Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-88/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçın Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:kredit borcunun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1906/2024 nömrəli, 8 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları
1. Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsində qeyd edilmişdir ki, cavabdehə istehlak məqsədləri üçün aylıq 3%, illik 36 % faiz dərəcəsi olmaqla 16 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir.
2. Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəldə qeyd edilmişdir ki, borclu hər ayın 12-dən gec olmayaraq 16 ay müddətində hər ay 801 manat, sonuncu ay 791.99 manat ödəniş etməlidir.
3. Bank Olmayan Kredit Təşkilatı İddiaçı xx.xx.2022-ci il tarixli xəbədarlıqda qeyd edilmişdirki, Bank ilə borclu arasında bağlanmış xx.xx.2019-cu il t arixli, L-BK-0049560-F saylı kredit müqaviləsinə əsasən öhdəlikləri yerinə yetirilmədiyi üçün borclunun banka 12362.30 manat borcu yaranmışdır. Banka olan bütün borc məbləğini 5 iş günü müddətində ödəməsi borcluya təklif edilmişdir. Əks təqdirdə, bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, paket 11-də göstərilən əşyalar dəmir əsaslı ərintidir. 5. xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktında qeyd edilmişdir ki, kolye+qolbaq 74.40 qr., 750 əyar-3800 manat; sırğa 2 cüt, 20.90 qr, 750 əyar-1070 manat; kolye+qolbaq 19.80 qr, 750 əy ar-1010 manat; qolbaq 45.80 qr, 750 əyar-2340 manat; sep 35.70 qr, 750 əyar1820 manat olan qızıl-zinət əşyaları 10040 manat dəyərində qiymətləndirilmişdir.
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci tarixli, 1(101)-395/2022 nömrəli hökmünə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 7. 31.01.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçınə xx.xx.2023-cü il tarixə 8378.87 manat əsas, 3943.65 manat faiz, 39.78 manat cərimə olmaqla, cəmi 12362.30 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LBK0049560-F saylı kredit müqaviləsinə əsasən cavabdehdən əsas borca görə 8378,87 manat, hesablanmış faizə görə 3943,65 manat, cəriməyə görə 39,78 olmaqla, cəmi 12.362,30 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kreditin ayrılması ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdehin müraciətinə müvafiq olaraq onunla iddiaçı arasında xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “biznes” məqsədilə borcluya 16 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 10.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixdən bu günə qədər cavabdeh tərəfindən Banka əsas məbləğ üzrə 1621,13 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 894,87 manat olmaqla, cəmi 2.516 manat pul ödənilmişdir. Hal-hazırda cavabdehin iddiaçıya əsas məbləğ üzrə 8378,87 manat, faiz borcu üzrə 3943,65 manat, cərimə borcu üzrə 39,78 manat olmaqla, cəmi 12362,30 manat kredit borcu vardır.
10. Cavabdeh isə iddiaçıya qarşı “qızılların qaytarılması, mümkün olmadıqda dəyərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, dəyəri 25.000 manat olan və Banka girov oyulan qı zılların ona qaytarılması, bu mümkün olmadıqda isə onun dəyərinin Bankdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixli, LBK-0049560-F saylı kredit müqaviləsi üzrə borcunu ondan tələb etsə də, iddiasını natamam qoymuş, iddia ərizəsində bütün detalları qeyd etməməklə özünə sərf eləyən qətnamənin çıxarılmasına çalışmışdır. Bu səbəbdən də o, hazırkı qarşılıqlı iddia əridəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, 2019-cu il tarixdə ona təcili pul lazım olduğu üçün özünə məxsus olan 25.000 manat dəyərində qızıl-zinət əşyalarını kredit təşkilatına girov qoymaqla 10.000 manat borc götürmüşdür. Bundan sonra, götürdüyü borc məbləğinin ödənişini hər hansı problem o lmadan vaxtında icra etməyinə baxmayaraq fəaliyyətində baş verən problemlər səbəbindən sonradan kreditin ödənişini həyata keçirə bilməmişdir. Hətta kredit müqaviləsinin adına və şərtlərinə nəzər salınsa görülər ki, kredit müqaviləsi təminatlı müqavilə olmuş, lombard krediti formasında girov qızıl qəbul edilməklə ona pul krediti ayrılmışdır. Maraqlıdır ki, ödənişdə çətinlik çəkdiyi üçün o, Banka müraciət edərək qızıl təminatının satışa çıxarılması hesabına borcunun bağlanmasını, geri qalan qızılın isə ona geri qaytarılmasını xahiş etsə də kredit təşkilatı bunu etməmiş, əksinə müqavilə üzrə kreditin faizlərinin artmasını gözləmişdir. Burada kredit təşkilatının əsas məqsədi girov qızılı mənimsəmək olmuşdur. Lakin, icraatda olan iş üzrə iddia ərizəsi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, iddiaçı, cavabdehin nəinki girov qızıllar hesabına borcu silmək niyyətində deyil, əksinə iddia ərizəsini natamam qeyd etməklə qızılları məhkəmədən gizlətmək və bu yolla onun əmlakını mənimsəmək niyyətindədir. Bu səbəbdən də belə hesab etmişdir ki, girov qoyulan qızılların kredit təşkilatı tərəfindən gizlədilməsi ona zərər vurulması və bu yolla kredit təşkilatının əsassız varlanması niyyəti daşıyır. Məhz bunu nəzərə alaraq, düşünmüşdür ki, məhkəmə iddiasını təmin etməli və kredit təşkilatında girov saxlanılan qızılları, bu mümkün olmadıqda isə onun dəyərinin Bankdan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarmalı və bu yolla ona dəyən zərərin qarşısı almalıdır.
12. Bank qarşılıqlı iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “biznes” məqsədilə borcluya 16 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 10.000 manat kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq, tərəflər arasında xx.xx.2019-cu il tarixii, L-BK0049560-F-1 saylı girov müqaviləsi bağlanmaqla cavabdeh tərəfindən ümumi dəyəri 10.400 manat olan qızıl-zinət əşyaları saxlanc girovuna qoyulmuşdur. Bankın zərgəri X2 müxtəlif adamların adına qızıl olmayan əşyaları qızıl kimi qiymətləndirib saxlanc girovuna qoyaraq kredit götürülməsini təmin etməsinə dair cinayət əməlləri ifşa olunmuşdur. Belə ki, X2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsi tərəfindən ibtidai istintaq aparılm ış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 15,11.2022-ci tarixli, 1(101)-395/2022 nömrəli hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2023 il tarixli, 1(103)-349/2023 nömrəli qərarı ilə onun cəzası 7 il 6 aya endirilmişdir. X2 qızıl olmayan əşyaları qızıl kimi qiymətləndirərək, saxlanc girovuna qoyulmaqla götürülməsini təmin etdiyi kreditlərdən biri də cavabdehin xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsi üzrə götürdüyü 10.000 manat məbləğində kreditdir. X1 həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadəsində qızıl olmayan əşyaların qızıl kimi qiymətləndirərək, cavadehin kredit götürməsini təmin etdiyini etiraf etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı cavcabdeh ş ahid kimi işə cəlb olunmuş və istintaqa verdiyi ifadəsində kredit götürülən zaman girov kimi qoyulmuş əşyaların özünə məxsus olmadığını, Cəlil adlı tanışının xahişinə əsasən ona məxsus əşyaları girov qoyduğunu bildirmişdir. Daha sonra cinayət işinin məhkəmə istintaqı zamanı cavabdeh ibtidai istintaqda verdiyi ifadənin əksinə olaraq girov qoyulmuş əşyaların yarısının özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə şahid qismində dindirilmiş cavabdehin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, qeyri-səmimi və işin faktiki hallan ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini qeyri-mötəbər, ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks e tdirdiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər sübut hesab etmişdir. Yuxanda qeyd olunanlardan göründüyü kimi cavabdehin girov qoyduğu əşyaların qızıl olmadığı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Əks halda girov kimi təqdim olunarkən 10.400 manat dəyərində qiymətləndirilmiş əşyalar üçün 25.000 manat tələb etməzdi.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2023-cü il tarixli, 9/3915 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, cavabdehin xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F nömrəli kredit müqaviləsi üzrə 8360.06 manat əsas, 3260.42 manat faiz, cəmi 11620,48 manat borcu vardır.
14. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 750 əyarlı qızıl üzüyün istehlak qiyməti indeksi 2023-cü ilin sentyabr ayında 2019-cu ilin noyabr ayına nisbətən 136.3 faiz təşkil etmişdir.
15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1046/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ü.B.Yusifova) ilk iddianın qismən təmin edilməsi, cavabdehdən 8360.06 manat əsas, 3260.42 manat faiz, 39.78 manat cərimə olmaqla, cəmi 11.660,26 manat kredit borcunun iddiaçının xeyrinə tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F-1 saylı girov müqaviləsində dəyəri 10.040 manat olan qızıl-zinət əşyalarının, bu mümkün olmadıqda qızıl-zinət əşyalarının hazırki dəyəri olan 13.684.52 manat pulun iddiaçıdan tutulub cavabdehə verilməsi, qarşılıqlı idd ianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi üçün illik 36 % faiz dərəcəsi olmaqla 16 ay müddətinə 10.000 manat kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə iddiaçının maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə 8378.87 manat əsas, 3943.65 manat faiz, 39.78 manat cərimə olmaqla, cəmi 12362.30 manat borcu yarandığı qeyd olunmuşdur.
17. Məhkəmə iddia tələbinin əsas və faiz borcu ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tər əfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan əsas borc üzrə 8378,87 manat, faiz borcu üzrə 3943,65 manat kimi göstərilmiş, məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 iyun 2023-cü il tarixli rəyindən görünür ki, cavabdehin əsas borc üzrə 8360.06 manat, faiz borcu 3260.42 manat iddiaçıya borcu vardır. İddiaçı tərəfindən tutulmalı olan əsas və faiz borcu məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini və cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, tutulmalı faiz borcunun məbləği məhkəməmühasibatlıq ekspertizasının 08 iyun 2023-cü il tarixli rəyində göstərilmiş əsas borc üzrə 8360.06 manat, faiz borcu 3260.42 manat müəyyən edilməli və iddia bu hissədə qismən təmin edilməlidir.
18. İddia tələbinin dəbbə pulu h issəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.
19. Qeyd olunan girov predmetlərinin saxtalaşdırılması barədə cavabdehin məlumatı olmamışdır. Məhkəmə iclasında bu halı iddiaçının nümayəndəsi də təsdiq etmişdir. Həmçinin cavabdeh bununla bağlı cinayət məsuliyyətinə cəlb olunmamışdır. İddiaçının zərgəri X3 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəs i ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının qərarı ilə ona 7 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
20. Beləliklə mülki qanunvericiliyin tələbinə əsasən xx.xx.2019-cu il tarixli, LBK0049560-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədilə girova qoyulan qızıl-zinət əşyaları iddiaçıda saxlanıldığına görə girov qoyulmuş əşyanın salamatlığının təmin edilməsi girov saxlayan iddiaçının üzərinə düşür.
21. Bundan başqa qarşılıqlı iddia tələbini qəbul etməyən iddiaçı, girovun (qızıl-zinət əşyalarının) saxta olduğu müəyyən olunduğu vaxtdan girov müqaviləsinin etibarsızlığı barədə iddia tələbi qaldırmaq hüququ olduğu halda belə bir tələblə məhkəməyə müraciət etməmişdir. Məhkəmə həmin qızıl-zinət əşyalarının dəyərinə münasibətdə qeyd etmişdir ki, Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən 750 əyarlı qızıl üzüyün istehlak qiyməti indeksi 2023-cü ilin sentyabr ayında 2019-cu ilin noyabr ayına nisbətən 136.3 faiz təşkil etmişdir. Odur ki, qızıl-zinət əşyalarının hazırki dəyəri 13684.52 manat məbləğində müəyyənləşdirilir.
22. Beləliklə məhkəmə belə qənaətə gəlmişdir ki, qızıl-zinət əşyalarının özü, onlar olmadıqda isə dəyəri 13684.52 manat iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.
23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1-ci, 386-cı, 426-1-ci, 442-ci, 443cü, 448-ci, 462-ci, 465-ci, 739.1-ci, 269-cu, 280-cı, 283-cü maddələrinə, habelə Mülki Prossesual Məcəllənin 14.2-ci, 77.1-ci, 88- ci, 107-ci maddələrinə istinad etməklə əsasl andırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-1046/2023 saylı qətnaməsinin qismən ləğv edilməsi və qarşılıqlı iddia üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti ilk iddia ərizəsinin arqumentlərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, qarşılıqlı iddianın icraata qəbul olunması tamamilə qanunsuzdur. Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən qarşılıqlı iddiaişdə iştirak edən şəxs tərəfindən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilə bilər. Bunun yeganə istisnası qarşılıqlı iddianın verilməsi üçün əsasların müddətin keçməsindən sonra əmələ gəlməsi və ya qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmamasıdır. Biz məhkəməyə xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə elektron qaydada müraciət etmişlər. Qarşılıqlı iddia ərizəsi isə xx.xx.2023-cü il tarixində keçirilən baxış iclasında verilib, yəni təxminən 246 gün sonra. Məsələnin mahiyyətindən tam olaraq aydın olmuşdur ki, qarşılıqlı iddia verilməsi üçün əsas qanunla nəzərdə tutulmuş 20 günlük müddətdən sonra və ya məhkəmənin gedişində yaranmamışdır və müddət cavabdehdən asılı olmayan hallara görə ötürülməmişdir. Odur ki, məhkəmənin qarşılıqlı iddianın icraata qəbul etməsi prosessual hüquq normalarının pozulması halıdır. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Bundan əlavə əqdlərinetibarsızlığına dair gəldiyi səhv nəticədir. Belə ki, məhkəmə prosesində cavabdehlə BOKT "xxxx"MMC arasında bağlanmış L-BK-0049560-F-1 saylı girov müqaviləsinin mübahisələndirilənəqd kimi etibarsız olduğunu irəli sürmüşdük. Belə ki, əşyaların həqiqi qızıl olmadığını bildikdən sonra bu barədə cavabdehə məlumat vermiş və girov müqaviləsinin etibarsız olduğunu onu diqqətinə çatdırmışlar. Məhkəmə qətnamədə bu məsələyə münasibət bildirərək, sanki əqdlərin yalnız məhkəmə qaydasında mübahisələndirilməklə etibarsız hesab edilməsi kimi səhv mövqe formalaşdırılmışdır. Məhkəmənin mövqeyi qarşılıqlı iddiaya münasibətdə tamamilə qanunsuz və əsassızdır. Yəni, maddi və prossual hüquq normaları düzgün tətbiq olunmamışdır, iş ü zrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamışdır, bu hallar sübut olunmamışdır və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun deyildir.
26. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 1046/2023 nömrəli qətnaməsini qarşılıqlı iddianın təmin olunmayan hissəsində qismən ləğv edərək, qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı tam olaraq sübuta yetirilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh olan kredit təşkilatı girov götürdüyü əmlaka görə məsuliyyət daşısa da bu öhdəliklərini yerinə yetirməmiş, girov əmlak sonradan hansısa yollarla saxtal aşdırılmışdır. Həmçinin mülki qanunvericiliyin tələblərinə görə girov saxlayan vurduğu zərəri ödəməli, bununla da mövcud vəziyyəti bərpa etməlidir. Lakin, məhkəmənin hazırki qətnaməsi ilə nəinki mövcud vəziyyət bərpa edilmir, əksinə bu qətnamə onların daha çox zərərə məruz qalmağına səbəb olur. Belə ki, əgər qarşılıqlı iddia üzrə cavabdeh ona girova qoyulmuş, qızıl əşyalarını saxlamış olsaydı bu gün həmin qızılların dəyəri 24.000 manata yaxın olacaqdı. Bu isə kredit təşkilatına olan borcun ödənilməsindən sonra yerdə 13.000 manat vəsaiti qalması deməkdir. Hazırki qətnamədə isə qarşılıqlı iddiaçı kimi onlara 13.000 manatın deyil, yalnız 3.000 manatın ödənilməsi nəzərdə tutula bilər ki, bu onun hər hansısa əsas olmadan 10.000 manat itirməklərinə səbəb olur. İddiasının qismən təmin olunması ba rədə məhkəmə qətnaməsinin istinad etdiyi hal məhz Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli arayışıdır ki, həmin arayışa əsasən, 750 əyarlı qızıl üzüyün istehlak qiyməti indeksi 2023-cü ilin sentyabr ayında 2019-cu ilin noyabr ayına nisbətən 136,3 faiz təşkil etmişdir. Məhz bu hala istinad edən məhkəmə nə səbəbdənsə girov predmetininqiymətləndirilməsi barədə aktda qeyd edilən məbləği əsas götürüb sadə riyazi hesablama aparmış və bunu qətnaməsində qeyd etmişdir. Lakin, maraqlı nüans ondan ibarətdir ki, qeyd edilən arayışda qızılın qiymət indeksinin 136,3 % olduğu qeyd edilsə də hakim hesablamasında bu nisbəti deyil 36,3% nisbətini götürmüş və bu nisbət üzərindən düzgün olmayan hesablama aparmışdır. Hesablamanın bu cür aparılması ilə razı deyil. Məhkəmə qeyd edilən hissədə düzgü n hesablama aparmaqla 10040 manatın 136,3% artığını nəzərə almış olsaydı, bu məbləğ 3.644,52 manat deyil, 13.684,52 manat təşkil edərdi.
28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 may 2024-cü il tarixli, 2(103)1906/2024 saylı qətnaməsi ilə (hakimlər S.X.Bəhrəmzadə sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilərək, qarşılıqlı iddia ərizəsi rədd edilmiş, qalan hissədə qətnamə dəyişirilmədən, cavabdehin apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, buna görə qətnaməni düzgün əsaslandırmamışdır.
30. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün girov qoyulmaqla aylıq 3%, illik 36 % faiz dərəcəsi olmaqla 16 ay müddətinə 10.000 manat kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F-1 saylı girov müqaviləsinə əsasən cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə dəyəri 10.040 manat olan qızıl-zinət əşyalarını (kolye+qolbaq 74.40 qr., 750 əyar, sırğa 2 cüt, 20.90 qr, 750 əyar, kolye+qolbaq 19.80 qr, 750 əyar, qolbaq 45.80 qr, 750 əyar, sep 35.70 qr, 750 əyar) girov qoymuşdur. İddiaçının zərgəri olan X3 b arəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə hökm çıxarılaraq o, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İstintaq zamanı müəyyən olunmuşdur ki, girov qoyulmuş qızıl-zinət əşyaları qızıl deyil dəmir əsaslı ərintidir. Cavabdeh qeyd olunan məbləği kredit müqaviləsində göstərilən 16 ay müddətinədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, kredit müqaviləsinə əsasən, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri qismən yerinə yetirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022- ci tarixli, 1(101)-395/2022 nömrəli hökmü ilə X3 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)- 349/2023 nömrəli qərarı ilə onun cəzası 7 il 6 aya endirilmişdir.
31. Məhkəm ə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinad edib, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında nümayiş etdirilən hüquqi mövqeyi əsas götürüb qeyd etməyi zəruri hesab etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci tarixli, 1(101)-395/2022 nömrəli hökmü hazırki iş üzrə hadisənin olub olmaması hissəsində preyudisial xarakter daşıyır.
32. Belə ki, qeyd edilən hökmlə iddiaçının zərgəri X2 müxtəlif adamların adına qızıl olmayan biyuteriya əşyalarını qızıl kimi qiymətləndirib saxlanc girovuna qoyaraq kredit götürülməsini təmin etməsinə dair cinayət əməlləri ifşa olunmuşdur. X2 qızıl olmayan əşyaları qızıl kimi qiymətləndirərək, saxlanc girovuna qoyulmaqla götürülməsini təmin etdiyi kreditlər dən biri də cavabdehin xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsi üzrə götürdüyü 10.000 manat məbləğində kreditdir. X1 həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadəsində qızıl olmayan əşyaların qızıl kimi qiymətləndirərək, cavabdehin kredit götürməsini təmin etdiyini etiraf etmişdi. Həmin hökmdən görünür ki, X1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, cavabdehin adına 08 noyabr 2019-cu il tarixdə 10.000 manat kredit götürülməsi ilə bağlı qızıl olmayan bijuteriya əşyalarını özünün təqdim etməyinə və kreditin götürülməsində köməklik göstərdiyinə görə Validə Dəmirova vasitəsilə 2.250 manat pul almışdır. Bundan əlavə, cavabdeh məhkəmədə şahid qismində dindirilərkən məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, qeyri- səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək məhkəmə onun məhkəmə istintaq zamanı verdiyi ifadəsini mötəbər sübut hesab etməmişdir. Lakin cavabdehin şahid qismində ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsasən girov qismində banka təqdim etdiyi qızıl əşyaların saxta olması barədə qətiyyən məlumatı olmamışdır. Əgər qızılların saxta olduğunu bilsəydi bu işə razılaşmazdı. Adına kredit götürülməsinə razılıq verdiyi üçün Cəlil adlı tanışı ona hər hansı məbləğdə pul ödəməmiş, nə də Cəlildən pul istəməmiş, aralarında bu mövzuda heç bir danışıq olmamışdır.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, X2 təqsirləndirilməsinə dair cinayət iş üzrə ittiham aktından, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən və Bakı Apellyasiya Məhkəməsi Cinayət k ollegiyasının qərarından açıq-aydın görünür ki, cavabdeh kredit götürərkən təminat kimi saxlanc girovuna qoyduğu əşyalar qızıl olmamışdır. Qızıl olmayan biyuteriya əşyalarını girov qismində qızıl kim qiymətləndirərək kredit götürülməsini təmin etdiyi üçün iddiaçının zərgəri X3 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Onun əməlləri ibtidai istintaqda sübuta yetirilmişdir və təqsirliliyi müvafiq məhkəmələr tərəfindən təsdiq edilmişdir. Belə olan halda sözügedən qanuni qüvvəyə minmiş məhkəmə hökmü hazlırkı mülki iş üzrə hadisənin olması ilə bağlı hissədə preyudisial xarakter daşıyır.
34. Ona görə də məhkəmə kollegiyası qeyd etmişdir ki, hər hansı qızıl məmulatlarının mövcud olmağı sübuta yetirilmədiyi, əksinə həmin əşyaların ümumiyyətlə qızıl əşyalar olmamaqla dəyərsiz metal əşyalar olduğu halda qarşılıqlı iddianın təmin edilməsi və qızıl olmayan əşyaların qızıl əşyalar qismində qəbul edilməklə onların özləri olmadığı halda dəyərinin iddiaçıdan cavabdehin xeyrinə tutulması əsassız olmaqla təmin edilə bilməz.
35. Beləliklə, bütün qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti rədd edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın qismən təmin edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F-1 saylı girov müqaviləsində dəyəri 10.040 manat kimi qeyd olunmuş qızıl-zinət əşyaları, bu mümkün olmadıqda qızılzinət əşyalarının hazırki də yəri olan 13.684.52 manat məbləğində pulun iddiaçıdan alınıb cavabdehə verilməsi” hissəsində ləğv edilməli, qarşılıqlı iddia rədd edilməlidir.
36. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 295, 298.1, 298.1.1, 298.1.2, 298.1.3, 298.1.4, 298.2-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 119.2, 217.4, 384.0.2, 385.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
37. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı olan kredit təşkilatı tərəfindən məhz Cavabdeh məxsus qızıl-zinət əşyalarının yox, onların əvəzində qızıl olmayan biyuteriya əşyalarının (apellyasiya instansiya məhkəməsinin öz qətnaməsində qeyd etdiyi kimi dəmir əsaslı ərintinin) istintaq orqanının araşdırmasına təqdim edilməsi istisna deyildir və bu halı inkar edən sübut növüdə iş materiallarında mövcud deyildir. Cavabdeh qızıl-zinət əşyaları onun yanında zərfə qoyulub, zərfin ağzı baglanaraq möhürlənmiş və Cavabdeh və kredit təşkilatının nümayəndəsi tərəfindən imzalanmışdır. Həmin zərfin götürülməsində və ya açılmasında, istintaq orqanına təqdim edilməsində isə Cavabdeh iştirakı təmin edilməmişdir. Təqdim edilmiş məhsuların ümumi çəkisinin 16.198,14 qram, Onlardan 28,16 qramı 585 əyarlı qızıl, 138,69 qramı 925 əyarlı gümüş, 184,22 qramı üzərində 750 əyarlı qızıl təbəqə çəkilmiş əlvan metal ərintisi, 86,41 qramı qızıl-gümüş-mis-sink ərintisi, 106,60 qramı qiymətsiz əlvan metal və dəmir əsaslı ərinti qarışığı, 3.780,42 qramı qiymətsiz əlvan metal ərintisi, 11.873,64 qramı dəmir əsaslı ərintidən hazırlanması, məmulatlar üzərində olan qaşların qiymətli qaşlar qrupuna aid olmaması barədə ibtidai istintaq orqanı tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin 27 noyabr 2020-ci il tarixli 6/2494 nömrəli rəyi alındıqdan 7 aydan sonra Cavabdeh 14 iyun 2021-ci il tarixdə istintaq orqanına dəvət edilir və şahid qismində təzyiq altında ifadə verir. Sonra bu ifadəsindən imtina edərək Bakı Agır Cinayətlər Məhkəməsində işin həqiqi halları barədə sərbəst, düzgün ifadə verir. İşə baxa n apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, qızıl-zinət əşyaları Cavabdeh oglu tərəfindən saxtalaşdırılmış olsaydı Cavabdeh ogluna ittiham verilərdi. Kredit təşkilatının əsas məqsədi girov qızılı mənimsəmək olmuşdur. Lakin, iddia ərizəsi ilə tanış olduqdan sonra məlum olmuşdur ki, ilkin iddia üzrə iddiaçı nəinki girov qızıllar hesabına borcu silmək niyyətində deyil, əksinə iddia ərizəsini natamam qeyd etməklə qızılları məhkəmədən gizlətmək və bu yolla əmlakı mənimsəmək niyyətindədir. Bu səbəbdən də girov qoyulan qızılların kredit təşkilatı tərəfindən gizlədilməsi ona zərər vurulması və bu yolla kredit təşkilatının əsassız varlanması niyyəti daşıyır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azə rbaycan Respblikasının Mülki Məcəlləsi
40. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
41. Maddə
269. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
42. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.
43. Maddə 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür.
44. Maddə 283.1. Girov qoyulmuş əşyanın kimdə olmasından asılı olaraq girov qoyan və ya girov saxlayan, əgər müqavilədə ayrı qayda nəzərdə tutul mayıbsa: girov qoyulmuş əşyanı itirilmə və zədələnmə risklərindən onun tam dəyərində, əşyanın tam dəyəri girovla təmin edilən tələbin ölçüsündən artıqdırsa, tələbin ölçüsündən az olmayan məbləğdə sığorta etdirməlidir, girov qoyulmuş əşyanın salamatlığının təmin edilməsi, o cümlədən üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi üçün tədbirlər görməlidir.
45. Maddə 283.1.3. Girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsi yarandıqda digər tərəfi dərhal xəbərdar etməlidir.
46. Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
47. Maddə 298.1. Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür.
48. Maddə 298.1.1. Girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə;
49. Maddə 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə;
50. Maddə 298.1.3. Girov saxlayanın tələblərinin ödənilməsinə;
51. Maddə 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə.
52. Maddə 298.2. Bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulm uş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır.
53. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
54. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
55. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh dir;
56. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
57. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
58. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 418.3. Prosess ual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı ka ssasiya şikayətində cavabdeh qətnaməni qarşılıqlı iddianın rədd olunması hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
70. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
71. Cavabdeh kassasiya şikayətində apellyasiya insta nsiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, qarşılıqlı iddianın təmin olunması üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
72. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə istehlak məqsədi ilə girov qoyulmaqla aylıq 3%, illik 36 % faiz dərəcəsi olmaqla 16 ay müddətinə 10.000 manat kredit vermişdir. xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F-1 saylı girov müqaviləsinə əsasən, cavabdeh həmin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək üçün dəyəri 10.040 manat olan q ızıl-zinət əşyalarını (kolye+qolbaq 74.40 qr., 750 əyar, sırğa 2 cüt, 20.90 qr, 750 əyar, kolye+qolbaq 19.80 qr, 750 əyar, qolbaq 45.80 qr, 750 əyar, sep 35.70 qr, 750 əyar) girov qoymuşdur. İddiaçının zərgəri olan X3 Cinayət Məcəllənin 178.3.2-ci maddəsinə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli sayılaraq Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)349/2023 saylı qərarı ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, iddiaçının zərgəri X3 müxtəlif adamların adına qızıl olmayan biyuteriya əşyalarını qızıl kimi qiymətləndirib saxlanc girovuna qoyaraq kredit götürülməsini təmin etmişdir. X3 qızıl olmayan əşyaları qızıl kimi qiymətləndirərək, saxlanc girovuna qoymaqla götürülməsini təmin e tdiyi kreditlərdən biri də cavabdehin xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsi üzrə götürdüyü 10.000 manat kredit məbləği olmuşdur.
73. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X2 təqsirləndirilməsinə dair cinayət iş üzrə ittiham aktından, habelə cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarında açıq-aydın görünür ki, cavabdehin kredit götürərkən təminat kimi saxlanc girovuna qoyduğu əşyalar qızıl-zinət olmamışdır. Qızıl-zinət olmayan biyuteriya əşyalarını girov qismində qızıl kim qiymətləndirərək kredit götürülməsini təmin etdiyi üçün iddiaçının zərgəri X3 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Belə olan halda sözügedən qanuni qüvvəyə minmiş məhkəmə aktları hazlırkı mülki iş üzrə hadisənin olması ilə ba ğlı hissədə preyudisial xarakter daşıyır.
74. Ona görə də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən girov predmeti qızıl deyil, metal əşyaları olduğu üçün, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini təmin etməkdə haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilərək, həmin hissədə qarşılıqlı iddia rədd olunmalıdır.
75. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
76. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 may 2024-cü il tarixli, 2(103)-1906/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.