, 20S000001844 saylı zaminlik müqaviləsindən görünür ki, zamin 10.01.2013-cü il tarixli 20L000000962 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı bankla Cavabdeh1 arasında bağlanmış 12.11.2013-cü il tarixli 20M000000357 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh1 məxsus “Kamaz 55111” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus “Kamaz 55111” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil 13.11.2013-cü ildən 10.01.2023-cü ilə qədər «xxxx» QSC-in Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditin verilməsinə dair 13.11.2013-cü il tarixli kreditin verilməsi sənədindən görünür ki, Cavabdeh1 20000 ABŞ dolları məbləğində vəsaiti «xxxx» QSC-in Cəlilabad filialından almışdır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıqlardan görünür ki, iddiaçı bank cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan iddiaçı bank tərəfindən Cavabdeh1 ünvanlanmış 30.11.2017-ci tarixli bildirişdən görünür ki, bank tutmanın ipoteka predmetinə yönəldilməsinə başlanıldığına dair cavabdehə xəbərdarlıq etmişdir. İşdə olan iddiaçı Bank tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə ünvanlanmış 11.12.2017-ci il tarixli ərizədən görünür ki, iddiaçı bank tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmişdir. «xxxx» QSC tərəfindən verilmiş 09.02.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 iddiaçı banka 13.11.2013-cü il tarixli 20R000005810 saylı kredit razılaşması üzrə 09.02.2018-ci il tarixə 1700,16 ABŞ dolları əsas borcu, 639,68 ABŞ dolları faiz borcu yaranmış və 1228,67 ABŞ dolları cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iş tirakçıları arasında müqavilə olmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq qeyd etmişdir ki, Cavabdeh1 ilə “xxxx” QSC 13.11.2013-cü il tarixli 20R000005810 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,0833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit öhdəliyinin təminatı kimi bankla Cavabdeh2 arasında 10.01.2013-cü il tarixli, 20S000001844 saylı zaminlik müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığı n tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qanunun yuxarıda göstərilən tələblərinin işin halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, borclu Cavabdeh1 13.11.2013-cü il tarixli 20R000005810 saylı kredit müqaviləsinə əsasən kreditor “xxxx” QSC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymişdir və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə o nun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dair əsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsi sadalanan normalara istinad edərək iddia tələbini yuxarıda yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsindən yalnız Cavabdeh1 apellyasiya şikayəti verərək borcun artıq hesablandığını qeyd etmişdir. Qətnaməni Cavabdeh1 apellyasiya şikayətinə əsasən apellyasiya qaydasında yoxlayan apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilini formal mülahizə hesab edərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirimədən saxlamışdır. Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətində də, eyni dəlil irəli sürmüşdür. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı saymır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və yaxud ləğvi üçün əsas yoxdur. Cavabdeh borcun düzgün hesablanmadığını qeyd etmiş, lakin əslində borcun nə qədər olması, hansl tarixlərdə, hansı məbləğlərdə etdiyi ödənişlərin nəzərə alınmamasını göstərməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən digər cavabdehlər – zaminlər və ipoteka qoyan apellyasiya şikayəti verməmiş, qətnaməni mübahisələndirməmişlər. Ona görə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin həddində yalnız mübahisələndirilən hissələrdə apellyasiya qaydasında yoxlamışdır. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissələri hazırki kassasiya baxışının da predmetini təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2627/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-876/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-876/2019
29.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver