Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8793/2018 19.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-8793/2018 19 dekabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə qarşı kredit borcu üzrə pul, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılması, ipoteka qoyulmuş əmlaka tələb yönəldilməsinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 2(106)-1887/18 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcu üzrə pul, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılması, ipoteka qoyulmuş əmlaka tələb yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 11 avqust 2015-ci il tarixli, MAS-02964/15 saylı kredit müqaviləsinin ləğvi, cavabdehlərdən birgə qaydada 6401 manat əsas borcun, 2988 manat faiz borcunun, 200 manat cərimə borcu olmaqla, cəmi 9589 manat pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın mülkiyyət hüququ üzrə Cavabdeh4ün adına daşınmaz əmlakın dövlət reyestri xidmətində 6 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış Masallı şəhəri, ünvan 1 ünvanda yerləşən 60.3 kv.m ümumi sahədən, 40.7 kv.m yaşayış sahədən, 19.6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 6 nömrəli mənzilə yönəldilərək açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, mənzildə qeydiyyatda olan Cavabdeh4 mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin ən geci 1 ay müddətində boşaldılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh1 arasında 11 avqust 2015-ci il tarixli, MAS-02964/15 saylı kredit müqaviləsi bağlanaraq borcalana 36 ay müddətinə, illik 29 faiz ödəmək şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. Götürülmüş kreditin qaytarılmasının təminatı kimi vətəndaş Cavabdeh4 arasında bağlanmış 11 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə Cavabdeh4ə məxsus olan, daşınmaz əmlakın dövlət reyestri xidmətində 6 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış Masallı şəhəri, ünvan 1 ünvanda yerləşən 60.3 kv.m ümumi sahədən, 40.7 kv.m yaşayış sahədən, 19.6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 6 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Götürülmüş kredit üzrə İddiaçı ASC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında 11 avqust 2015-ci il tarixli, MAS-02964/15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq h al-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Masallı Rayon Məhkəməsinin(hakim A.Alməmmədov) 16 noyabr 2017-ci il tarixli, 2(050)-2360/2017 saylı qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 ilə bağlanmış 11 avqust 2015-ci il tarixli, MAS-02964/15 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən əsas borca görə 6401 manat əsas borcun, 2988 manat faiz borcunun, 200 manat cərimə borcu olmaqla, cəmi 9589 manat məbləğində pul, habelə dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dən İddiaçı ASC-nin xeyrinə tutulması, tutma Cavabdeh4ün adına daşınmaz əmlakın dövlət reyestri xidmətində 6 nömrəli reyestr kitabının 48 nömrəli v ərəqində qeydiyyata alınmış Masallı şəhəri, ünvan 1 ünvanda yerləşən 60.3 kv.m ümumi sahədən, 40.7 kv.m yaşayış sahədən, 19.6 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 6 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 8400 (səkkiz min dörd yüz) manat müəyyən edilməsi və həmin əmlak açıq hərracdan satılaraq satışdan əldə olunan vəsait hesabına borc ödənilməsi, həmin mənzil satıldıqdan sonra mənzildə qeydiyyatda olan Cavabdeh4 mənzildən istifadə hüququna xitam verilərək, ən geci 1 ay müddətində mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 70 manat tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının( T.Heydərov,N.Mirzəyev, Z.Babayev) 2(106)-1887/18 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən birgə verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli, 2(050)-2360/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və vəkili X5 iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1887/18 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2015-ci ilin dekabr ayında manatın devalvasiyası nəticəsində zəifləməsi ilə biznesləri zəifləmişdir. Bundan sonra cədvələ uyğun olmasa da, imkan daxilində ödənişləri olmuş lakin bank bu halları nəzərə alıb, vətəndaşa güzəştlər tətbiq etməmişdir. Manatın devalvasiyası müqavilə üzrə şəraitin dəyişməsini doğuran elə səbəbdir ki, həmin səbəb əmələ gəldikdən sonra o həmin səbəbi xarakterizə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilmir. Bankdan götürülən vəsait biznesinin genişləndirilməsinə sərf olunsa da, manatın kəsin zəifləməsi qazanclarının və bizneslərinin də zəifləməsinə səbəb oldu. Aylıq ödəniş qabiliyyətləri aşağı düşdü. Nəticədə istəmədən öhdəliklərini vaxtında icra edə bilmədilər. Amma buna baxmayaraq, bank o vətəndaşlara bu fövqəladə hala görə heç bir güzəşt və ya kömək etmədi. Ən rahat yolu seçərək məhkəməyə müraciət edib, borcun girov qoyduqları əmlaka yönəldilməsinə nail olmağa çalışır. Bank şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini fors-major hal kimi nəzərə almalı idi. Çünki, hər bir vətəndaşın ö hdəlikləri ilə yanaşı hüquqları-mənzil, mülkiyyət, sosial təminat və həmin evdə yaşamaq hüququ vardır. Bankın girov qoyulmuş əmlakı tələb etmək hüququ vardırsa, vətəndaşın da mənzil, mülkiyyət, sosial təminat və həmin evdə yaşamaq hüququ vardır. Bir şəxsin hüququ digər şəxsin hüququnu məhdudlaşdıra bilməz. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1887/18 saylı, 07.08.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və işə yenidən baxılaraq mahiyyəti üzrə yeni qərar qəbul edilməsini xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və cavabdehin məhkəmə iclasının təxirə salınması barədə vəsatəti təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbayc an Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə baxışının hədləri apellyasiya instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının cavabdeh Cavabdeh1münasibətdə tam yoxlanılması təşkil edir. Digər cavabdehlər apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və digər cavabdehlərə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclunun şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması və digər cavabdehlərin şikayəti olmadığı halda onlara münasibətdə də qərar qəbul edilməsi sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndiril ə bilər. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı olan bankla Cavabdeh1 arasında bağlanmış 11 avqust 2015-ci il tarixli, MAS-02964/15 saylı kredit müqaviləsi bağlanaraq borcalana 36 ay müddətinə, illik 29 faiz ödəmək şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. İddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməməsi, borc ödənilməməsinə istinad edərək hazırki iddianı qaldırmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 09.11.2017-ci il tarixli, 19867 saylı ekspert rəyinə əsasən İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh1 arasında bağlanmış 11 avqust 2015-ci il tarixli, MAS-02964/15 saylı kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzalar Cavabdeh1 tərəfindən imza olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə görə- öhdəliyə əsasən bir şəxs /borclu/ başqa şəxsin /kreditorun/ xeyrinə müəyyən hərəkəti etməlidir, mə sələn, pul ödəməli, əmlak verməli və s. kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Kollegiya qeyd edir ki, mülki məhkəmə icraatının prinsip inə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiy mət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cərimələri iddiaçı təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğu üçün apellyasiya instansiyası məhkəməsi MPM-nin 76-cı maddəsinə əsasən sübut növlərindən biri hesab edilən ekspertiza rəyinə əsasən düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi, yəni o, bank tərəfindən kredit müqaviləsi üzrə tərtib edilmiş ödəmə cədvəlinə mütəmadi olaraq riayət etmədiyi üçün iddiaçıya kreditin qaytarılmamı ş hissəsinin qaytarılmasını və əsas borca hesablanmış faizlərin ödənilməsini cavabdehdən tələb etməkdə və tələbin ipoteka predmetinə yönəldilməsi tələbində haqlı olmuşdur. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Cavabdeh1 əsas borca görə 6401 manat əsas borcun, 2988 manat faiz borcunun, 200 manat cərimə borcu alınaraq İddiaçı ASC-yə ödənilməli olmasına dair düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdeh ilə iddiaçı arasında kredit müqaviləsi bağlanması və cavabdehin bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyətinin yaranması, buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqav iləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz borcu və cərimə borcu ) icra etməli olmasına dair nəticəsini qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərinə hüquqi qiymət verməyə davam edərək qeyd edir ki, ölkədə baş verən devalvasiya ilə bağlı cavabdehə hər-hansı güzəşt edilməsi bankın müstəsna hüququdur. Tərəflər bununla bağlı məhkəmədənkənar qaydada istənilən razılığa gələ bilərlər. Tərəflər arasında bağlanmış müqavilə şərtlərində borc alanın maddi vəziyyətinin pisləşməsi halında öhdəliyi icra etməkdən imtina etməsi halı nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili X5in kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1887/18 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsi Cavabdeh1münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8793/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-8793/2018
19.12.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver