Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-891/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “11” fevral 2019-cu il iş №2(102)-891/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Qəhrəman Əli oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh4 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim:Z.A.Quliyev; 2(004)10367/2016) iddiaçı İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 3583 (üç min beş yüz səksən üç) ABŞ dolları, 32 (otuz iki ) sent məbləğində borcun və 500(beş yüz) ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 5827 ( beş min səkkiz yüz iyirmi yeddi) ABŞ dolları 92 (doxsan iki) sent pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə İddiaçı QSC-nin xeyrinə tutulması, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, 10 (on) manatı isə iddiaçı İddiaçı QSC-yə aid edilmişi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov (sədrlik edən və məruzəçi), V.Ə.Baxışova, N.Ş.Cəfərov; 2(103)-1068/2018) cavabdehlər Cavabdeh2 və Cavabdeh4apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli qətnaməsi faiz borcunun müəyyən olunmuş məbləğinə aid hissədə dəyişdirilmiş, faiz borcunun məbləğinin 740,40 (yeddi yüz qırx ABŞ dolları qırx sent) ABŞ dolları müəyyən olunması, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 münasibətdə mübahisələndirilən qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat İddiaçı QSC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSCinin xeyrinə 3583 (üç min beş yüz səksən üç) ABŞ dolları, 60 (altmış ) sent məbləğində kredit borcu, 1744(bir min yeddi yüz qırx dörd) ABŞ dolları 32 (otuz iki) sent məbləğində faiz borcu və 4321( dörd yüz üç yüz iyirmi bir) ) ABŞ dolları 70 (yetmiş) sent cərimə olmaqla, ümumilikdə cəmi 9649 ( doqquz min altı yüz qırx doqquz) ABŞ dolları 62 (altmış iki) sent məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 17.12.2012-ci il tarixdə bağladığı ************ ** saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 min ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 01.07.2013cü il tarixli ************** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞdolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dıfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01.10.2014-cü il tarixdən banka qaytarmışdır. Cavabdeh1 kredit razılaşması üzrə götürdüyü əsas kredit borcundan 11416,40 ABŞ dolları ödəniş etmiş, onun 3583,60 ABŞ dolları məbləğində borcu qalmışdır. Bu gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 11.07.2016-cı il tarixə 649 gün üçün hesablanmış faiz borcu 1744.32 ABŞ dolları təşkil edir. Borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 11.07.2016-cı il tarixə 649 gün üçün hesablanmış 4321.70 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən kreditor qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Ona görə də iddia təmin olunmalıdır. Kassasiya şikayətinin dəlil ləri Cavabdeh4 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 9, 77, 88-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiyasının 60,61-ci maddələrinin, Azərbaycan Respublikasının Mülki Məcələsinin 470.1,470.2, 471, 477-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırı lmasına baxmayaraq,tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normal arını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17 dekabr 2012-ci il tarixdə kredit xətt müqaviləsinə əsasən 120 ay müddətində 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Cavabdeh1 qızna İddiaçı QSC ilə bağladığı 01.07.2013- cü il tarixli kredit razılaşması əsasında 18 ay müddətinə aylıq faiz dərəcəsi 2,5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01.10.2014-cü il tarixdən banka qaytarmamışdır. Həmin müqavilənin icrasını təmin etmək üçün 17.12.2012-ci il tarixdə iddiaçı ilə Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 arasında zaminlik müqaviləsi batlanmışdır. iddiaçı t ərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 11.07.2016-cı il tarixə banka 3583,60 ABŞ dolları, 1744,32 ABŞ dolları faiz, 4321,70 ABŞ dolları cərimə olmaqla cəmi 9649,62 ABŞ dolları borcu yaranmışdır. 25 may 2018-ci il tarixli rəyindən görünür ki, hesabdan çıxarış, kredit statusu məlumatları və 01 iyul 2013-cü il tarixli, ************** saylı kredit razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçınə 01.01.2015-ci il tarixə əsas borc üzrə 5673,53 ABŞ dolları, faiz borcu üzrə 740,40 ABŞ dolları, 11 iyul 2016-cı il tarixə əsas borc üzrə 4.187.27 ABŞ dolları, faiz borcu üzrə 1554,52 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti et məlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. -399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. -442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu k reditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17 dekabr 2012-ci il tarixdə kredit xətt müqaviləsi bağlanmış, müqaviləyə əsasən 120 ay müddətində 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olu nur. Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 01.07.2013- cü il tarixli kredit razılaşması əsasında 18 ay müddətinə aylıq faiz dərəcəsi 2,5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə müəyyənləşdirilmiş borc məbləğinin ödənişini müəyyən müddətdən sonra dayandırmış, bu halda tələb olunan faiz məbləğinin miqdarının 740,40 ABŞ dolları məbləğindədir. İş materiallarında S8 ilə bağlanmış hər hansı kredit müqaviləsi mövcud deyildir. Cavabdeh4 yalnız Cavabdeh1 ilə bağlanmış müqavilə üzrə icra edilməyən və ya lazımi qaydada icra edilməyən öhdəliyə görə üzərinə məsuliyyət götürmüşdür. Digər tərəfdən Cavabdeh4la bağlanmış zaminlik müqaviləsində hansı müqavilə və onun razılaşmasına görə üzərinə məsuliyyət qoyu lması aydın olmuş və müqavilədə göstərilən şərtlərlə razılaşaraq onu imzalamışdır. Əsas borclu ilə müştərək məsuliyyət daşıdığından zaminliyə və zamilik müqaviləsinə xitam verilməsinə dair əsaslar müəyyən edilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh4 zaminlik müqaviləsinə xitam verilməsinə dair subyektiv hüquqa malik olduğu təqdirdə hazırkı işin icraatı gedişində deyil, ayrıca olaraq zaminlik müqaviləsini mübahisələndirmək hüququna malikdir. Digər tərəfdən baş vermiş devalivasiya ilə əlaqədar ödəniş qabiliyyətinin olmamasına dair qeyd ediməlidir ki, tərəflər müqavilədə devalivasiya baş verərkən öhdəlikdən azad olunma ilə bağlı hər hansı razılıq əldə etməmişlər. Digər tərəfdən devalivasiyanm baş verməsi cavabdehi öhdəlikdən azad etmir və müqavilə şərtlərinə hər hansı dəyişikli k edilməsinə əsas yaratmır. Tərəflər müqavilə ilə kredit məbləğini, faizləri, öhdəliyin icra müddətini və bununla qarşılıqlı bağlı olan digər şərtləri razılaşdırmışlar. Müqavilənin şərtlərin əməl edilməməsi isə cavabdehin öhdəliyi pozması və lazımınca icra edilməməsi kimi qəbul olunur. Beləliklə, apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda göstərilən dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgü n tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 03 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Qəhrəman Allahverdiyev Mehparə Əhmədova Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhk
Məhkəmə qərarları › İş №2(102)-891/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-891/2019
11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver