Məhkəmə qərarları › İş №2(102)-897/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-897/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-897/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə qarşı ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddialar barədə iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia-əsassız əldə edilmiş pul vəsaitinin və əldən çıxmış faydanın qaytarılması, qarşılıqlı iddia-əsas borcun və əsas borca hesablanmış dəbbə pulunun tutulması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun səd rliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7385/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X6 ilə Cavabdeh MMC arasında alqı-satqı barədə 07 aprel 2008-ci il, AZ-100/1721 saylı müqavilədən görünür ki, müqavilənin predmeti Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa ediləcək “Ər-Riyad” Ticarət Mərkəzində 33/2 saylı, 9-cu xəttdə 18-ci binanın 2-ci mərtəbəsində yerləşən 27 kv.m sahəsi olan ticarət sahəsi olmuşdur. X4 Cavabd eh MMC-yə ödədiyi kassa mədaxil orderlərindən görünür ki, 07 aprel 2008-ci il tarixdə 13500 ABŞ dolları, 06 iyun 2008-ci il tarixdə 3090 ABŞ dolları, 10 iyul 2008-ci il tarixdə 1420 ABŞ dolları, 20 sentyabr 2008-ci il tarixdə 1420 ABŞ dolları, 28 oktyabr 2008-ci il tarixdə 1420 ABŞ dolları ödəmişdir. "xxxx" MMC ilə X6 arasında bağlanmış 17 noyabr 2008-ci il tarixli AZ-100/675 saylı podrat müqaviləsindən görünür ki, "xxxx" MMC öhdəsinə götürmüşdür ki, X4 mülkiyyətinə veriləcək ticarət sahəsini 3402 manata təmir edəcəkdir. 17 noyabr 2008-ci il tarixli, AZE 1268 saylı kassa mədaxil orderindən görünür ki, 3402 manat həmin MMC-yə ödənilmişdir. X11 ilə Cavabdeh MMC arasında 07 aprel 2008-ci il tarixli ticarət sahəsinin alqısatqısı barədə AZ-100/1720 saylı müqaviləsindən görünür ki, müqavilənin p redmeti “ƏRRİYAD” Ticarət Mərkəzində 9-cu xəttdə, 18-ci binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 27 kv.m olan 33/1 nömrəli mağazadır. 2 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZİ 633672 saylı «Ölüm haqqında Şəhadətnamə»sindən görünür ki, X6 18 iyul 2013-cü ildə vəfat etmişdir. 13 mart 2014-cü il tarixdə Bakı şəhəri 2 saylı “Asan Xidmət” Mərkəzinin notariusu H.H.Məmmədov tərəfindən İddiaçı adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 ölümündən sonra Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindəki 8 saylı evin 24 saylı mənzili miras əmlak kimi qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İlk iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı əsassız əldə edilmiş pul vəsaitinin və ə ldən çıxmış faydanın qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh MMC-dən mərhum X2 tərəfindən ticarət obyektinin alqı-satqısı üçün ödənilmiş 40280 ABŞ dolları və həmin obyektin təmiri üçün ödənilmiş 6804 manat pulun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə, habelə həmin məbləğlərin cavabdehə ödənildiyi tarixdən başlayaraq ödənildiyi günə kimi bank uçot dərəcəsi nəzərə alınmaqla və iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və sənədlərin surətlərinin çıxarılması ilə bağlı ödənilmiş 20 manat məbləğində notariat haqqının xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum X2 ilə Cavabdeh MMC arasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa ediləcək “Ər-Riyad” Ticarət Mərkəzində 33/2 saylı, 9-cu xəttdə 18-ci binanın 2-ci mərtəbəsində yerləşən 27 kv.m sahəsi olan ticarət sahəsinin alqı-satqısı barədə 07 aprel 2008-ci il, AZ-100/1721 saylı müqavilə bağlanmışdır. Həmin ticarət sahəsinin hər kvadrat metri üçün 2350,00 ABŞ dolları, cəmi 63450 ABŞ dolları məbləğində satış haqqı müəyyən olunmuşdur. Bu müqavilənin 3-cü bəndində tərəflərin öhdəlikləri kimi müəyyən olunmuşdur ki, müqaviləyə 1 saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq Ticarət Mərkəzi inşa edilib istifadəyə verilməli, alıcı olan anası mağazanın tam dəyərini ödədikdən və Ticarət Mərkəzinin inşası başa çatdıqdan sonra ticarət sahəsinin açarları və mülkiyyət hüququ barədə sənəd ona təhvil verilməlidir. Alıcının ödəniş qrafikinə uyğun olaraq anası satıcı MMC- yə 07 aprel 2008-ci il tarixdə 13500 ABŞ dolları, 06 iyun 2008-ci il tarixdə 3090 ABŞ dolları, 10 iyul 2008-ci il tarixdə 1420 ABŞ dolları, 20 sentyabr 2008-ci il tarixdə 1420 ABŞ dolları, 28 oktyabr 2008ci il tarixdə 1420 ABŞ dolları pul ödəmişdir. Həmin ödənişlər Cavabdeh MMC-nin ona verdiyi kassa mədaxil orderləri ilə təsdiq olunur. Bundan əlavə, 17 noyabr 2008-ci il tarixdə "xxxx" MMC ilə X2 arasında Cavabdeh MMC-dən satın aldığı ticarət sahəsinin təmiri barədə AZ-100/675 saylı podrat müqaviləsi bağlanılmışdır. Həmin müqavilə ilə "xxxx" MMC öhdəsinə götürmüşdür ki, anasının mülkiyyətinə veriləcək ticarət sahəsini 3402 manata təmir edəcəkdir. 17 noyabr 2008-ci il tarixli, AZE 1268 saylı kassa mədaxil orderi ilə həmin məbləğ "xxxx" MMC-yə ödənilmişdir. Bununla bərabər bacısı X11 ilə Cava bdeh MMC arasında da 07 aprel 2008-ci il tarixli ticarət sahəsinin alqı-satqısı barədə AZ100/1720 saylı müqavilə bağlanılmışdır. O, 05 iyul 2010-cu ilə kimi həmin alqı-satqı üzrə 19430 ABŞ dolları ödəmişdir. Onunla "xxxx" MMC arasında da alacağı ticarət sahəsinin təmiri barədə podrat müqaviləsi bağlanılmışdır. Bu müqavilə üzrə o, "xxxx" MMC-yə 3402 manat ödəmişdir. 05 iyul 2010-cu ildə bacısı X11 ərizə ilə Cavabdeh MMC-yə müraciət edib ticarət sahəsindən imtina etdiyini bildirərək, ticarət sahəsinin alqı-satqısı və təmiri üçün ödədiyi 19430 ABŞ dolları və 3402 manat pulu X1 hesabına köçürülməsini xahiş etmişdir. Həmin ödənişlər 30 iyul 2010-cu il tarixdə X1 hesabına köçürülmüşdür. Hər iki ticarət sahəsi Cavabdeh MMC-nin mülkiyyətində qaldığı üçün Cavabdeh MMC onların təmiri üçün ödənilmiş pul məbləğlərini də əsassız mənimsəmişdir. X2 18 iyul 2013-cü ildə vəfat etmişdir. Onun ölüm faktı 24 iyul 2013-cü il tarixdə 2 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 633672 saylı ölüm haqqında Şəhadətnamə ilə təsdiq olunur. 13 mart 2014-cü il tarixdə Bakı şəhəri 2 saylı “Asan Xidmət” Mərkəzinin notariusu H.H.Məmmədov tərəfindən ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları birinci növbə vərəsə sayılırlar. İddiaçı X1 iki vərəsəsi qalmışdır. Onlar İddiaçı və bacısı X8r. Hər ikisi qanunla müəyyən olunmuş qaydada anasının mirasını qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə görə mirasa (mir as əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. X1 ölümündən sonra bacısı X7 ərizəsi ilə ondan miras qalmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindəki 8 saylı evin 24 saylı mənzili miras əmlak kimi İddiaçı mülkiyyətinə verilmiş və ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. X1 mirasını qəbul edən zaman onun Cavabdeh MMC ilə ticarət sahəsinin alqı-satqısı barədə məlumatları olmamışdır. Bu yaxınlarda anasının vaxtı ilə yaşadığı evdə təmir işləri apardıqda bu barədə sənədlər aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mira sın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. O, qanun üzrə birinci növbəli vərəsə kimi anasından miras qalmış mənzili mülkiyyətinə keçirdiyinə görə onun bütün əmlakını, habelə ondan miras qalmış öhdəliklər üzrə hüquq və vəzifələri də qəbul etmişdir. Cavabdeh MMC ilə bağlanmış alqı-satqı müqaviləsi anasının ölməsi səbəbindən baş tutmadığından, onun ödədiyi pul məbləği cavabdehdə qala bilməz, həmin məbləğ vərəsəlik qaydasında ona çatmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən Cavabdeh MMC alqı-satqı və podrat müqavilələrinə əsasən mərhum X2ndan əldə etdiyi pul məbləğl ərinə münasibətdə əsassız varlanmış şəxsdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o, şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş olsun. X1 cavabdehə ödədiyi pul məbləğinin onda qalmasının heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə görə isə əsassız əldə etmə götürülən faydaya da aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hesab edir ki, ticarət sahəsinin alqı-satqısı və təmiri ilə bağlı cavabdehə ödənilən məbləğlər ödənilən tarixdən başlayaraq ona qaytarılan günə kimi bank uçot dərəcəsinə müvafiq olaraq hesablanmalı və ona ödənilməlidir. İlk iddia üzrə Cavabdeh MMC ilk İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, İddiaçı ilkin iddiasının rədd olunması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 23170 ABŞ dolları məbləğində əsas borcun və 84570,5 manat məb ləğində dəbbə pulunun alınaraq Cavabdeh MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh MMC qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 23 yanvar 2008-ci il tarixli, 066 saylı Sərəncamına əsasən Cavabdeh MMC-nin müraciəti, memarlıq və tikinti şöbəsinin 428A saylı, 26 sentyabr 2007-ci il tarixli rəyi nəzərə alınıb, qüvvədə olan mövcud hüquqi normativ aktlara və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq Cavabdeh MMC-yə Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, JN-0037 KOD30801006 və JN-0119 KOD 30801006 saylı Dövlət aktları ilə Xırdalan şəhəri ərazisində 12.83 ha torpaq sahəsində ticarət və iaşə kompleksinin tikintisinə icazə verilmişdir. Qəbul komissiyasının qərarın a əsasən Xırdalan şəhərində Cavabdeh MMC tərəfindən ticarət və iaşə kompleksinin tikintisi başa çatmışdır. İddiaçı X2 ilə Cavabdeh MMC arasında 7 aprel 2008-ci il tarixdə AZ-100/1721 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin şərtlərinə görə Cavabdeh MMC cavabdeh X5 “ƏR-RİYAD” Ticarət Mərkəzində 9-cu xəttdə, 18-ci binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 27 kv.m olan 33/2 nömrəli mağazanı 1 kv.m üçün 2350 ABŞ dolları olmaqla, cəmi 63450 ABŞ dolları məbləğinə satmışdır. Lakin, həmin müqavilə üzrə öhdəlik X6 tərəfindən layiqincə tam icra edilməmişdir. Cavabdeh MMC ilə X4 övladı cavabdeh İddiaçı bacısı X11 arasında da 07.04.2008-ci il tarixdə AZ-100/1720 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən X9 “ƏR-RİYAD” Ticarət Mərkəzində 9-cu xəttdə, 18-ci binanın 2-ci mərtəbə sində yerləşən ümumi sahəsi 27 kv.m olan 33/1 nömrəli mağazanın 1 kv.m üçün 2350 ABŞ dolları olmaqla, cəmi 63450 ABŞ dolları məbləğinə satılmışdır. Lakin, alıcı X7 müraciəti əsasında sözügedən mağaza geri qaytarılmış və X7 onlarla bağladığı müqavilə üzrə ödədiyi 19430 ABŞ dolları və təmir üçün ödədiyi 3402 manat məbləği X2 ilə bağlanmış 07.04.2008-ci ildə AZ-100/1721 saylı müqavilə üzrə ödənişin üzərinə köçürülmüşdür. Bununla da, X6 ilə bağlanmış müqavilə üzrə ödənilməli olan 63450 ABŞ dolları məbləğindən 40280 ABŞ dolları məbləği ödənilmiş, qalıq borc 23170 ABŞ dolları təşkil etmişdir. Cavabdeh X4 iddiaçı Cavabdeh MMC-yə ödənilməmiş borcu 23170 ABŞ dolları təşkil edir. Lakin, X6 vəfat etdiyindən bu günədək borc ödənilməmişdir. Qanunvericiliyə əsasən vərəsənin və yaxud da qanuni nümayənd əsinin təyin edilməsi tələbi olmadığından bu günədək X4 vərəsəsinin təyin edilməsi gözlənilmiş və qalıq 23170 ABŞ dolları və gecikdirilmiş günlərə görə hesablanmış peniya (cərimə) tələb olunmamışdır. Belə ki, bağlanmış müqavilələrin ayrılmaz hissəsi olan 2 saylı əlavənin 2-ci bəndinə əsasən İddiaçı (X6) ödənişin hər gecikdirilmiş günü üçün 0,1 % dəbbə pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, İddiaçı (X6) həmin müqavilə üzrə öhdəliyini layiqincə icra etməmiş və onun 84578,5 ABŞ dolları məbləğində dəbbə pulu borcu yaranmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № 2(006)-359/2021) İddiaçı Cavabdeh MMC-yə qarşı əsassız əldə edilmiş pul vəsaitinin və əldən çıxmış faydanın qaytarılması tələblərinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh MMC-dən 40280 (qırx min iki yüz səksən) ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh MMC-nin İddiaçı qarşı alqı-satqı müqaviləsi üzrə əsas borcun və əsas borca hesablanmış dəbbə pulunun tutulması barədə qarşılıqlı iddiasının rədd edilməsi, ilk iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ödənilmiş tələbin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməsi, 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatının İddiaçı, 20 (iyirmi) manatının Cavabdeh MMC-yə aid edilməsi, dövlət rüsumu ilə bağlı ödənilmiş 20 (iyirmi) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən Cavabdeh MMC-nin qarşılıqlı iddia qaldırılması ilə bağlı ödədiyi 30 (otuz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı mərhum X2 ilə Cavabdeh MMC arasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa ediləcək “Ər-Riyad” Ticarət Mərkəzinin 33/2 saylı, 9-cu xətt, 18-ci binanın 2-ci mərtəbəsində yerləşən 27 kv.m sahəsi olan ticarət sahəsinin alqı-satqısı barədə 7 aprel 2008-ci il tarixdə sadə yazılı formada alqı-satqı müqaviləsi bağlanılsa da, bu müqavilənin bağlanılma qaydalarına əməl olunmadığına görə həmin müqavilə əhəmiyyətsizdir və tərəflər üçün heç bir hüquq və vəzifə yaratmamışdır. Bu baxımdan onlar arasında müqavilə öhdəlikləri əmələ gəlməmişdir. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, X4 göstərilən ticarət obyektinin alqısatqısı üçün Cavabdeh MMC-yə ödədiyi cəmi 40280 ABŞ dolları müqabilində, qeyd edilən məbləğin sonuncuda qalaraq faydalanması və qaytarmaması ilə əsassız varlanmaya yol verilmişdir. Belə ki, həmin obyektin təmiri üçün ödənilmiş 6804 manat pulun "xxxx" MMCyə ödənildiyi halda həmin məbləğin Cavabdeh MMC-dən tələb edilməsi əsassızdır. Məhkəmə Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd edir ki, MMC-nin bu iddiasının əsasını İddiaçı anası mərhum X6 tərəfindən müqavilə öhdəliklərini yerinə yetirməməsinə əsaslanaraq müqavilə üzrə qalan 23170 ABŞ dolları məbləğinin və bu məbləğə hesablanmış 84570,5 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsi təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış əqdin qanunla müəyyən olunmuş formasına əməl olunmadığına görə həmin əqdin tərəflər üçün heç bir hüquq və vəzifə yaratmamaqla əhəmiyyətsiz olmasına dair ilk iddia tələbində bu hallara hüquqi qiymət verildiyindən Cavabdeh MMC-nin qarşılıqlı iddiası təmin edilə bilməz. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmiş halları da nəzərə almışdır. Belə ki, mübahisəli ticarət sahəsinə baxış keçirərkən həmin sahənin cavabdeh MMC tərəfindən inşa edildikdən sonra təmir edilərək cavabdeh tərəfindən başqa şəxslərin istifadəsinə verilməsi, həmin sahəni əldə edənlərin orada mebel yerləşdirməsi, habelə ümumi sahəsi 27 kv.m olan həmin ticarət sahəsinin divar arakəsmələrinin açılaraq digər ticarət sahəsinə birləşdirilməsi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov, iş № 2(103)-7385/2021) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin qismən təmin olunması, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-359/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müqavilə üzrə əsas borc 23.170,0 ABŞ dolları və əsas borca hesablanmış dəbbə pulu 1.000,0 ABŞ dolları, cəmi 24.170,0 (iyirmi dörd min bir yüz yetmiş) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatla məzənnəyə uyğun olaraq) tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin iddiasının qalan hissədə təmin olunmaması, tərəflərin ödədiyi dövlət rüsumunun onların özünə aid edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı cavabdeh MMC-nin müqavilə öhdəliyini pozmasını iddia etmir, heç bir dəlil irəli sürmür. Əksinə İddiaçı anası mərhum X6 tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, yəni müqavilə üzrə qalan 23170 ABŞ dolları məbləğin Cavabdeh MMC-yə ödənilmədiyi də işin mübahisəsiz halıdır. Kollegiya həmçinin, nəzərə alır ki, İddiaçı mərhum X2 ilə Cav abdeh MMC arasında inşa ediləcək “Ər-Riyad” Ticarət Mərkəzində yerləşən 27 kv.m sahəsi olan ticarət sahəsinin alqı-satqısı barədə 07 aprel 2008-ci il tarixli müqavilə podrat müqaviləsidir. Mülki qanunvericiliyin göstərilən normasına əsasən İddiaçı anası mərhum X6 tərəfindən müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı, yəni müqavilə üzrə qalan 23170 ABŞ dolları məbləğin (dəbbə pulunun) Cavabdeh MMC-yə ödənilməsi öhdəliyi yaranmışdır. Xüsusən qeyd edilməlidir ki, İddiaçı Cavabdeh MMC-nin müqavilə öhdəliyini pozması ilə bağlı hər hansı dəlil göstərmədən tələbini yalnız müqavilənin notarial qaydada təsdiq olunmadığından əhəmiyyətsiz əqd olması ilə əsaslandıraraq, nəticədə cavabdehin əsassız varlanmasını iddia edir. Kollegiya daha sonra Mülki Məcəllənin 752.1, 753.1 və 1151.1-ci maddələ rinin tələblərindən (Mülki Məcəllənin 752.1.-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 753.1.-ci maddəsinə əsasən isə Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Mülki Məcəllənin 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.) çıxış edərək qeyd edir ki, İddiaçı anası mərhum X6 tərəfindən müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı, yəni müqavilə üzrə qalan 23170 ABŞ dolları məbləğin Cavabdeh MMC-yə ödənilməsi öhdəliyi yarandığından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı qarşı müqavilə üzrə 23170 ABŞ dolları məbləğində əsas borcun tutulması tələbinə dair iddia təmin olunmalıdır. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı mərhum X2 ilə Cavabdeh MMC arasında bağlanmış 07 aprel 2008-ci il tarixli müqavilələrin ayrılmaz hissəsi olan 2 saylı əlavənin 2ci bəndinə əsasən İddiaçı (X6) ödənişin hər gecikdirilmiş günü üçün 0,1% dəbbə pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, İddiaçı (X6) həmin müqavilə üzrə öhdəliyini layiqincə icra etməmiş və onun 84578,5 ABŞ dolları məbləğində dəbbə pulu borcu yaranmışdır. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müqavilə üzrə əsas borc 23.170,0 ABŞ dolları və əsas borca hesablanmış dəbbə pulu 1.000,0 ABŞ dolları, cəmi 24.170,0 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatla məzənnəyə uyğun olaraq) tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7385/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri ilk iddia tələbinin dəlil ləri ilə eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddiaçı kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1.-cü maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə t əkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dair əsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1.-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1.-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayara q yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7385/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar