Məhkəmə qərarları › İş №2(102)-896/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-896/2020

24.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-896/2020 24.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X3 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh vəkili X qızının iştirakı ilə, Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin (hakim İ.Ə.Abuşov) X saylı, 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Saatlı rayonu Soltanabad kəndində qeydiy yatda olan, 29 iyun 1975-ci il təvəllüdlü Cavabdeh vurulmuş zərərə görə 2495 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 2525 (iki min beş yüz iyirmi beş) manat pulun alınaraq X qeydiyyatda olan, 01 iyul 1965-ci il təvəllüdlü X1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi MK-nın (hakim İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), M.K.Həsənov və Z.A.Zeynalov) x nömrəli, 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsi, Saatlı Rayon Мəhkəməsinin 11 aprel 2019-cu il tarixli, X saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı X2 Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 29 dekabr 2018-ci il tarixdə, saat 23:00-da idarə etdiyi “Mersedes Benz ML320” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomaşını X1 məxsus (İddiaçı idarə etdiyi) “Renault Megane” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomaşına vuraraq yol- nəqliyyat hadisəsi törətmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 2495 manat maddi ziyanın, 100 manat nəqliyyat xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, işin yenidən baxılması üçün apellyasiya ins tansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iddiaçı X2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmas ına baxmayaraq Cavabdeh iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin faktiki hallarından görünür ki, Cavabdeh 29 dekabr 2018-ci il tarixdə, saat 23:00-da idarə etdiyi “Mersedes Benz ML320” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomaşını X1 məxsus və İddiaçı idarə etdiyi “Renault Megane” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomaşına vuraraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə sonuncu avtomobilə ziyan dəymişdir. Baş vermiş YNH ilə əlaqədar 29 dekabr 2018-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Cavabdeh inzibati xəta törətdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Belə ki, 29 dekabr 2018-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilir ki, Cavabdeh 29 dekabr 2018-ci il tarixdə, saat 23:00-da idarə etdiyi “Mersedes Benz ML320” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol nəqliyyat hadisəsi törətmiş, həmin yol nəqliyyat hadisəsi nəticəsində X1 məxsus o lan “Renault Megane” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tamponu (bamperi), qabaq fənərləri (faraları), paneli, qabaq örtüyü, qabaq nömrə nişanı zədələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin v urduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı vurulmuş ziyanın miqdarı ilə bağlı nöqsan aktını təqdim etmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 08 yanvar 2019-cu il tarixli qüsur aktına görə, “Renault Megane” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomaşının zədələnmiş qabaq tamponu (bamperi), qabaq fənərləri (faraları), paneli, qabaq örtüyü, qabaq nömrə nişanının bərpası ilə əlaqədar iş (usta) haqqı 380 manat, ehtiyat hissələrinin qiyməti 215 manat, cəmi təmir xərci 2495 manat təşkil etmişdir. Cavabdeh tərəfdən hər hansı sübut təqdim edilməmişdir. Birinci və apellyasiya instansiya məhkəməsi nöqsan aktını sübut olaraq qəbul etmiş, tələb edilən ziyanın ödənilməsini təmin etmişdir. Cavabdeh tərəf ümumi şəkildə etiraz etsə də etirazını konkret olaraq əsaslandırmamışdır. Cavabdeh yol nəqliyyat hadisəsinin törənməsində özünün təqsiri olmadığını bildirmişdir. Lakin iş üzrə inzibati xəta haqqında qərarla Cavabdeh təqsiri müəyyən edilmişdir. Cavabdeh həmin qərarı mübahisələndirməmişdir. Bundan başqa, cavabdeh tərəf nöqsan aktında iş haqqının 380 manat müəyyən edildiyini bildirmişdir. Lakin nöqsan aktın da usta haqqından əlavə ehtiyat hissələrinin dəyəri də göstərilmişdir. Ehtiyat hissələri və usta haqqı olmaqla, cəmi təmir xərci 2495 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü m addəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsa slı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxla nılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar