Məhkəmə qərarları › İş №2(102)-894/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-894/2020

10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-894/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(106)996/2019 nömrəli qətnaməsindən Cavabdeh3 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 40R000000340 saylı kredit razılaşması üzrə 4532,22 ABŞ dolları məbləğində əsas kredit borcu, 1.564,14 ABŞ dolları məbləğində faiz borcu və 2721,21 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 8817,57 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(050)2248/2018 saylı qətnaməsi ilə (hakim N.Musayev) iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 40R000000340 saylı kredit razılaşması üzrə 4532,22 ABŞ dolları məbləğində əsas kredit borcu, 1564,14 ABŞ dolları məbləğində faiz borcu və 272, 21 ASBŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 6368, 57 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumunun tutularaq Access Bank QSC-nə ödənilməsi, qət namə icra olunduğu günə manat məzənnəsi ilə hesablanması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(106)996/2019 nömrəli qətnaməsi ilə (hakimlər X1, X5 və X2) Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 2(050)2248/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi 40R000000340 kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 Əhmadağa oğlundan müştərək qaydada 1564,14 ABŞ dolları məbləğində faiz borcunun və 272,21 ABŞ dolları məbləğində cərimənin tutulmasına dair hissəsində ləğv edilmiş, iddia tələbi, həmin hissədə Cavabdeh3 münasibətdə təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 2(050)2248/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabde h3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(106)996/2019 nömrəli qətnaməsindən Cavabdeh3 kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh3 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(106)-996/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o, əsas borcluya ilk dəfə kredit götürərkən zamin durmuş, sonrakı kredit razılaşmalarını isə o imza etməmişdir. Müddət ötürüldüyünə görə zaminlik müqaviləsinə xitam verilməli idi. Məhkəmə işin hallarını ətraflı araşdırmamışdır. PRO SESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxxxx 2019-cu il tarixli qətnamə ilə Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətini qismən təmin edib, iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)2248/2018 saylı, xx xxxx xxx 2018-ci il tarixli qətnaməsini 40R000000340 kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 Əhmadağa oğlundan müştərək qaydada 1564,14 ABŞ dolları məbləğində faiz borcunun və 272,21 ABŞ dolları məbləğində cərimənin tutulmasına dair hissəsində ləğv edib, iddia tələbini həmin hissədə Cavabdeh3 münasibətdə təmin etməyib, Masallı Rayon Məhkəməsinin 2(050)2248/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsini Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı x x.xx.2011-ci il tarixli 08L000004432 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 200.000 (iki yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Access Bank QSC ilə bağladığı xx xxxxxx 2014cü il tarixli 40R000000340 saylı Kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasıüçün bank qarşısında Cavabdeh1 birgə məsuliy yət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Göründüyü kimi, Cavabdeh1 götürdüyü kredit borcundan 40R000000340 kredit razılaşması üzrə 4532, 22 ABŞ dolları əsas, 1564.14 ABŞ dolları məbləğində faiz borcu və 2721.21 ABŞ dolları məbləğində borcu qalmışdır. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi mübahisələndirilən hissədə iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hə rəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinəəsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.1-ci maddəsinəəsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləş dirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməkləödəyə bilər. 739.1-ci madəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4- cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmişümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işdən müəyyən olunduğu kimi, Cavabdeh1 İddiaçı QSC-e ilə bağladığı xx.xx.2011-ci il tarixli 08L000 004432 saylı kredit xətti müqaviləsinəəsasən 120 ay müddətinə 200000 (iki yüz min) ABŞ dolları məbləğində kredit xətti üzrə xx xxxxxx 2014-cü il tarixli 40R000000340 saylı Kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kreditə görə əsas kredit borcunun təminatına öhdəlik götürmüşdür. Belə olan halda, zamin Cavabdeh3 iş üzrə Cavabdeh1 İddiaçı QSC-dən götürdüyü kreditin əsas borcuna görə öhdəlik daşıdığından həmin hissədə apellyasiya instanisyası məhkəməsi haqqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın kassatora aid təmin edilmiş hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, zamin borclunun əsas borc üzrə öhdəliklərinə zamin durduğundan iddianın bu hissədə rədd edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci mad dələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(106)-996/2019 nömrəli qətnaməsi iddianın kassatora aid təmin edilmiş hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar