Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-878/2019 29.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 29 yanvar 2019-cu il № 2(102)-878/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Laçın Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim C.İbrahimov, iş № 2(047)-xx/17) iddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc” tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3 Əlastan oğlu və Cavabdeh4 müştərək qaydada 9724,16 ABŞ dolları əsas, 8822,87 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə, cəmi 19047,03 (on doqquz min qırx yeddi ABŞ dolları üç sent) ABŞ dolları məbləğində (ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun) borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Mirzəyev-sədrlik edən və məruzəç i, T.Heydərov və Z.Babayev, iş № 2(106)-xx/18) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Laçın rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3 Əlastan oğlu və Cavabdeh4 müştərək qaydada 8822,87 ABŞ dolları faiz borcunun tutularaq iddiaçı «xxxx» ASC-yə verilməsi hissəsində dəyişdirilərək faiz borcu 7047,18 ABŞ dolları müəyyən edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3 Əlastan oğlu və Cavabdeh4 müştərək qaydada 9724,16 ABŞ dolları əsas, 7047,18 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə, cəmi 17271,34 (on yeddi min iki yüz yetmiş bir ABŞ dolları, otuz dörd sent) ABŞ dolları məbləğində (ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun) kredit borcunun tutula raq «xxxx» ASC-yə verilməsi, eləcə də aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3 Əlastan oğlu və Cavabdeh4 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin qismən - faiz borcunun tutulması hissəsində ləğv olunmasını və həmin hissədə idia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh3 və Cavabd eh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3 Əlastan oğlu və Cavabdeh4 müştərək qaydada kredit müqaviləsi üzrə 9724,16 ABŞ dolları əsas, 8822,87 ABŞ dolları faiz, 3532,84 ABŞ dolları cərimə, cəmi 22079,87 ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili N.Əzizli məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermiş və o, şikayətində qətnaməni faiz borcunun tutulması hissəsində mübahisələndirmi şdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız kassasiya qaydasında mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məruzəçini, vəkil N.Əzizlinin izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni faiz borcunun tutulması hissəsində həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində dəyişiklik edərkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.04.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 29% olmaqla 18 ay müddətinə 10200 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanılmış 18.07.2014-cü il tarixli əlavə sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. 18.04.2014-cü il tarixli zaminlik müqaviləsinə və həmin zaminlik müqaviləsinə əlavə sazişə əsasən iddiaçı “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh2, X2, Cavabdeh3 və Cavabdeh4 zamin durmuşlar. İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlərdən kredit m üqaviləsi üzrə 9724,16 ABŞ dolları əsas borc, 8822,87 ABŞ dolları faiz borcu və 3532,84 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 22079,87 ABŞ dolları məbləğində borcun tutulmasını məhkəmədən xahiş etmişdir Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 443.1, 445.1, 448.1, 470.1, 472.1, 472.2-ci maddələrini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, borclu Cavabdeh1 18.04.2014-cü il tarixli kredit müqaviləsinə əsasən kreditor «xxxx» ASC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymişdir və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə həmçinin hesab etmişdir ki, kredit müqaviləsinin təminatı olaraq bankla cavabdehlər Cavabdeh2, X2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 18.04.2014-cü il tarixli və 18.07.2014-cü il tarixli zaminlik müqavilələri Azərbaycan Respublikası MM-in 471-ci maddəsinin tələbinə uyğun olaraq yazılı şəkildə bağlanmış və müqavilə zaminlər Cavabdeh2, X2, Cavabdeh3 və Cavabdeh4 iradə ifadəsinə zidd olmamış və onlar tərəfindən imzlanmışdır. Həmin müqavilə ilə onlar faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasına razılıq vermişlər. Birinci instansiya məhkəməsi qeyd ounanları nəzərə alaraq iddianı qismən təmin etmiş və cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3 və Cavabdeh4 müştər ək qaydada 9724,16 ABŞ dolları əsas, 8822,87 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə, cəmi 19047,03 (on doqquz min qırx yeddi ABŞ dolları üç sent) ABŞ dolları məbləğində borcun tutulmasını qət etmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 24 iyul 2018-ci il tarixli 15677 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 xx xxx 2017-ci il tarixə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 9954,97 ABŞ dolları, faiz borcu isə 7047,18 ABŞ dolları təşkil edir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyində göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini faiz borcunun tutulması hissəsində dəyişdirmiş və cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləğini ekspert rəyinə müvafiq olaraq 7047,18 ABŞ dolları müəyyən etmiş dir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin cavabdehlərdən kredit müqaviləsi üzrə 8822,87 ABŞ dolları faiz borcunun tutulması hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyünd ən iddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı mübahisələndirilən hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları qismən – məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə Şirvan Apellyasiya Məhkəməsinin faiz borcunun tutulması hissəsində gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin göstərilən hissədə ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdiril mədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı «xxxx» ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli, 2(106)xx/18 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni faiz borcunun tutulması hissəsində həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-878/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-878/2019
29.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver