Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-895/2025 07.02.2025 ALİ MƏHKƏMƏ QƏRARDAD Şikayətin icraata qəbulundan imtina barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyanın hakimi Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati kollegiyanın hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq məhkəmə tərkibində, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-2/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh2 şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Bankın mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 114.70 kv.metr olan fərdi yaşayış evindən istifadə etdiyi üçün 2750 manat məbləğində dəymiş ziyan, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Bankın mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evindən istifadə etdiyi üçün 2750 manat məbləğində dəymiş ziyan və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Bankın mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.10 kv.metr olan qeyri-yaşayış obyektindən istifadə etdiyi üçün 18.425 manat məbləğində dəymiş ziyanın və 161.78 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İdd iaçı "xxxx" ASC Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Bankın mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etdiyi üçün 1375 manat məbləğində dəymiş ziyanın və 33.75 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-2/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 qərardaddan şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-2/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. (hakim İlqar Hüseynov) Məhkəmə tərkibi hesab edir ki, şi kayət geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 403-1.3-cü maddəsinə görə məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə görə isə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Prosessual qanunvericiliyin qeyd edilən maddələrindən də görünür ki, məhkəmə aidiyyətindən verilən şikayətlər kassasiya şikayətlərinə bərabər tutulur, kassasiya şikayətinə münasibətdə irəli sürülən tələblər bir qayda olaraq məhkəmə aidiyyətindən olan şikayətlərə də şamil edilir və üstəlik, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətin v əkil tərəfindən tərtib edilib imzalanmalı olması qanunvercilikdə birbaşa göstərilib. Hazırki şikayət isə vəkil tərəfindən tərtib edilməmişdir. Vəkil tərəfindən tərtib edilmədiyi üçün nəticə etibarilə vəkilin orderi də şikayətə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 403-1.4-cü maddəsinə görə şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə işin məhkəmə aidiyyəti üzrə göndərilməs i və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırkı işdə şikayətin vəkil tərəfindən verilməli olması, vəkilin orderinin şikayətə əlavə edilməli olması barədə tələblərə əməl edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi şikayəti Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan kassasiya instansiyasına göndərməklə həmin Məcəllənin 408.2ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən şikayət Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən tələblərinə uyğun olmadığı üçün şikayətin icraata qəbulundan imtina edilməli, şikayət Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün birinci instansiyas ı məhkəməsinə qaytarılmalıdır. Şərh edilənləri Mülki Prosessual Məcəllənin 403-1.3 və 403-1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdeh Əsgərov X1 Rayon Məhkəməsinin 2(037)-2/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından verdiyi şikayət icraata qəbul edilməsin və şikayət Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün İsmayıllı Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-895/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-895/2025
07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver