Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-890/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: borcun, vurulmuş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(104)-415/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə Cav abdeh arasında 2017-ci ilin oktyabr ayından bəri birgə fəaliyyətə əsaslanan faktiki işgüzar münasibətlər olmuşdur. Tərəflər arasında olan şifahi razılığa əsasən onlar uşaq geyimlərinin tikilişi və satışı işini həyata keçirməyə başlamışlar. İşə başlamaq üçünsərmayə İddiaçı tərəfindən qoyulmuş, Cavabdeh isə bu sahədə təcrübəli olduğu üçün işləri həyata keçirməyi və nəzarət etməyi öz üzərinə götürmüşdür. Daha sonra tərəflər arasında görülmüş işlər və əldə edilmiş gəlirin məbləği və bölünməsi ilə bağlı mübahisə yaranmışdır. Bu əsasla tərəflər arasında 15 sentyabr 2020-ci il tarixdə nəticə protokolu və 16 sentyabr 2020-ci il tarixdə isə öhdəçilik protokolu imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 204.403 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi 2017-ci ildə qohumu vasitəsi ilə tanımışdır. Onlar tanış olandan sonra cavabdeh iddiaçıya bildirmişdir ki, uşaq geyimlərinin tikilişi və satışı işində işlədiyindən bu sahədə onun böyük təcrübəsi var, bu işi yaxşı bacarır. Lakin bu işləri həyata keçirmək üçün onun maddi vəsaiti yoxdur. Əgər bu işə maddi vəsait qoyularsa, o bu sahəni inkişaf etdirər, uşaq geyimlərinin tikilişi və satışı işini yüksək səviyyədə təşkil edib aparar və bunun nəticəsində yaxşı mənfəət əldə olunar. Cavabdeh iddiaçıya təklif etmişdir ki, bu işin aparması üçün ona pul versin, o də bu işə baş lasın. Az bir müddətdə həm iddiaçı ona verdiyi pulu hissə-hissə qaytaracaq, həm də əldə etdiyi mənfəətin 50 faizini iddiaçıya verəcək. İddiaçını cavabdehlə tanış edən qohumuna görə iddiaçı cavabdehə inanmış və onlar öz aralarında bu barədə şifahi razılaşmışlar. Ondan sonra iddiaçı 2017-ci ilin oktyabr ayından başlayaraq, 2018 və 2019cu illərdə müxtəlif vaxtlarda hissə-hissə olmaqla, cəmi 392182 manat pul vermişdir. Bu müddətdə cavabdeh həm iddiaçı tərəfindən alınmış, həm də özünə məxsus avadanlıqlardan istifadə edərək, xarici ölkələrdən materiallar almaqla normal işləmiş, mənfəət əldə etmişdir. Cavabdeh mənfəət barədə iddiaçıya bildirmiş, həmişə də xahiş etmişdir ki, o, işlərini daha da genişləndirmək üçün hazırda əldə edilmiş mənfəət bölüşdürülməsin, kapital qoyuluşu olaraq qalsın, sonrak ı vaxtlarda isə hesablanaraq verilsin. İddiaçı da onunla razılaşırmış və özünə çatası mənfəəti tələb etməmişdir. 2020-ci ilin yay aylarında iddiaçı hiss etmişdir ki, cavabdeh razılaşdığı şərtləri pozur, istehsal barədə iddiaçıya yalan məlumatlar verir, işləri genişləndirmək əvəzinə əvvəlki borclarını qaytarır. Ona görə iddiaçı cavabdehdən gördüyü işlər barədə hesabat tələb etmiş, ondan sonra Cavabdeh 2020-ci ilin iyun ayında 20000 manat, iyul ayında 20000 manat olmaqla, cəmi 40000 manat sərmayədən qaytarmışdır. 2020-ci ilin sentyabr ayında iddiaçı və onu təmsil edən Əhməd Məmişov, Cavabdeh və onu təmsil edən Əbülfəz Seyidov tərəfindən 2017-ci ilin oktyabr ayından 2020-ci ilin sentyabr aynın 1-ə kimi olan vəziyyət araşdırılaraq, 15 sentyabr 2020-ci il tarixli nəticə protokolu və 16 sentyabr 2020-ci il tarixli öhdəçilik protokolu tərtib olunmuşdur. Həmin protokolları tərəflər imzalamışdır. Həmin protokollardan görünür ki, 2017-ci ildən 12 iyul 2020-ci ilə kimi cəmi 392182-manat sərmayə qoyulmuşdur. Bu müddətdə 201070manat xalis mənfəət qazanılmışdır. Həmin mənfəətdən cavabdeh 101118 manat 60qəpik götürmüşdür. İddiaçıya çatacaq 100535 manat mənfəəti cavabdehin xahişinə görə götürmədiyi üçün həmin məbləğ sərmayə olaraq yuxarıda göstərilən məbləğin üzərinə gəlmiş və beləliklə İddiaçı tərəfindən qoyulmuş sərmayənin məbləği 492717 manat təşkil etmişdir. Lakin öhdəlik protokolunda 100535manat mənfəət olaraq göstərilmişdir. Bu məbləğ 16 sentyabr 2020-ci il tarixli öhdəlik protokolunda da öz əksini tapmış, sərmayəçi və istehsalçı tərəfindən təsdiq edilmişdir. Bundan sonra, Cavabdeh 1 7 sentyabr 2020-ci ildə avqust ayı üçün 10120- manat, 1 oktyabr 2020-ci ildə sentyabr ayı üçün 28833manat, 3 noyabr 2020-ci il tarixdə oktyabr ayı üçün 29683manat, 3 dekabr 2020-ci il tarixdə noyabr ayı üçün 25246manat, cəmi 93882manat pul qaytarmış və bu barədə aktlar tərtib olunmuş və imzalanmışdır. Sonuncu protokolda 258300manat sərmayədən borc qaldığı təsdiq olunmuşdur. Həmin məbləğə daxil olunmayan, iddiaçıya çatmalı olan 100535manat mənfəət sərmayə kimi sərmayəyə əlavə olunduğundan cəmi borc qalan sərmayə məbləği 358835manat təşkil edir. Bununla da cavabdehin ona 2020-ci ilin dekabr ayına 358835 manat sərmayə borcu qalmışdır. Cavabdeh öhdəlik protokolunda nəzərdə tutulmuş öhdəliklərdən; hər ay sərmayədən 25000 – 30000 manat olmaqla qaytarılması, sərmayənin qaytarılacağı ay ərzində istehsal olunan bütün malların, hazır malların anbara təhvil verildikdən sonra həyata keçirilməsi və ay ərzində alıcılardan alınmış pul vəsaitinin kassaya təhvil verildikdən sonra xərclənməsi öhdəliklərini pozduğuna görə mübahisə yaranmış və nəticədə cavabdeh istehsalatı dayandıraraq getmişdir. Bundan sonra cavabdeh dəfələrlə yekun hesabat üçün dəvət olunsa da, o, gəlməkdən imtina etmişdir. 10 mart 2021-ci ildə cavabdeh 070 6352161nömrəli mobil telefon vasitəsi ilə ismarıc göndərmişdir. Həmin ismarıcda cavabdeh onun sərəncamında olan 157733 – 21471=136262 manatlıq malların, pul və nisyələrin ona qaytarılması və sexdə saxlanılan maşın və avadanlıqların ona qaytarılmasını təklif etmişdir. Lakin cavabdeh sonradan öz təklifindən özü imtina etmişdir. Həmin malları Cavabdeh ona olan etibarından istifadə edərək, onu aldadaraq ələ keçirmişdir. İddiaçı iddia ərizəsində öhdəlik (razılaşma protokolu) tərtib edildikdən sonrakı dövrdə, yəni 2020-ci ilin sentyabrından 2021-ci ilin yanvar ayınadək olan dövrdə yeni yaranan mənfəətdən ona əlavə 22207 manat pay düşməsini qeyd etmişdir. Qarşılıqlı iddia ərizəsində isə cavabdeh həmin qazancın ümumi olduğunu bildirmiş və ondan 11100 manatını götürdüyünü bildirmişdir və həmin məbləğdən 11100 manat da mənfəət olaraq iddiaçıya verilməli idi. Lakin həmin məbləğ ona verilməmişdir. Bundan başqa onların birgə əldə etdiyi 32213manat dəyərində avadanlıq qalmışdır. Həmin pulun 16068manatı iddiaçının payına düşən hissədir. Əgər həmin avadanlıqlar iddiaçıda qalarsa, onda cavabdehdən tələb edəcəyi məbləğdən 16106,5manat azaldılacaq, cavabdeh tərəfdə qalarsa onun iddia tələbi 16106,5manat artırılacaqdır. Cavabdeh istehsalatı dayandırıb gedəndən sonra dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdeh sexdə qalan malların siyahıya alınmasında iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən, 8 fevral 2021-ci il tarixdə sexdə qalmış mallar növlərinə uyğun olaraq siyahıya alınmış, cavabdehin əvvəlki aylarda müəyyən etdiyi qiymətlər əsasında qiymətləndirilmişdir. Nəticədə 165.532 manat məbləğində malların sexdə qalması müəyyən edilmiş və sonra həmin mallar anbara yığılmışdır. Cavabdehə aid olan avadanlıqların üzərinə məhkəmənin qərardadı ilə həbs qoyulmuşdur. Qərardad icra məmuru tərəfindən icra edilmişdir. Beləliklə, hesablamalara görə iddiaçıya sərmayədən 358.835 manat, əlavə qazancdan 11.100manat, cəmi 369.935 manat pul cavabdeh tərəfindən ona ödən ilməlidir. Həmin məbləğdən 165.532 manatlıq mal hazırda anbarda iddiaçının sərəncamında olduğuna görə hesab edir ki, iddia tələbinin həcmi azaldılmalı, cavabdehdən 204.403 manat alınaraq ona verilməlidir.
4. Daha sonra cavabdeh 29 mart 2021-ci il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair bir neçə dəfə ərizə ilə müraciət edərək, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunaraq İddiaçı 16 sentyabr 2020ci il tarixli öhdəçilik protokoluna 1 saylı əlavədə göstərilən 32.213 manat birgə əmlakın yarısı olan 16.107 manat, iddia ərizəsində qeyd etdiyi 34 adda avadanlığın, “Feya” və “Özbilim” adlanan iki avadanlığın alınmasına görə sərf etdiyi 12.700 manat, cəmi 28.807 manat pulun alınıb ona ödənilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddi a ərizəsi onunla əsaslandırılmışdır ki, ona qarşı irəli sürülən iddianın nə hüquqi, nə də faktiki əsası vardır. Belə ki, 2017-ci ilin oktyabr ayından başlayaraq iddiaçı ilə bundan sonra uşaq geyim paltarları istehsalı barədə qarşılıqlı razılığa gələrək birgə fəaliyyətə başlamışlar. Qarşılıqlı razılaşmaya əsasən vəzifə bölgüsü aparmışlar. Mühasibatlıq, təchizat, nəqliyyat, gömrük və vergi işlərini iddiaçı, istehsal və satış işini isə özü icra etməli idi. Əldə olunacaq gəlirin bərabər bölüşdürüləcəyi və əsas vəsaitin hissə-hissə qaytarılacağını da planlaşdırmışdırlar. Eyni zamanda razılığa gəlmişlər ki, mənfəət bölüşdürülməsin və istehsalın genişləndirilməsinə sərf edilsin. Razılaşmaya əsasən əldə olunan mənfəətdən hər ay Cavabdeh 2500-3000 manat götürməli idi. Qarşılıqlı razılaşmaya əsasə n ona məxsus olan avadanlıqları İddiaçı istifadəsində olan obyektdə quraşdırmış və verdiyi 381042 manatlıq mal-material alınmışdır. Mal-materialın alışı hissə-hissə həyata keçirilmişdir. Yəni xammal üçün sərf olunan 381042 manat hissə-hissə verilmişdir. Bu səbəbdən də cavabdehin ona borc verməsini iddia etməsi reallıqdan uzaqdır. İşlərin yaxşı getməsinə rəğmən aralarında müəyyən narazılıqlar yaranmış, İddiaçı razılaşmanın şərtlərini pozaraq əldə olunmuş vəsaitdən istifadə etmişdir. Hansı ki, razılaşmada vəsaitdən istifadə olunması nəzərdə tutulmamışdır. Mühasibatlıq ona məlumat verməmişdir. Verdiyi pullar yalnız öz dəftərində qeyd olunmuşdur. Bu səbəbdən də Əbülfəz Seyidov adlı tanışından xahiş etmişdir ki, o da mühasibatlıq aparsın. Bu İddiaçı kəskin narazılığı ilə qarşılanmış və ona bild irmişdir ki, pul onundur və ona heç kim nəzarət edə bilməz. Əlbəttə ki, bu birgə fəaliyyətin prinsiplərinə zidd idi. Yaranmış narazılıqları aradan qaldırmaq məqsədi ilə birgə audit aparılmış və qərara alınmışdır ki, 12-15 ay ərzində mübahisələrə son qoyulsun.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(005)-2010/2021 saylı qərardadı ilə iddianı təmin etmək tədbiri qismində, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, ünvan ünvanında olan əşyalar siyahıya alınaraq, onların üzərinə həbs qoyulmuşdur.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(005)-2010/2021 saylı qətnaməsi ilə (hakim Ədilova Solmaz) ilkin iddia qismən təmin edilmiş, Cavabdeh 187.746 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, ilkin iddia tələb inin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 16.106,50 manat pulun alınaraq Cavabdeh ödənilməsi, Bakı şəhəri, ünvan ünvanda olan Cavabdeh məxsus kompressor (naxışda) 1 ədəd; sap sarıma makinəsi (naxışda) 1 ədəd; cərəyan nizamlayıcı (naxışda) 1 ədəd; basqı stolu və qəlib ayaqları – komplekt 12; basqı qəlibləri ədəd 163; tərəzi (150 kq) ədəd 1; 15 başlı naxış maşınları “Damei” ədəd; transfer basqı aparatı ədəd, knopka vuran aparat ədəd; düymə tikən maşın “Broden” 1 ədəd; petlə açan maşın “Yamata” 1 ədəd; Overlok “Mauzer” spesial 1 ədəd; Overlok “Yamato M3” 1 ədəd; Overlok “Yamato M4” 1 ədəd; Overlok “İvar” ədəd 3; Overlok “Reqosus” 1 ədəd; Overlok “Yamato” ədəd 4; Overlok “Cemsi” 1 ədəd; Overlok “Cuki” 2 ədəd; düz tikiş maşını “Brother” 1 ədə d; bəzək maşını “Renovn” 1 ədəd; rezin vuran maşın “Rimoli” 1 ədəd; kroşata 1 ədəd; Q.tikiş maşını “Brother” 1 ədəd; Q.tikiş maşını “Şurubu” 1 ədəd; Q.tikiş maşını “Yamata” 1 ədəd; qoşa tikiş maşını “FY33016” 1 ədəd; qoşa tikiş maşını “Yamata” 1 ədəd; soyuducu 1 ədəd; su aparatı 1 ədəd; ehtiyyat hissələri üçün siyirmə qablar 40 ədəd; sap yığmaq üçün vitrinlər (naxışda) 3 ədəd; ofis mebel dəsti+kreslo 1 dəst; kompyuter+stol+kreslo 1 dəst olan əşyaların İddiaçı qanunsuz sahibliyindən alınaraq Cavabdeh qaytarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, öhdəçilik protokoluna əsasən istehsalçı sərmayəçinin xx.xx.2020-ci il tarixə olan sərmayəsinin bir hissəsini, yəni 352182 manat vəsaiti 12-15 ay ərzində hər ay 25000-30000 manat qaytarmaq şərti ilə və xx.xx.2020-ci il tarixə qalan 100535 manat vəsaiti və 12-15 ayda yaranan yeni mənfəətlə birlikdə sonradan razılaşma protokolu tərtib etməklə qaytarmaq öhdəliyi götürmüşdür. Həmin məbləğin qaytarılması sübuta yetirilməmişdir. Sərmayəçi qəbul edir ki, 204403 manat məbləğində pul ödənilməmiş qalır. Bu hissədə sübuta yetməyən hissə öhdəçilik protokolu tərtib edildikdən sonrakı dövrdə, yəni 2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına qədər olan dövrdə yaranan mənfəətə görə 22207 manat məbləğində pulun yarısı olan 11100 manat tələbidir. Məhkəmədə tərəflərin izahatlarından müəyyən edilmişdir ki, tərəflərin arasındakı razılaşma pozulduğu üçün nəzərdə tutulan (2020-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına qədər olan dövr) mənfəət yaranmamışdır.
9. Belə olan halda, məhkəmə hesab etmişdir ki, 22207 manat məbləği 204403 manat tələbindən çıxılmalı (204403- 22207 =182196), yerdə qalan məbləğ 182196 manat pulun üzərinə Cavabdeh etiraf etdiyi 11100 manat mənfəət üçün əvvəlcədən hissə-hissə götürülmüş pulun yarısı, yəni 5550 manat pul vəsaiti İddiaçı ödənilməlidir. Beləliklə, Cavabdeh 187.746 manat (182196 + 5550 ) pul alınaraq İddiaçı ödənilməlidir.
10. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, öhdəçilik protokoluna 1 saylı əlavədə göstərilən 20178-2019-cu illərdə sex üçün alınmış avadanlıqların məbləği olan 32213 manat məbləğində pul mübahisələndirilmir. Cavabdeh isə həmin pul məbləğinin yarısı olan 16.107 manat pulun İddiaçı alınaraq ona verilməsini tələb edir, ancaq 32213 manat məbləğin yar ısı (32213:2=16106,5) 16106,5 manat olduğundan, qeyd olunan məbləğ İddiaçı alınaraq Cavabdeh ödənilməlidir.
11. Məhkəmə mübahisələndirilən əşyaların qaytarılması hissəsində Cavabdeh iddia tələbini qismən əsaslı hesab etmiş və xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktda adları çəkilən əşyaların İddiaçı qanunsuz sahibliyindən alınaraq Cavabdeh qaytarılmalı olduğu qənaətinə gəlmişdir.
12. Məhkəmə qarşılıqlı iddia tələbinin “Feya” və “Özbilim” avadanlığına görə 7600+5100=12700 manat pulun Həsən Şahverdiyevdən alınıb ona ödənilməsi hissəsində əsassız hesab etmiş və təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, Cavabdeh həmin əmlakın ona məxsus olduğunu və qarşı tərəfin istifadə etməsini sübut etmək vəzifəsi onun, yəni Cavabdeh üzərinə düşür. Hazırda isə o, belə sübutları təqdim edə bilməmişd ir.
13. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 6.2, 14.2.1, 152.1, 152.5, 157.2, 385, 386.1, 425 və 442-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın qismən təmin olunması hissəsində dəyişdirilməsi, Cavabdeh qarşılıqlı iddiasının təmin olunması hissəsində ləğv edilməsi və sonuncudan 198.853 manat pulun tutulub ona ödənilməsi və qarşılıqlı iddianın təmin olunmaması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti ilkin iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
16. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkə məsinin qətnaməsinin ilkin iddianın qismən təmin olunması hissəsində ləğv edilib, iddianın rədd olunması, qarşılıqlı iddianın 16.106,50 manat pul tələbinin təmin olunması hissəsinin dəyişdirilərək, iddianın 28.807 manat məbləğdə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
18. Apellyasiya icraatı zamanı Cavabdeh qarşılıqlı iddia ərizəsinə dəqiqləşmə təqdim etmiş, birgə vəsaitləri hesabına alınmış 32213 manatlıq avadanlığın yarısı 16107 manat və iki avadanlıq üzrə 12700 manat, cəmi 28807 manat pulun və üzərinə həbs qoyulmuş ona məxsus 34 adda avadanlığın İddiaçı alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral 2023-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası barədə ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş cavabdehin tələbində qeyd edilən əşyaların (avadanlıqların) alınan dövrə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 59145,0 manat, həmin əşyaların (avadanlıqların) istifadədə olması nəzərə alınmaqla hazırki dövrə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 53070,0 manat, Sədərək Ticarət Mərkəzində olan uşaq geyimləri mağazasındakı malların alınan dövrə və hazırki dövrə orta qiyməti ilə ümumi dəyəri təxminən 46.524,50 manat, alıcıya verilən mayka aksessuarlarının dəyəri 3150,90 manat müəyyən olunduğunu qeyd edilmişdir. 20. 16 sentyabr 2020-ci il tarixli öhdəçilik protokoluna 2 saylı əlavəyə əsasən, istehsalçıya aid konveyerdə 34 adda olan maşın və əşyanın (avadanlıqların) orta bazar qiymətləri c əmi 32.460 manat müəyyən edilmişdir.
21. Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru Ə.Şərifov tərəfindən məhkəməyə ünvanlanmış 28 mart 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, tərəfindən 16 yanvar 2023-cü il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 oktyabr 2022-ci il tarixli məktubu ilə göndərilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərardadı əsasında, Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin xx.xx.2022-ci il tarixli sərəncamı ilə auditin aparılması üçün lazımi sənədlərin alınması ilə bağlı İddiaçı və eyni zamanda Cavabdeh öhdəliyinə düşən sənədlər tələb edilmiş, 23 yanvar 2023-cü il tarixinə qədər göndərilməsi bildirilmiş, lakin bu günə qədər cavablandırılmamışdır. Zəruri olan s ənədlərin təqdim edilməməsi nəticəsində tərəfindən auditin aparılması mümkün olmamışdır.
22. Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2023-cü il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə, xx.xx.2023-cü il tarixli müstəqil auditor hesabatı məlumatlarına, 15 sentyabr 2020-ci il tarixli “Nəticə protokolu” və 16 sentyabr 2020-ci il tarixli “Öhdəçilik protokolu”, bundan sonrakı dövrdə tərəflər arasında rəsmiləşdirilmiş xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli AKT-lara əsasən Cavabdeh İddiaçı 193.303,0 manat borcu olduğu müəyyən edilmişdir.
23. Apellyasiya icraatı zamanı Cavabdeh qarşılıqlı iddia ərizəsinə dəqiqləşmə təqdim etmiş, birgə vəsaitləri hesabına alınmış 32213 manatlıq avadanlığın yarısı 16107 manat və iki avadanlıq ü zrə 12700 manat, cəmi 28807 manat pulun və üzərinə həbs qoyulmuş ona məxsus 34 adda avadanlığın İddiaçı alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-415/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər –Fuad Talışinski (sədrliyi və məruzəsi ilə), Azad İmanov və Məmməd Məmmədov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh apellyasiya şikayəti rədd edilmiş, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2010/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia qismən təmin edilmiş, Cavabdeh 193.303 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh məxsus kompressor (naxışda) 1 ədəd-80 manat; sap sarıma makinəsi (naxışda) 1 ədəd80 manat; cərəyan nizamlayıcı (naxışda) 1 ədəd- 250 manat; basqı stolu və qəlib ayaqları-komplekt 12- 600 manat; basqı qəlibləri 163 ədəd -1630 manat; tərəzi (150 kq) 1 ədəd-100 manat; 15 başlı naxış maşınları "Damei” 2 ədəd - 20000; transfer basqı aparatı 1 ədəd - 300 manat; knopka vuran aparat 2 ədəd - 800 manat; düymə tikən maşın "Broden” 1 ədəd-300 manat; petlə açan maşın "Yamata” 1 ədəd- 400 manat; Overlok "Mauzer” spesial 5 ədəd-1000; Overlok "Yamato M3” 1 ədəd-200 manat; Overlok "Yamato M4” 1 ədəd- 200; Overlok "İvar” 3 ədəd - 900 manat; Overlok "Reqosus” 1 ədəd-300 manat; Overlok "Yamato” 4 ədəd - 800 manat; Overlok Cemsi” 1 ədəd-200 manat; O verlok "Cuki” 2 ədəd - 440 manat; düz tikiş maşını "Brother” 1 ədəd-300 manat; bəzək maşını "Renovn” 1 ədəd-450 manat; rezin vuran maşın "Rimoli” 1 ədəd-400 manat; kroşata 1 ədəd-400 manat; Q.tikiş maşın "Brother” 1 ədəd-300 manat; Q.tikiş maşını "Şurubu” 1 ədəd-300 manat; Q.tikiş maşını "Yamata” 1 ədəd-300 manat; qoşa tikiş maşını "FY33016” 1 ədəd-300 manat; qoşa tikiş maşını "Yamata” 1 ədəd300 manat; soyuducu 1 ədəd-50 manat; su aparatı 1 ədəd-30 manat; ehtiyat hissələri üçün siyirma qablar 40 ədəd-200 manat; sap yığmaq üçün vitrinlər (naxışda) 3 ədəd-300 manat; ofis mebel dəsti+kreslo 1 dəst - 200 manat; kompyuter+stol+kreslo 1 dəst - 50 manat, cəmi 32.460 manat dəyərində əşyaların İddiaçı tutularaq Cavabdeh qaytarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edi lmişdir.
25. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə son öhdəçilik (razılaşma) üzrə ödənilməli məbləğin qarşılığında iddiaçı digər qarşılıqlı icranın həyata keçirməsini öhdəsinə götürmüşdür. İddiaçı, Əhməd Məmişov, Cavabdeh və Əbülfəz Seyidov tərəfindən imzalanmış 16 sentyabr 2020-ci il tarixli öhdəçilik (sözvermə) protokoluna əsasən, istehsalçı sərmayəçi qarşısında aşağıdakı öhdəçiliyi (söz verməni) öz üzərinə götürmüşdür: istehsalçı sərmayəçinin xx.xx.2020-ci il tarixə olan sərmayəsinin bir hissəsini, yəni 352182 manat vəsaiti 12-15 ay ərzində hər ay 25000-30000 manat şərti ilə qaytarsın; xx.xx.2020-ci il tarixə qalan 100535 manat vəsaiti və 12-15 ayda yaranan yeni mənfəətlə birlikdə sonradan razılaşma protokolu tərtib etməklə qaytarsın; Sərmayənin qaytarıl acağı 12-15 ay ərzində istehsal olunan bütün mallar, hazır mal anbara təhvil verildikdən sonra satışı həyata keçirsin; Sərmayənin qaytarılacağı 12-15 ay ərzində alıcılardan alınmış pul vəsaiti kassaya təhvil verildikdən sonra təyinatı üzrə xərclənməsi həyata keçirsin; Qeyri-iş günlərində heç bir mal satışı və kassa əməliyyatı aparıla bilməz. Sərmayəçi öhdəsinə götürür ki, sərmayənin qaytarılacağı müddətdə istehsalın səmərəli davam etdirilməsinə optimal şərait yaradacaq, öhdəçilik protokolunda göstərilən hallar istisna olmaqla istehsalçının işinə müdaxilə etməyəcək. Həmçinin, sərmayənin bir hissəsini yəni 352.182 manat pul vəsaitini vaxtında qaytararsa, birgə işə son verilən zaman istehsalçıya məxsus adları və sayı öhdəçilik protokolunun 2 saylı əlavəsində göstərilən avadanlıqları, birgə iş dövrü alınmış avadanlıqlardan istehsalçıya çatan payı və sərmayənin qaytarıldığı dövrdə yaranan mənfəətdən istehsalçıya çatan payı mal-material şəkilində onun özünə qaytaracaqdır. Əsaslı səbəblər olmadan 352.182 manat məbləğində sərmayənin qaytarılması aylar üzrə nəzərdə tutulan miqdara uyğun olaraq qaytarılmadan birgə işə xitam verilərsə, onda istehsalçıya ancaq 2 saylı əlavədə göstərilən öz maşın və avadanlıqları qaytarılacaqdır. 26. 16 sentyabr 2020-ci il tarixli öhdəçilik protokoluna 2 saylı əlavəyə əsasən, istehsalçıya aid konveyerdə olan maşın və avadanlıqların ekspert rəyi ilə hazırkı dövrə qiymətləndirilərək orta bazar qiymətləri cəmi 32.460 manat müəyyən edilmişdir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflərin sazişi ilə əsaslı səbəblər olmadan 352.182 manat məbləğində sə rmayənin qaytarılması aylar üzrə nəzərdə tutulan miqdara uyğun olaraq qaytarılmadan birgə işə xitam verilərsə, onda istehsalçıya ancaq 2 saylı əlavədə göstərilən öz maşın və avadanlıqlarının qaytarılması şərtləndirilmişdir. Cavabdeh aylar üzrə hissə-hissə qaytarılmalı olan məbləğin bir hissəsini bir neçə ay qaytarsa da, öhdəliyi tam icra etməmiş və bunun əsaslı səbəblərinin iddiaçı ilə bağlı olduğunu qeyd etsə də, bunu sübut edə bilən hallar kimi yalnız onda realizə edilməmiş digər malların qalığı ilə izah etmişdir.
28. Diqqətə çatdırılmalıdır ki, hər iki tərəfin bəyəndikləri və mübahisələndirmədikləri müqavilənin ilkin şərtləri qeyd edilmiş pul vəsaitlərinin qaytarılması olmuşdur və sazişin digər şərtləri pulun qaytarılmasından irəli gəlmişdir. Ona görə, ekspert tərəfindən müəyyən edilən 193.303 manat məbləğin fərqli müəyyən edilməsinə dair əsaslı hesabat (mütəxəssis rəyi) təqdim edilmədiyindən, bu məbləğ əsas götürülməlidir. Digər əşyaların qiymətləndirilməsi üzrə ekspert rəyinə əsasən (ekspert rəyində aşınma nəzərə alınaraq hazırkı dövrə) cavabdehə məxsus 34 adda əşyanın iddiaçıdan alınıb cavabdehə qaytarılması təmin edilməli, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmazsa, alınmalı əmlakın dəyəri cavabdehin xeyrinə tutulmalıdır. Cavabdehin tələb etdiyi digər əşyalar üzrə pul tələblərinin qaytarılması qeyd edilən sazişin şərtlərinin onun tərəfindən pozulduğu nəzərə alınaraq, əsaslar olmadığından bu hissədə qarşılıqlı iddia rədd edilməlidir.
29. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357, 432.1, 432.2, 432.3 və 432.4-cü maddələ rinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını və prosessual qanunvericiliyin tələblərini pozduğu üçün məruzəçi hakim Fuad Talışınski barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının öz təşəbbüsü ilə iddiaçının əvəzinə iddianın hüquqi əsasını dəyişmək səlahiyyəti yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hədlərindən kənara çıxmışdır. Belə ki, qəbul olunmuş qətnamə tərəflər arasında xx.xx.2020-ci ildə bağlanm ış öhdəçilik protokoluna uyğun deyil. Həmin protokola əsasən Cavabdeh İddiaçı 352.182 manat qaytarmalıdır. Qətnamədə qaytarılmalı məbləğ 193.303 manat göstərilmişdir. Yəni, çıxarılan qətnamə tərəflər arasında xx.xx.2020-ci ildə bağlanmış öhdəçilik protokolunun tələblərinə uyğun deyil. Tərəflər arasında xx.xx.2020-ci ildə bağlanmış öhdəliyin İddiaçı tərəfindən pozulması işin mübahisəsiz halıdır. Həmin razılaşmanın sonuncu səhifəsinin birinci abzasından görünür ki, sərmayəçi öhdəsinə götürüb ki, sərmayənin qaytarılacağı müddətdə istehsalın səmərəli davam etdirilməsinə optimal şərait yaradacaq, öhdəçilik protokolunda göstərilən hallar istisna olmaqla, istehsalçının işinə müdaxilə etməyəcək. Lakin, sərmayəçi öhdəçiliyə əməl etməyərək istehsalı dayandıraraq istehsalçını və istehsalla məşğul ola n işçiləri iş yerindən qovmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası sübutları araşdırmamış, onların istinad etdiyi halların sübut edilməsinə yönəlmiş hərəkətlərinə əngəl törədərək tərəflərin qanun qarşısında bərabərliyi prinsipini pozmuş, sübutları tədqiq etməmiş, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmiş, iş üzrə müəyyən edilmiş halları nəzərə almamış, məhkəmə iclasında tədqiq olunan sübutları görməzdən gələrək sübutları qiymətləndirməmişdir. Mühasibatlıq ekspertizası keçirilməsi barədə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadında ekspertizanın işdəki sənədlərə əsasən keçirilərək tərəflərin biri-birinə olan borclarının müəyyən edilməsi nəzərdə tutulmasına baxmayaraq, ekspertizanın birtərəfli qaydada iddiaçının təqdim etdiyi müstəqil auditorunun verdiyi məlumatlara əsasən tərtib edildiyini, Sədərək ticarət bazarında üzərinə həbs qoyulmuş iddiaçıya məxsus olan 46.524,50 dəyərində hazır malı və birgə vəsait hesabına alınmış 32.213 manat dəyərində avadanlığın hesablamalara əlavə edilmədiyini, qarşılıqlı iddia ərizəsinin həcminin artırılmasına dair iddia ərizəsində birgə vəsait hesabına alınmış “Feya” və “Özbilim” adlı 12.700 manat dəyərində avadanlığın yarısının Cavabdeh verilməli olması da nəzərə alınmamışdır. Rəyin 3-cü səhifəsindəki hesablamalarda sərmayəyə qoyulan məbləğ düzgün olaraq 392.182 manat göstərilsədə, həmin məbləğdən çıxılmalardan sonra qalan məbləğ 92.768 manat təşkil etdiyi halda, nəticə 193.303 manat məbləğdə göstərilmişdir. Yəni, 193.303-92768=100535 manat artıq göstərilmişdir ki, ekspert buna aydınlıq gətirməlidir. Rəyin 4-cü səhifəsində 4- cü abzasın sonunda sərmayədən qoyulmuş ümumi borc məbləği 252182-93882=258300 göstərilmişdir. Lakin həmin məbləğin üstünə 10535 rəqəmi əlavə olunaraq əlavə olunan məbləğə aydınlıq gətirilməli olmasını nəzərə alınmadığı məhkəmə kollegiyasına vəsatətlə bildirilmiş, təkrar ekspertiza keçirilməsinin qarşısını almaq və sadalanan məsələlərə aydınlıq gətirilməsi üçün böyük ekspert Zaur Məmmədov məhkəməyə dəvət edilərək ziddiyyətlərə aydınlıq gətirməsi tələb olunmuşdur. Lakin təkidlə tələb edilməsinə baxmayaraq, heç bir əsas göstərmədən vəsatət müzakirə edilməkdən imtina edilmişdir. Hansı ki, ziddiyyətlərə aydınlıq gətirmədən obyektiv qətnamə çıxarmaq mümkün deyil. Hazırda birgə fəaliyyət dövründə istehsal olunmuş 36 adda 7108,7 manat dəyərində mal müştərilər tərəfindən geri qaytarılmışdır. Geri q aytarılan mallar İddiaçı malıdır. Həmin malların Sədərək ticarət mağazasından götürülməsi barədə təklifləri cavabsız qalmışdır. Hesablamalarına görə xx.xx.2023-cü il tarixə İddiaçı olan borc 30.137 manat təşkil etmişdir. Hazırda qaytarılmış 36 adda 7108,7 manat ümumi borcdan çıxılmalıdır. İddiaçı qaytarılmış malı (paltarları) qəbul etmədiyi üçün, həmin malların dəyəri ekspertiza yolu ilə müəyyən olunmalıdır. Yalnız mallar geri götürüləcəyi təqdirdə ekspertiza təyin olunması halı aradan qalxmış olacaq. Qaytarılmış 36 adda malın siyahısı vəsatətə əlavə olunmuşdur. Siyahıda göstərilən 36 adda malın qiymətləndirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertiza təyin edilib ekspertlərin qarşısında həmin malların qiymətləndirilməsi barədə ekspertiza təyin etmənizi xahiş edilsədə, məhkəmə vəsatəti təm in etməmişdir. Məhkəmə kollegiyasına 36 adda 7108.7 manat dəyərində malın götürülməsinin İddiaçı təklif edilməsi barədə göndərilmiş teleqram, xx.xx.2023-cü il tarixli mütəxəss rəyi təqdim olunsa da, nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə
357. Bəyənmə (sonradan verilən razılıq): Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
34. Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası).
35. Maddə 432.2. Əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissəhissə icrasını qəbul etməyə bilər.
36. Maddə 432.3. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir.
37. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri v ə xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyy ən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilm əsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
46. Maddə
420. Kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələ ri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunan hissələrində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissələrdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və pr osessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın təmin olunan hissədə rədd, qarşılıqlı iddianın rədd olunan hissədə təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
51. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, Cavabdeh İddiaçıla araların da bağladığı 16 sentyabr 2020-ci il tarixli (sözləşmə) protokol üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, həmin protokoldan görünür ki, istehsalçı sərmayəçi qarşısında aşağıdakı öhdəçiliyi (söz verməni) öz üzərinə götürmüşdür: istehsalçı sərmayəçinin xx.xx.2020-ci il tarixə olan sərmayəsinin bir hissəsini, yəni 352.182 manat vəsaiti 12-15 ay ərzində hər ay 25.000-30.000 manat olmaq şərti ilə qaytarsın; xx.xx.2020-ci il tarixə qalan 100.535 manat mənfəəti 12-15 ayda yaranan yeni mənfəətlə birlikdə sonradan razılaşma protokolu tərtib etməklə qaytarsın; sərmayənin qaytarılacağı 12-15 ay ərzində istehsal olunan bütün mallar, hazır mal anbara təhvil verildikdən sonra satışı həyata keçirsin, sərmayənin qaytarılacağı 12-15 ay ərzində alıcılardan alınmış pul vəsaiti kassaya təhvil verildik dən sonra təyinatı üzrə xərclənməsi həyata keçirsin; qeyri-iş günlərində heç bir mal satışı və kassa əməliyyatı aparıla bilməz; sərmayəçi həmçinin öhdəsinə götürmüşdür ki, sərmayənin qaytarılacağı müddətdə istehsalın səmərəli davam edtirilməsinə optimal şərait yaradacaq, öhdəçilik protokolunda göstərilən hallar istisna olmaqla istehsalçının işinə müdaxilə etməyəcək. Həmçinin, sərmayənin bir hissəsini yəni 352.182 manat pul vəsaitini vaxtında qaytararsa, birgə işə son verilən zaman istehsalçıya məxsus adları və sayı öhdəçilik protokolunun 2 saylı əlavəsində göstərilən avadanlıqları, birgə iş dövrü alınmış avadanlıqlardan istehsalçıya çatan payı və sərmayənin qaytarıldığı dövrdə yaranan mənfəətdən istehsalçıya çatan payı mal-material şəkilində onun özünə qaytaracaqdır. Əsaslı səbəblər olmada n 352.182 manat məbləğində sərmayənin qaytarılması aylar üzrə nəzərdə tutulan miqdara uyğun olaraq qaytarılmadan birgə işə xitam verilərsə, onda istehsalçıya ancaq 2 saylı əlavədə göstərilən öz maşın və avadanlıqları qaytarılacaqdır.
52. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara qiymət verərək qeyd etmişdir ki, 11 aprel 2023-cü il tarixli müstəqil auditor hesabatının məlumatlarına; 15 sentyabr 2020-ci il tarixli “Nəticə protokolu”na; 16 sentyabr 2020-ci il tarixli “Öhdəçilik protokolu”na, habelə bundan sonrakı dövrdə tərəflər arasında rəsmiləşdirilmiş 17 sentyabr 2020-ci il; 01 oktyabr 2020-ci il; 03 noyabr 2020-ci il və 03 dekabr 2020-ci il tarixli Atlara əsasən Cavabdeh İddiaçı həm sərmayə, həm də mənfəət üzrə ödənilməmiş 193.303 manat borcu vardır. Bu fakt iş üzrə keçirilmiş Məhkəmə Mühasibatlıq Ekspertizasının 25 avqust 2023-cü il tarixli ekspert rəy ilə də təsdiq olunmuşdur.
53. Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində ekspertin rəy ilə razılaşmadığını, hesablamalarda İddiaçı tərəfindən sərmayə qoyulan məbləğin düzgün olaraq 392.182 manat olduğu göstərilsə də, həmin məbləğdən ödənilmiş məbləğlər çıxıldıqdan sonra qalan məbləğin 193.303 manat deyil, 92.768 manat təşkil etdiyini və nəticədə ondan 100.535 manat artıq pul tutulduğunu qeyd etsə də, etirazının əsası kimi əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin mənasına görə, tələb və etirazlarının əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir.
54. Əksinə, işə əlavə edilmiş ekspert rəyindən görünür ki, ekspert sözügedən hesablamanı, 11 aprel 2023-cü il tarixli müstəqil auditor hesabatının məlumatlarına əsasən aparmış və hesablama zamanı tərəflər arasında imzalanmış 15 sentyabr 2020-ci il tarixli “Nəticə protokolun”da; 16 sentyabr 2020-ci il tarixli “Öhdəçilik protokolun”da, habelə onlar arasında rəsmiləşdirilmiş 17 sentyabr 2020-ci il; 01 oktyabr 2020-ci il; 03 noyabr 2020-ci il və 03 dekabr 2020-ci il tarixli Atlarda olan məlumatları nəzərə almışdır.
55. Apellyasiya instansiyası məhkəməsi həmçinin Cavabdeh qarşılıqlı iddia tələbləri üzrə qeyd etmişdir ki, tərəflər arasında 16 sentyabr 2020-ci il tarixdə imzalanmış “Öhdəçilik protokolu”nun şərtləri Cavabdeh tərəfindən pozulduğundan, yəni əsaslı səbəblər olmadan 352.182 manat məbləğ ində sərmayənin qaytarılması razılaşdırılmış aylar üzrə nəzərdə tutulmuş miqdara uyğun olaraq qaytarılmadığından və nəticədə tərəflərin birgə fəaliyyətinə məhz Cavabdeh təqsiri üzündən xitam verildiyindən, qarşılıqlı iddia ərizəsi yalnız sözügedən protokola əlavə edilmiş 2 saylı əlavədə göstərilən maşın və avadanlıqların qaytarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
56. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, Cavabdeh kassasiya şikayətinin digər dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıd ır.
57. Mülki Prosessual Məcəllənin 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh kassasiya şikayətinin dəlilləri Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinin tələbləri baxımından da əsassızdır. Çünki həmin normanın mənasına görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 2(103)-415/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.