Məhkəmə qərarları › İş №2(102)-877/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-877/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-877/2022 10.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Mustafayev Rəhman Taryel oğluna və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2741/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC və cavabdeh Mustafayev Rəhman Taryel oğlu tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 16.08.2006-cı il tarixdə 02L000000105 saylı kredit müqaviləsi, 03.09.2014-cü il tarixdə eyni tərəflər arasında həmin kredit müqaviləsinin tərkib hissəsi olan 80000 ABŞ dolları kredit verilməsini nəzərdə tutan kredit razılaşması və 16.02.2015-ci il tarixdə həmin kredit müqaviləsinin tərkib hissəsi olan 18000 ABŞ dolları kredit verilməsini nəzərdə tutan kredit razılaşması imzalanmışdır. Müqaviləyə əsasən bank öhdəliyini lazımınca icra edərək pul məbləğini Cavabdeh1 vermiş, o da həmin məbləği almışdır. Cavabdeh2 kreditor və borclu arasında bağlanmış 2006-cı il tarixli kredit xətti müqaviləsi üzrə zamin durmuş, həmin müqaviləyə 06.10.2015-ci il tarixdə əlavə və dəyişikliklər edilmişdir. Kreditor və borclu arasında kredit xətti müqaviləsinə ən son əlavə və dəyişikliklər 25.04.2018-ci il tarixdə olmuşdur. 18.08.2006-cı il tarixdə bank və borclu arasında ipoteka müqaviləsi bağlanmış, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən, 113 saylı mənzil kredit xətti müqaviləsinin təminatı olaraq Bankın xeyrinə yüklü edilmiş, ipoteka daşınmaz əmlakın reyestri xidmətində qeydiyyata alınmışdır. İpoteka predmeti olan mənzilin hazırkı bazar qiymətinə uyğun olaraq satış məbləği 95000 manat müəyyən edilmişdir.

2. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmişdir.

3. Bank 18.07.2019-cu ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Mustafayev Rəhman Taryel oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 14R000010292 saylı kredit razılaşması üzrə 30182.44 ABŞ dolları kredit borcu, 16634.38 ABŞ dolları faiz borcu və 13849.99 ABŞ dolları cərimə olmaqla, cəmi 60666.81 ABŞ dolları, 014R********** saylı kredit razılaşması üzrə 5990.84 ABŞ dolları kredit borcu, 3280.39 ABŞ dolları faiz borcu və 2161.99 ABŞ dolları cərimə olmaqla, cəmi 11433.22 ABŞ dolları, 2(iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 72100 ABŞ dolları 03 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1a məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, cəmi 72100 ABŞ dolları 03 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-2) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc onlardan tutulmalı və ipoteka predmetinə yönəldilməlidir.

6. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 birinci instansiya məhkəməsindəki icraatda iddia tələbini q əbul etməyərək bildirmişdir ki, Bankın iddia tələbi üzrə kredit borcu həddindən artıq şişirdilmiş, həm əsas borc, həm faiz borcu, həm də dəbbə pulu artıq hesablanmış, ödənişləri nəzərə alınmamışdır, Cavabdeh1lə "xxxx" ASC arasında bağlanmış kredit razılaşmaları üzrə tərəfindən banka ödəniş cədvəli üzrə ödənişlər həyata keçirilmiş, valyuta məzənnələrində baş verən dəyişiklik və devalvasiya ilə əlaqədar olaraq ABŞ dolları ilə ödənişlərdə çətinlik yaranmışdır, Bank ilə cavabdeh arasında olan kredit müqaviləsi bağlanarkən verilmiş kredit üzrə ABŞ dollarının manata olan məzənnəsi 1 dollar 0.78 manat kursuna bərabər idi, o, buna ümid edib kredit müqaviləsini bağlamışdır, uzun müddət də ödənişləri etmişdir, hazırda da edir, ölkədə anidən baş verən devalvasiya, ölkənin üzən məzənnə sisteminə keç məsi vətəndaş olaraq ona xeyli miqdarda ziyan vurmuşdur, halbuki, müqavilənin bağlanması anında bunu güman etsəydi, bu müqaviləni bağlamaz, belə bir öhdəliyin altına girməzdi, bankla aralarında olan kredit müqaviləsi üzrə şərtlər dəyişdirilməli, ABŞ dolları ilə olan kredit borcunun qalıq hissəsi ödəniş günü manata olan məzənnə ilə deyil, müqavilənin bağlandığı günə olan məzənnə ilə hesablanmalıdır, bu barədə dəfələrə banka müraciət etmiş, xahişlər etmişdir, bunun heç bir faydası olmamışdır.

7. Cavabdeh2 birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.

8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16.01.2020-ci il tarixli, 31869 saylı rəydən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məl umatları, 16.02.2015-ci il tarixli 014R********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 “01.05.2019-cu il tarixə (maliyyə arayışı tarixinə) İddiaçı QSC-nə olan borcu əsas borc üzrə 30182.44 ABŞ dolları, faiz borcu üzrə 5472.38 ABŞ dolları, 16.02.2015-ci il tarixli 014R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 01.05.2019-cu il tarixə (maliyyə arayışı tarixinə) İddiaçı QSC-nə olan borcu əsas borc üzrə 5990.84 ABŞ dolları, faiz borcu üzrə 1035.34 ABŞ dolları kimi müəyyən edilmişdir.

9. Müstəqil Məhkəmə Ekspertizası” MMC tərəfindən verilmiş 15.09.2020-ci il tarixli 40 saylı mənzilin qiymətləndirilməsinə dair ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzili, Kiyev layihəli yığma p anel konstruksiyadan inşa edilmiş 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşməklə 70.0 m2 ümumi sahədə 3 yaşayış otağından və əlverişli yardımçı sahələrdən ibarət olan, orta (orta səviyyədən nisbətən aşağı) səviyyəli təmirə malik olan mənzilin hazırkı orta bazar qiymətinə uyğun olaraq satış məbləği 95000 manat təşkil edir

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) 30 oktyabr 2020-ci il tarixli, 2(011)225/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə 14R000010292 saylı kredit razılaşması üzrə əsas borc kimi 30182.44 ABŞ dolları, faiz borcu kimi 5472.38 ABŞ dolları, cərimə kimi 300 ABŞ dolları, 014R********** saylı kredit razılaşması üzrə əsas borc kimi 5990.84 ABŞ dolları, faiz borcu kimi 1035.34 ABŞ dolla rı, cərimə kimi 60 ABŞ dolları və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətin ödənilməsi, tələb Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzilə yönəldilməsi, həmin mənzil açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borc ödənilməsi, əmlaklara tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində mənzil boşaldılması və alıcıya təhvil verilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ X1 alınması, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 145 (yüz qırx beş) manat pul məbləğinin Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi, Məhkəməəmtəəşü naslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat pul məbləği Cavabdeh1 alınaraq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Məhkəmə Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər kredit xətti, razılaşmalar, zaminlik və ipoteka müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onların bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin 01.04.2021-ci il tarixli Qərardadı əsasında təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyun 2021-ci il tarixli Rəyi ilə müəyyən olunur ki, 03.09.2014-cü il t arixli 14R000010292 saylı Kredit Razılaşması üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 Tarvel oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, kredit statusu məlumatları, 03.09.2014-cü il tarixli 14R000010292 saylı Kredit Razılaşması və əlavə sazişlərin şərtləri və faiz dərəcələri nəzərə alınmaqla Cavabdeh1 01.05.2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 52.484,69 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 01.05.2019-cu il tarixə: əsas borc üzrə - 38.358,84 ABŞ dolları, faiz borcu üzrə - 14.125,85 ABŞ dolları. 16.02.2015-ci il tarixli 014R********** saylı Kredit Razılaşması üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, kre dit statusu məlumatları, 16.02.2015-ci il tarixli 014R********** saylı Kredit Razılaşması və əlavə sazişlərin şərtləri və faiz dərəcələri nəzərə alınmaqla Cavabdeh1 01 05.2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 8.582,32 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 01.05.2019-cu il tarixə: Əsas borcu üzrə - 6.262,53 ABŞ dolları, faiz borcu üzrə - 2.319, 79 ABŞ dolları.

13. Bakı Apellyasiya Məhkəməsinin 28.07.2021-ci il tarixli Qərardadı əsasında təyin olunmuş qiymətləndirmə ekspertizası üzrə "xxxx" MMC-nin 23 avqust 2021-ci il tarixli Rəyi ilə müəyyən olunur ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzilin bazar qiyməti 90.000,0 (doxsan min) manat, Likvid qiyməti81.000,0 manat təşkil edir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məmmədova (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov) 06 oktyabr 2021-ci il tarixli, 2(103)-2741/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-225/2020 saylı, 30.10.2020-ci il tarixli qətnaməsi qismən-iddia tələbinin zamin Cavabdeh2 münasibətdə və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmaması hissədə ləğv edilməsi, Cavabdeh1 tutulması qət olunmuş ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə 14R000010292 saylı kredit razılaşması üzrə əsas borc kimi 30182.44 ABŞ dolları, faiz borcu kimi 5472.38 ABŞ dolları, cərimə kimi 300 ABŞ dolları, 014R********** saylı kredit razılaşması üzrə əsas borc kimi 5990.84 ABŞ dolları, faiz bor cu kimi 1035.34 ABŞ dolları, cərimə kimi 60 ABŞ dolları və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın Cavabdeh2 da müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzilin ilkin satış qiyməti 81.000, (səksən bir min) manat müəyyən edilməsi, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat pul məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat pul məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müşt ərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının zamin Cavabdeh2 ilə bağlı dəlilindən başqa digər dəlilləri ilə bağlı 1-ci instansiya məhkəməsinin apardığı yuxarıda qeyd edilən araşdırma və nəticə ilə Kollegiya razılaşır və yenidən qeyd etməyə zərurət yoxdur. Həmçinin, iddiaçı apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin 95.000,0 manat müəyyən olunmasını bildirsə də iddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı qanuna uyğun likvid qiymətin müəyyən olunaraq qətnamədə göstərilməsini xahiş etmişdir. Odur ki, Kollegiya ipoteka predmetinin satış qiymətini Bakı Apellyasiya Məhkəməsinin 28.07.2021-ci il tarixli Qərardadı əsasında təyin olunmuş qiymətləndirmə ekspertizası üzrə "xxxx" MMC-nin 23 avqust 2021-ci il tarixli Rəyi ilə müəyyən olunan Likvid qiyməti- 81.000,0 manat təşkil etdiyini nəzərə alır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, şikayətdə borcun məbləğinin düzgün hesablanmaması qeyd olunsa da, hansı ödənişin nəzərə alınmaması və ekspertiza rəyinin əsassızlığını şübhə altına alan sübutlar məhkəməyə təqdim olunmamışdır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

16. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, onun tərəfindən verilmiş a pellyasiya şikayətində hazırki iş üzrə bank tərəfindən siyahı üzrə həyata keçirilmiş ödənişlərin düzgün hesablanmadığı, o cümlədən əsas borcla yanaşı faiz borcunun həddən artıq şişirdildiyi, kredit xətləri üzrə etdiyi əvvəlki ödənişlərin nə ekspert tərəfindən, nə də məhkəmə tərəfindən hesablama aparılarkən nəzərə alınmadığı, bank tərəfindən aralarında bağlanmış kredit müqavilələrinin ləğv olunması barədə tələb irəli sürülmədiyi, kredit müqavilələri ləğv olunmadığı halda, yəni qüvvədə ola-ola kredit borcunun tam tələb edilməsinin qanunauyğun olmadığı göstərilmişdir. Lakin buna baxmayaraq işə baxmış birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilsə də, ekspertlər yenə də cavabdeh tərəfindən siyahı üzrə həyata keçirilmiş ödə nişlərin heç birini nəzərə almamışlar. Belə ki, cavabdeh tərəfindən ödənilən məbləğlərin miqdarı çox olduğu halda bank mühasibatlıq ekspertizasına təqdim etdiyi ödəniş cədvəllərində məbləğləri az göstərmiş bir çoxunu isə ümumiyyətlə göstərməmişdir. Bununla da ekspert gəldiyi nəticə əsassız və yalnışdır. Hazırki iş üzrə apellyasiya baxışı zamanı təyin edilmiş ekspert rəyi məhkəmə kollegiyası tərəfindən cavabdeh tərəf olaraq cavabdehlərə təqdim edilməmiş və onların həmin rəylə tanış olmaqlarına şərait yaradılmamışdır. Hansı ki, cavabdehlərin həmin ekspert rəyi ilə tanış olmaq və rəyə dair öz etiraz və mülahizələrini və vəsatətlərini məhkəməyə təqdim etmək hüquqları vardır ki, apellyasiya instansiya məhkəməsi onları həmin hüquqlarından məhrum etmişdir. Hazırki iş üzrə apellyasiya instansiya m əhkəməsi öz qətnaməsini qəbul etdikdən sonra cavabdehlər ekspert rəyi ilə tanış olmuşlar və müəyyən etmişlər ki, yenə də tərəflərindən ödənilmiş ödənişlərin heç biri ekspert tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 nömrəli mənzilin ilkin satış qiyməti 81.000 (səksən bır min) manat müəyyən edilmişdir. İpoteka predmeti olan mənzilin qiyməti həddən artıq aşağı göstərilmiş və məhkəmə kollegiyası da həmin mənzilin qiymətinin 81.000 (səksən bir min) manat olmasının mümkünsüz olduğunu bildiyi halda, buna heç bir reaksiya verməmiş, apellyasiya baxışı zamanı tərəfimdən ipoteka predmeti olan mənzilin bazar dəyərinin ən azı 120.000 (bir yüz iyirmi min) manat təşkil etdiyi, bu səbə bdən həmin mənzilin hazırki bazar dəyərinin və likvid qiymətinin müəyyən olunması üçün cavabdehlər təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etsələr də, məhkəmə kollegiyası əsassız olaraq onların vəsatətlərini təmin etməmişdir.

18. İddiaçı QSC kassasiya şikayəti verərək qətnamənin faiz borcuna dair hissədə dəyişdirilməsi, cavabdehlərdən tutulmalı olan faiz borcunun artırılaraq 03.09.2014-cü il tarixli kredit razılaşması üzrə 14125,85 ABŞ dolları, 16.02.2015-ci il tarixli kredit razılaşması üzrə 2319,79 ABŞ dolları müəyyən olunması, qalan hissədə qətnamənin dəyişdirimədən saxlanılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış kredit razılaşmasının şərtlərini nəzərə almamışdır. Belə ki, kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Apellyasiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş mühasibatlıq ekspertizasının rəyinə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmiş, həmin rəy apellyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamış və bununla da qətnamədə göstərilmiş nəticələr işin halları ilə uyğunsuzluq təşkil etmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, cavabdehlərin 03.09.2014-cü il tarixli 14R000010292 saylı kredit müqaviləsinin şərtləri və faiz dərəcələri nəzərə alınmaqla 01.05.2019-cu il ta rixinə banka 14125.85 ABŞ dolları məbləğində faiz borcu mövcuddur. Həmçinin həmin rəyə əsasən cavabdehlərin 16.02.2015-ci il tarixli 014R********** saylı kredit müqaviləsinin şərtləri və faiz dərəcələri nəzərə alınmaqla 01.05.2019-cu il tarixinə banka 2319.79 ABŞ dolları məbləğində faiz borcu mövcuddur. Apellyasiya instansiyası məhkəməsi mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş faiz borcunu nəzərə almamış və rəyin mötəbər sübut növü kimi qəbul edilib qiymətləndirilməməsini qətnaməsində əsaslandırmamışdır. Bankın apellyasiya şikayəti faiz borcuna dair hissədə əsassız olaraq təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş müh asibatlıq ekspertizası ilə bağlı ekspertin verdiyi 03.06.2021-ci il tarixli rəyə düzgün hüquqi qiymət verilməmişdir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Apellyasiya məhkəməsi ekspertiza rəyində qeyd edilmiş kredit razılaşmaları üzrə ekspertin müəyyən etdiyi faiz borcuna dair hissədə iddia tələbinin təmin edilməməsini ümumiyyətlə əsaslandırmamış, həmin hissəyə münasibət bildirməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başq a öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

22. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

23. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

24. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallar da daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdir ilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə göt ürür.

31. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:

32. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir.

33. Maddə 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Məhkəmə kollegiyası, qətnaməni tərəflərin mübahisələndirdikləri hissələrdə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, i ş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının faiz tələblərinə aid hissə istisna olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

40. İddiaçı QSC ilə Cavabdeh1 arasında 16.08.2006-cı il tarixli **********04 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ban k kredit alana 60 ay müddətinə, 30000 ABŞ dolları məbləğində kredit xətti açmışdır.

41. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 105 saylı 27.09.2008-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişdən görünür ki, 16.08.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə dəyişiklik edilərək “bankın bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300000 ABŞ dolları məbləğində kredit xəttini açır, kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək və bu müqavilə bankın kredit vermək vədini ifadə etmir, bu müqavilə ilə kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay müddətinə, 16.08.2016-cı il tarixdən gec olmayaraq verilməlidir kimi müəyy ən edilməsi haqqında tərəflər razılaşmışlar.

42. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 02L000000105S saylı 06.10.2015-ci il tarixli kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişdən görünür ki, 16.08.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsinin 1.1,1.2 və 1.3-cü bəndlərinə dəyişiklik edilərək “bankın bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana ******* ABŞ dolları məbləğində kredit xəttini açması, kredit xəttinin müddəti 230 ay müddətinə, 16.10.2025-ci il tarixdən gec olmayan tarix kimi müəyyən edilməsi haqqında tərəflər razılaşmışlar.

43. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 16.08.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə 03.09.2014-cü il tarixli 14R000010 292 saylı kredit razılaşmasından görünür ki, bank 80000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1.6667 faiz olmaqla 23 ay müddətinə kredit alana-Cavabdeh1 verir.

44. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SH saylı 25.04.2018-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.08.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə 16.01.2017-ci il tarixdə bağlanmış 14R000010292 saylı kredit razılaşması əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan ödəniş planına uyğun olaraq banka ödənilməlidir, xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından aslı olmayaraq həmin xarici valyuta da banka ödəməlidir.

45. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 16.08.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə 16.02.2015-ci il tarixli 014R********** saylı kredit razılaşmasından görünür ki, bank 18000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1.6667 faiz olmaqla 12 ay müddətinə kredit alana-Cavabdeh1 verir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür.

46. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SA saylı 07.10.2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.08.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə 16.02.2015-ci il tarixdə bağlanmış 014R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 07.10.2015-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməlidir, xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından aslı olmayaraq həmin xarici valyutada banka ödəməlidir.

47. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SB saylı 22.01.2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.02.2015-ci il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götür düyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 22.01.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir.

48. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SC saylı 25.02.2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.02.2015-ci il il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri 25.02.2016-cı il tarixdən aylıq 1.4583 faiz olmaqla ödəyəcəkdir.

49. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SD saylı 16.05.2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.02.2015-ci il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 16.05.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir.

50. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SE saylı 19.12.2016-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 03.09.2014-cü il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri 6 ay ərzində aylıq 1.8333 faiz olmaqla ödəyəcəkdir.

51. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SE saylı 19.12.2016-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.02.2015-ci il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri 6 ay ərzində aylıq 1.8333 faiz olmaqla ödəyəcəkdir.

52. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SA saylı 07.10.2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 03.09.2014-cü il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 07.10.2015-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir.

53. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SB saylı 22.01.2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 03.09.2014-cü il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürd üyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 22.01.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir.

54. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SF saylı 19.04.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 03.09.2014-cü il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 19.04.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir.

55. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SF saylı 19.04.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.02.2015-ci il tarixli kredit razılaşması əsasında, kred it alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 19.04.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir.

56. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SG saylı 26.09.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.02.2015-ci il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 26.09.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir.

57. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SG saylı 26.09..2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 03.09.2014-cü il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 26.09.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir.

58. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 14R000010292SH saylı 25.04..2018-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, 16.01.2017-ci il tarixli kredit razılaşması əsasında, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 25.04.2018-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəyəcəkdir.

59. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 014R**********SC saylı 25.02.2016-cı il tarixli “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqınd a” Sazişdən görünür ki, 16.08.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə 16.02.2015-ci il tarixdə bağlanmış 014R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması əsasında kreditin qalıq məbləğinə 25.02.2016-cı il tarixdən aylıq 1.4583 faiz dərəcəsi ilə faiz hesablanır və Kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 25.02.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödənilməlidir, kredit alan bu Saziş bağlandıqdan sonra yenidən cari krediti üzrə restruktruzasiya olunmasını tələb etdikdə və cari kredit restruktruzasiya olunduğu halda kreditin qalıq məbləğinə 1.6667 faiz dərəcəsi ilə faiz hesablanması haqqında tərəflər razılığa gəlmişlər.

60. İddiaçı QSC və Cavabdeh2 ar asında bağlanmış 21.04.2010-cu il tarixli, 02S00001135 saylı Zaminlik müqaviləsindən görünür ki, müqavilə 300000 ABŞ dolları kredit xətti məbləğinin, 120 ay müddətinə banka ödənilməsinin təmin etmək məqsədi ilə bağlanmışdır, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür, borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır.

61. İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış 06.10.2015-ci il tarixli, 02S00001135S saylı Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişdən görünür ki, bank ilə zamin 21.04.2010-cu il tarixli, 02S00001135 Zaminlik müqaviləsi üzrə zaminlik müqaviləsi Bank və Cavabdeh1 və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması ”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etməyi, kredit xətti müqaviləsininn məbləği ******* ABŞ dolları, müddəti isə 230 ay təşkil etməsi” barədə razılığa gəlmişlər.

62. İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 02M000000119 saylı,18.08.2006-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 16.08.2006-cı il tarixli 02L000000105 saylı Kredit xətti müqaviləsi üzrə borclunun arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən, 113 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AccessBank» QSC və Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əlavə lər və dəyişikliklər edilməsi barədə 119 saylı, 03.10.2008ci il tarixli Sazişdən görünür ki, kredit xəttinin məbləği 300000 ABŞ dolları olmaqla 120 ay müddətinə olmaqla dəyişdirilmişdir.

63. AccessBank» QSC və Cavabdeh1 arasında notariat qaydasında bağlanmış ipoteka müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi barədə **********119S saylı, 06.10.2015-ci il tarixli Sazişdən görünür ki, kredit xəttinin məbləği ******* ABŞ dolları olaraq dəyişdirilmişdir. İş materiallarında olan MH ******* saylı, 11.10.2008-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən, 113 saylı mənzil İddiaçı QSC Babək filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

64. RX ******* saylı, 08.10.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən, 113 saylı mənzil İddiaçı QSC Bakıxanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 65. 01.05.2019-cu il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 14R000010292 saylı 03.09.2014-cü il tarixli kredit razılaşması üzrə borcu 30182.44 ABŞ Dolları məbləğində kredit borcu, 16634.38 ABŞ Dolları məbləğində faiz borcu və 13849.99 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 60666.81 ABŞ Dolları təşkil edir. 66. 01.05.2019-cu il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 014R********** saylı 16.02.2015-ci il tarixli kredit razılaşması üzrə borcu 5990.84 ABŞ Dolları məbləğində kredit borcu, 3280.39 ABŞ Dolları m əbləğində faiz borcu və 2161.99 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11433.22 ABŞ Dolları təşkil edir.

67. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16.01.2020-ci il tarixli, 31869 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, 16.02.2015-ci il tarixli 014R********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 “01.05.2019cu il tarixə (maliyyə arayışı tarixinə) İddiaçı QSC-nə olan borcu əsas borc üzrə 30182.44 ABŞ dolları, faiz borcu üzrə 5472.38 ABŞ dolları, 16.02.2015-ci il tarixli 014R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 01.05.2019-cu il tarixə (maliyyə arayışı tarixinə) İddiaçı QSC-nə olan borcu əsas borc üzrə 5990.84 ABŞ dolları, faiz borcu üzrə 1035.34 ABŞ dolları kimi müəyyən edilmişdir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir.

68. Müstəqil Məhkəmə Ekspertizası” MMC tərəfindən verilmiş 15.09.2020-ci il tarixli 40 saylı mənzilin qiymətləndirilməsinə dair ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzili, Kiyev layihəli yığma panel konstruksiyadan inşa edilmiş 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşməklə 70.0 m2 ümumi sahədə 3 yaşayış otağından və əlverişli yardımçı sahələrdən ibarət olan, orta (orta səviyyədən nisbətən aşağı) səviyyəli təmirə malik olan mənzilin hazırkı orta bazar qiymətinə uyğun olaraq satış məbləği 95000 manat t əşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair 15.09.2020-ci il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir.

69. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 01.04.2021-ci il tarixli Qərardadı əsasında təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyun 2021-ci il tarixli Rəyi ilə müəyyən olunur ki, 03.09.2014-cü il tarixli 14R000010292 saylı Kredit Razılaşması üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 Tarvel oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, kredit statusu məlumatları, 03.09.2014-cü il tarixli 14R000010292 saylı Kredit Razılaşması və əlavə sazişlərin şərtləri və faiz dərəcələri nəzərə alı nmaqla Cavabdeh1 01.05.2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 52.484,69 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 01.05.2019-cu il tarixə: əsas borc üzrə - 38.358,84 ABŞ dolları, faiz borcu üzrə - 14.125,85 ABŞ dolları. 16.02.2015-ci il tarixli 014R********** saylı Kredit Razılaşması üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, kredit statusu məlumatları, 16.02.2015-ci il tarixli 014R********** saylı Kredit Razılaşması və əlavə sazişlərin şərtləri və faiz dərəcələri nəzərə alınmaqla Cavabdeh1 01 05.2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 8.582,32 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 01.05.2019-cu il tarixə: Əsas bor cu üzrə - 6.262,53 ABŞ dolları, faiz borcu üzrə - 2.319, 79 ABŞ dolları.

70. Həmçinin, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 28.07.2021-ci il tarixli Qərardadı əsasında təyin olunmuş qiymətləndirmə ekspertizası üzrə "xxxx" MMC-nin 23 avqust 2021-ci il tarixli Rəyi ilə müəyyən olunur ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 18 saylı binanın 113 saylı mənzilin bazar qiyməti 90.000,0 (doxsan min) manat, Likvid qiyməti-81.000,0 manat təşkil edir.

71. İş üzrə iddiaçı apellyasiya şikayəti verərkən həmçinin cavabdehlərdən tutulmalı olan faiz məbləğlərinin düzgün müəyyən olunmadığını bildirmişdir.

72. Belə ki, iddiaçı bank, tələbində 03.09.2014-cü il tarixli kredit razılaşması üzrə 16634.38 ABŞ dolları faiz borcu, 16.02.2015-ci il tarixli kre dit razılaşması üzrə 3280.39 ABŞ dolları faiz borcu tələb etmişdir. Birinci instansiya məhkəməsi isə faiz borclarını müvafiq olaraq, 1035.34 ABŞ dolları və 5472.38 ABŞ dolları kimi müəyyən etmişdir.

73. İddiaçının hər iki kredit müqaviləsi üzrə tələb etdiyi faiz məbləğləri apellyasiya baxışında təyin edilmiş mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 03.06.2021-ci il tarixli rəyi ilə yoxlanılmışdır. Həmin rəyə əsasən, 03.09.2014-cü il tarixli Kredit Razılaşması üzrə 01.05.2019-cu il tarixə banka olan faiz borcu 14.125,85 ABŞ dolları, 16.02.2015-ci il tarixli Kredit Razılaşması üzrə 01 05.2019-cu il tarixə banka olan faiz borcu 2.319, 79 ABŞ dolları müəyyən edilmişdir.

74. Buna baxmayaraq, apellyasiya məhkəməsi faiz borclarının məbləğlərinə dair özünün əldə etdiyi eksper tiza rəyi üzrə qiymətləndirmə aparmamış, sözügedən rəy mövcud olduğu halda birinci instansiya məhkəməsinin qətnaməsini faizlərə aid hissədə hansı səbəbdən qüvvəsində saxladığını əsaslandırmamışdır. Bununla da apellyasiya məhkəməsi faiz tələblərinə dair düzgün nəticəyə gəlməmişdir.

75. Ona görə də Kollegiya hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, qətnamə faiz borcuna dair hissələrdə dəyişdirilməli, cavabdehlərdən tutulmalı olan faiz borcu Məhkəmə Ekspertizası Mərkəzinin 03.06.2021-ci il tarixli rəyinə uyğun olaraq, 03.09.2014-cü il tarixli kredit razılaşması üzrə 14125,85 ABŞ dolları, 16.02.2015-ci il tarixli kredit razılaşması üzrə 2319,79 ABŞ dolları müəyyən edilməlidir.

76. Kollegiyanın yuxarıdakı qənaətinə uyğun olaraq həm borcun məbləğlərinə, həm də ipoteka predm etinin ilkin satış qiymətinə münasibətdə cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, həmin məbləğlər apellyasiya məhkəməsinin keçirdiyi ekspertiza rəyləri əsasında müəyyən edilir. Ekspert rəylərinin apellyasiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilməməsi halı aşkar olunmur. Ona görə də cavabdeh tərəfin kassasiya şikayəti təmin olunmamalıdır.

77. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2741/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi faizlərə aid hissədə dəyişdirilsin, cavabdehlər Mustafayev Rəhman Taryel oğlundan və Cavabdeh2 tutulan faiz məbləğləri İddiaçı QSC ilə Mu stafayev Rəhman Taryel oğlu arasında bağlanmış 03.09.2014-cü il tarixli kredit razılaşması üzrə 14.125,85 ABŞ dolları (ödəniş gününə manat məzənnəsi ilə), 16.02.2015-ci il tarixli kredit razılaşması üzrə 2319,79 ABŞ dolları (ödəniş gününə manat məzənnəsi ilə) müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Mustafayev Rəhman Taryel oğlunun kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar