Məhkəmə qərarları › İş №2(102)-885/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-885/2019

04.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-885/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “04” fevral 2018-ci il iş №2(102)-885/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumayev Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Alməmmədov; 2(050)-490/2018) iddiaçı «xxxx » QSC-nin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilərək Cavabdeh 11000 (on bir min) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun iddiaçı “xxxx” QSC-yə xeyrinə tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: N,Mirzəyev,T.Heydərov, Z.Babayev; 2(106)-1816/2018) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Masallı rayon məhkməsinin 01 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı “xxxx” QSC Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 02 iyul 2016-cı il tarixdə MasallıKolatan-Sığdaş avtomobil yolunun Bədəlan kəndi ərazisindən keçən hissəsində idarə etdiyi iddia çıya məxsus “İSUZU NPR” markalı, ** *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş 11.000 manat məbləğində vurulmuş zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 02 iyul 2016-cı il tarixdə MasallıKolatan-Sığdaş avtomobil yolunun Bədəlan kəndi ərazisindən keçən hissəsində idarə etdiyi iddiaçıya məxsus “İSUZİ NPR” markalı, ** *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə özü xəsarət almış və iddiaçıya məxsus “İSUZİ NPR” markalı, ** *** dövlət qeydiyyat nişanlı avtomobili tam yararsız hala salmışdır. Hadisə ilə bağlı Masallı RPŞ-də istintaq aparılmış, yol nəqliyyat hadisəsinin məhz cavab dehin qayda pozması nəticəsində baş verməsi 27 iyul 2016-cı il tarixli qərarla təsdiqlənmişdir. Bununla cavabdeh öz qanunsuz hərəkətləri ilə iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Yuxarıda qeyd etdiyi kmi həmin yol qəzası nəticəsində iddiaçıya məxsus “İSUZİ NPR” markalı, ** *** dövlət qeydiyyat nişanlı avtomobil tam yararsız hala düşmüş və onun bərpası üçün 11000 manat vəsait sərf olunmuşdur. Bunu əlavə olunmuş fotoşəkillər və sonradan avtomaşının bərpası zamanı tərtib olunmuş qüsur aktı da təsdiq edir. Belə olan halda cavabdeh öz qanunsuz hərəkəti ilə məsuliyyət daşıdığından iddiaçıya vurmuş olduğu ziyan ödəməlidir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək yeniqərar çıxarılmasını xahiş etmişdir. Kass asiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin, Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,iddiaçının nümayəndəsi və cavadeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır k i, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında əlavə edilmiş Aztexnika “X2” İszuzunun Azərbaycandakı rəsmi dilleri tərəfindən verilmiş 02.07.2016-cı il tarixdə və “xxxx” QSC tərəfindən 18.07.2016-cı il tarixdə tərtib edilmiş qüsur aktlarından görünür ki, törədilmiş yol-nəqliyyat hadisəsi zamanı “xxxx” QSC-yə məxsus “İSUZU NPR” markalı, ** *** dövlət qeydiyyat nişanlı avtomobilə 11.000 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan: -Ma sallı RPŞ-nin İstintaq Bölməsinin 27.07.2016-cı il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hər hansı bir maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan xətanı törətdiyinə görə onun barəsində inzibati qaydada tədbir görülməsi məqsədilə qərarın surəti Masallı RPŞ-nin DYBP-nə göndərilməsi qərara alınmışdır. -24.01.2018-ci il tarixli, 32707 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilən qüsur aktı tərəfindən tər tib edilmiş 02.07.2016-cı il tarixli məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2009-cu il buraxılışlı “İSUZU NPR” markalı, ** *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təqdim olunan “İsuzu” servis mərkəzi”nin 02.07.2017-ci il tarixə 11000 manat müəyyən edilir, o cümlədən dəyişilməli hissələrin qiyməti 6000 manat, təmir-bərpa işlərinin qiyməti 5000 manat. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əml akdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. -1096.2-ci maddəsinin tələbinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərəri n, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiy ini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi və prosessual hüquq normaları nın tələblərinə və insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən qeyd etmişdir ki, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə birinci in stansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 08 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əli Rüstəmov Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar