Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-880/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev) İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dairiddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən A.Hüseynov, hakimlər A.İmanov və V.Sadıqov) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozm uş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, 7265.82 manat əsas borc, 1404.12 manat cərimə borcu və 20 manat dövlət rüsumunun, cəmi 9689.94 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dairiddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı ASC ape llyasiya şikayətləri vermişdir. Həmin şikayət üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, ödəniş tapşırığında dövlət rüsumunun hökumət ödəniş portalı vasitəsilə ödənilməli olduğu qeyd edilsə də, iddiaçının tərəfindən bununla bağlı prosessual qanunvericiliyin tələbinə əməl edilməmiş, dövlət rüsumu elektron ödəniş sistemləri vasitəsilə ödənilməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 108.1.4-cü maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. İş materiallarından görünür ki, iddiaçı hökumət ödəniş portalı vasitəsilə dövlət rüsumunu ödəmişdir. Ödənişin qeyd edilən qaydada ödənilməsi rüsumun ödənilməsinə dair qəbzin üzərindəki qeydlə təsbit edilir. Lakin apellyasiya instansiyası məhkəməsi dövlət rüsumunun elektron ödəniş si stemləri vasitəsilə ödənilmədiyinə istinad edərək düzgün olmayan qərardad qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı və İddiaçı ASC-nin apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. İddiaçı ASC-nin apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarı
Məhkəmə qərarları › İş №2(102)-880/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-880/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver