Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-893/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayonu, Çayqaraqaşlı bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlundan, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayonu, Çayqaraqaşlı bələbiyyəsi) “yataqların istifadəsinə olan maneələrin aradan qaldırılması” tələbinə dair mülk i iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)165/2024 nömrəli, 14 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Dəvəçi rayonu Çayqaraqaşlı bələdiyyəsinin 08 noyabr 2004-cü il tarixli 11 saylı qərarına əsasən X28 heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə 10.0 ha torpaq sahəsi icarəyə verilmişdir. (1-ci cild səh.56)
2. Dəvəçi rayonu Çayqaraqaşlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı qərarına və xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əssasən Cavabdeh heyvandarlığın inkişafı məqsədi ilə 10.0 ha torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. (1-ci cild səh. 65)
3. X24 ilə X33 arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Dəvəçi rayonu Çayqaraqaşlı bələdiyyəsinin 08 noyabr 2004-cü il tarixli 11 saylı qərarına əsasən Dəvəçi rayonu Çayqaraqaşlı bələdiyyəsinin ərazisində yerləşən 10 hektar torpaq sahəsi icarəyə verilmişdir. Müqavilə 15 il müddətinə bağlanmışdır. (1-ci cild, səh 65-66)
4. Dəvəçi Rayon Məhkəməsinin 2-031-134/2009 nömrəli 5 iyun 2009-cu il tarixli qətnaməsi ilə iddiaçılar X21, Babaşov Cabir Əbülfərz oğlunun, Babaşova Xanımsoltan Qara qızının, X17, X11, Babaşov Sabir Əbülfərz oğlunun, X18, X25, X6, X19 cavabdehlər Dəvəçi rayon Məhkəmə İcraçıları Qrupuna və İddiaçı qarşı Dəvəçi rayon məhkəmə icraçıları qrupunun 26 sentyabr 2008-ci il tarixli aktının etibarsız hesab edilməsi və «Xəzər» kooperativinə məxsus 13 adda əmlakın qaytarılması, bor c əvəzinə X21 pensiyasından tutulan pulun dayandırılması barədə iddiası təmin edilməmişdir.
5. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-460/2010 nömrəli 8 iyun 2010-cu il tarixli qətnaməsi ilə Dəvəçi Rayon Məhkəməsinin 2-031-134/2009 nömrəli 5 iyun 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respubliası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2010-cu il tarixli 2(102)-3588/10 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin MİÜK-nın 2(105)-460/2010 nömrəli iş üzrə 8 iyun 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Dəvəçi Rayon Məhkəməsinin 4 mart 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, “Xəzər” kooperativi ləğv olunduğundan kooperativin sədri X9 hüquqi varisi Əsədova Tamam qızından, digə r üzvlər Babaşov Cabir Əbülfərz oğlundan, Babaşova Xanımsoltan Qara qızından, X12, X10, Babaşov Sabir Əbülfərz oğlundan, X13, X22, X5, X14 2000 manat məbləğində dəymiş zərərin tutularaq “Xanədan” X20 hesabına ödənilməsi, Çayqaraqaşlı bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN-0788 kod 30409028 saylı «Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə»nin ləğv olunması və eyni şərtlərlə X33 ilə Çayqaraqaşlı bələdiyyəsi arasında yeni müqavilənin bağlanması və X26 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsi tərəfindən yenidən qeydiyyata alınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Sumqayıt Apelyasiya Məh kəməsinin 2(105)-193/2012 nömrəli 09 aprel 2012-ci il tarixli qətnaməsi ilə Dəvəçi Rayon məhkəməsinin 04 mart 2010-cu il tarixli qətnaməsi qismən - Çayqaraqaşlı bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN-0788 kod 30409028 saylı «Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə»nin ləğv olunması və eyni şərtlərlə X33 ilə Çayqaraqaşlı bələdiyyəsi arasında yeni müqavilənin bağlanması və X26 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsi tərəfindən yenidən qeydiyyata alınmasına dair hissədə ləğv olunmuş və iddia həmin hissədə təmin edilməmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22 noyabr 2012-ci il tarixli 2(1 02)-3459/2012 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın 09 aprel 2012-ci il tarixli 2(105)-193/2012 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Şabran Rayon Məhkəməsinin 2(031)-659/2014 nömrəli 01 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Dəvəçi (Şabran) rayon Çölquşçu (Çayqaraqaşlı) Bələdiyyəsinin 15 dekabr 2004-cü il tarixli qərarı ilə heyvandarlığın inkişafı üçün Cavabdeh müvəqqəti istifadəsinə ayrılmış torpaq sahəsindən cavabdeh «Xəndan» X31 çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və Cavabdeh oğlunun torpaqdan istifadə hüququnun bərpa olunması qət edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Dəvəçi rayon Məhkəmə İcraçıları Qrupunun 26 sentyabr 2008-ci il tarixli aktının əsasında ona verilmiş Şabran rayonu Çayqaraqaşlı kəndində yerləşən yataqların istifadəsinə olan maneəçiliklərin Cavabdeh tərəfindən aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2004-cü il tarixli qətnaməsi ilə İddiaçı Babaşov Cavanşir Qəşəm oğluna və X15 qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək X7 İddiaçı xeyrinə 4500 ABŞ dolları məbləğində pulun və 99000 manat məbləğində dövlət rüsumunun tutulması qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış Dəvəçi rayon məhkəmə icraçıları qrupunun 26 sentyabr 2008-ci il tarixli aktına əsasən borclu X7 13 adda əmlak o cümlədən Çayqaraqaşlı kəndində yerləşən iki ədəd tövlə (yata q), bir yanları açıq halayını, bir ədəd alaçığını, bir ədəd beş tonluq çənini 11000000 manata qiymətləndirərək borcun əvəzinə İddiaçı təhvil vermişdir. Bundan narazı qalan borclunun hüquqi varisi (həyat yoldaşı) X32 və qeyriləri Aktın etibarsız hesab olunmasına dair Dəvəçi Rayon Məhkəməsində iddia qaldırmışlar. Dəvəçi Rayon Məhkəməsinin 2-031-134/2009 nömrəli iş üzrə 05 iyun 2009cu il tarixli qətnaməsi ilə iddiaçılar X32, Babaşov Cabir Əbülfəz oğlu, Babaşova Xanımsoltan Qara qızı, X29, X34, X16 və X19 Dəvəçi rayon Məhkəmə İcraçıları Qrupuna və İddiaçı qarşı 26 sentyabr 2008-ci il tarixli Aktın etibarsız hesab edilməsi və “Xəzər” kooperativinə məxsus 13 adda əmlakın qaytarılması, borc əvəzinə X21 pensiyadan tutulan pulun dayandırılması barədə iddiasının əsassız olduğundan təmin edilməməsi q ət edilmişdir. Ali Məhkəmənin Mülki kollegiyasıın 26 noyabr 2010-cu il tarixli, 2(102)-3588/10 nömrəli qərarına əsasən qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra X2 nəvəsi cavabdeh Əsədov X1 yerləşən və məhkəmə qətnaməsinə əsasən ona təhvil verilmiş yataqlarda problemlər yaratmağa başlamış, sonuncu dəfə 2022-ci ilin dekabrında onu öz yataqlarına daxil olmasına imkan verməyərək yataqlarından çıxmağını tələb etmiş, yataqların onun babasına məxsus olmasını və onu ölümlə hədələyərək bir də yatağa gəlməməyini, həmin yataqların ona qanunsuz verildiyini və guya onun ona borcu olduğunu bildirmişdir. Halbuki, yataqlar ona 2008-ci ildə məhkəmə qətnaməsi ilə təhvil verilmiş, bu günədək qanuni istifadəsində olmuş, tərəfindən həmin yataqlar təmir olunaraq, normal vəziyyətə gətirilmişdir. O, cavabehin qanunsuz hərəkətləri barədə dəfələrlə polisə və icra məmuruna şikayətlər etsə də nəticəsi olmamış, Cavabdeh bir müddətdən sonra yenə də öz qanunsuz əməllərini davam etdirmişdir. Nəticədə ona maddi və mənəvi zərər də vurulmuşdur. Hesab edir ki, həmin zərər də hesablanaraq, cavabdehdən onun xeyrinə tutulmalıdır. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır.
13. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfin mübahisələndirdiyi torpaq sahəsi ona icarəyə verilmişdir. Belə ki, 2014-cü ildən iddiaçı həmin torpaq sahəsindən istifadə etmir, o, özü istifadə edir. İddiaçının dediyi yataqlar çoxdan sökülmüşdür. Onun təqdim etdiyi texniki pasport onun adına deyil, X26 adınadır. Bu səbəbdən də, iddiaçının iddiasını əsas sız hesab edir. Xahiş etmişdir ki, iddia əsassız olduğundan təmin edilməsin.
14. Məhkəmə iclasında şahid qismində dindirilən X35 bildirmişdir ki, tərəflərin hər ikisini tanıyır. Atası 2005-ci ildə Cavanşirdən yataq və altındakı torpağı almışdır. Bu barədə texniki pasport da var. Cavabdeh hazırda onu və Cavanşiri hədələyir. Deyir ki, bu torpağa girməyin, sizi öldürərəm. Bu hadisə mart – aprel aylarında olmuşdur. Cavabdeh B.Əsədullayev deyir ki, bu torpaq mənimdir. Torpağın onun olması barədə Şəhadətnamə də göstərir. Hansı ki, həmin şəhadətnamə başqa yerə aiddir. Yataqlar iddiaçıya, yataqların altındakı torpaq isə Hacıyev Ələmin adınadır. Ələm isə 2013-cü ildə vəfat etmişdir. Bələdiyyə ilə atası Ələm arasında həmin torpağa görə 2019-cu ilədək icarə müqaviləsi bağlanmışdır.
15. Məhkəmə iclası nda şahid qismində dindirilən Nümayəndə bildirmişdir ki, o, 2015ci ildən Çayqaraqaşlı bələdiyyəsinin sədri işləyir. Beydullanı kənd sakini kimi tanıyır. İddiaçı tərəfi isə bələdiyyəyə gələndə görmüşdür. O, icarəçi kimi Beydullanı tanıyır. Digər tərəfin heç bir sənədi yoxdur. Yataqların yerləşdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Müqavilə örüş olan torpağa bağlanmış, yataqlar olan yer Beydullanın icarəsində olmuşdur. Bütün vergilər Cavabdeh tərəfindən ödənilmişdir. Beydullanı öz icarədarı kimi qəbul edir, qarşı tərəf isə heç vaxt vergi ödəməmişdir. Bələdiyyə sədri kimi İddiaçı adına həmin kənddə yataqların olması barədə məlumatı yoxdur. 2021-ci ildə Beydulla müqavilə üçün müraciət etmiş, o, da Xaçmazdan mütəxəssis gətirmişdir. Yerin koordinatlarını vurmuşlar, bildirmişlər ki, to rpaq sahəsi Beydullanındır. Hazırda həmin torpaq sahəsinin Beydullanın adına sənədləşdirilməsi prosesi gedir. Yataqlar əvvəl qamışdan olmuşdur, sonra isə daşdan tikilmişdir.
16. Şabran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı yataqların istifadəsinə olan maneçiliklərin aradan qaldırılması tələbi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. (Hakim Ç.İsgəndərov)
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin mübahisə etdiyi ərazi (yataqlar) Dəvəçi rayonu Çayqaraqaşlı bələdiyyəsinin ərazisində yerləşən 10 hektar torpaq sahəsi Dəvəçi rayonu Çayqaraqaşlı bələdiyyəsinin 08 noyabr 2004-cü il tarixli 11 saylı qərarına əsasən X28 15 il müddətinə icarəyə verilmişdir. X33 2013-cü ildə vəfat etmi şdir. İddiaçı tərəfindən onun mübahisələndirdiyi əraziyə (yataqlara) aid icarədar və ya mülkiyyətçi olması, yataqların harada yerləşməsi, iddia tələbinin təmini üçün güvənli nəticəyə gəlməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 68, 84.1, 103.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə onun subyektiv hüququnun olmaması qənaətinə gələrkən səhvə yol vermiş, mübahisənin predmetinin torpaq deyil, yataqlar olduğuna düzgün qiymət verməyərək iş üzrə yalnış nəticəyə gəlmişdir. Yataqların ona məxsus olması Ali Məhkəmənin Mülki kollegiyasıın 26 noyabr 2010-cu il tarixli 2(102)-3588/10 nömrəli qərarına əsasən təsdiq edilmişdir. Buna baxmayaraq, məhkəmə iş üzrə zəruri araşdırma aparmadan onun torpağa dair hər hansı sübutunun olmadığını göstərməklə işi sadəcə cavabdehin xeyrinə həll etmişdir. Məhkəmə işdəki preyudisial qüvvəyə malik qətnamələrin və qərarın üzərindən keçərək iş üzrə qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə həmin qətnamələrlə müəyyən edilmiş halları nəzərə almamışdır. Məhkəmədə Cavabdeh yataqların yerləşdiyi torpaq sahəsinin ona məxsus olmasını bildirsə də, bu barədə məhkəməyə h ər hansı sübut təqdim edə bilməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi torpağa dair şəhadətnamənin isə müddəti ötməklə yanaşı hansı əraziyə aid olmasını da məhkəmə müəyyən etməmiş, cavabdehin gətirdiyi dəlilləri yoxlamamışdır. Halbuki, işə əlavə edilmiş Torpaqdan müvəqqəti istifadə hüququna dair JN7088 Kod 30409028 saylı şəhadətnamənin surətindən görünür ki, Dəvəçi rayonu Çayqaraqaşlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı qərarına və xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əssasən Cavabdeh heyvandarlığın inkişafı məqsədi ilə 10.0 ha torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. Əgər yataqlar onun torpağında yerləşirdisə Dəvəçi Rayon Məhkəməsinin 2(031)-134/2009 nömrəli iş üzrə 05 iyun 2009cu il tarixli qətnaməsi ilə yataqlar ona verilərkən buna dair 19 il ərzində hər hansı etirazını və ya müasibətini bildirməmişdir ki, bu da onun dediklərinin əsassız olduğunu göstərir. Bundan başqa məhkəmə prosesi zamanı iddiaçı olaraq, torpaq sahəsinin koordinatlarına əsasən harada yerləşdiyini müəyyən edilməsi üçün müvafiq ekspertizanın təyin edilməsi barədə verdiyi vəsatəti də məhkəmə təmin etməmiş və bunu qətnamədə və iclas protokollarında da qeyd etməmişdir. Sonradan verdiyi ərizəyə əsasən Şabran Rayon Məhkəməsi 2(031)-352/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadla həmin vəsatətlər barədə qeyd nəzərə alınmışdır. Məhkəmədə cavabdehin şahid qismində dəvət etdiyi bələdiyyənin sədrinin də qərəzli olaraq, yataqların yerləşdiyi torpaq sahəsinin cavabdehə məxsus olması barədə verdiyi izahatını yoxlamamış və ya şahidin göstərdikləri hər hansı sənədlə təsdiqini tapm amışdır. İddiaçı tərəfin məhkəmə dəvət etdiyi şahid X27 məhkəməyə təqdim etdiyi şəhadətnamə yataqların yerləşdiyi ərazi olmaqla Dəvəçi rayonu Çayqaraqaşlı bələdiyyəsinin ərazisində yerləşən 10 hektar torpaq sahəsi Dəvəçi rayonu Çayqaraqaşlı bələdiyyəsinin 08 noyabr 2004-cü il tarixli 11 saylı qərarına əsasən X28 15 il müddətinə icarəyə verilmişdir, X33 2013-cü ildə vəfat etmişdir. Onun müqaviləsinin müddəti keçsə də tərəflərin heç bir etirazı olmamışdır. Həmin torpağa dair şəhadətnamə məhkəməyə təqdim edilərək müqayisə aparılması və cavabdedin təqdim etdiyi şəhadətnamənin başqa yerə aid olmasının aşkar göründüyü bildirilsə də, məhkəmə buna məhəl qoymamış, heç bir araşdırma aparmaq istəməmişdir. Məhkəmə torpaq deyil, yataqların istifadəsinə olan maneələrin aradan qaldırılmasına dair tələbin ə düzgün qiymət verməmişdir. Məhkəmə cavabdehin həmin yataqlara və yataqların yerləşdiyi torpaq sahəsinə dair subyektiv hüququnun olmadığı halda ona yataqlardan istifadə etməyə maneələr törətdiyini aşkar müəyyən etsə və bunu cavabdehin özü də məhkəmədə etiraf etsə də, buna göz yumaraq, işi sadəcə cavabdehin xeyrinə həll etmişdir. Məhkəmə gəldiyi nəticəni həm də onunla əsaslandırmışdır ki, işə əlavə edilmiş Şabran rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Dəvəçi (Şabran) rayon Çölquşçu (Çayqaraqaşlı) Bələdiyyəsinin 15 dekabr 2004-cü il tarixli qərarı ilə heyvandarlığın inkişafı üçün Cavabdeh müvəqqəti istifadəsinə ayrılmış torpaq sahəsindən cavabdeh «Xəndan» X31 çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və Cavabdeh torpaqdan i stifadə hüququ bərpa olunmuşdur. Qeyd edir ki, həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamənin qanuniliyi yoxlanmamışdır. Bundan başqa həmin iddia tələbi ona qarşı deyil “Xəndan” kəndli fermer təsərüffatına qarşı çıxarılmışdır ki, bunun hazırkı iş üçün preyudisial əhəmiyyəti yoxdur. Məhkəmə isə buna istinad edərək qətnamə çıxarmışdır ki, bu da yol verilməzdir. X2 nəvəsi cavabdeh Əsədov X1 yerləşən və məhkəmə qətnaməsinə əsasən ona təhvil verilmiş yataqlarda problemlər yaratmağa başlamış, sonuncu dəfə 2022-ci ilin dekabrında onu öz yataqlarına daxil olmağa imkan verməyərək yataqlarından çıxmağını tələb etmiş, yataqların onun babasına məxsus olmasını və onu ölümlə hədələyərək bir də yatağa gəlməməyini, həmin yataqların ona qanunsuz verildiyini və guya onun borcu olduğunu bil dirmişdir. Halbuki, yataqlar ona 2008ci ildə məhkəmə qətnaməsi ilə təhvil verilmiş, bu günədək qanuni istifadəsində olmuş, tərəfindən həmin yataqlar təmir olunaraq, normal vəziyyətə gətirilmişdir. O, cavabehin qanunsuz hərəkətləri barədə dəfələrlə polisə və icra məmuruna şikayətlər etsə də, nəticəsi olmamış, Cavabdeh bir müddətdən sonra yenə də öz qanunsuz əməllərini davam etdirmişdir. Göründüyü kimi məhkəmə iş üzrə zəruri araşdırma aparmadan işə birtərəfli və qeyri-obyektiv baxaraq, iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etməklə maddi və prosessual hüquq normalarının tələblərini kobud pozmuşdur. Odur ki, qətnamə apellyasiya qaydasında ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Cavabdeh gətirdiyi dəlillərə dair heç bir sübuta əsaslanmasa da məhkəmə buna düzgün qiymət verməmişdir. Məhkəmə iş üzrə zəruri araşdırma aparmamış, hüquq normalarını düzgün tətbiq etməmiş, işi sadəcə cavabdehin xeyrinə həll etməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
21. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayonu, Çayqaraqaşlı bələbiyyəsinin nümayəndəsi Nümayəndə izahatında 2015-ci ildən Şabran rayonu, Çayqaraqaşlı kəndində bələdiyyə sədri işlədiyini, həmin vaxtdan Cavabdeh icarəçi kimi tanıdığını, iddiaçını isə tanımadığını bildirmişdir. 2019-cu ildə cavadehlə bağlanmış icarə müqaviləsinin müddəti bitdiyini, iddiaçı ilə heç bir icarə müqaviləsi bağlanmadığını, Cavabdeh ona müqavilənin vaxtı bitdiyinə görə müqavilə müddətinin yenidən uzadılması məqsədilə 2020-ci ildə müraciət etdiyini, bundan sonra qanunda baş vermiş dəyişikliklə əlaqədar Dövlət Əmlak Komitəsi tərəfindən iqtisadi əsaslandırılma haqqında arayış istənildiyinə görə sənədlər Komitəyə göndərilmiş və pandemiya dövrü ilə əlaqədar olaraq sənədlər Əmlak Komitəsində qalmışdır. 2023-cü ildə mübahisəli torpaq sahəsini cavabdehin adına rəsmişləşdirmiş və mübahisəli yerə dair bu yaxınlarda cavabdehlə alqı-satqı müqaviləsi bağlamışdır. Daha sonra iddiaçı tərəf ona Cavabdeh yeri ilə bağlı müraciət etmiş, hər iki tərəfin təqdim etdiyi şəhadətnaməni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsində yoxlatdırmış, iddiaçinin yeri cavabdehin yerindən 500 metr aralıda yerləşdiyi məlum olmuşdur. Mübahisəli yeri 2004-cü ild ə Cavabdeh almışdır.
22. Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/4104 nömrəli, 31 iyul 2024-cü il tarixli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, mübahisə predmeti olan yataq və üzərindəki tikililər ölçülmüş, kameral araşdırma zamanı məlum olmuşdur ki, mübahisə predmeti olan yatağın sərhədləri şərtidir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsinin sahəsi 0.7032 ha-dır. Torpaq sahəsinin üzərində sahələri: 20.5 m² və 21.3 m² olan dəmir vaqonlar, 33.3 m², 216.4 m², 44.6 m², 109.4 m², 119.1 m² olan tövlələr, 30.6 m² çoban evi və 10.2 m² olan hin tikililəri mövcuddur, iddia olunan torpaq sahəsinin təqribən 0.03537 ha hissəsi torpaqdan müvəqqəti istifadə Hüququna Dair JN7088 KOD 30409028 saylı şəhadətnaməyə əsasən Dəvəçi rayonu Çayqaraqaşlı Bələdiyyəsinin 15.12,2004-cü il tarixli 11 saylı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh heyvandarlığın inkişafı məqsədi ilə müvəqqəti istifadəsinə verilmiş 10.0 ha torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşür. İddia olunan sahənin qalan hissələri Şabran rayon Çölquşçu bələdiyyəsinin mülkiyyətindədir. Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-6328 KOD 30409028 saylı şəhadətnaməyə əsasən Dəvəçi rayon Çayqaraqaşlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə X26 icarəsinə verilmiş torpaq sahəsi iddia olunan torpaq sahəsindən cənub-şərq tərəfdə təqribən 500 metr məsafədə yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, hər iki torpaq sahəsi açıq sahədə yerləşir və sərhədləri şərtidir. Hər iki torpaq sahasinin icarə müddətləri bitmişdir. Torpaqdan müvəqqəti istifadə Hüququna Dair JN- 7083 KOD 30409028 saylı şəhadətnaməyə əsasən Dəvəçi rayonu Çayqaraqaşlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh heyvandarlığın inkişafı məqsədi ilə müvəqqəti istifadəsinə verilmiş 10.0 ha torpaq sahəsinin 5.1185 ha hissəsinin üzərinə, Şabran rayon Çölquşçu bələdiyyəsinə məxsus 10.0 ha torpaq sahəsinin cizgiləri tərtib olunmuşdur. 2
3. Məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə tərəflərin, o cümlədən mütəxəssisin iştirakı ilə yerli baxış keçirilərkən tikililərin (yataqların) Şabran rayon Çölquşçu bələdiyyəsinə məxsus ərazidə yerləşdiyi, həmin tikililərin (yataqların) Cavabdeh Çölquşçu Bələdiyyəsindən icarəyə götürdüyü 10 ha torpaq sahəsinin üzərinə düşmədiyi müəyyən edilmişdir. Cavabdehin Çölquşçu bələdiyyəsindən icarəyə götürdüyü 10,0 ha torpaq sahəsi mübahisələndirilən tikililəri (yataqları) üç tərəfdən əhatə etsə də, həmin tikililərə (yataqlara) cənub-qərb tərəfdən giriş-çıxış mümkündür.
24. Dəvəçi Rayon Məhkəməsinin 2-031-134/2009 nömrəli işi tələb edilmiş, sorğuya cavab olaraq Şabran Rayon Məhkəməsi tərəfindən daxil olmuş məktubda qeyd edilmişdir ki, 2-031-134/2009 nömrəli işin sənədləri xx.xx.2019-cu ildə yandırma yolu ilə məhv edilmişdir.
25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) 2(105)-165/2024 nömrəli 14 noyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Şabran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, İddiaçı məxsus Şabran rayonu Çayqaraqaşlı kəndində yerləşən yataqların istifadəsinə Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, Cavabdeh ekspertiza tədqiqatının dəyəri 100 manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının mülkiyy ətində olan yataqdan istifadəyə cavabdeh tərəfindən maneələr törədildiyindən və bu maneələr işin araşdırılmış hallarında da öz təsdiqini tapdığından, sonuncunun bu hərəkətləri iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, maneələr aradan qaldırılmalı, iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən qəsd edən hərəkətlərə son qoyulmalıdır.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublıkasının Mülki Məcəlləsinin 157.4-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 119.1, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
28. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2024-cü il arixli 2(105)-165/2024 nömrəli qətnaməsinin tam ləğv edilm əsi və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi əsassız olaraq cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, iddiaçının istinad etdiyi 26 sentyabr 2008-ci il tarixli akt xx.xx.2019-cu il tarixdə yandırma yolu ilə məhv edildiyindən aktın məzmunu araşdırmaq mümkün olmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi heç bir əsas olmadan aktı mübahisəsiz hal kimi qəbul edərək aktın məzmunu ilə tanış olmadan, həmin aktda həqiqətən cavabdehin mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin iddiaçıya verilməsi faktının doğru olub-olmamasını dəqiqləşdirmədən iddianı təmin etmişdir. Həmin akt mötəbər sübut olmadığı halda, Sumqayıt Apellyasiya Məhkəməsi aktı mötəb ər sübut kimi qəbul etmişdir. İddiaçının mübahisə etdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Cavabdeh İddiaçı əvvəllər borclu olan X9 nəvəsi olduğu üçün qərəzli olaraq cavabdehin əmlakını ələ keçirmək niyyətindədir. Halbuki, mübahisəli yataq sahəsi cavabdehin babası X9 torpağı deyil, ona aidiyyəti olmamışdır. Mübahisəli torpaq cavabdehin mülkiyyətindədir və rəsmi olaraq dövlət reyestrindən qeydiyyatdan keçmişdir.
30. Daha sonra qeyd olunmuşdur ki, iddiaçı dəfələrlə cavabdehin torpaq sahəsini ələ keçirmək məqsədilə X36 ilə birləşərək, guya iddiaçı torpağı Pərvizin atası X3 və X26 adına torpağa texniki pasport olmasını göstərmiş, bu barədə ayrı-ayrı vaxtlarda iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Bütün məhkəmələrdə iddiası rədd edilmişdir.
31. Eyni zamanda iddiaçının mübahisə etdiyi ərazi (yataqlar) Dəvəçi rayonu, Çayqaraqaşlı bələdiyyəsinin ərazisində yerləşən 10 hektar torpaq sahəsi, Dəvəçi rayonu, Çayqaraqşlı bələdiyyəsinin 08 noyabr 2004-cü il tarixli qərarına əsasən X28 15 il müddətinə icarəyə verilmişdir. X33 2013-cü ildə vəfat etmişdir. İddiaçı tərəfindən onun mübahisələndirdiyi əraziyə (yataqlara) aid icarədar və ya mülkiyyətçi olması, yataqların harada yerləşməsi məlum deyil, lakin buna baxmayaraq Sumqayıt Apellyasiya Məhkəməsi heç bir əsas olmadan iddianı təmin etmişdir. İddiaçı 2013-cü ildə vəfat etmiş X26 vərəsəsi deyildir. Onun bu mübahisə ilə bağlı heç bir subyektiv hüququ olmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi bu hala hüquqi qiymət verməmiş, iddianı qanunsuz olaraq təmin etmişdir. Odur ki, qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilə və yenidən sübut edilə bilmədiyi halda, Sumqayıt Apellyasiya Məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əhəmiyyət verməmişdir.
32. Sumqayıt Apellyasiya Məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/210/4104 nömrəli, 31 iyul 2024-cü il tarixli ekspert rəyini heç bir qanuni əsas olmadan şübhə altına almış, ekspert rəyini mötəbər sübut kimi qəbul etməyərək, mübahisəli əraziyə yerli baxış keçirmişlər. Halbuki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə eksp ertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
33. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152, 706-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 82.3, 87.2, 107-ci maddələrinə istinad edilmişdir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınma qla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
37. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
38. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
39. Maddə 163.1. Sah iblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
40. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
41. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
42. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib poz ucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
43. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. L akin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessua l hüquq normalarının pozulmasına yol verilmişdir.
51. İddiaçı Dəvəçi rayon Məhkəmə İcraçıları Qrupunun 26 sentyabr 2008-ci il tarixli aktının əsasında ona verilmiş Şabran rayonu Çayqaraqaşlı kəndində yerləşən yataqların istifadəsinə olan maneçiliklərin Cavabdeh tərəfindən aradan qaldırılması ilə bağlı tələb irəli sürmüşdür.
52. İddiaçı iddia ərizəsində göstərir ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2004-cü il tarixli qətnaməsi ilə X7 onun xeyrinə 4500 ABŞ dolları məbləğində pulun və 99000 manat məbləğində dövlət rüsumunun tutulması qət olunmuşdur. Həmin qətnamənin icrası üzrə Dəvəçi rayon məhkəmə icraçıları qrupunun 26 sentyabr 2008-ci il tarixli aktına əsasən borclu X7 13 adda əmlak o cümlədən Çayqaraqaşlı kəndində yerləşən iki ədəd tövlə (yataq), bir yanları açıq halayını, bir əd əd alaçığını, bir ədəd beş tonluq çəni 11000000 manata qiymətləndirərək borcun əvəzinə ona təhvil verilmiş, 2022-ci ildək həmin əmlaklardan istifadə etsə də, sonradan cavabdeh yataqlardan onun istifadəsinə mane yaratmağa başlamışdır.
53. Cavabdeh tərəfin etirazından isə görünür ki, iddiaçının iddia etdiyi yataqlar ona məxsusdur, özü tərəfindən tikilmiş, yataqların cavabdehə hər hansı aidiyyəti yoxdur.
54. Birinci instansiya məhkəməsində iddia rədd edilmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin mübahisə etdiyi ərazi (yataqlar) Dəvəçi rayonu Çayqaraqaşlı bələdiyyəsinin ərazisində yerləşən 10 hektar torpaq sahəsi Dəvəçi rayonu Çayqaraqaşlı bələdiyyəsinin 08 noyabr 2004-cü il tarixli 11 saylı qərarına əsasən X28 15 il müddətinə icarəyə verilmişdir. X33 2013-cü ildə vəfat etmi şdir. İddiaçı tərəfindən onun mübahisələndirdiyi əraziyə (yataqlara) aid icarədar və ya mülkiyyətçi olması, yataqların harada yerləşməsi, iddia tələbinin təmini üçün güvənli nəticəyə gəlməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
55. Apellyasiya instansiya məhkəməsi həmin mövqe ilə razılaşmamış və iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Bu zaman məhkəmə həmin icraatda alınmış ekspertiza rəyinə, keçirilmiş yerində müayinənin nəticələrinə əsaslanaraq göstərmişdir ki, iddiaçının mülkiyyətində olan yataqdan istifadəyə cavabdeh tərəfindən maneələr törədildiyindən və bu maneələr məhkəmə kollegiyasından işin araşdırılmış hallarında da öz təsdiqini tapdığından, sonuncunun bu hərəkətləri iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, maneələr aradan qaldırılmalı və iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən qəsd edən hərəkətlərə son qoyulmalıdır.
56. Məhkəmələr mübahisənin həllinə 157.4-cü maddəsini tətbiq etmişlər. Həmin maddənin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
57. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir.
58. Qeyd ed ilməlidir ki, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən əvvəlcə tərəflərin bildirdiklərini və iş üçün əhəmiyyətli olan faktiki halları aydınlaşdırmalı, bu hallara uyğun gələn maddi hüquq normalarını tapmalı, onların dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) müəyyənləşdirməlidir. Əgər irəli sürülmüş tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
59. Məhkəmə kollegiyası qəbul edir ki, qanuni qüvvəyə minmiş qətnamənin icrası qaydasında 13 adda əmlak o cümlədən Çayqaraqaşlı kəndində yerləşən iki əd əd tövlə (yataq), bir yanları açıq halayını, bir ədəd alaçığını, bir ədəd beş tonluq çəni 11000000 manata qiymətləndirərək 45000 ABŞ dolları həcmində borcla əvəzləşdirilmiş və iddiaçıya təhvil verilmişdir.
60. Apellyasiya instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəydən görünür ki, mübahisə olunan torpaq sahəsinin üzərində sahələri: 20.5 m² və 21.3 m² olan dəmir vaqonlar, 33.3 m², 216.4 m², 44.6 m², 109.4 m², 119.1 m² olan tövlələr, 30.6 m² çoban evi və 10.2 m² olan hin tikililəri mövcuddur.
61. Baxılan iş üzrə cavabdehin istifadəsində iddiaçının iddia ərizəsində göstərdiyi saydan və həcmdən daha çox tövlələrin (yataqların) olması aşkar olaraq müəyyən edilmişdir. Belə olan halda məhkəmələr məhz hansı yataqların iddiaçının iddia etdiyi yataqlarla eynilik təşkil etdiyi, tikililərin y erləşdiyi torpaq sahəsinin və yataqların kimin mülkiyyətində olması, bunların müəyyən olunmasından sonra yataqlardan istifadəyə edilən maneənin təmin olunması halında maraqlarına toxunan şəxslərin olub-olmaması müəyyən edilməklə iddianın həlli müzakirə olunmalı idi. Bu halda işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi iddiaçıya təhvil verilmiş tövlələrin mövcud olması, mövcud olarsa bunun cavabdehin istifadəsində olan tövlələrin hansı ilə uyğunluq təşkil etməsi, tərəflərin müvafiq olaraq həmin tövlələrdən istifadə etdiyi müddət, cavabdehin maneçiliyin törədilməsi müəyyən olunduğu halda bunun nə vaxtdan baş verməsinin müəyyən edilməsi əhəmiyyətli olsa da apellyasiya instansiya məhkəməsi bu istiqamətdə hər hansı araşdırma aparmamışdır.
62. Digə r tərəfdən apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəsi aşkar ziddiyyətli olmuşdur. Belə ki, ilkin olaraq məhkəmə iddia tələbinin qeyri-müəyyən olması tərəfin diqqətinə çatdırmalı, cavabdehin istifadəsində olan tikililərin (tövlə və ya yataqların) hansının icra qaydasında ona təhvil verilən yataqlarla eynilik təşkil etməsi dəqiqləşdirilməli və bu istiqamətdə aydınlaşdırmanın aparılmasını təmin etməli idi. Məhkəmənin gəldiyi nəticədən aydın olmur ki, məhz müəyyən olunmuş hansı yataqlardan istifadəyə edilən maneçilik aradan qaldırılmışdır.
63. Bununla yanaşı işdən görünür ki, cavabdehlə Çölquşçu bələdiyyəsi arasında 0,10 ha torpaq sahəsinə dair 30 sentyabr 2024-cü il tarixdə icarə müqaviləsi bağlanmış və onun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə isə cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatlarını artıq qüvvədən düşmüş icarə müqaviləsinin koordinatları əsasında yoxlamışdır. Cavabdeh və məhkəmə iclasında üçüncü şəxs olaraq cəlb edilmiş bələdiyyəninin nümayəndəsi isə tikililərin yerləşdiyi torpaq sahəsinin cavabdehin icarəsində olan torpaq sahəsində yerləşdiyini göstərmişdir.
64. Belə olan halda iddiaçının iddia etdiyi yataqların mövcud olması, həmin yataqlarının cavabdehin icarəsinə yerilmiş torpaq sahəsində və ya qonşu torpaq sahəsində yerləşib-yerləşməməsi sübuta yetirilməlidir. Bunlar isə işdə olan bütün sübutların tədqiqi aparıldıqdan və müvafiq məsələlər ekspertiza təyin edilməklə xüsusi biliyə malik olan ixtisaslı şəxslərin rəyi ilə müəyyənləşdirilə bilər.
65. Cavabdehin apellyasiya şikayətinin digər dəlili qanu ni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilə və yenidən sübut edilə bilmədiyi halda, Sumqayıt Apellyasiya Məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əhəmiyyət verməmişdir.
66. Bu baxımdan işə təkrar baxılarkən təqdim olunmuş məhkəmə aktlarının qüvvədə olub olmaması, onların hazırkı iş üzrə preyidusial əhəmiyyətinin olub-olmamasına qiymət verilməlidir.
67. Baxılan işdə apellyasiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almamış, göstərilən xüsusatlara dair həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır.
68. N əzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
69. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın həlli barədə çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl o lunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
70. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X23 X8 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olur.
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübut un, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
72. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
73. Təkrar apelyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtər əfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
74. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-165/2024 nömrəli, 14 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir