Məhkəmə qərarları › İş №2(102)-897/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-897/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-897/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlunun məruzəsi ilə, Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə faiz borcunun tutulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7705/2023 nömrəli, 22 dekabr 202 3-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 fevral 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4955F nömrəli kredit müqaviləsinə əsasən əsas borca illik 5 faizlə hesablanmış 101288,60 manat faiz borcunun, eləcə də iş üzrə ödənilmiş 391,29 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, X1 xüsusi mülkiyyət hüququ əsasında məxsus, ünvan 1 ünvanında mülkiyyətində olan 0,02455 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin qeyd olunmuş faiz borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)1777/2023 saylı qətnaməsi ilə (hakim Şeyda Məhərrəmova) iddianın qismən təmin edilməsi, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 70922,40 manat faiz borcunun və 195,60 manat dövlət rüsumunun əvəzinin Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, həmin tutmanın Cavabdeh1 məxsus ünvan 2 ünvanında olan 0,02455 ha tor paq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(103)7705/2023 saylı qərardadı ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22.9.2023-cü il tarixli qətnaməsi 25.9.2023-cü il tarixdə poçt vasitəsi ilə Cavabdeh2 göndərilmiş və poçt qəbzinə əsasən onun tərəfind ən 3.10.2023-cü il tarixdə qəbul edilmişdir. Bununla belə, mülki prosessual qanunvericiliyin tələbləri baxımından bu tərəfə münasibətdə qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axını xx.xx.2023cü il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə bitmişdir. Buna baxmayaraq, qeyd edilən qətnamədən apellyasiya şikayəti onun nümayəndəsi və vəkili Vəkil tərəfindən yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Halbuki, qətnamənin onun nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəmə qəbzinə imza etməklə xx.xx.2023-cü il tarixdə əldə edilməsi müddətin axının həmin tarixdən başlanmasına əsas vermir. Qeyd edildiyi kimi, xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətinin verilməsi üçün müddət artıq keçmişdir. Buna baxmayaraq buraxılmış müddətin bərpası barədə hər hansı ərizə verilmədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edilmişdir. Bu da öz növbəsində yuxarıda göstərilən əsasla apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsini şərtləndirir.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 135.1, 135.2, 360, 363.1.3, 366.1 və 366.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

7. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadın ləğv edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində məhkəmə qətnaməsini almış və müddəti ötürmədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1777/2023 nömrəli 22.9.2023-cü il tarixli qətnaməsindən 4.12.2023-cü il tarixində apellyasiya şikayəti vermişdir. Göründüyü kimi müddəti ötürməmiş, qətnaməni aldığı gündən 1(bir) aydan gec olmayaraq apellyasiya şikayəti vermişdir.

9. Cavabdeh hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarını düzgün tətbiq etməmiş nəticədə bu qanunsuz qərardadın çıxarılması ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

11. Maddə 134.1 və 134.1.5. Məhkəmə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir.

12. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci ma ddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

13. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir.

14. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 15.

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

16. Maddə 363.1-363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

17. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

18. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

19. Maddçə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq edilməməsi qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından cavabdeh kassasi ya şikayəti verərək tam ləğv olunmasını xahiş etdiyindən, qərardad tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməli və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

23. Belə ki, apellyasiyanı qeyri-mümkün hesab edən apellyasiya məhkəməsinin gəldiyi nəticəyə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22.9.2023-cü il tarixli qətnaməsi poçt vasitəsi ilə Cavabdeh2 göndərilmiş və poçt qəbzinə əsasən onun tərəfindən xx.xx.2023-cü il t arixdə qəbul edilmişdir. Onun nümayəndəsi tərəfindən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə, qanunla müəyyən edilmiş bir aylıq müddət ötürülməklə verilmişdir.

24. İş materiallarından görünür ki, (i.v.241) birinci instansiya məhkəməsinin qətnaməsinin surəti Cavabdeh2 yaşadığı ünvana poçtla çatdırılması barədə qəbzdə çatdırılma tarixi (xx.xx.2023) və cavabdehin soyadı qeyd edilsə də, poçt göndərini alan şəxsin imzası yoxdur. Cavabdeh də həmin tarixdə qətnamənin surətinin ona təqdim olunmasını inkar etmiş, qətnamənin surətinin nümayəndəsi tərəfindən 30 noyabr 2023-cü il tarixdə alındığını və 4 dekabr 2023-cü il tarixdə apellyasiya şikayəti verdiyini göstərmişdir.

25. Halbuki prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə sənədi məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verildikdə rəsmi qaydada verilmiş hesab edilir.

26. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin apellyasiyanın qeyrimümkünlüyü barədə 22 dekabr 2023-cü il tarixli qərardadı prosessual normaların pozulması ilə çıxarılmışdır və əsassız olmuşdur. Ona görə də qərardad ləğv edilməli iş apellyasiyanın mümkünlüyü məsələsi müzakirə edilməsindən ötrü apellyasiya instansiyası məhkəməsi göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edils in. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7705/2023 nömrəli iş üzrə 22 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar