Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8883/2018 19.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-8883/2018 19 avqust 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qurbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili X4ün iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehə qarşı “borc tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7374/18 saylı, 13 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkil X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 09.07.2016-cı il tarixli kredit xətti müqaviləsi üzrə 7192,3 ABŞ dolları əsas borc, 58,72 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə cəmi 7251,02 ABŞ dolları borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin(hakim A.Tanrıverdiyev) 18 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 09.07.2016-cı il tarixli kredit xətti müqaviləsi üzrə 7040,72 ABŞ dolları əsas borc, 58,72 ABŞ dolları faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulmuş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, A.Hüseynov, X.Cəmilova) 2(103)-7374/18 saylı, 13 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkil X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7374/18 saylı, 13 avqust 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassator qətnamədə göstərilən borc məbləğini ödəməyə etiraz etmir, lakin iddiaçı tərəf faiz məbləğini yüksək istəyir, o qərara uyğun olaraq ödəməni aparmaq istəsə də, iddiaçı buna razı olmay araq bildirmişdir ki məhkəmə qərarı onlar üçün əsas sənəd deyil, onlar deyən faiz məbləği də ödənilməlidir. Göstərilənlərə əsasən, hesab edir ki, birmənalı, işin faktiki hallarına uyğn olmayan qətnamə çıxarılmaqla Səbail rayon məhkəməsi tərəfindən onun hüquqları ilə yanaşı ədalət mühakiməsinin prinsipləri pozulmuşdur. Buna görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7374/18 saylı, 13 avqust 201-8-ci il tarixli qətnaməsi ləğv edərək, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin icraatına qaytarılmasına dair qərar çıxarılması xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili X6 məhkəmə iclasında verdiyi izahatında kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Cavabdeh və vəkili işə baxılmasının vaxtı və y eri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər, onun məhkəmə iclasının 1 ay müddətinə təxirə salınması barədə vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 09.07.2016-cı il tarixli kredit xətti müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən kredit kartı vasitəsilə illik 13.5 faizlə 12 ay müddətinə 800 0 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borcunu vaxtında qaytarmamışdır. Bank 25.10.2016-cı il tarixədək Cavabdeh banka 7192.3 ABŞ dolları əsas borc, 58.72 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə cəmi 7251.02 ABŞ dolları borcu yarandığını iddia etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.02.2018-ci il tarixli, 6234 nömrəli məhkəmə ekspertizasının rəyinə əsasən 09 iyul 2015-ci il tarixli 5265 №-li kredit kartın verilməsi və istifadəsi üzrə müqavilənin şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-nə olan borcu 08.07.2016-cı il tarixə (müqavilə müddəti bitən tarixə) 7.841,87 ABŞ dolları: əsas borc üzrə 7.765,52 ABŞ dolları, faiz borcu üzrə 76,35 ABŞ dolları. 25.10.2016-cı il t arixə (iddia tarixinə) 7.135,55 ABŞ dolları: əsas borc üzrə 7.040,64 dolları, faiz borcu üzrə 94,91 ABŞ dolları. Birinci instansiya məhkəməsi iddianı 7040,64 ABŞ dolları əsas borcun, 58,72 ABŞ dolları faiz borcu hissəsində əsaslı hesab etmiş, qalan hissədə iddianı təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi bu nəticəni düzgün hesab etmişdir. Cavabdeh kassasiya şikayətinin dəlilləri qətnamənin yalnız faiz borcu hissəsinə aid olduğundan məhkəmə qətnaməni yalnız faiz borcu hissəsində yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu qənaətə gəlmişdir ki, borcalan bank qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyi üçün borcalandan kreditin ödənilməsi tələbi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. - 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehin kredit müqaviləsi üzrə faiz borc məbləğinin artıq hesablanılması dəlilinə münasibətdə düzgün olaraq bu qənaətə gəlmişdir ki, iş materiallarında olan maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, əsas borcun məbləğinə faizlər hesablanarkən tərəflər arasında bağlanmış müqavilə şərtlərinə riay ət edilmişdir. Qeyd edilən sənədlərlə cavabdehə hər hansı bir məbləğin artıq hesablanması öz təsdiqini tapmır. Həmçinin, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və iddia həmin rəyə uyğun həcmdə təmin edilmişdir. Cavabdeh qeyd etdiyi halları sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Nəticə etibarilə, qeyd olunan sənədlərlə cavabdehin borcunun düzgün hesablanılması öz təsdiqini tapdığından və borcun artıq hesablanılmasına ehtimal verən hallar aşkar edilmədiyindən cavabdehin bu dəlilləri əsassız olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eynilik təşkil etdiyindən onlara ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkil X1in kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7374/18 saylı, 13 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar q
Məhkəmə qərarları › İş №2(102)-8883/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-8883/2018
19.12.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver