Məhkəmə qərarları › İş №2(102)-888/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-888/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-888/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-7798/2*22 nömrəli iş ürzə 23 noyabr 2*22-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı "xxxx" ASC cava bdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(**4)-651*/2*1* nömrəli, 23 dekabr 2*1*-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir.

2. Cavabdeh1 2* iyul 2*22-ci il tarixdə qeyd edilən qətnamədən apellyasiya şikayəti vermişdir.

3. Birinci instansiya məhkəməsinin 22 iyul 2*22-ci il tarixli qərardadı ilə (hakim Kərim Xudayev) apellyasiya şikayətinin müddəti ötürülməmiş hesab edilərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*3)-5733/2*22 nömrəli, *4 avqust 2*22-ci il tarixli qərardadı ilə (hakimlər - R.Eyvazov (sədrlik edən və məruzəçi), F.Babayev və Ş.Məmmədova) apel lyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə qeyri-mümkün hesab edilərək, mülki işin birinci instansiya məkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsinin 2(**4)-651*/2*1* nömrəli, *9 sentyabr 2*22-ci il tarixli qərardadı ilə (hakim Kərim Xudayev) qətnamədən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır.

6. Cavabdeh1 qeyd edilən qərardaddan şikayət vermiş, birinci instansiya məhkəməsinin 2(**4)-651*/2*1* nömrəli, *1 noyabr 2*22-ci il tarixli qərardadı ilə (hakim Kərim Xudayev) şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsinin 2(1*3)-7798/2*22 nömrəli, 23 noyabr 2*22ci il tarixli qərardadı ilə (hakimlər - R.Eyvazov (sədrlik edən və məruzəçi), F.Babayev və Ş.Məmmədova) şikay ət qeyri-mümkün hesab edilərək, mülki işin birinci instansiya məkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, MPM-nin 3631.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin (Apellyasiya şikayətinin məzmunu) tələblərinə riayət edilmədən verilmişdirsə, eləcə də həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 1*-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

9. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 1* -1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

10. Cavabdeh tərəfindən verilmiş şikayət qanunvericiliyin tələblərinə uyğun qaydada (müəyyən olunmuş formada və qaydada) verilməməklə cavabdeh tərəfindən fiziki imzalanaraq, poçt vasitəsilə göndərilmişdir. Şikayətin qanunvericiliyin tələblərinə uyğun qaydada və formada verilməməsi isə onun qaytarılması üçün əsasdır.

11. Bununla yanaşı, cavabdeh tərəfindən qərardaddan ver ilmiş şikayət prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, mülki iş materiallarından görünür ki, qərardad 16.*9.2*22-ci il tarixli reyestrlə cavabdehə göndərilmiş, eyni zamanda *5.1*.2*22-ci il tarixdə cavabdeh mülki iş materialları ilə tanış olmuş və müəyyən sənədlərin surətlərini qəbul etmişdir. Sonradan, yəni 21.1*.2*22-ci il tarixdə isə yenidən məhkəməyə müraciət edərək *9.*9.2*22-ci il tarixli qərardadın surətini almışdır. Lakin birinci instansiya məhkəməsi prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Qeyd edildiyi kimi, cavabdeh *5.1*.2*22-ci il tarixdə (baxmayaraq ki, qərardad daha əvvəldən poçt vasitəsilə də cavabdehin ünvanına göndərilmişdir) mülki işlə tanış olmuş, müəyyən sənədlə rin surətlərini almış, eləcə də mübahisələndirilən qərardadla tanış olmuş, onun surətini almaq imkanında olmuşdur. Belə olan halda, cavabdehin sonradan qərardadın alınması üçün müraciət etməsi anlaşılan deyildir.

12. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin ən geci *5.1*.2*22-ci il tarixdə qərardaddan məlumatlı olması iş materialları ilə təsdiq olunur. Lakin qərardaddan şikayət 28.1*.2*22-ci il tarixdə rabitə orqanına təqdim edilmiş, bununla da prosessual müddət ötürülmüş, müddətin bərpasına dair ərizə verilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamadan, ona mahiyyəti üzrə baxmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh1 (Vəkil ) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, birinci instansiya məhkəməsinin 23 dekabr 2*1*-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraata götürülməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən fiziki imzalanaraq, poçt vasitəsilə göndərilmiş şikayətlə yanaşı, müqavilə üzrə hüquqlarını müdafiə edən vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə 31.1*.2*22-ci il tarixdə MPM 1*-1-ci maddəsinin tələblərinə əsasən tərtib edilmiş şikayəti elektron qaydada da göndərilmişdir (həmin elektron şikayət ərizəsi kassasiya şikayətinə əlavə olunur). Lakin apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almamış, yalnız kağız formatda verilmiş şikayət ərizəsinə baxmışdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişdir. Odur ki, müvafiq məhkəmə aktı ona sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmalı, ya da məhkəmədə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə təqdim edilməli idi. Apellyasiya instansiyası məhkəməsi qərardadın 16.*9.2*22-ci il tarixli reyestrlə cavabdehə göndərildiyini qeyd etsə də, həmin qərardadın ona rəsmi qaydada verildiyi barədə hər hansı bir sübuta istinad etməmişdir. Belə ki, məhkəmə aktının reyestrlə tərəfə göndərilməsi onun rəsmi təqdim edilməsi kimi qəbul edilə bilməz. Məhkəmə mübahisələndirilən qərardadın surətini aldığını sübut edən hər hansı bir sənədi deyil, sadəcə həmin qərardadı almaq imkanı olmasını göstərir ki, bunula da mötəbər sübut əvəzinə, formal mülahizəyə istinad edir ki, bu da ciddi qanun pozuntusudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 1*-1.3 Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

17. Maddə 13*.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ ke çmiş olur.

18. Maddə 13*.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

19. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində verilir.

20. Maddə 363.1.5 “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 1*-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə spellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

21. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya q aydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Apellyasiya instansiyası məhkəməsinin aktı Cavabdeh1 şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Qanuna əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən şikayətin göndərilməsi həmin sistemdə yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə qaytarılır (§ 16, 2*).

27. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, şikayət bu qaydalara uyğun olaraq təqdim edilməmiş, cavabdeh tərəfindən fiziki imzalanaraq, poçt vasitəsilə göndərilmişdir.

28. Kassator tərtib edilmiş şikayəti elektron qaydada da göndərdiyini bildirsə də, həmin şikayətin elektron kabinetə qanunla müəyyən edilmiş müddətdə yerləşdirilməsinə dair sübut təqdim edilməmişdir.

29. Belə olan halda, şikayət üzrə apellyasiyanın qeyri-mümkün sayılmasına dair apellyasiya instansiyası məhkəməsinin 23.11.2*22-ci il tarixli qərardadı əsaslıdır.

30. Bu hal kassasiya şikayətinin rədd edilməsi və həmin qərardadın qüvvəsində saxlanılması üçün kifayətedici olduğundan, kassasiya kollegiyası digər dəlillərə qiymət verilməsinə prosessual qənaət prinsipi baxımından l üzum görmür.

31. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-7798/2*22 nömrəli, 23 noyabr 2*22-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar