Məhkəmə qərarları › İş №2(102)-897/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-897/2019

28.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-897/2019 28.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-897/2019 şəhəri 28 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X4, X1 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı İKB ASC-nin vəkili Bədirli Rüfət Mirrafiq oğlu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.07.2018-ci il tarixli, 2(103)7815/2018 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim T.S.Kərimov) 06.04.2018-ci il tarixli, 2(001)-1600/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsinin” ləğv edilməsini, əsas kredit borcunun ödənilməsi məqsədi ilə 24.818,02 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 14.404,29 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 1 ABŞ dolları (qətnamənin icra ediləcəyi gün təyin ediləcək rəsmi məzənnəyə uyğun olaraq Az ərbaycan manatı ilə), məhkəmə xərclərinin əvəzi olaraq 61 manat məbləğində pulun Cavabdeh1 Bankın xeyrinə tutulmasını, tutmanın ipotekanın predmeti olan mənzilə yönəldilməsini, mənzilin 66.000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılmasını, satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsini, borcun ödənilməsindən sonra qalan məbləğin Cavabdeh1 qaytarılmasını, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsini, mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsələr, mənzildən çıxarılmalarını, mənzilin boşaldılmasını, iş üzrə keçirilmiş ekspert tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun Cavabdeh1 dövlət nəfinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.A.Məmmədov, E.E.Nağıyeva və V.Ə.Baxışova) 27.07.2018-ci il tarixli, 2(103)-7815/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və onun vəkili X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.07.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı İKB ASC-nin kredit müqaviləsi üzrə hesablanan faiz borclarını qəsdən artıq məbləğdə hesablamasını, qrafik üzrə ödədiyi məbləğləri əsas kredit m əbləğindən çıxmayaraq gecikdirilmiş ödəmə kimi qeydə alıb əlavə faiz hesablamasını, qrafiki düzgün tərtib etməyərək ödənilən pulları əsas hissəsinə faiz hesabına silinməsi kimi hallara hüquqi qiymət verməmişdir. Təqdim edilmiş kassa mədaxil orderləri əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək hesablanmış borc və faiz məbləğlərinin dəqiqləşdirilməsi barədə vəsatətlər təmin olunmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən, işə onların izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı İKB ASC-nin vəkili Bədirli Rüfət Mirrafiq oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdi rilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 27.07.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bank ilə Cavabdeh1 ar asında 22.12.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi”nə əsasən, Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 26% dərəcəsi ilə, 60 ay müddətinə 28.000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 da öz növbəsində krediti qəbul etmək və faizi ilə birlikdə Banka qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. 22.12.2014-cü il tarixli “Əlavə kredit müqaviləsinin” ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, Cavabdeh1 Bankdan götürdüyü kredit məbləğini 60 ay ərzində (22.12.2019-cu il tarixə kimi) cədvəldə göstərilən məbləğlərdə hissə-hissə ödəməli idi. Bank tərəfindən təqdim edilmiş 06.03.2018-ci il tarixli “Maliyyə arayışı”na əsasən, Cavabdeh1 faiz borcu olaraq Banka 14.404,29 ABŞ dolları məbləğində borcu vardır. Göründüyü kimi, Cavabdeh1 iddiaçı Bank qarşısında “Kredit müqaviləsi” üzrə icra edilməmiş öhdəlikləri mövcuddur və bu öhdəliklər Bank tərəfindən ona dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq icra edilməmişdir. “Kredit müqaviləsinə” əsasən Bank qarşısında götürülmüş öhdəliyin lazımınca icra edilməməsi nəticəsində həmin müqavilə üzrə kreditdən istifadəyə görə hesablanmış faiz borcu 14.404,29 ABŞ dolları təşkil edir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Cavabdeh1 Bank qarşısında faiz borcu ilə bağlı üzərinə götürdüyü öhdəlik vaxtında və lazımi qaydada icra edilməmişdir və o, bu öhdəliyin icra edilməməsinə görə mülki məsuliyyət daşıyır. Çünki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi d edikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki iş üzrə cavabdeh olan borcalan Cavabdeh1 üzərinə düşür. Lakin o, öhdəliyi vaxtında və lazımi qaydada icra edildiyini mübahisələndirməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin borcun düzgün müəyyən edilməməsi ilə bağlı dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq borcun müəyyən edilməsi xüsusi bilik tələb etmədiyindən məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 27.07.2018-ci il tarixli, 2(103)-7815/2018 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar