Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-893/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(106)-104/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 7242 ABŞ dolları, faiz borcu üzrə 8789 ABŞ dolları, cərimə üzrə 400 ABŞ dolları, cəmi 16431 ABŞ dolları məbləğində borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. Laçın Rayon Мəhkəməsinin (hakim C.İbrahimov) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə “xxxx” ASC-nin iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7242 ABŞ dolları əsas, 8789 ABŞ dolları faiz, 150 ABŞ dolları cərimə, cəmi 16181 (on altı min bir yüz səksən bir) ABŞ dolları məbləğində pul ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan Respublikası manatı ifadəsində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyy ətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Əsədov - sədrlik edən və məruzəçi, M.Həsənov və Z.Zeynalov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Laçın Rayon Мəhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(047)-68/18 saylı qətnaməsi qismən- faiz borcunun tutulması hissədə ləğv edilərək, həmin hissədə iddianın qismən təmin edilməsi, faiz borcunun 2173,26 ABŞ dolları müəyyən edilməsi, ödənişin ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla tutulması, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək iş üzrə Şirvan Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən tələb olunan məbləğdən 7000 ABŞ dolları ödəniş etsə də, maliyyə arayışlarında öz əksini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilsə də lakin həmin rəydə faiz borcunun məbləği şişirdilmişdir. Məhkəmələr tərəfindən iş üzrə düzgün araşdırma aparılmamışdır. Prosessual məsələlər İş üzrə proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məh kəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixdə kreditor “xxxx” ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 18%-lə 28 ay müddətinə 9500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq “xxxx” ASC ilə Cavabdeh2 oğlu arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 oğlu borclunun öhdəliklərinə zamin durmuşdur. Cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyindən müəyyən edilir ki, xx xxx 201 5-ci il tarixli 22052015/119412 saylı kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixədək Cavabdeh1 banka olan əsas borcu 7242.57 ABŞ dolları, faiz borcu 2173.26 ABŞ dolları təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu icranı gecikdirmə sayılmalıdır. Ona görə də borc, o cümlədən, tam borc cavabdehlərdən haqlı olaraq tələb edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının tələb etdiyi faiz borcunun tam tutulması hissəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, faiz borcuna dair hissədə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Apellyasi ya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilə müddətinin bitmə tarixinə faiz borcunun hesablanması məqsədilə Şirvan Apelyasiya Məhkəməsinin qərardadı əsasında ekspertiza keçirilmiş həmin rəyə əsasən borclu Cavabdeh1 müqavilə müddətinin bitmə tarixinə - xx xxxxxx 2016-ci il tarixə 2173,26 ABŞ dolları faiz borcu olmuşdur. Bu səbəbdən faiz borcuna görə həmin məbləğin borclulardan tutulması qənaətinə gəlmiş, digər hissələrdə qətnaməni dəyişdirmədən saxlamışdır. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmədiyindən, məhkəmə kollegiyası qətnaməni yalnız iddianın təmin edilmiş hissəsində yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya ö hdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irə li gələn öhdəliklər yaranmışdır. Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzər də tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator iddia tələbində qeyd edilən məbləğdən 7000 ABŞ dolları ödəməsi və borcun düzgün hesablanmaması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İş üzrə ödənilməli olan faiz məbləği müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit razılaşmasının şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin sonuna hesablanmış faiz borcu müəyyən edilmişdir. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin q ətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(106)-104/19 nömrəli qətnaməsi yoxlanılan hissədə kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-893/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-893/2020
17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver