Məhkəmə qərarları › İş №2(102)-8799/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-8799/2018

19.12.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8799/2018 19.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-8799/2018 19 dekabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qurbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin vəkili X1in iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)- 174/18 saylı, 14 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birinci cavabdehdən iddiaçının xeyrinə 2015-ci il 06 fevral tarixli, 779/PBMF nömrəli kredit müqaviləsinə əsasən 14977,60 ABŞ dolları əsas, 5224,76 ABŞ dolları hesablanmış faiz borcu, 7541,75 ABŞ dolları dəbbə pulu, cəmi 27744,11 ABŞ dolları, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinin 14.000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə Masallı rayonu, Qızılavar kən dində ikinci cavabdehin mülkiyyətindəki 0.1917 ha torpaq sahəsində yerləşən 61,1 kv.m yaşayış, 176,6 kv.m yardımçı, 237,7 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə və onun tərkibi (həyətyanı tikili və qurğulara)-Liter B: 17,8 kv.m sahədən ibarət hamam-tualetə yönəldilməsi və fərdi yaşayış evinin və onun tərkibindəki həyətyanı tikili və qurğuların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsini, Masallı rayonu, Qızılavar kəndində ikinci cavabdehin mülkiyyətindəki 0.1917 ha torpaq sahəsində yerləşən 61,1 kv.m yaşayış, 176,6 kv.m yardımçı, 237,7 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən orada yaşayan cavabdehlərin çıxarılmasını, fərdi yaşayış evinin və onun tərkibindəki həyətyanı tikili və qurğuların boşaldılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-666/2017 saylı, 28 aprel 2017-ci il tarixli qətnaməsi (hakim Hilal Xəlilov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh1 2015-ci il 06 fevral tarixli, 779/PBMF nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 14.977,60 (on dörd min doqquz yüz yetmiş yeddi, altmış) ABŞ dolları, faiz borcuna görə 1.721,86 (bir min yeddi yüz iyirmi bir, səksən altı) ABŞ dolları, cərimə borcuna görə 1.000 (bir min) ABŞ dolları, cəmi 17.699,46 (on yeddi min altı yüz doxsan doqquz, qırx altı) ABŞ dolları, ödənilmiş hüquqi yardıma görə 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutma ipoteka predmeti olan Masallı rayonu, Qızılavar kəndində Cavabdeh2 mülkiyyətindəki 0.1917 ha torpaq sahəsində yerləşən Liter A-da 61,1 kv.m yaşayış, 176,6 kv.m yardımçı, 237,7 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə və Liter B-də sahəsi 17.8 kv.m olan hamam-tualetə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 14.000 (on dörd min) manat müəyyən edilsin və girov müqaviləsinin predmeti olan fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğular açıq hərracda satılaraq tələb edilən borc ödənilsin. Satışdan əldə edilən məbləğ iddiaçı "xxxx" ASC-nin tələbindən artıq olarsa, artıq məbləğ Cavabdeh2yə qaytarılması, ipoteka predmeti olan Masallı rayonu, Qızılavar kəndində Cavabdeh2 mülkiyyətindəki 0.1917 ha torpaq sahəsində yerləşən 61,1 kv.m yaşayış, 176,6 kv.m yardımçı, 237,7 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və onun tərkibindəki həyətyan ı tikili və qurğular satıldıqdan ən geci bir ay ərzində boşaldılsın və həmin fərdi yaşayış evində yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ü çıxarılmaları, iddia qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh1dən 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Heydərov, N.Mirzəyev və Z.Babayev) 2(106)-174/18 saylı, 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Masallı Rayon Məhkəməsinin 2(050)-666/2017 saylı, 28 aprel 2017-ci il tarixli qətnaməsi “ipoteka predmetinin ilkin satış qiyməti 14.000 (on dörd min) manat müəyyən edilməsi” hissəsində d əyişdirilməsi, ipoteka ilə yüklü edilmiş Masallı rayonu, Qızılavar kəndində Cavabdeh2 mülkiyyətindəki 0.1917 ha torpaq sahəsində yerləşən 61,1 kv.m yaşayış, 176,6 kv.m yardımçı, 237,7 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat məbləğində müəyyən olunması, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh2 və vəkili X2 iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-174/18 saylı, 14 avqust 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi ipoteka predmeti olan evin dəyərinin müəyyənləşdirilməsi istiqamətində müəyyən araşdırmalar aparsa da, borcun düz gün hesablanıb hesablanmaması istiqamətində demək olar ki, heç bir araşdırma aparmamışdır. Borca münasibətdə iddiaçının dəlillərini demək olar ki, araşdırmadan qəbul etməklə mülki prosessual qanunvericiliyin bir sıra normalarını, o cümlədən işin tam, hərtərəfli və obyektiv araşdırılmasına şərait yaradılması ilə bağlı MPM-nin 14.1-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi həmin qətnaməni borca dair hissədə dəyişdirmədən saxlayarkən iddiaçının arqumentlərini əsas götürmüş, lakin ödənilmiş kreditin iddiaçı tərəfindən düzgün hesablanıbhesablanmamasını araşdırmamış, bu barədə sənədləri tələb edib işə əlavə etməmişdir. Halbuki, bütün bunlar işin həlli üçün mühüm əhəmiyyət kəsb etməklə xüsusi bilik tələb edir. Qanunvericiliyin tələbinə əsasən kredit müqaviləsinə əsasən ödənilmiş vəsait iddiaçı tərəfindən əsas borc, faiz və dəbbə pulunu düzgün hesablayıb-hesablamamasını müəyyənləşdirmək xüsusi bilik tələb etdiyindən məhkəmələr iş üzrə mühasibatlıq ekspertizası təyin etməli idi. Lakin işə baxan məhkəmələr xüsusi bilik tələb olunan məsələdə yalnız iddiaçının arqumentlərinə istinad etmiş, onun işdə maraqlı şəxs olmasını nəzərə almamışdır. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 2(106)174/18 saylı, 14 avqust 2018-ci il tarixli qətnaməsinin qismən yəni, apellyasiya şikayətinin təmin edilməməsi hissəsində borc məbləğinə münasibətdə ləğv edərək, mülki işə yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı "xxxx" ASC-nin vəkili X1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməm əsini xahiş etmişdir. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə baxışının hədləri apellyasiya instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının Cavabdeh2yə münasibətdə yalnız tutulan borcun məbləği hissəsində yoxlanılması təşkil edir. Digər cavabdehlər apellyasiya şikayəti vermədiyindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və digər cavabdehlərə qarşı yönəlmiş hissələri bir-biri ilə bağl ı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclunun şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması və digər cavabdehlərin şikayəti olmadığı halda onlara münasibətdə də qərar qəbul edilməsi sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 06 fevral 2015-ci il tarixli, 779/PBMF nömrəli kredit müqaviləsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank-iddiaçı borcalana- cavabdehə ev təmiri üçün 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 15.300 ABŞ dolları məbləğində kredit vermişdir. 06 fevral 2015-ci il tarixli, 779/PBMF nömrəli ipoteka müqaviləsinə əsasən 06 fevral 2015-ci il tarixdə tərəflər arasında ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyan kredit alanın ipoteka saxlayan qarşısında pul öhdəliklərini tamamilə icra etməsi üçün Masallı rayonu, Qızılavar kəndində ikinci cavabdehin mülkiyyətindəki 0.1917 ha torpaq sahəsində yerləşən Liter A-da 61,1 kv.m yaşayış, 176,6 kv.m yardımçı, 237,7 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini və Liter B-də sahəsi 17.8 kv.m olan hamam-tualeti ipoteka ilə yüklü etmişdir. İddiaçı tərəfindən cavabdehlərə 15 fevral 2016-cı il tarixli, 2832 nömrəli, 10 mart 2016-cı il tarixli, 3015, 3116 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlər, həmçinin Azərbaycan Resp ublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsinə 10 mart 2016-cı il tarixli, 3120 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması barədə ərizə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2017-ci il tarixli, 14373 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 06 fevral 2015-ci il tarixli, 779/PBMF nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 17 mart 2016-cı il tarixə birinci cavabdehin banka ödənilməli olan borcu ümumilikdə 22.091,40 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 14.977, 60 ABŞ dolları, faiz borcu üzrə 1.721,86 ABŞ dolları, cərimə borcu üzrə 5.391,94 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmət göstərilməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşin materiallarından görünür ki, iddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq borclu cavabdeh iddiaçıdan müqaviləyə əsasən götürdüyü pul məbləğini, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduğu halda, müqavilə öhdəliyini pozaraq bunu etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərini əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən borc məbləğləri iş materiall arı və iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə təsdiq olunduğundan məhkəmə tərəfindən bu barədə təkrar ekspertiza təyin etmək, mütəxəssis rəyi almaq üçün əsaslar müəyyən edilməmişdir. Kassator tərəfindən də borc məbləğinin düzgün hesablanmaması, onun tərəfindən daha artıq ödəniş edilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Kollegiya qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsa ssızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə (tutulan borcun məbləği hissəsində) ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 və vəkili X2nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-174/18 saylı, 14 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh2yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar