Məhkəmə qərarları › İş №2(102)-889/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-889/2019

13.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-889/2019 13.02.2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıAliMəhkəməsi Mülki Kollegiyasının QƏRARİ 13 fevral 2019-cüil İş 2(102)-889/19 Bakışəhəri AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi ilə, İddiaçı QSC-nin vəkili C.B.Alıyevin, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC–nin və vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (F.X.Mirzəyev, iş2(007)-572/17) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 x1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia tələbi qismən təmin edilib cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7.561 ABŞdolları31 sent əsas, 1.798 ABŞ dolları 50 sent faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla cəmi– 9.659ABŞdolları 81 sentpulunödənişgününəmanatlaməzənnəsi və 30 manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (X.A.Cəmilova, A.Q.Hüseynov və İ.K.Xəlilov, iş2(103)-6958/2018) Bakışəhəri,Nizami rayon məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən-iddianın Cavabdeh2 qarşı təmin olunan hissəsində ləğv edilmiş, h əmin hissədə iddia rədd edilib İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 02S000018009 saylı 24.09.2012-ci il tarixli zaminlik müqaviləsi üzrə həmin şəxsin zaminliyinə xitam verilmişdir. İddiaçı QSC və vəkili C.B.Alıyev kassasiya şikayəti verib qətnamənin ləğv edilməsini və iddianın Cavabdeh2 aid hissədə təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahişetmişlər. Cavabdeh2 kassasiya şikayətinə etiraz verib şikayətin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada xəbər verilmiş Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən kassasiya kollegiyası işə onun izahatının dinlənilmədən, Cavabdeh1, Cavabdeh3,,Cavabdeh4 vəİddiaçı QSC-nin nümayəndəsi üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədi klərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə kassasiya qaydasında baxılan zaman “ İddiaçı QSC-nin vəkili C.B.Alıyev kassasiya şikayətinin dəlillərini müdafiə edib təmin olunmasını xahiş etdi. İŞİN HALLARİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 x1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədəiddia iləməhkəməyəmüraciətedib cavabdehlər Cavabdeh1 David oğlu, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 7.561 ABŞdolları31 sent əsas, 1.798 ABŞ dolları 50 sent faiz, 3.413 ABŞ dolları 25 sent cərimə borcu olmaqla cəmi – 12.773ABŞdolları 06 sent pulun ödəniş gününə manatla məzənnəsi ilə və 30 manat dövlət rüsumununİddiaçı QSC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İdd iaçı QSC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 oğlu ilə bağlanmış 24.09.2012ci li tarixli 02L000009157 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 oğluna 120 ay müddətində30.000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmış və ona 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 15.000 ABŞ dolları, 26 dekabr 2014-cü il tarixli 002R**********4 saylı kredit razılaşması üzrə isə 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla 15.000 ABŞ dolları kredit verilmiş, 28 mart 2016-cı il tarixli 002R**********4S saylı və 22 sentyabr 2016-cı il tarixli 002R**********4SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı QSC ilə 24 sentyabr 2012-ci il tarixdə bağlanmış 02S000018008 və 02S000018009 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh3 Rami z qızı və Cavabdeh2, 28 fevral 2014-cü il tarixli 02S000023660 saylı zaminlik müqaviləsinə əsasən isə Cavabdeh4 Cavabdeh1 oğlunun 24 sentyabr 2012-ci il tarixli 02L000009157 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərinin tam icra edilməsi ilə bağlı zaminlik öhdəliyi götürmüşlər. Cavabdeh1 oğlunun kredit öhdəliklərini gecikdirməsi və lazımınca yerinə yetirməməsi nəicəsində banka 7.561 ABŞ dolları 31 sent əsas, 1.798 ABŞ dolları 50 sent faiz, 3.413 ABŞ dolları 25 sent cərimə borcu olmaqla ümumilikdə 12.773 ABŞ dolları 06 sent borcu yaranmışdır. Cavabdeh1 oğlu iddianıqismən, əsas və faiz borcu hissəsində qəbuletdiyini bildirib cərimə borcunun azaldılmasını xahiş etmişdir. Cavabdeh2 rayon məhkəməsində işə baxılmasında iştirak etməmiş, apellyasiya şikayətində qətnamənin özünə aid hissədə ləğ v edilib, onunla bağlanmış zaminlik müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı QSC və vəkili C.B.Alıyev kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşması və sazişlərin zaminlik öhdəliyi götürmüş şəxslərin, o cümlədən Cavabdeh2 zaminlik məsuliyyətini artırmamasına və onun üçün əlverişsiz nəticələr yaratmamasına eyni zamanda zaminlik öhdəliyinin müddətinin müəyyən edildiyi 120 ay müddətini keçməməsinə dair işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, iddia tələbinin Cavabdeh2 qarşı hissədə rədd olunması və onunla zaminlik müqaviləsinə xitam verilməsi barədə əsassız qərar qəbul edilmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, İddiaçı QSC-nin vəkili C.B.Alıyevi dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmam asını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi ücün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Kassasiya Kollegiyası qeyd edir ki, hazırkıişüzrəBakışəhəri,Nizamirayonməhkəməsinin31 yanvar 2018-ci il tarixli qətnaməsi iddia tələbinin kredit üzrə əsas, faiz və cərimə borcunun təmin olunmuş məbləği, həmçinin zaminliköhdəliyiiləbağlı digərcavabdehlər, Cavabdeh3 və Cavabdeh4 tərəfindən apellyasiya qaydası nda mübahisələndirilmədiyindən və iddia tələbi həmin hissədə apellyasiya baxışının predmeti olmadığından İddiaçı QSC-nin iddia tələbinin cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh3 və Cavabdeh4 aid hissədə kassasiya baxışının predmeti deyildir. Hazırkı iş üzrə rayon məhkəməsinin qətnaməsinin mübahisələndirilən, iddianın Cavabdeh2 qarşı təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilib İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 02S000018009 saylı 24.09.2012-ci il tarixli zaminlik müqaviləsi üzrə həmin şəxsin zaminliyinə xitam verilməsi barədənəticəyə gələn apellyasiya instansiyasıməhkəməsi öz qənaətlərini bank ilə borcalan arasında kredit xətti müqaviləsi üzrə kredit razılaşmalarına dəyişikliklər edilməsi barədə 28 mart və 29 sentyabr 2016-cı il tarixdə bağlanmış əlavə sazışlərdə kredit müqaviləsi müddəti ilə bağlımüddəa əks olunmasa da hər iki sazişə əlavə olunan ödəniş qrafiklərinə əsasən kredit öhdəliklərinin icrası müddətini 03.04.2017-ci il tarixədək, daha sonra 21.08.2017-ci il tarixədək uzadılmasına və bu zaman qətnaməni apellyasiya qaydasında mübahisələndirən Cavabdeh2 razılığının alınmamasına istinad etməklə əsaslandırmışdır. İş materiallarında olan sənədləri və işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarını nəzərdən keçirən kassasiya kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. İddiaçı QSCiləCavabdeh1 oğlu arasında24.09.2012-ci il tarixdə bağlanmış02L000009157 saylı kredit müqaviləsindən görünür ki, “Bank” tərəfindən kredit alana 120 ay müddətinə 3 0.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 26.12.2012- ci il tarixli 002R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 oğlu aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 24.09.2012-ci il tarixli, 02S000018008 və 02S000018009 saylı zaminlik müqavilələrindən görünür ki, zamin Cavabdeh3 Novruz qızı və Cavabdeh2 öz üzərinə bank ilə Cavabdeh1 oğluarasında bağlanmış 24 sentyabr 2012-ci il tarixli 02L000009157 saylı kredit xətti müqaviləsi üzrə zaminlik öhdəlikləri götürmüşdür. 28 fevral 2014-cü il tarixli 02S000023660 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh4 öz üzərinə ban k ilə Cavabdeh1 oğlu arasında bağlanmış 24 sentyabr 2012-ci il tarixli 02L000009157 saylı kredit xətti müqaviləsi üzrə zaminlik öhdəlikləri götürmüşdür. 26 dekabr 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, “Bank” tərəfindən Cavabdeh1 oğluna 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin olunmuş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısınd a birgə məsuliyyət daşıyırlar. MülkiMəcəllənin 472.2-cimaddəsinəəsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarında zaminliyin mahiyyəti ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: "…Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zamin lik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır… MM- in 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər… Qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Eyni zamanda, zaminlik müqaviləsinin aksessor xarakterli olduğunu və mövcud olmayan öhdəliyin icra edilməsinin mümkün olmamasını nəzərə alaraq, gələcəkdə yaranacaq öhdəliyi təmin edən zaminlik müqaviləsinin tərəflərinin qarşılıqlı hüquq və vəzifələri belə müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Borclu tərəfindən zaminliklə təmin olunmuş öhdəliyin pozulmasına dair kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərilən hallarda irəli sürülə bilər". Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada raz ılıq əldə etdikdə bağlana bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman kredit razılaşması üzrə aylıq faiz dərəcəsi 2,1667 % olduğu halda 28.03.2016-cı il tarixli sazişdə 1,75 %, 22.09.2016-cı il tarixli sazişdə isə 1,9167 % müəyyən edilməsinə, yəni kredit sazişləri üzrə müəyyən edilmiş faizlərin kredit razılaşması üzrə müəyyən edilmiş faizlərdən az olmaqla zaminlik öhdəliyi götürmüş şəxs üçün əlverişsiz nəticələr yaratmamasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, sazişlərin bağlanması ilə bağlı zaminlik öhdəliyi götürmüş Cavabdeh2 razılığının alınmamasına istinad olunub zaminlik öhdəliyinə xitam verilməsi kimi səhv nəticəyə gəlinib iddia tələbinin Cavabdeh2 aid hissədə rədd olunması barədə qərar qəbul edilmişdir ki, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Bundan başqa, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılan zaman kredit sazişləri üzrə müəyyən edilmiş öhdəliyin icrası müddətinin birinci dəfə 4 ay və ikinci dəfə 8 ay uzadılmasının Cavabdeh2 ilə 24 sentyabr 2012-ci il tarixdə bağlanmış zaminlik müqaviləsində müəyyən edilmiş 120 ay- 24 sentyabr 2022-ci il müddətindən 60 ay az olmaqla zaminin mənafeyi, hüquq və vəzifələri baxımından maddi məsuliyyətinin artması kimi hüquqi nəticələr doğurmamasına dair işin hallarına da düzgün hüquqi qiymət verilməmiş, öhdəliyin icrası müddətinin uzadılmasının zaminin vəziyyətini ağırlaşdırması kimi səhv nəticəyə gəlinib Cavabdeh2 zaminlik öhdəliyinə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Şərholunanları nəzərə alan kassasiya kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilməklə sadalanan mülki-prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Kassator kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissəsində ləğv edilməsini və həmin hissədə yeni qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırkı iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyil. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə 12 sentyabr 2018-ciil tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışınagöndərilməlidir. İşəyenidən baxılan zaman qərarın təsviri hissəsində göstərilən hallar araşdırılıb mübahisənin həllinə dair qanuni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və AR MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan12 sentyabr 2018-ciil tarixli 2(103)-6958/18 saylıqətnaməsi ləğv edilsin. İşə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar