Məhkəmə qərarları › İş №2(102)-88/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-88/2023

24.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-88/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MTK-ya və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:mənzilə sahiblik və istifadə hüququnun tanınması 24.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Şəfiyev İspəndiyar Əliabbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 2022-ci il tarixli, 2(103)3381/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 24 yanvar 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İşin halların a görə, İddiaçı ilə Cavabdeh MTK arasında mənzilin tikintisi ilə əlaqədar pay barədə 14 aprel 2008-ci il tarixli müqavilə bağlanıb və müqavilənin predmeti ünvan 1 ünvanda kooperativ tərəfindən inşa edilən 20 mərtəbəli yaşayış evinin 1 “A” blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzil olub. Müqaviləyə əsasən payçı 98.530 manat ödəməli idi. 14 avqust 2008-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən, İddiaçı tərəfindən 98.350 manat pul Cavabdeh MTK-nin hesabına ödənilib. 07 mart 2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh MTK Mənzil (icraçı) ünvan 2 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan otaqdan ibarət olan mənzil 6-nı tikib təhvil verməyi, X4 (payçı) isə ona düşən mənzili qəbul etməyi, mənzilin hər kv.metri üçün 1.100 manat olmaqla, cəmi 110.000 manat pulu ödəməyi öhdələrinə götürüb. 07 mart 2016-cı il tarixli maliyyə arayışına əsasən, sözügedən mənzilin pay dəyəri X4 tərəfindən Cavabdeh MTK-nə tam məbləğdə ödənilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində ilk icraat İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan, 3 otaqdan ibarət olan 6 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, 14 aprel 20 08-ci il tarixdə onunla Cavabdeh MTK arasında 55 saylı müqavilə bağlanıb. Qeyd olunan müqavilənin 2-ci bəndinə uyğun olaraq o, üzərinə düşən öhdəliyi tam yerinə yetirib. Belə ki, o, aldığı mənzilin dəyəri olan 98.530 manat pulu Cavabdeh MTK-nin kassasına tam məbləğdə ödəyib. Müəyyən müddət keçdikdən sonra Cavabdeh MTK tərəfindən inşa olunmuş həmin mənzil ona göstərilib. Onun mənzilə ehtiyacı olduğundan o, tezliklə mənzildə təmiri işləri aparmaq, təmiri tezliklə bitirmək niyyətində olub. 2009-cu ilin iyul ayında işıq, qaz və su sayğacları üçün ümumilikdə 1.200 manat (1.500 ABŞ dolları) manat pulu "xxxx" MTK ödəyib və mənzildə təmirə başlayıb. Təmirin ilk mərhələsində mənzil daxili işıq, telefon, internet xətləri çəkilib və bu işlərin görülməsi üçün ümumilikdə 2.050 manat (2.560 ABŞ dolları) xərc çəkib. Təmirin sonrakı mərhələsində də 5.690 manat (7.100 ABŞ dolları), 1.560 manat (1.910 ABŞ dolları) xərc çəkib. Mənzil alındıqdan sonra mənzilə ümumilikdə 10.500 manat (13.110 ABŞ dolları) xərc çəkib. Bir müddət sonra isə o, mənzilinə gəldikdə mənzilin qapısının dəyişdirildiyini görüb. O, Cavabdeh MTK-nin ofisinə müraciət etdikdə, ona bildirmişlər ki, anlaşılmamazlıq olub, bu barədə ona məlumat veriləcəkdir. Həmin vaxtdan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq Cavabdeh MTK mənzili ona təhvil vermir. Müqavilənin 1.3-cü bəndinə görə icraçı 18 aya mənzili istismara verməli idi. Lakin, 10 ilə yaxın müddətdir ki, Cavabdeh MTK sözügedən müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.R zayev) iddia təmin edilərək, İddiaçı ünvan 1 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan mənzil 6-ya sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nin üzərinə qoyulması qət edilib. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152 və 385.1-ci maddələrinə istinad edərək mövqeyini onunla əsaslandırıb ki, İddiaçı 14 aprel 2008-ci il tarixli müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra edib, lakin Cavabdeh MTK həmin müqavilə ilə üzərinə düşən öhdəliyini pozub, yəni ünvan 1 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mə nzili iddiaçıya təhvil verməyib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh MTK apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyul 2019-cu il tarixli qərardadı ilə (hakimlər A.İmanov sədrlik edən, məruzəçi, A.Hüseynov və V.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilib, İddiaçı Cavabdeh MTK-nə qarşı “yaşayış sahəsindən istifadə, sahiblik hüququnun tanınması, mənzilin istifadəsinə və sahibliyinə verilməsi” iddiasına dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Nərimanov Rayon Məhkəmə sinə göndərilib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 31.1, 39.1, 40.1-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Birinci instansiya məhkəməsində ikinci icraat Məhkəmə tərəfindən X4 mülki iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilib. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia təmin edilək, ünvan 2 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzilinin İddiaçı təhvil verilməsinin Cavabdeh MTK-nə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152 və 385.1-ci maddələrinə istinad edərək m övqeyini onunla əsaslandırıb ki, İddiaçı 14 aprel 2008-ci il tarixli müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra edib, lakin Cavabdeh MTK həmin müqavilə ilə üzərinə düşən öhdəliyini pozub, yəni ünvan 1 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzili iddiaçıya təhvil verməyib. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Cavabdeh "xxxx" MTK apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli sədrlik edən, məruzəçi, İ.Xəlilov və E.Şamayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi cavabdeh "xxxx" MTK-nə münasibətdə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 6.2, 385.1, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh "xxxx" MTK kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 19 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva sədrlik edən, məruzəçi, V.Həsənov və A.Abbasov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyib. Belə ki, iddia əri zəsindən görünür ki, 10 ilə yaxın müddətdir ki, Cavabdeh MTK iddiaçı ilə bağladığı müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmir. Cavabdehin isə iddiaya olan etirazının əsası (eləcə də, apellyasiya şikayətinin dəlilləri) ondan ibarət olmuşdur ki, iddiaçı ilə müqavilə bağlanılsa da, müqavilədə yanlış olaraq mənzilin nömrəsi səhv göstərilib. Dəfələrlə iddiaçıya müraciət edərək müqavilədə yanlışlığın düzəldilməsi və ona ödənilmiş pulun qaytarılmasını təklif etsə də, iddiaçı razı olmayıb. Mübahisəli mənzil X1 və həmin mənzil onun tərəfindən təmir olunub və hal-hazırda o, mənzildə yaşayır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinin araşdırılması istiqamətində heç bir cəhd etməyib. Hazırki mübahisəni həll etmək üçün müstəqil tələb i rəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X2 məhkəmə iclasında iştirakının təmin etməsi zəruri olub. Lakin, apellyasiya instansiyası məhkəməsi ona məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsini qeyd edərək Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etsə də, işin bu halına diqqət yetirməmişdir ki, həmin şəxsə məhkəmə bildirişinin çatdırılmasını təsdiq edən sənəd mülki iş materiallarında mövcud deyil. Əksinə, məhkəmələrin onun qeydiyyatda olduğu ünvana göndərdiyi məktublar “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, faktiki olaraq mübahisəli mənzildə yaşaması qeyd edilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X2 hazırki iş üzrə dind irilməsi mübahisənin obyektiv vəədalətli həlli baxımından əhəmiyyətlidir. Kollegiyanın qənaətinə görə X2 məhkəmə iclaslarında iştirakını qeydiyyatda olduğu ünvanı üzrə təmin edilməsi mümkünsüz olduğu halda, apellyasiya instansiyası məhkəməsi onun dindirilməsi və tərəflərin qeyd etdikləri faktların yerində yoxlanılması məqsədi ilə yerli baxış (yerində müayinə) keçirilməsinin məqsədə müvafiqliyini müzakirə etməyib. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi X4 ilə müqavilənin 07 mart 2016-cı il tarixdə bağlanmasına baxmayaraq iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçının 2014-cü ildən evindən başqa şəxsin olmasını bildiyini göstərməsinə, eləcə də, cavabdehin nümayəndəsinin həmin məhkəmədə verdiyi izahatında idd iaçıya hazırki mənzildən 40 kv.metr artıq sahəsi olan mənzilin təklif edilməsi barədə göstərilənlərə diqqət yetirməyərək iddiaçının konkret olaraq hansı tarixdən iddia etdiyi mənzilində kənar şəxslərin yaşamasını bilməsini, ona digər, daha artıq sahəli mənzil təklifindən imtinasının səbəblərini aydınlaşdırmayıb. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatında mənzilin 2016-cı ildə İlham Qasımovun həbsindən sonra mübahisəli mənzilin satılmasının göstərməsinin hazırki işlə hansı əlaqəsinin olmasını, mübahisəli mənzilin həbs olunan şəxs barədə olan cinayət işi üzrə keçib- keçməməsini də aydınlaşdırmayıb. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov sədrlik edən, məruzəçi, X.Sarıyev və R.Həsənov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılmaqla, İddiaçı cavabdeh "xxxx" MTK qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi” barədə iddiası rədd edilib. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırıb ki, mübahisəli mənzil 14 aprel 2008-ci il tarixdə İddiaçı satılıb və o, müqavilə ilə üzərinə düşən öhdəliklərini tam icra edib, lakin cavabdeh "xxxx" MTK mənzili iddiaçıya təhvil verməkdən imtina edib. 07 mart 2016cı il tarixdə mübahisəli mənzil hazırki iş üzrə müstəqil tələb irəli sürməyən İlahə Se yidovaya satılıb və həmin mənzil onun tərəfindən təmir olunub və hal-hazırda o, mənzildə yaşayır. Məhkəmə bildirir ki, mübahisəli mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi həm də vicdanlılıq prinsipi nöqtəyi nəzərindən əsassızdır. Belə ki, mübahisəli mənzilin İlahə Seyidovaya satılması, mənzilin onun tərəfindən təmir olunması, hazırda da onun ailə üzvləri ilə birlikdə orada yaşaması işin müəyyən olunmuş mübahisəsiz halıdır. Kollegiya, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad edərək bu qənaətə gəlmişdir ki, İlahə Seyidova vicdanlı əldə edən şəxs kimi qiymətləndirilməli və bu səbəbdən də, onun iddia tələbinin təmin edilməsi qeyrimümkün hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 425, 442-ci maddə lərinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat İddiaçı İsmaylov Anar Məmməd oğlu kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və Ə.G.Nurməmmədov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya inst ansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, daşınmaz əşyanı vicdanlı əldə etmə institutu daşınmaz əmlakın dövlət reyestri məlumatlarına güvənərək əldə edən şəxslərin hüquqlarının qorunmasına dair bir qaydadır. Belə ki, mübahisəli daşınmazla bağlı reyestrdə aparılmış qeydiyyat hansısa səbəbdən əsassız olur, əldə edən bu halı bilmir, həmin qeydiyyatın həqiqiliyi və tamlığı prezumpsiyasına güvənərək əşya hüququ qazanır. Bu halda vicdanlı şəxsin etimadı qorunur. Hazırki işdə mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün apellyasiya məhkəməsinin vicdanlı əldə etmə institutunu tətbiq və iddianı bu əsasla rədd etməsi göstərilən maddi hüquq normalarına uyğun olmayıb. Məhkəmənin yol verdiyi di gər bir pozuntu ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasını tapmayıb, mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun aparmayıb. Hazırki mübahisənin düzgün hüquqi həlli üçün məhkəmə əvvəlcə müəyyən etməlidir ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması ilə hansı münasibətlər əmələ gəlib. Bundan asılı olaraq iddia tələbinin uyğun gələn qanuni əsasları yoxlanılmalı, tərəflərin dəlilləri üzrə müvafiq qiymətləndirmə aparılmalıdır. Belə ki, tərəflər arasında müqavilə bağlandığı 14 aprel 2008-ci il tarixdə Mülki Məcəllənin 178.8-ci maddəsinin redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqı nı tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu baxımdan iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında mübahisəli mənzilə dair kooperativ üzvlüyü ilə bağlı münasibətlərin yaranıb-yaranmadığı, əgər yaranmışsa iddiaçının pay haqqını tam ödəməsinin hüquqi nəticələri yoxlanılmalı, iddiaçının əmlaka mülkiyyət hüququ yaranmışsa mənzilin onun, yaxud İlahə Seyidovanın sahibliyinə verilib-verilməməsinin, yaxud sonuncunun mənzili təmir etməsinin iddianın həllinə təsiri qiymətləndirilməli, mülkiyyətin müdafiəsinə dair normaların dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq təhlil edilməlidir. İddianın qanuni əsası kimi Mülki Məcəllənin 452-ci maddəsi tətbiq edildiyi halda mənzil üzərində iddiaçının, yoxsa İlahə Seyidovanın hüququnun yaranması aydınlaşdırılmalı, bu çər çivədə mənzilin adları çəkilən şəxslərdən hansının daha əvvəl sahibliyinə verilməsi və digər dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq yoxlanılmalıdır. Apellyasiya məhkəməsi isə iddianın həllinə dair gəldiyi qənaəti iş materialları və konkret qanun normalarına istinad etməklə əsaslandırmayıb. Bu hal isə maddi və prosessual hüquq normalarının pozulmasına, iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalət edir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 140, 148.2, 178.8, 452.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində dördüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov sədrlik edən, məruzəçi, A.N.İmanov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə çıxarılmaqla, İddiaçı cavabdeh "xxxx" MTK qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi” barədə iddiası rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslanldırıb ki, mübahisəli mənzil 14 avqust 2008-ci il tarixdi İddiaçı satılıb və o, müqavilə ilə üzərinə düşən öhdəliklərini tam icra edib, lakin cavabdeh "xxxx" MTK mənzili iddiaçıya təhvil verməkdən imtina edib. 07 mart 2016-cı il tarixdə sözügedən mənzil üçüncü şəxs İlahə Seyidovaya satıb və həmin mənzil onun tərəfindən təmir olunub və hal-hazırda mənzil də o, yaşayır. Kollegiya qeyd edir ki, mübahisəli mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi həm də vicdanlılıq prinsipi nöqtəyi nəzərindən əsassızdır. Belə ki, mübahisəli mənzilin İlahə Seyidovaya satılması, mənzilin onun tərəfindən təmir olunması, hazırda da onun ailə üzvləri ilə birlikdə orada yaşaması işin müəyyən olunmuş mübahisəsiz halıdır. Qeyd olunanları nəzərə alaraq hazırki iş üzrə İlahə Seyidova vicdanlı əldə edən şəxs kimi qiymətləndirilməli və bu səbəbdən də, İddiaçı iddiasının təmin edilməsi qeyri-mümkün hesab edilməlidir. Həmçinin, İddiaçı iş üzrə üçüncü şəxs olan İlahə Seyidovanın vicdanlı əldə edən şəxs olmasını nəzərə alaraq pozulmuş hüququnun əvəzinin alternativ qaydada ödənilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 14.2.1, 178.8, 452.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, daşınmaz əşyanı vicdanlı əldə etmə institutu daşınmaz əmlakın dövlət reyestri məlumatlarına güvənərək əldə edən şəxslərin hüquqlarının qorunmasına dair bir qaydadır. Belə ki, mübahisəli daşınmazla bağlı reyestrdə aparılmış qeydiyyat hansısa səbəbdən əsassız olur, əldə edən bu h alı bilmir, həmin qeydiyyatın həqiqiliyi və tamlığı prezumpsiyasına güvənərək əşya hüququ qazanır. Bu halda vicdanlı şəxsin etimadı qorunur. Hazırki işdə mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün apellyasiya məhkəməsinin vicdanlı əldə etmə institutunu tətbiq və iddianı bu əsasla rədd etməsi göstərilən maddi hüquq normalarına uyğun olmayıb. Apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyib, qanunsuz və əsassız qətnamə qəbul edib. Məhkəmənin yol verdiyi digər bir pozuntu isə ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasını tapmayıb, mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun aparmayıb və bununla da Mülki Məcəllənin 178.8, 452-ci maddələrinin və digər maddi hüq uq normalarının tələblərini pozub. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi vəya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydəəsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya); Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınması nı və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləni pozaraq, kassasiya instansiyası məhkəməsinin bundan əvvəlki qərarında şərh edilən göstərişlərə əməl etməyib. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəfindən müəyyən edilmiş hallarına görə cavabdeh "xxxx" MTK tərəfindən mübahisəli mənzilə dair 14 aprel 2008-ci il tarixdə İddiaçıla, 07 mart 2016-cı il tarixdə isə İlahə Seyidova ilə müqavilələr bağlanıb və hər iki şəxsə mənzilin dəyərinin ödənilməsi haqqında maliyyə arayışı verilib. Hazırda İddiaçı mənzilə sahiblik və istifadə hüquqlarının tanınmasını, mənzilin ona təhvil verilməsini cavabdeh "xxxx" MTK tələb edir. Cavabdeh MTK isə iddiaya etiraz edərək bildirir ki, iddiaçı ilə əqd bağlanılsa da, müqavilədə mənzilin nömrəsi səhv göstərilib və mənzil "xxxx" MTK tərəfindən İlahə Seyidovaya satılıb və həmin mənzil sonuncu tərəfindən təmir olunub və hal-hazırda mənzildə o, yaşayır. Əvvəla, kassasiya instansiyası məhkəməsi, bundan əvvəlki qərarında- “iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında mübahisəli mənzilə dair kooperativ üzvlüyü ilə bağlı münasibətlərin yaranıb-yaranmaması, əgər yaranmışsa iddiaçının pay haqqını tam ödəməsinin hüquqi nəticələrinin yoxlanılması, iddiaçının əmlaka mülkiyyət hüququ yaranmışsa mənzilin onun, yaxud İlahə Seyidovanın sahibliyinə verilib-verilməməsi, yaxud sonuncunun mənzili təmir etməsinin iddianın həllinə təsir edib etməməsinin qiymətləndirilməsi, mülkiyyətin müdafiəsinə dair normaların dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasındakı uyğunluğun təhlil edilməsi, iddianın qanuni əsası kimi Mülki Məcəllənin 452-ci maddəsi tətbiq edildiyi halda mənzil üzərində iddiaçının, yoxsa İlahə Seyidovanın hüququnun yaranmasının aydınlaşdırılması, bu çərçivədə mənzilin adları çəkilən şəxslərdən hansının daha əvvəl sahibliyinə verilməsi və digər dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasındakı uyğunluğun yoxlanılması və sair barədə” göstərişlər versə də, apellyasiya instansiyası məhkəməsi həmin göstərişlər üzrə heç bir araşdırma aparmayıb və bununla da Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozub. Halbuki, həmin maddənin mənasına görə, kassasiya instan siyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Digər tərəfdən, mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırıb ki, İlahə Seyidova vicdanlı əldə edən şəxsdir, mənzil onun tərəfindən təmir olunub və hal-hazırda mənzildə o, yaşayır. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsassız sayır, ona görə ki, daşınmaz əşyanı vicdanlı əldə etmə institutu daşınmaz əmlakın dövlət reyestri məlumatlarına güvənərək əldə edən şəxslərin hüquqlarının qorunmasına dair bir qaydadır. Belə ki, mübahisəli daşınmaz əmlakla bağlı reyestrdə aparılmış qeydiyyat hansısa səbəbdən əsassız olur, əldə edən bu halı bilmir, həmin qeydiyyatın həqiqiliyi və tamlı ğı prezumpsiyasına güvənərək əşya hüququ qazanır. Bu halda vicdanlı şəxsin etimadı qorunur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələri məhz daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq əşya hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqlarının müdafiə edildiyini, vicdanlı üçüncü şəxslərin qeydiyyatla bağlı əldə etdikləri hüquqlarının saxlanıldığını nəzərdə tutur. Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirib. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Maddənin mənasına görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Hazırkı işdə isə mübahisə predmeti olan mənzil ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün, apellyasiya məhkəməsinin vicdanlı əldə etmə institutunu tətbiq və iddianı bu əsasla rədd etməsi göstərilən maddi hüquq normalarına uyğun olmayıb. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin yol verdiyi digər bir pozuntu ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasını tapmayıb və mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun aparmayıb. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi də yərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı mübahisənin düzgün hüquqi həlli üçün məhkəmə əvvəlcə müəyyən etməlidir ki, iddiaçı ilə cavabdeh arasında müqavil ənin bağlanması ilə hansı münasibətlər əmələ gəlib. Bundan asılı olaraq iddia tələbinin uyğun gələn qanuni əsasları yoxlanılmalı və tərəflərin dəlilləri üzrə müvafiq qiymətləndirmə aparılmalıdır. Belə ki, tərəflər arasında müqavilə bağlandığı 14 aprel 2008-ci il tarixdə Mülki Məcəllənin 178.8-ci maddəsinin redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu baxımdan iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında mübahisəli mənzilə dair kooperativ üzvlüyü ilə bağlı münasibətlərin yaranıb-yaranmadığı, əgər yaranmışsa iddiaçının pay haqqını tam ödəməsinin hüquqi nəticələri yoxlanılmalı, iddiaçının əmlaka mülkiy yət hüququ yaranmışsa mənzilin onun, yaxud İlahə Seyidovanın sahibliyinə verilibverilməməsinin, yaxud sonuncunun mənzili təmir etməsinin iddianın həllinə təsiri qiymətləndirilməli, mülkiyyətin müdafiəsinə dair normaların dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq təhlil edilməlidir. Əgər tərəflər arasında kooperativ üzvlüyü ilə bağlı deyil, podrat münasibətləri yaranmışsa bu zaman Mülki Məcəllənin 452-ci maddəsi baxımından dəyərləndirmə aparılmalıdır. Həmin normaya görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda arad an qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. İddianın qanuni əsası kimi bu norma tətbiq edildiyi halda mənzil üzərində iddiaçının, yoxsa İlahə Seyidovanın hüququnun yaranması aydınlaşdırılmalı, bu çərçivədə mənzilin adları çəkilən şəxslərdən hansının daha əvvəl sahibliyinə verilməsi və digər dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq yoxlanılmalıdır. Apellyasiya məhkəməsi, iddianın həllinə dair gəldiyi qənaəti mülki iş materialları və konkret qanun normalarına istinad etməklə əsaslandırmayıb. Bu hal isə maddi və prosessual hüquq normalarının pozulmasına, iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalə t edir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi İddiaçı kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfl i, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 2022-ci il tarixli, 2(103)-3381/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar