Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-889/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1 və XXX İddia tələbi: maddi zərərin ödənilməsi Açar sözlər: icarə müqaviləsi, delikt, zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavadehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kas sasiya şikayətlərinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh1 və İddiaçı arasında sonuncuya məxsus qeyri-yaşayış sahəsinə dair xx xxxxxx 2015-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqavilədə aylıq icarə haqqı kimi aylıq 3.000 manat müəyyən edilməklə, birinci altı ay üçün müqavilə imzalandıqdan, növbəti altı ay üçün isə təmir işləri Bankın tələblərinə uyğun başa çatdırıldıqdan və filial rəsmi fəaliyyətə başladıqdan sonra icarəyə verənə əvvəlcədən ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə 5 il müddətinə bağlanmışdır. “xxxx” MMC ilə sifarişçi Cavabdeh1-nin Şəmkir filialı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli təhlükəsizlik sisteminin quraşdırılmasına dair mü qavilə əsasında xx xxxx 2016-cı il tarixdə bank tərəfindən MMC-yə cəmi 12.413 manat ödəniş edilmişdir. Cavabdeh1 xx xxxx 2016-cı il tarixdə İddiaçı icarə müqaviləsinin imzalandıqdan sonra 1 ildən çox zaman keçməsi, binanın təmirinin vaxtında tamamlanmaması və bu müddət ərzində iqtisadiyyatda və Bankda baş verən dəyişikliklər nəticəsində bankın “Şəmkir” filialının binaya köçməsi qeyri-mümkün olmasını əsas gətirərək, əməkdaşlığın davam etdirilməsinin mümkün olmadığı, xx xxxxx 2016-cı il tarixdən etibarən icarə müqaviləsinə xitam veriləcəyi barədə yazılı xəbərdarlıq göndərmişdir. Həmin xəbərdarlıqda qeyd edilmişdir ki, bank filialları üzrə xərclərin azaldılması həyata keçirildiyi nəzərə alınmaqla, icarə haqqının mövcud şəraitə uyğunlaşdırılmaqla, 1.000 manat olaraq dəyişdiriləcəyi təqdirdə, y eni icarə müqaviləsi bağlana bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat xx xxxx 2016-cı il tarixdə İddiaçı Cavabdeh1-yə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən ona vurulmuş 157.000 manat məbləğində maddi ziyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə icarə müqavilə bağladıqdan sonra o, 150.000 ABŞ dolları məbləğində xərc çəkərək, bankın tələblərinə uyğun əsaslı təmir işləri aparmış, rekonstruksiya işləri gördürmüş, əlavə elektrik xətləri, siqnalizasiya sistemi və sair işlər həyata keçirmişdir. Cavabdeh isə, müqaviləni icra etməkdən imtina etmişdir. Cavabdeh müqavilədən imtinasının əsaslarından biri kimi, təmirin vaxtında tamam lanmamasını göstərmişdir, halbuki, müqavilədə təmir üçün müddət nəzərdə tutulmamışdır. Bankın tələbinə uyğun formada aparılmış təmir işləri olduqca çətin və vaxt aparan olmuş, bu səbəbdən ağlabatan müddətdə başa çatdırılmışdır. Cavabdeh hazırkı vəziyyəti bir də onunla əlaqələndirmişdir ki, müqavilənin imzalanmasından 1 ildən çox zaman keçmişdir və bu müddət ərzində iqtisadiyyatda və bankda baş verən əhəmiyyətli dəyişikliklər nəticəsində binaya köçməsinin qeyri-mümkün olmasını göstərmişdir, halbuki, iqtisadiyyatda baş verən mövcud dəyişiklik barədə cavabdehin məlumatı olmuşdur. Cavabdeh binaya köçməyəcəyi barədə ona vaxtında məlumat versə idi, o, təmiri başa çatdırmazdı. Göründüyü kimi, cavabdehin öhdəliyi icra etməkdən yayınması qazanc əldə etmək məqsədi daşıyır, yəni, hər ay müqavilənin ş ərtinə uyğun 3.500 manat deyil, ayda 1.000 manat ödəməklə qazanc əldə etmək istəyir və bu da qeyri-qanunidir. İş üzrə alınmış xx xxxxxx 2016-cı il tarixli məhkəmə-tikinti texniki ekspertizasının rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 346,5 kv.m olan qeyri-yaşayış binasının təmirsiz vəziyyətdən mövcud vəziyyətə gətirilməsi üçün sərf olunan əmək haqqının dəyəri təqribən 59.580 manat məbləğində, müvafiq qeyri-yaşayış binasının təmiri üçün çəkilən xərclərin ümumi dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 151.556 manat məbləğində müəyyən edilir. İş üzrə alınmış xx xxxx 2017-ci il tarixli təkrar ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasında bank fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş təmirin ümumi dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 151.556 manat məbləğində müəyyən edilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2275/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, icarə müqaviləsinin müddətinin beş il olaraq müəyyənləşdirildiyi nəzərə alındıqda, bir ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən icarə obyektinin müqavilədə nəzərdə tutulmuş vəziyyətə gətirilməməsi onun müqavilə üzrə öhdəliyini ağlabatan müddətdə icra etmədiyi qənaətinə gəlməyə əsas verir. Başqa bir ifadə ilə, beş illik müqavilə müddətinin bir ildən çoxunun müqavilə predmetinin təmirinə sərf edilməsi icarəçinin mənafeyi və müqavilə üzrə haqlı gözləntiləri ilə uzlaşmır. Qanunveric iliyin tələblərinə əsasən, icarəçi icarə obyektini müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa, icarəyə verən isə gecikdirməyə yol verirsə, o, xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən icranın gecikdirilməsi cavabdehin icraya marağınının itməsinə səbəb olmuş və o, icranı qəbul etməkdən imtina edərək, müqaviləyə xitam vermək qərarına gəlmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 tərəfindən icarə müqaviləsinə xitam verilərkən qüvvədə olan hüquq normalarına əməl edildiyindən iddiaçıya zərər vurulmamış, əksinə ilk altı aylıq icarə haqqı ödənildiyindən iddiaçı bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş olsa da, gəlir əldə etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı həmin qətnaməni apellyasiya qaydas ında mübahisələndirmiş, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, məhkəmə mübahisənin mahiyyəti üzrə hər hansı bir araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2695/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən 139142 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödəni lməsi qət edilmişdir. Apellyasiya instansiyası hesab etmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlansa da, cavabdeh tərəfindən həmin müqavilənin şərtləri pozulmuş və o icarə obyektini qəbul etməkdən imtina etmişdir. Halbuki iddiaçı tərəfindən ekspert rəylərində göstərildiyi kimi icarə obyektini müqavilədə göstərilən vəziyyətə gətirilməsi üçün (bank fəaliyyətinin həyata keçirilməsi üçün) 151.556 manat məbləğində pul vəsaiti xərclənmişdir. Göründüyü kimi, cavabdehin qanuna və icarə müqaviləsinin şərtlərinə zidd hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Əlavə olaraq kollegiya qeyd etmişdir ki, cavabdeh xx.xx.2016-cı il tarixdə icarə müqaviləsinin birtərəfli qaydada xitam edilməsi barədə iddiaçıya məktub göndərsə də, icarə obyektinin təhlükəsizlik sisteminin quraşdırılma sı üçün xx.xx.2016-cı il tarixdə ödənişlərini həyata keçirmişdir. Bununla da, müqavilə münasibətlərinin davam etdirilməsinə öz iradəsini bildirmişdir. Belə olan halda, cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən və bunun nəticəsində iddiaçıya vurulmuş ziyanı tam şəkildə ödəməlidir. Həmçinin göstərilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya icarə müqaviləsinin ilk 6 ayı üçün icarə haqqı ödənilmişdir. Müqavilə birtərəfli qaydada ləğv edildiyindən icarə haqqı kimi ödənilmiş vəsait cavabdeh tərəfindən geri tələb oluna bilməz. Apellyasiya məhkəməsi cavabdehin etirazlarına, icarə müqaviləsinin müddətinin beş il olaraq müəyyənləşdirildiyi nəzərə alındıqda, bir ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən icarə obyektinin müqavilədə nəzərdə tutulmuş vəziyyətə gətirilməməsi onun müqavilə üzrə öhdəliyini ağlabatan müddətdə icra etməməsinə münasibətdə də qeyd etmişdir ki, iş materiallarında olan həmin müqavilənin hər-hansı bəndində icarə obyektində təmir işlərinin aparılması üçün hər-hansı müddət nəzərdə tutulmamışdır. Buna görə də, təmir işlərinin gecikdirilməsi halı cavabdeh tərəfindən icarə müqaviləsinin birtərəfli ləğv edilməsi və ya cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi üçün əsas deyil. Kassasiya şikayətlərinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin “məbləğin Cavabdeh1-dən tutulması” hissəsində dəyişdirilərək məbləğin Cavabdeh1-nin ləğvedicisi XXXndan tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş və şika yətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 müflis elan edildiyindən həmin məbləğin bankdan tutulması mümkün olmadığından gələcəkdə qətnamənin icrası üçün çətinlik yaranacaqdır. Cavabdeh həmin qətnamədən verdiyi kassasiya şikayətində qənamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə, icarəçi icarə obyektini müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa, icarəyə verən isə gecikdirməyə yol verirsə, o xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Göründüyü kimi, iddiaçının icranı gecikdirməsi cavabdehin icraya marağının itməsinə səbəb olmuşdur və o icranı qəbul etməkdən imtina edərək müqaviləyə xitam vermək qərarına gəlmişdir. Cavabdeh tərəfindən icarə müqaviləsi xitam verilərkən qüvvədə olan hüquq normalarına əməl edildiyindən iddiaçıya zərər vurulmamış, əksinə ilk altı aylıq icarə haqqı ödənildiyindən iddiaçı bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş olsa da, gəlir əldə etmişdir. Digər tərəfdən, cavabdeh tərəfindən icarə obyektində quraşdırılmış siqnalizasiya sisteminin xərci ödənilmişdir və həmin yaxşılaşdırma da iddiaçıda qalmışdır. Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi və vəkili, cavabdehin vəkili kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instans iyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh bank arasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin bankın filialına icarəyə verilməsi barədə xx xxxxxx 2015-ci il tarixdə icarə müqaviləsi bağlanılmış, iddiaçı həmin obyektin bankın istəklərinə uyğun şəkildə təmir etməyi öhdəsinə götürmüş, aylıq icarə haqqı kimi aylıq 3.000 manat müəyyənləşdirilmiş, sonradan həmin məbləğ artırılıraq 3.500 manat müəyyən edilmiş, ilk 6 ayın icarə haqqı kimi cəmi 21.000 manat bank tərəfindən iddiaçıya ödənilmiş, bununla bərabər obyektin təhlükəsizlik sisteminin quraşdırılması üçün çəkilmiş 12.413 manat xərc də bank tərəfindən qarşılanmışdı r. Müqavilə müddəti 5 il müəyyən edilmiş, tərəflərin 6 ay əvvəl rəsmi xəbərdarlıq etməklə müqaviləni vaxtından əvvəl ləğv etmək imkanı nəzərdə tutulmuşdur. Bununla yanaşı, bank tərəfindən xəbərdarlıq müddəti gözləmədən müqavilənin ləğv edilə biləcəyi halların dairəsi də müəyyən edilmişdir ki, bura icarə obyektinin müəyyənləşdirilmiş müddətdə alınmaması, icarəyə verənin gecikdirməyə yol verməsi və sair hallar aid edilmişdir. Bank xx xxxx 2016-cı il tarixdə iddiaçıya yazılı qaydada müraciət edərək müqaviləyə xx xxxxx 2016-cı il tarixdən birtərəfli qaydada xitam verəcəyini bildirmiş və bunu icarə müqaviləsinin bağlanmasından 1 ildən çox keçməsinə baxmayaraq, binanın təmirinin tamamlanmaması, eyni zamanda bankın maliyyə vəziyyətinin pisləşməsi nəticəsində müqavilə münasibətlərinə davam etmənin mümkün olmaması ilə əsaslandırmışdır. İddiaçı obyektin bankın istəklərinə uyğun təmir etdirilməsi üçün 157.000 manat məbləğində xərc çəkdiyinə istinad edərək həmin məbləğin maddi zərər qismində bankdan onun xeyrinə tutulması barədə hazırki tələbi irəli sürmüşdür, yəni iddiaçının hazırki tələbinin əsasını “vurulmuş zərərin əvəzinin ödənilməsi” təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsinin əsaslarını müəyyən edən 21-ci maddəsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Həmin Məcəllənin 386-cı maddəsi ilə zərər vurulma öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qan unla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisə tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gəlməklə, iddiaçı cavabdeh bankın icarə müqaviləsinə birtərəfli qaydada xitam verməsi nəticəsində ona 157.000 manat zərər vurulduğunu iddia edir. İlk olaraq qeyd etmək lazımdır ki, müqavilədə tərəflərin hər birinin 6 ay əvvəlcədən rəsmi xəbərdarlıq etməklə, bankın isə icarə obyektini müəyyənləşdirilmiş müddətdə təhvil almaması, icarəyə verənin gecikdirməyə yol verməsi halında xəbərdarlıq müddəti gözləmədən ləğv etmək hüququ təsbit edilmişdir. Müqavilənin xx xxxxxx 2015-ci il tarixdə bağlanması və xx xxxx 2016-cı il tarixə qədər, yəni 15 ay ərzində banka təhvil verilməməsi işin mübahisəsiz halıdır. Bu halda, bankın icarəyə verənin gecikdirməyə yol verməsinə istinad edərək xəbərdarlıq müddəti gözləmədən müqaviləni ləğv etmək hüququ istisna edilmir, məhz həmin hüququn realizə edilməsi də iddiaçıya z ərər vurulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İddiaçının hər hansı pozuntuya yol vermədiyi və bankın da 6 aylıq rəsmi xəbərdarlıq müddətini gözləmədən müqaviləni birtərəfli qaydada ləğv etməyi tələb etdiyi halda belə, iddiaçı dəymiş zərərin əvəzi kimi icarə müqaviləsi üzrə keçən müddət üçün ödənilməyən və əlavə olaraq 6 aylıq icarə haqqına bərabər bir məbləğin ödənilməsini tələb edə bilərdi. Digər tərəfdən, müqavilədə iddiaçı ilə cavabdeh bank arasında icarə obyektinin təmirinə xərclənmiş vəsaitin bank tərəfindən ödəniləcəyinə dair hər hansı müddəa yoxdur, əksinə müqavilənin 2.1.2-ci maddəsində iddiaçının icarə obyektini bankın istədiyi şəkildə təmir edərək icarəçiyə təhvil vermək vəzifəsi təsbit edilmişdir. Bundan başqa, icarə obyektində təhlükəsizlik sisteminin quraşdırılm ası üçün xərclənmiş 12.413 manat vəsait də bankın öz hesabına təmin edilmişdir. Mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hazırki tələblər üzrə iddiaçıya müqavilə tərəfdaşı olan bank tərəfindən müqavilə öhdəlikləri çərçivəsində hər hansı zərərin vurulması və nəticədə iddiaçının hüququnun pozulması müəyyən edilmir. Lakin apellyasiya məhkəməsi mübahisəyə müqavilə münasibətlərini tənzimləyən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iş üzrə qanuni və əsaslı hesab edilməyən qətnamə qəbul etmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəy
Məhkəmə qərarları › İş №2(102)-889/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-889/2021
10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver