Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-894/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: borc tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8094/2021 nömrəli iş üzrə 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: 28 oktyabr 2013-cü il tarixdə "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh avtomobilin alınması üçün 60 ay müddətinə illik istifadə dərəcəsi 18 faiz olmaqla 28.616 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh öhdəliklərinin təminatı kimi ona məxsus olan “Hyundai Santa FE” markalı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmiş və bununla əlaqədar onlar arasında ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər 22 yanvar 2018-ci il tarixli təhvil-tə slim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin yanvar ayında İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi səbəbindən banka cəmi 29.483.88 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-66/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim: S.X.Bəhrəmzadə) iddia qismən təmin edilərək Cavabdeh iddiaçının xeyrinə cəmi 29.483,88 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulma sı, tutmanın ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 33.000 manat məbləğində müəyyən olunmuş avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına cavabdehin QSC-yə olan borcunun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı apellyasiya şikayəti verərək ipoteka qoyulmuş avtomobilin ilkin satış qiymətinin ona baxış keçirilmədən müəyyən olunmasını əsas göstərməklə qətnamənin həmin hissədə ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8094/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazo v və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-66/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı QSC BOKT kassasiya şikayəti verərək ipoteka predmeti olan avtomobilin dəyərinin müəyyən olunarkən onun uzun müddət istifadədə olmasının nəzərə alınmadan yüksək qiymətləndirilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraa tı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdi yi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində q ətnamənin qanuniliyi avtomobilin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə mübahisələndirildiyindən, kollegiya qətnamənin qanuniliyini həmin hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşdən görünür ki, mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən ipoteka predmeti olan avtomobilin likvid qiymətinin müəyyən olunması məhkəmənin 18 sentyabr 2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC-yə həvalə olunmuşdur. Həmin MMC-nin mütəxəssisi tərəfindən verilmiş 10 noyabr 2020-ci il tarixli qiymətləndirmə rəyinə görə avtomobilin həmin tarixə olan ilkin satış (likvid) qiyməti 33.000 manat təşkil edir. İddiaçı həmin rəylə razılaşmasa da, avtomobilin dəyərinin müəyyən olunmuş həmin qiymətdən aşağı olması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İşə baxan məhkəmə instansiyaları göstərilən mütəxəssis rəyini “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun hesab edərkən onunla razılaşmış və avtomobilin likvid qiymətini mütəxəssis rəyinə əsaslanaraq müəyyən etmişlər. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə işdə olan sübutlara və qanunun tələblərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı QSC BOKT tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8094/2021 nömrəli iş üzrə 20 sentyab r 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-894/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-894/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver