Məhkəmə qərarları › İş №2(102)-892/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-892/2025

02.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-892/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8) qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(105)-697/2024 nömrəli, 23 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə xx.xx.2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ilə alıcı İddiaçı arasında 19 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmış və müqaviləyə əsasən, "xxxx" MMC “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m olan, 2 otaqlı, 35 nömrəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında Cəmiyyətə 57475 manatı ödəməyi öhdəsinə götürmüşdür.

2. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivi nin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, 2 otaqlı, 31 nömrəli mənzil, 35 nömrəli mənzil kimi cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya göstərilmiş və iddiaçı 31 nömrəli mənzilin 35 nömrəli mənzil olduğuna məhz "xxxx" MMC-in əməkdaşlarının hərəkətləri nəticəsində əmin olaraq həmin mənzildə təmir işləri aparmışdır.

3. İddiaçı “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m olan, 2 otaqlı, 35 nömrəli mənzilinə quraşdırılan sayğacların (qaz,işiq,su) ödənişini, yəni 950 manatı tam şəkildə ödəyib, borcu yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfi ndən alqı-satqı müqaviləsi bağlanarkən faktiki olaraq ona göstərilən mənzili deyil, dəyərindən daha ucuz mənzili satmaları nəticəsində vurulmuş 13200 manat (44000-in 30 %-i), 35 nömrəli mənzili faktiki olaraq ona təhvil verməmələri nəticəsində 31 nömrəli mənzilin təmiri üçün çəkilmiş 7650 manat, mənzilin təhvil verilməsini gecikdirdikləri üçün kirayə pulu olan 13600 manat (hər ya 200 manat olmaqla 2017, 2018, 2019, 2020, 2021-ci illər üçün və 2022-ci ilin avqust ayınadək olan aylar üçün), qaz sayğacı üçün aldıqları 750 manat, ekspertiza xərci 300 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu 198 manat - cəmi 35698 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 dekabr 2015-ci il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m. ibarət 2 otaqlı 35 nömrəli mənzilin satılmasına dair LM-0573 saylı müqavilə bağlanmışdır. 40 ildən çox olan mənzil təmiri təcrübəsi, usta fəaliyyətini əsas götürərək sözü gedən müqavilə bağlanarkən iddiaçı "xxxx" MMC-in cavabdeh şəxslərindən xahiş etmişdir ki, satılacaq evin yerini göstərsinlər. "xxxx" MMC-in cavabdeh şəxsləri isə iddiaçıya satılacaq mənzilin yerini göstərmişlər. Onların göstərdiklərinə görə həmin mənzil “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən 7 nömrəli binanın 5-ci mərtəbəsində, binanın həyətində bina ilə üzbəüz durduqda 5-ci mərtəbənin sol hissəsində, hə mçinin binanın həyətə baxan yox, yola baxan hissəsində yerləşirdi ki, mənzilin yeri onu tam qane edirdi. Belə ki, həmin mənzilin qarşısında yalnız 5 mərtəbəli binalar vardır, yəni qarşısı tam açıq idi, mənzilin içərisi heç bir tərəfdən görünmürdü, günəş işığı isə mənzilə kifayət qədər düşürdü. Buna görə iddiaçı həmin mənzilin alqı-satqısına dair müqaviləni imzalamışdır. Müqavilə bağlanarkən qarşı tərəf 2016-cı ilin sonunda binanın tikintisinin yekunlaşacağını və mənzilin təhvil veriləcəyini bildirmişdir. Lakin həmin binanın və mənzilin tikintisi cavabdeh tərəfindən gecikdirilmiş və mənzil iddiaçıya yalnız 2021-ci ili avqust ayının 26-da yalnız kağız üzərində təhvil verilmiş, qanunsuz olaraq 950 manat sayğac pulu aldıqdan sonra təmir üçün mənzil 2022-ci ilin iyul ayının 6-da faktiki olaraq təhvil verilmişdir. Göstərilən müddət ərzində iddiaçı dəfələrlə məhz cavabdeh tərəfindən ona göstərilən mənzilə gedərək görülən işlərlə tanış olmuş, tikintiyə cavabdeh olan şəxslərlə görüşərək tikilməkdə olan binanın 35-ci mənzilini aldığını onlara bildirmiş, onlar da onunla birlikdə yenidən ona əvvəlcədən göstərilmiş mənzilə daxil olaraq, həmin mənzili 35 nömrəli mənzil kimi təqdim etmişlər. Cavabdeh tərəfin işçiləri ilə görüşməkdə məqsədi mənzilin arakəsmə divarlarını onun istəyinə uyğun hörülməsi olmuş, belə ki, mənzilin sxemində müəyyən dəyişilik etmək istəmişdir. Alqı-satqı zamanı əvvəlcədən göstərilmiş mənzil cavabdeh tərəfin işçiləri tərəfindən dəfələrlə 35 nömrəli mənzil kimi təqdim edilmişdir. 2022-ci ilin iyun ayının 6-da isə mənzili faktiki olaraq cavabdehdən təhvil alınarkən, məsul işçi mənzilin açarını anası Zeynab Atakişiyevaya təqdim edərək mənzilin yerini bilib-bilmədiyini soruşmuş, anası isə mənzili onlara dəfələrlə göstərildiyini məsul işçiyə bildirib açarı ondan təhvil alaraq məhz həmin açarla əvvəlcədən onara göstərilən mənzilə gəlib qapısını açaraq evə daxil olmuşdur. Evə daxil olduqdan sonra isə alqı-satqı müqaviləsində olan 35 nömrəli mənzil üçün sayğac pulunu ödədiyi elektrik şəbəkəsi də yenə "xxxx" MMC-nin cavabdeh şəxsi tərəfindən daxil olduqları mənzilə birləşdirilmişdir. Həmin şəxs də onlardan elektrik şəbəkəsi üçün sayğac pulunu ödədikləri barədə arayış aldıqlarını soruşduqda, "xxxx" MMC tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli arayışı təqdim etmişlər. Həmin arayışda sayğacın 35 nömrəli mənzil üçün nəzərdə tutulması, 35 nömrəli mənzilə sa yğacın elektrik şəbəkəsinə birləşdirilməsi göstərilmişdir. Həmin arayışda "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivində yerləşən 28 saylı küçədə inşa edilmiş 7 saylı yaşayış binasının 35 saylı mənzilinə quraşdırılan sayğacların (qaz, su, işıq) ödənişini, yəni, 950 manatın tam şəkildə ödənildiyi göstərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdə isə 35 nömrəli mənzilin elektrik enerjisi üçün 50 manat ödənildiyi göstərilmişdir. Mənzil elektrik şəbəkəsinə qoşulduqdan sonra mənzildə təmir-tikinti işləri aparmağa başlanılmışdır ki, 2022-ci ilin avqust ayının 4-ə qədər olan müddət ərzində cavabdeh tərəfin işçiləri dəfələrlə mənzilə gələrək mənzildəki arakəsmələrin yerlərinin dəyişdirildiyi üçün əsassız ol araq iradlarını bildirmiş, mənzilin kimə məxsus olmasını soruşduqda, ona məxsus olduğunu, 35 nömrəli mənzil olduğunu, ad və soyadı, həmçinin iradlarının əsassız olduğu, heç bir qanunsuz söküntü və tikinti işləri aparılmadığı "xxxx" MMC-in əməkdaşlarına bildirilmişdir. O, 04 avqust 2022-ci ildə mənzildə olarkən cavabdehin işçisi 5-ci mərtəbədə olan mənzilləri nömrələmiş, aldığı mənzili 35 deyil, 31 nömrəsi ilə qeyd etmişdir. O isə həmin şəxsə aldığı mənzilin 35 nömrəli mənzil olduğunu, məhz həmin mənzilin ona 35 nömrəli mənzil kimi dəfələrlə göstərildiyini və satıldığını, hansısa yalnışlığa yol verdiklərini bildirmiş, lakin uzun sürən araşdırmadan sonra onun daxil olduğu və təmir etdiyi mənzilin həqiqətən 35 nömrəli deyil, 31 nömrəli mənzil, 35 nömrəli mənzil isə binanın sol tərəfində deyil, sağ tərəfində, 31 nömrəli mənzillə üzbəüz yerləşməsi, eyni sxemli, eyni ölçülü, lakin əks proyektli olması, 31 nömrəli mənzilin isə X1 məlum olmuşdur. Həmin mənzilin Gülarə Şahbazovaya satılmasına baxmayaraq mənzil sahibinə təhvil verilməmiş və hal-hazırda da cavabdehin balansındadır. Bina sakinləri ilə söhbət edərkən onların da bəzilərinə evlərin cavabdeh tərəfindən səhv verildiyini bildirmişlər. Həmin mənzillər arasında yeganə fərq 35 nömrəli mənzilin qarşısında 15 metr aralıda hündürmərtəbəli binanın yerləşməsi idi. Cavabdehin işçilərindən nə üçün ona başqa ev göstərib, başqa ev satdıqlarını, nə üçün 35 nömrəli mənzilin deyil, məhz satarkən göstərdikləri, yəni 31 nömrəli evin açarını verdiklərini, ən pis halda isə nə üçün 35 nömrəli ev üçün nəzərdə tutulmuş sayğac pulunu ödədiyi halda 35 nömrəli evin sayğacını 31 nömrəli evə qoşduqlarını, mübahisələri olduğu halda nə üçün həmin evin başqa şəxsə məxsus olduğunu bildirmədiklərini soruşduqda onlar suallarına heç bir cavab verə bilməmişlər. Cavabdeh tərəfindən aldadılaraq ona satılmış mənzilə daxil olarkən qarşısında 15 metr aralıda hündıırmərtəbəli binanın olduğu görünür ki, həmin bina o qədər yaxınlıqda yerləşir ki, sanki əlini uzatsa həmin binadakı şəxslə görüşə bilər. Bundan əlavə 31 nömrəli və 35 nömrəli mənzilin saat 17-də eyni vaxtda fotoşəkilləri tərəfindən çəkilmişdir ki, 31 nömrəli mənzildə hava işıqlı olduğu halda, 35 nömrəli mənzildə sanki havanın artıq qaraldığı təəssüratı yaranır. Daha bir böyük problem isə 35 nömrəli mənzilə gün işığının ümumiyyətlə düşməməsi, evin daima soyuq, rütubətli olmasıdır ki, bütü n bunlar insan sağlamlığı, psixoloji durumu üçün birbaşa təhlükədir. Əgər həmin mənzil alqısatqı zamanı ona göstərilsəydi, həmin mənzili almaqdan imtina edəcəkdi. Alqı-satqı müqaviləsinə əsasən 35 nömrəli mənzilin alınması üçün "xxxx" MMC-yə ümumilikdə 44337 manat məbləğində pul ödəmişdir. 31 nömrəli mənzildə aparılan təmir və tikinti işləri üçün 8- 9 min manat arası pul xərclənmişdir ki, bununla bağlı ekspertizadan alınmış qiymətləndirmə rəyində, 31 nömrəli mənzildə edilmiş təmir-tikinti xərcinin 7650 manat olması göstərilmişdir. 31 nömrəli mənzilə xərclədiyi təmir pulunu cavabdehdən dəfələrlə istəsə də, onlar ümumiyyətlə pul ödəməyəcəklərini bildirmişlər. Əksinə olaraq 31 nömrəli evin sahibi ilə də, öz aralarında razılığa gəlməyə qanunsuz olaraq mane olmuşlar. Usta işi ilə əlaqədar 2015- ci ildən Bakı şəhərində kirayə yaşamış, mənzil satışı şirkətləri ilə maraqlanıb büdcəsinə daha uyğun olan mənzili "xxxx" MMC-də tapmışdır ki, 2015-ci ildə sözü gedən alqı-satqı müqaviləsi bağlanarkən həmin binanın tikintisini 2016-cı ildə yekunlaşacaq və 2016-cı ilin sonunda mənzil təhvil veriləcəkdir. Ona görə də planlaşdırmışdır ki, 1 il kirayə yaşadıqdan sonra evinə rahat köçə biləcək və bir daha kirayə pulu ödəməyəcəkdir. Ona görə də, kirayə müqaviləsi 1 illik bağlanmışdır. Həmin kirayə müqaviləsi xx.xx.2015-ci ildə X15 ilə X12 arasında bağlanmışdır. 2019-cu ildə isə beyin infaktı keçirdiyi üçün müalicəsi ilə əlaqədar olaraq Bakı şəhərində yaşamağı məcburiyyət qarşısında davam etdirmiş, 2019-cu ildən etibarən İ qrup əlildir. Lakin 2016-cı ilin sonlarından başlayaraq cavabdeh müxtəlif b əhanələr gətirərək binanın tikintisini gecikdirməyə başlamış, hər dəfəsində isə onlara mənzilləri 5-6 aydan sonra təhvil verəcəklərinə inandırmışlar. Mənzili alınrkən artıq binanın 4-5 mərtəbəsi tikilmiş, normal halda bir binanın tikintisi istənilən şirkət tərəfindən 1 il ərzində yekunlaşdırılaraq sahiblərinə təhvil verilmişdir. 2017-ci ildə yazılı ərizə ilə cavabdehə müraciət edərək mənzilin təhvil verilməsini gecikdirdikləri üçün etirazını bildirmiş, həmçinin həmin binanın sakinləri də etiraz əlaməti olaraq Xırdalan şəhərində yolları bağlamış, yürüşlər, kiçik nümayişlər təşkil etmişlər ki, bununla bağlı respublika rəhbərliyi də məlumatlandırılmışdır. 2015-ci ildə etibarən hər ay Adilə Həsənovaya 200 manat kirayə pulu ödəmiş, kirayə pullarının qəbzlərini, həmçinin kommunal ödənişlər barəd ə qəbzləri iş materiallarına əlavə etmişdir. Cavabdeh tərəfindən qanunsuz olaraq sayğac pulu alması ilə əlaqədar cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qaz, su və işıq sayğacı üçün tərəfindən 950 manat pulun ödənildiyi göstərilmişdir. Cavabdeh tərəf onu aldadaraq sayğac adı ilə əlavə olaraq 750 manat pul almışdır. Belə ki, “Azərqaz”ın rəsmi internet səhifəsindən əldə etdiyi məlumata görə 2021-ci ilin iyul ayından etibarən çoxmərtəbəli evlərin də qazlaşdırılması zamanı qaz sayğaclarının quraşdırılmasına görə heç bir ödəniş alınmır. İşıq sayğacının dəyərinin 160 manat, su sayğacının dəyərinin 40 manat olmasını nəzərə alaraq cavabdeh tərəfindən əlavə olaraq 750 manat pul dələduzluq yolu ilə ondan alınmışdır.

6. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə icl asında izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir, tələbi əsassız hesab edir. İddiaçı Atakişiyev alqı-satqı müqaviləsi bağlanarkən faktiki olaraq göstərilən mənzili deyil, guya aldadılaraq dəyərindən daha ucuz mənzilin satılması nəticəsində 13200 manat ziyan vurulmasını bildirir. Həmin ziyanın aldığı mənzilin “bina ilə üzbəüz olması”, “həyətəbaxan yox”, “yola baxan hissədə yerləşməsi”, “qarşısının tam açıq olmaması”, “günəş işiğının düşməməsi”, “mənzildə yaşayışın sağlamlığa, psixoloji druma təsir etməsi”, “mənzilin isitməməsi” “mənzilin yerinin onu tam qane etməməsi” kimi hallara istinad edərək, sözügedən ziyanı tələb etməsi qeyri-müəyyəndir. Tərəflər arasında bağlanmış xx.xx.2015ci il tarixli LM-0573 nömrəli mənzil alqı-satqı müqaviləsində mənzilin mərtəbəsi qeyd edilmişdi r. Cəmiyyət mənzil satışı həyata keçirən zaman mənzilin yerləşmə vəziyyəti, mərtəbəsi, otaqların quruluşu barədə məlumat verir, kompleksin vizual-ümumi maketində və kataloq üzrə göstərir. İddiaçı Atakişiyev ona göstərilməməsini bildirməsi ehtimalı var. Belə olan halda, iddiaçı 35 nömrəli mənzilin təhvil aldıqda mənzilin və ya yaşayış binasının ona əlverişli olub-olmamasını bilmişdir. Buna baxmayaraq mənzili təhvil almış və faktiki olaraq sərəncam hüququndan istifadə etmişdir. İddiaçı cavabdeh Cəmiyyətlə müqavilə münasibətlərinə daxil olmaqla hüquqlarından istifadə etməkdə sərbəstdir. İddiaçı Atakişiyev bildirir ki, qeyd olunan müqavilə əsasında aldığı 35 nömrəli mənzilin əvəzinə 31 nömrəli mənzili təhvil verilməsi və həmin mənzilin təmirinə çəkilmiş xərci tələb edir. Bununla bağlı məhkəm ə ekspertizası əsasında əldə edilmiş - 7650 manat məbləği maddi ziyan olaraq cəmiyyətdən tələb etməsi də əsassızdır. İddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə mənzilin ona səhv olaraq digər 31 nömrəli mənzili verməsinə dair sübutu yoxdur. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X9 isə əslində işə cavabdeh qismində cəlb olunmalıdır. İşin faktiki tərəfi ondan ibarətdir ki, alıcı Atakişiyev mənzilə özü səhv daxil olaraq təmir etmişdir. Sözügedən 31 və 35 nömrəli mənzillər qonşu deyildir. Həmin mənzillərin səhv salınması mümkün deyildir. İddiaçı mənzilə işıq düşməməsi və mənzilin əlverişli olmaması səbəbindən mənzilin səhv təhvil verilməsi fikri ilə yanaşaraq mənzildən imtina etməyə və ya əlavə dəyər əldə etməyə çalışır. İddiaçının mənzildən narazı qalması halı mübahisəsiz haldır, idd ia tələbində açıq aşkar bildirir. Məhkəmə tikinti-texniki eksperti Xəyyam İskəndərov mənzilə baxış keçirən zaman iddiaçının nümayəndəsi ilə fərdi qaydada söhbət edərkən belə anlamış ki, iddiaçı 31 saylı mənzili almağı üçüncü şəxs Şahbazovaya təklif etmiş və istəyi barədə bildirmişdir. Həmin mənzildə Nümayəndə1 tərəfindən santexnik, elektrik işləri görülmüş, kafelləri vurulmuş, otaqların sayında dəyişiklik aparılmış, təqribən 7000-8000 manat xərc çəkilmişdir. Odur ki, o, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə etiraz etmədiyini” bildirmişdir. İddia tələbində iddiaçı Atakişiyev ilə üçüncü şəxs Şahbazova birgə maraqlıdırlar. İddiaçı Atakişiyev aldığı 35 nömrəli mənzili deyil, üçüncü şəxs Şahbazovanın aldığı 31 nömrəli mənzili təmir edir və təmir xərclərini isə istifadə edən və y a istifadə edəcək X3 deyil, mənzili aldığı və əlverişsiz hesab etdiyi Cəmiyyətdən tələb edir. Çünki rəsmi və faktiki olaraq təmir xərci çəkilmiş 31 saylı mənzil Cəmiyyətə deyil, üçüncü şəxs X6 məxsusdur. Həmin təmir işlərindən də üçüncü şəxs Şahbazova faydalanacaq, ona görə də, Cəmiyyət məsuliyyət daşımır. İnşa edilmiş çoxmənzilli yaşayış binasında təmirsiz olan mənzillərin giriş qapılarının açarları standart olduğuna görə eynilik təşkil edir və bir açarla digər qapının açılması mümkündür. Mənzil təhvil verildikdən sonra, təmir edən alıcı qapının açarını dəyişir. Ona görə də 35 və 31 nömrəli mənzillərin giriş qapının açarının eynilik təşkil etməsi, iddia tələbinin əsaslarından biri ola bilməz. Sübut qismində təqdim edilmiş “xx.xx.2015-ci il tarixli Kirayə müqaviləsi” isə formal bir müqavil ədir. Həmin kirayə müqaviləsi notarial qaydada deyil, “Alqı-satqı ofisində” bağlanmışdır. Həmin kirayə müqaviləsinin həqiqəti əks etdiribetdirilməməsini müəyyən etmək məqsədilə həm rəsmi, həmdə şifahi (onlayn) qaydada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmişdir. DVX isə şifahi olaraq (“195 Xidməti”) həmin müqavilənin qeydə alınmadığını bildirmişdir. Kirayə pulunun göndərilmsinin sübutu olaraq təqdim edilmiş pul köçürməsinə dair sənədlərdə (tərcümə edilməmiş qaydada) kirayə pulunun olması göstərilməmişdir. Həmin pul məbləğinin digər münasibətlərə dair ödənişlərin olması istisna deyildir. Hətda sənədin birində pul köçürməsinin təyinatı “maddi yardım” kimi qeyd edilmişdir ki, bu sənədlər də iddia tələbinin sübutu kimi çıxış edə bilməz. Bun dan başqa, iddiaçı Atakişiyevin mənzilin səhv salınmasına görə etdiyi 7650 manat təmir xərcinin X3 deyil cavabdeh MMC-dən tələb etməsi tamamilə əsasız olduğundan iddia tələbi həmin hissədə Şahbazovaya yönəldilməlidir. Bununla bağlı X9 işə cavabdeh qismində cəlb edilməlidir. İddiaçı Atakişiyev iddia tələbinin hüquqi əsası olaraq Azərbaycan Respublikası Mülki Məcəllənin 442 və 443-cü maddələrinə istinad etmişdir. Halbuki tərəflər arasında müqavilə münasibətləri üzrə satıcı MMC öhdəliklərini mənzili təhvil verməklə tam icra etmişdir. İddiaçı Atakişiyev iddia ərizəsinə əlavə etdiyi xx.xx.2021-ci il tarixli maliyyə arayışından göründüyü kimi mənzilin dəyərinin bir qismi güzəşt edilmişdir. İddiaçı Atakişiyev sayğaclarla əlaqədar cəmiyyət 750 manat pulu dələduzluq yolu ilə aldığını yazır. Bununla da iddiaçı Atakişiyev “dələduzluq yolu” ifadəsini işlətməklə Cəmiyyətin işgüzar nüfuzunu ləkələyir. Çünki dələduzluq faktı və ya cinayət əməli hər hansı bir qaydada öz təsdiqi tapmamışdır. Hər bir əməlin təsdiqi məhkəmə aktı ilə tapır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsi hüquqlardan sui-istifadəyə yol verilmir. Hazırda isə iddiaçının MMC “dələduz” adlandırmaqla işgüzar nüfuzuna ləkələməsi hüquqdan sui- istifadə kimi qiymətləndirmək olar. Lakin heç bir şəxs hüquqlarından istifadə və ya suiistifadə edərək təhqir etməsinə yol verilmir. Yuxarıda qeyd olunanlarara əsasən iddianın rədd olunmasını xahiş etmişdir.

7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhəkəmə iclasında bildirmişdir ki, “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Par k” massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m olan, 1 otaqlı, 31 nömrəli mənzili almış, "xxxx" MMC-yə hər ay 300 manat ödəyir, lakin mənzil tam hazır olmadığından mənzildə yaşamamışdır. Həmin mənzil İddiaçı tərəfindən 7000 8000 manat dəyərində müəyyən təmir işləri onun xəbəri olmadan görüldüyü üçün, həmin təmir xərclərinə çəkilən pula görə heç bir məsuliyyət daşıya bilməz və bundan başq qeyd etmişdir ki, İddiaçı tərəfindən aparılan təmir xərclərini həmçinin onun ödəməyə maddi imkanı yoxdur.

8. Azərbaycan Respublikası “Müstəqil ekspertiza mərkəzi”nin xx.xx.2022-ci il tarixli 175 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edi lmiş) bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m olan bir otaqlı 31 saylı mənzildə aparılmış təmir-tikinti işlərinə (ustanın əmək haqqı və sərf edilən materialın qiyməti) sərf olunan vəsaitin məbləği 7650 manat təşkil edir. “Müstəqil ekspertiza mərkəzi”nə iddiaçı tərəfindən 300 manat ekspertiza keçirilməsi üçün ödənilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4999 nömrəli rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m olan bir otaqlı 31 saylı mənzildə aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 7178,0 manat məbləğində old uğu müəyyən olunur.

10. Abşeron Rayon Məhkəməsinin 2(012)-811/2023 nömrəli 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən təmir xərci olaraq 7178,0 manat, qaz sayğacı üçün ödənilmiş 750 manat və 44 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7972 manatın alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, 10/3345 saylı eskpert rəyinə əsasən 50 manatın, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4999 nömrəli rəyinə əsasən 100 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim H.Əhmədov).

11. Məhk əmə müəyyən etmişdir ki, iddiaçının "xxxx" MMC ilə 19 dekabr 2015-ci il tarixli, LM-0573 saylı mənzilin alqı-satqı müqaviləsi bağlaması, mahiyyətinə görə müqavilənin mənzilin tikintisi məqsədilə bağlandığından, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, tikilən mənzilin ümumi dəyərinin 57475 manat olması, işin mübahisə edilməyən hallarıdır.

12. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, 2 otaqlı, 31 nömrəli mənzil, 35 nömrəli mənzil kimi cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya göstərilmiş və iddiaçı 31 nömrəli mənzilin 35 nömrəli mənzil olduğuna məhz "xxxx" MMC-n əməkdaşlarıın hərəkətləri nəti cəsində əmin olaraq həmin mənzildə təmir işləri aparmışdır. Göstərilən bu xüsusat məhkəmə iclasında iddaçının nümayəndəsinin izahatı ilə yanaşı mübahisəli mənzilə sayğacların (qaz, işiq, su) iddiaçının adına quraşdırılması, iddiaçı tərəfindən sayğaclara görə ödənişlərin aparılması, həmçinin işin faktiki halları ilə sübuta yetirilir və bu xüsusatla bağlı cavabdeh təşkilatın nümayəndəsinin etirazı hər hansı bir mötəbər sübuta istinad olunmadığı, həmçinin məntiqə sığmadığı və inandırıcı olmadığı üçün məhkəmə həmin etiraza tənqidi yanaşmışdır.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehə münasibətdə vicdanlı hərəkət etsə də, cavabdeh vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməməklə, məhz cavabdeh "xxxx" MMC-in hərəkətləri nətcəsində iddiaçıya Abşeron rayonu, Xırdalan ş əhəri, H.Əliyev pr 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, ümumi sahəsi 60,5 kv.m olan 31 saylı mənzilin təmir xərcləri üçün 7178,0 manat məbləğində maddi ziyan dəymişdir.

14. Məhkəmə daha sonra qeyd etmişdir ki, İddiaçı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivində yerləşən 28 saylı küçəsində inşa edilən 07 saylı yaşayış binasının 35 saylı mənzilinə quraşdırılan qaz sayğacına görə 750 manat ödətdirməklə İddiaçı ziyan vurması müəyyən edildiyindən, iddiaçı vurulmuş həmin ziyanın ödənilməsini tələb etməkdə də haqlıdır.

15. Məhkəmə iddia tələbinin 13600 manat (hər ya 200 manat olmaqla 2017, 2018, 2019, 2020, 2021-ci illər üçün və 2022-ci ilin avqust ayına dək olan ayl ar üçün) cavabdeh təşkilatdan tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, bununla bağlı məhkəmədə mötəbər sübutlar müəyyən edilmədiyindən iddia tələbi bu hissədə rədd edilməlidir.

16. Bundan başqa İddiaçı iddia tələbində ekspertiza xərci 300 manatın cavabdehdən tutulmasını xahiş etsə də, həmin ekspertiza müstəqil ekspertiza mərkəzi tərəfindən məhkəmədən kənar keçirildiyindən, məhkəmə məsrəflərinə aid olmadığı üçün, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir.

17. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı Abşeron Rayon Məhkəməsinin 15 d ekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2(012)-811/2023 nömrəli qətnamə əsaslandığı sübutları və halları apellyasiya şikayətində qeyd edilən hissələrə münasibətdə düzgün təhlil etməmişdir. Bununla da, məhkəmə qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını qismən pozmaqla rədd edilən hissədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bildirilir ki, keçirilmiş məhkəmə iclasları zamanı tərəfindən kirayə pulunun ödənilməsinə dair halları təsdiq edən şəxslər Aqşin Səfərovu və qonşuluqda yaşay an digər şəxsi şahid qismində dindirilməsi üçün məhkəməyə dəvət edərək iclas zalına gətirsə də və məhkəmədə vəsatət qaldırsa da məhkəmə, cavabdehin məhkəmədə olmaması səbəbindən həmin şahidləri əssasız olaraq dindirməkdən imtina etmişdir. Məhkəmə ümumiyyətlə onun təqdim etdiyi sübutları qətnamədə sadalamamış və hansı səbəbdən həmin sübutların mötəbər hesab etməməsini dəlillərlə təkzib etməmişdir. Cavabdehin öhdəliklərini pozaraq digər şəxslərə də mənzili vaxtında təhvil verməməsi nəticəsində alıcılar dəfələrlə kütləvi şəkildə etiraz etməyə başlamışlar və onların bu şikayətləri sosial şəbəkələr vasitəsi ilə işıqlandırılmışdır. Həmin vaxt bir sıra kütləvi informasiya vasitələri cavabdehin əməkdaşından gecikmə ilə bağlı müsahibə götürərkən cavabdehin nümayəndəsi cavabdehin həqiqətən öhdəlilər i pozaraq mənzillərin təhvil verilməsini gecikdirdiyini, bu gecikmənin isə vergi borcları ilə əlaqədar olduğunu etiraf etmişdir. Həmin müsahibə diskə köçürülərək sübut kimi iş materiallarına əlavə edilmişdir. məhkəmə göstərilənə əsaslanaraq iddianın təmir puluna aid olan hissəsini təmin etməklə və iddianın evlərin alqı-satqı zamanı səhv göstərilməsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbinə dair hissədə təmin etməməklə öz mövqeyini təkzib etmiş, iki fərqli yanaşma müəyyənləşdirmişdir. Hansıki, bir hərəkətlə, yəni AAAF İnşaat MMC-nin əməkdaşlarının səhvi nəticəsində təmir üçün xərclənmiş pulun tutulmasına dair qətnamə qəbul etməsinə baxmayaraq evlərin alqı-satqı zamanı səhv göstərilməsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbini rədd etmişdir. məhkəmə əsassız şəkildə çə kilmiş xərcin məhkəmə xərclərinə aid olmadığını qeyd edərək həmin hissədə tələbi rədd etməsinə baxmayaraq nəzərə almamışdır ki, bu xərclərin yaranma səbəbi elə cavabdehin qanunsuz hərəkətləri olmuşdur. Əgər cavabdeh həmin hərəkətlərə yol verməsəydi nə bu xərc yaranardı, nə də məhkəmə iddiası qaldırılmış olardı. Hesab edir ki, həmin hissədə də iddia tələbi təmin edilməlidir.

20. Cavabdeh "xxxx" MMC Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni iddianın təmin edilən hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə maddi hüquq normalarına zidd, əsassız məhkəmə ak tıdır. Məhkəmənin qənaətinə görə, iddiaçının "xxxx" MMC ilə 19 dekabr 2015-ci il tarixli, LM-0573 saylı mənzilin alqısatqı müqaviləsi bağlaması, mahiyyətinə görə müqavilənin mənzilin tikintisi məqsədilə bağlandığından, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, tikilən mənzilin ümumi dəyərinin 57475 manat olması, işin mübahisə edilməyən hallarıdır. Əslində qeyd olunanlar işin mübahisə olunan halıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli LM-0573 nömrəli mənzilin alqı-satqı müqaviləsi alıcı və satıcı arasında yaranan münasibətləri tənzimlənməsinə baxmayaraq məhkəmənin podrat müqaviləsi kimi qəbul edilməsi təəccüb doğurur. Çünki məhkəmənin hakiminin icraatında çoxsaylı mülki işlərdə sözügedən bu növ müqavilələri podrat deyil, alqı-satqı müqaviləsi kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi sübutların tədqiqatı zamanı“Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 5, 2 otaqlı, 31 nömrəli mənzil, 35 nömrəli mənzil kimi cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya göstərilmiş və iddiaçı 31 nömrəli mənzilin 35 nömrəli mənzil olduğuna məhz "xxxx" MMC-nin əməkdaşlarının hərəkətləri nəticəsində əmin olaraq həmin mənzildə təmin işləri aparıldığını müəyyən etməsini göstərir. Həmçinin “Göstərilən bu xüsusat məhkəmə iclasında iddaçının nümayəndəsinin izahatı ilə yanaşı mübahisəli mənzilə sayğacların (qaz, işıq, su) iddiaçının adına quraşdırılması, iddiaçı tərəfindən sayğaclara görə ödənişlərin aparılması, həmçinin işin faktiki halları ilə sübuta yetirilir və bu xüsusatla bağlı cavabdeh təşkilatın nümayəndəsinin etirazı hər hansı bir mötəbər sübuta istinad olunmadığı, həmçinin məntiqə sığmadığı və inandırıcı olmadığı üçün məhkəmə həmin etiraza tənqidi yanaşmışdır” qeyd edir. Alıcının özünü sərbəst şəkildə digər mənzilə daxil olaraq təmir etməsi, daha sonra səhv təmir etdiyi mənzilin sahibi ilə sövdələşməsi məntiqli sayılmır. Məhkəmə iddiaçı tərəfin mülahizəsinə birtərəfli qiymət verməklə kifayətlənmiş və qeyriobyektiv qiymət vermişdir. Nəticə də qanunsuz məhkəmə aktı qəbul etmişdir. İddiaçı Atakişiyevin səhv təmir etdiyi mənzilin təmirindən yararlanan üçüncü şəxs X2 deyil, cavabdeh MMC-dən tutulması məntiqli və ədalətli deyildir. Sözügedən mənzilin iddiaçı Atakişiyeva cavabdeh "xxxx" MMC tərəfindən təhvil verilməsi ümumi yyətlə sübut edilməmişdir. Belə olan halda cavabdeh MMC-yə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinin tətbiqinə əsas yaranmır. Alıcının öz mülahizəsinə görə digər mənzilə daxil olaraq təmir etməsi faktından başqa digər sübutlar təqdim edilməmişdir. İddiaçı Atakişiyev iddia tələbində mənzilin yerləşmə yerin və digər əlamətlərinə görə narazı qalması açıq-aşkardır (“bina ilə üzbəüz olması”, “həyətəbaxan yox”, “yola baxan hissədə yerləşməsi”, “qarşısının tam açıq olmaması”, “günəş işığının düşməməsi”, “mənzildə yaşayışın sağlamlığa, psixoloji duruma təsir etməsi”, “mənzilin isitməməsi” “mənzilin yerinin onu tam qane etməməsi”). Məhz iddiaçı “sadalanan əlamətlərə görə” mənzilin “seçərək” özbaşına digər mənzilə daxil olaraq təmir etmişdir. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X9 isə əslində işə cavabdeh qismində cəlb olunmalıdır. Bununla bağlı vəsatət verilmiş, lakin münasibət bildirilməmişdir. Sözügedən 31 və 35 nömrəli mənzillər qonşu deyildir. İddiaçı mənzilə işıq düşməməsi və mənzilin əlverişli olmaması səbəbindən mənzilin səhv təhvil verilməsi fikri ilə yanaşaraq mənzildən imtina etməyə və ya əlavə dəyər əldə etməyə çalışır. Çünki iddiaçının mənzildən narazı qalması halı mübahisəsiz haldır, iddia tələbində açıq-aşkar bildirir. İddiaçı Atakişiyev aldığı 35 nömrəli mənzili deyil, üçüncü şəxs Şahbazovanın aldığı 31 nömrəli mənzili təmir edir və təmir xərclərini isə istifadə edən və ya istifadə edəcək X3 deyil, mənzili aldığı və əlverişsiz hesab etdiyi cəmiyyətdən tələb edir. Çünki rəsmi və faktiki olaraq təmir xərci çəkilmiş 31 saylı mənzil cəm iyyətə deyil, üçüncü şəxs X6 məxsusdur. Həmin təmir işlərindən də üçüncü şəxs Şahbazova faydalanacaq. Hesab edir ki, iddia tələbində iddiaçı Atakişiyev ilə üçüncü şəxs Şahbazova birgə maraqlıdırlar. Bundan başqa, məhkəmənin mövqeyinə görə, cavabdeh "xxxx" MMC, İddiaçı "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivində yerləşən 28 saylı küçəsində inşa edilən 07 saylı yaşayış binasının 35 saylı mənzilinə quraşdırılan qaz sayğacına görə 750 manat ödətdirməklə İddiaçı ziyan vurması müəyyən etmişdir. Yanlış qənaətə gəlinmişdir. Çoxmənzilli yaşayış binalarında mənzillərin qazlaşdırılması xüsusi lisenziyaya sahib fiziki və ya hüquqi şəxslər (podratçı şəxs) tərəfindən həyata keçirilir. Cavabdeh MMC də həmin yaşayış binasının qazlaş ırılması və qaz təsərrüfatının quraşdırılması üçün podratçı təşkilatla müqavilə bağlanır, MMC tərəfindən podratçı şəxsə ödənilir və bərabər şəkildə mənzillər üzrə dəyəri müəyyənləşdirilir. Halbuki iddiaçı tərəfindən qaz sayğacına görə 750 manat ödənilməsi göstərilməsi düzgün deyildir. Tamamilə əsassız tələbdir. Ədalət mühakiməsinin həyata keçirən məhkəmənin belə bir məhkəmə aktı araşdırmanın obyektivliyi, ədalətliliyi və hərtərəfliyini əks etdirmir.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-697/2024 nömrəli, 23 may 2024-cü il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X16 və X7 ibarət tərkibdə)

23. İddiaçının apelyasiya ş ikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi kirayə müqaviləsi hazırkı iş üzrə iddiaçı tərəfindən deyil, başqa şəxslər arasında bağlanmış və iddiaçının təqdim etdiyi qəbzlərdə həmin pulun iddiaçı tərəfindən ödənilməsi öz əksini tapmamışdır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini bu hissələrdə təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

24. Cavabdehin apelyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan mənzilin təhvil verilməsi və digər münasibətlərlə bağlı 26 avqust 2021-ci il tarixli razılaşma protokoluna əsasən Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-Park” yaşayış massivində 28 küçəsində olan 7 saylı yaşayış binasının 35 nömrəli mənzilini təhvil alanın istifadəsinə təhvil verd iyi, təhvil alanın isə təhvil aldığı qeyd olunmuş, iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Göründüyü mənzilin iddiaçıya səhv təhvil verilməsi cavabdehin təqsiri ucbatından olması iş materialları ilə, eləcə də mübahisəli mənzillərə baxış keçirilməsi zamanı öz təsdiqini tapdığından və apellyasiya şikayətinin dəlliləri formal mülahizədən ibarət olduğundan, cavabdehin apellyasiya şikayəti təmin edilə bilməz. Çünki həmin təhvil-təslim aktı əsasında mənzil iddiaçıya səhvən verildiyindən, bu zaman iddiaçının ona aid olmayan mənzildə aparılmış təmir işləri nəticəsində zərərə düşməsi aşkardır.

25. Məhkəmə kollegiyası cavabdehin sayğacın dəyərinin sonuncudan tutulması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, özlərinin də apellyasiya şikayətində qeyd etdikləri kimi, çoxmənzilli yaşayış binalarında mənzillərin qazlaşdırılması xüsusi lisenziyaya sahib fiziki və ya hüquqi şəxslər (podratçı şəxs) tərəfindən həyata keçirilir. Cavabdeh MMC tərəfindən həmin yaşayış binasının qazlaşdırılması və qaz təsərrüfatının quraşdırılması üçün podratçı təşkilatla müqavilə bağlanır, MMC tərəfindən podratçı şəxsə ödənilir və bərabər şəkildə mənzillər üzrə dəyəri müəyyənləşdirilir.

26. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinin, habelə Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 76.1, 76.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

27. İddiaçı (vəkili X5) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının 2(105)-697/2024 nömrəli 23 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməyən hissəsində iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qətnamədə əsaslandığı sübutlar və hallar apellyasiya şikayətində qeyd etdiyi hissələrə münasibətdə məhkəmə tərəfindən düzgün təhlil edilməmişdir. Bununla da, qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını qismən pozmaqla rədd edilən hissədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

29. Daha sonra qeyd olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsi iddia tələbinə səthi və birtərəfli yanaşaraq, xüsusilə heç bir məntiqə sığmayan əsas gətirərək qətnamədə qey d etmişdir ki, iddiaçının qeyd etdiyi kirayə müqaviləsi hazırkı iş üzrə iddiaçı tərəfindən deyil, başqa şəxslər arasında bağlanmış və iddiaçının təqdim etdiyi qəbzlərdə həmin pulun iddiaçı tərəfindən ödənilməsi öz əksini tapmamışdır. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini bu hissələrdə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Hansı ki, müqavilənin kim tərəfindən bağlanması deyil, müqavilənin hüquqi və faktiki qüvvəsinin kimə aid olması, həmçinin qəbzlərdəki pulun məhz iddiaçının, həyat yoldaşı tərəfindən ödənilməsi əsas götürülməli idi. Hətda həyat yoldaşı tərəfindən ödənilmədiyi halda belə məhkəmə ödənilən pulların kimə məxsus olmasını araşdırmalı idi. Bun unla bağlı qeyd etmişdir ki, istər Abşeron rayon Məhkəməsi tərəfindən, istərsə də Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ümumiyyətlə iddia tələbi ilə bağlı təqdim edilən sübutları qətnamələrində sadalamamış və hansı səbəbdən həmin sübutların mötəbər hesab etməməsini dəlillərlə təkzib etməmişlər və ya məntiqə sığmayan nəticələrə gəlmişlər.

30. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.1-ci maddələrinə istinad edilmişdir.

31. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-697/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Cavabdehin kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən üçüncü şəxs X8 tərəfindən faydalanan əşya və ya əşyalara görə cavabdeh MMC-nin məsuliyyət daşımasına münasibətdə düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı tərəfindən digər əmlaka daxil olaraq təmir etməsi nəticəsində yaranmış xərci dəymiş ziyan kimi təqdim edilməsi əsassızdır. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs X4 İddiaçı dəymiş ziyanın ödənilməsi barədə etirafedici mövqeyinə və sayğac ödənişinə dair podratçı ilə bağlanmış müqaviləyə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

33. Cavabdehin kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2, 21, 14, 196, 385, 509, Mülki Prosessual Məcəlləsinin 8, 9, 14, 88-ci maddələrinə istinad edilmişdir. a)

34. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

35. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

36. Maddə 21.2. Zərər dedikdə, hüququ poz ulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsiz lik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

40. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

41. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

42. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada ə ldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillə r üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, apelyasiya məhkəməsi kirayə müqaviləsinin kim tərəfindən bağlanması deyil, müqavilənin hüquqi və faktiki qüvvəsinin kimə aid olması, həmçinin qəbzlərdəki pulun məhz iddiaçının həyat yoldaşı tərəfindən ödənilməsi əsas götürülməli idi.

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini əsassız hesab edir və qeyd edir ki, iddiaçının qeyd etdiyi kirayə müqaviləsi hazırkı iş üzrə iddiaçı tərəfindən deyil, başqa şəxslər arasında bağlanmış və iddiaçının təqdim etdiyi qəbzlərdə həmin pulun iddiaçı tərəfindən ödənilməsi öz əksini tapmamışdır.

55. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, apellya siya instansiyası məhkəməsi haqlı olaraq iddia tələbini bu hissələrdə təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

56. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mənzilin iddiaçıya səhv təhvil verilməsi cavabdehin təqsiri ucbatından olması iş materialları ilə, eləcə də mübahisəli mənzillərə baxış keçirilməsi zamanı öz təsdiqini tapdığından və kassasiya şikayətinin dəlliləri formal mülahizədən ibarət olduğundan, cavabdehin kassasiya şikayəti təmin edilə bilməz. Çünki həmin təhviltəslim aktı əsasında mənzil iddiaçıya səhvən verildiyindən, bu zaman iddiaçının ona aid olmayan mənzildə aparılmış təmir işləri nəticəsində zərərə düşməsi aşkardır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilə üzrə fərdi müəyyə n əşyanı təhvil vermə öhdəliyini düzgün icra etməməsinə görə iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıyır.

57. Kassasiya şikayətlərində qeyd edilən digər hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır və hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilm işdir.

58. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2024-cü il tarixli 2(105)-697/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar