Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-876/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: borcun qaytarılması Açar sözlər: öhdəliyin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin faktiki halları İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh yazılı qaydada müraciət edərək, ona vurulmuş zərərin tam və nağd şəkildə 5 (beş) gün ərzində geri qaytarılmasını tələb etmiş, əks təqdirdə, vurulmuş bütün maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, pozulmuş hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 90.000 ABŞ dolları əsas borc məbləğinin, gecikməyə görə ödənilmiş 60.000 ABŞ dolları məbləğində zərərin, eləcə də pul vəsaitindən hazırki vaxta kimi 30 ay ərzində qanunsuz istifadə nəticəsində vurulan zərərin əvəzi olaraq 30.000 ABŞ dolları m əbləğinin, ümumilikdə 180.000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-378/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia qismən təmin edilmiş, Cavabdeh 90.000 ABŞ dolları məbləğində borcun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçıdan 90.000 ABŞ dolları borc almış və həmin borcun 20.000 ABŞ dollarını ödəmişdir. Borc verilən zaman tərəflər razılaşmışlar ki, borc imkan olduqca hissə-hissə qaytarılacaqd ır. Cavabdeh borcun əvəzində iddiaçıya mənzil təklif etmişdir, lakin iddiaçı bundan imtina edərək cavabdehi çətin vəziyyətə salmışdır. Cavabdehin bir dəfəyə 90.000 ABŞ dolları ödəməsi mümkün deyil. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4063/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev, T.S.Səmədov, İ.S.Şirinov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin halları və apellyasiya şikayətinin məzmununa əsasən müəyyən edilir ki, tərəflər arasında yazılı borc müqaviləsi mövcud olmasa da, cavabdeh iddiaçıdan 90.000 ABŞ dolları məbləğində borc aldığını inkar etmir. Belə olan halda, iddiaçının c avabdehə 90.000 ABŞ dolları məbləğində borc verməsi işin mübahisələndirilməyən halını təşkil edir. Cavabdehin borcun 20.000 ABŞ dollarının qaytarılması və borc məbləğinin hissəhissə ödənilməsinə ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin bu dəlili hər hansı sübutla təsdiq edilmədiyindən qətnamənin həmin hissədə ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş və şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış kassator məhkəmə kollegiyasının iclası na gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci mad dəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil o lan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən konkret olaraq hansı pozuntuya yol verildiyini və həmin qətnamə ilə h ansı səbəbdən razılaşmadığını ümumiyyətlə göstərməmiş, kassasiya şikayətini formal mülahizələrlə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-876/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-876/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver