Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-898/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-898/2019 18 fevral 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Şadiyev Ənvər oğlundan ibarət tərkibdə, Xnun katibliyi, İddiaçı QSC “xxxx” KB-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC “Bank Standart” KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9, X2, Cavabdeh11, Cavabdeh7, Cavabdeh12 qarşı “kredit müqavilələri üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka pr edmetinə yönəldilməsi” tələbinədair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Əmrəliyev Ənvər Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Zaur Əliyev) 2(009)-149/2016 saylı, 27 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı QSC “xxxx” KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X7, Cavabdeh7, Cavabdeh12 qarşı “kredit müqavilələri üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının qismən edilməsi: Cavabdeh1 və Cavabdeh12 müştərək qaydada QSC “Bank Standart” KB-nin xeyr inə 21 iyul 2010-cu il tarixli, 100/00/3140/10 saylı kredit müqaviləsi üzrə 58.373,18 (əlli səkkiz min üç yüz yetmiş üçü manat, on səkkiz qəpik) manat əsas, 12.870,49 (on iki min səkkiz yüz yetmiş manat, qırx doqquz qəpik) manat faiz və 5.000 (beş min) manat cərimə olmaqla, cəmi 76.243,67 (yetmiş altı min iki yüz qırx üç manat, altmış yeddi qəpik) manat; Cavabdeh1 QSC “Bank Standart” KB-nin xeyrinə 24 dekabr 2013-cü il tarixli, 100/00/53572/13 saylı kredit müqaviləsi üzrə 85.000 (səksən beş min) manat əsas, 26.248,72 (iyirmi altı min iki yüz qırx səkkiz manat, yetmiş iki qəpik) manat faiz və 1.500 (bir min beş yüz) manat cərimə borcu olmaqla, cəmi 112.748,72 (yüz on iki min yeddi yüz qırx səkkiz manat, yetmiş iki qəpik) manat; Cavabdeh1 və Cavabdeh7-dən müştərək qaydada QSC “Bank Standart” KB-nin xeyrinə 28 avqust 2012-ci il tarixli, 106/00/13/12 saylı kredit müqaviləsi üzrə 27.793,82 (iyirmi yeddi min yeddi yüz doxsan üç manat, səksən iki qəpik) manat əsas, 1.970,87 (bir min doqquz yüz yetmiş manat, səksən yeddi qəpik) manat faiz və 1.100 (bir min yüz) manat cərimə borcu olmaqla, cəmi 30.864,69 (otuz min səkkiz yüz altmış dörd manat, altmış doqquz) manat; Cavabdeh6 və Cavabdeh1 müştərək qaydada QSC “Bank Standart” KB-nin xeyrinə 29 noyabr 2012-ci il tarixli, 170/00/2500/12 saylı kredit müqaviləsindən 84.381,49 (səksən dörd min üç yüz səksən bir avro, qırx doqquz sent) avro əsas, 5.372,23 (beş min üç yüz yetmiş iki avro, iyirmi üç sent) avro faiz və 2.000 (iki min) avro cərimə borcu olmaqla, cəmi 91.753,72 (doxsan bir min yeddi yüz əlli üç avro, yetmiş iki sent) avro (ödə niş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul və cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X7, Cavabdeh7, Cavabdeh12 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutulması; ipoteka predmetləri: Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 83 saylı evin 3 saylı mənzilinin ilkin satış qiyməti 108.000 (yüz səkkiz min) manat və ünvan 3 10 saylı evin 39 saylı mənzilinin isə 220.000 (iki yüz iyirmi min) manat məbləğində müəyyən edilməklə, 21 iyul 2010-cu il tarixli, 100/00/3140/10 saylı kredit müqaviləsi üzrə tutma öhdəliyin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 83 saylı evin 3 saylı mən zilinə, 24 dekabr 2013-cü il tarixli, 100/00/53572/13 saylı kredit müqaviləsi üzrə tutmanın isə Cavabdeh9 məxsus olan ünvan 3 10 saylı evin 39 saylı mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına QSC “Bank Standart” KB-nin təmin edilmiş tələblərinin ödənilməsi; mənzillərə tutma yönəldikdən və onlar satıldıqdan sonra Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 83 saylı evin 3 saylı mənzilindən ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri: Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh8 və ünvan 3 10 saylı evin 39 saylı mənzilindən Cavabdeh9 və ailə üzvləri: Cavabdeh10, X7 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmala rı; iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manatın 200 (iki yüz) manatı Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X7, Cavabdeh7, Cavabdeh12 müştərək qaydada tutularaq “xxxx” MMC-nin, 300 (üç yüz) manat isə həmin şəxslərdən müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına keçirilməsi; QSC “Bank Standart” KB-yə ödənilməli olan borc və məhkəmə xərcləri ödənildikdən sonra ipoteka predmetləri - Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 83 saylı evin 3 saylı mənzilinin və ünvan 3 10 saylı evin 39 saylı mənzilinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi müvafiq olaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh9 qaytarılması və iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Sənan Hacıyev, hakimlər Rafael Eyvazov, Fuad Talışınkı) 29.08.2018-ci il tarixli 2(103)-1366/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-149/2016 saylı, 27 aprel 2016-cı il tarixli qətnaməsi borcun Cavabdeh1 tutulması tələbinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili X kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən düzgün araşdırma aparılmamış, maddi və prosessual hüquq normalarının tələbi pozulmuş, həm birinci instansiya, həmdə apellyasiya instansiyası məhkəmələri işə baxarkən iş üzrə əhəmiyyət kəsb edən faktlara hüquqi qiymət verməmişlər. Birinci instansiya məhkəməsində dəfələrlə məhkəmənin diqqətinə çatdırılmışdır ki, iddiaçının iddia tələbləri tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtlərinə və mülki qanunvericiliyin imperativ normalarının tələblərinə cavab verməyən tərzdə formalaşdırılmışdır, borc, faiz və cərimə məbləğlərini ifadə edən rəqəmlər birtərəfli qaydada və qərəzli olaraq şişirdilmişdir. Məhkəmə isə qeyd edilən hallara hüquqi qiymət vermədən iddiaçının təqdim etdiyi arayışlarında əks olunmuş borc, faiz və cərimə məbləğlərini qətnaməsinə köçürməklə kifayətlənmişdir. İşə apellyasiya qaydasında baxılan zaman mühasibatlıq ekspertizası təyin edilsə də, həmin “ekspertiza”-nın verdiyi rəydəki rəqəmlər bankın öz arayışlarında təqdim etdiyi rəqəmlərlə tam olaraq üst-üstə düşmüşdür. Mürəkkəb və çoxsaylı hesablamalar ehtiva edən həmin rəyin tərtib edilməsi zamanı ən azı bir neçə manat və ya qəpik fərqi yaranması qaçılmaz idi. “Ekspert” rəylərinin “müəyyən etdiyi” rəqəmlərin iddiaçı bankın təqdim etdiyi rəqəmlərlə tam eynilik təşkil etməsi isə təkrar ekspertiza keçirilməsi zərurətinin olduğunu aydın göstərsə də, məhkəmə bununla kifayətlənmiş və iddiaçının qərəzli və şişirdilmiş rəqəmlərini təkrar edən rəy əsasında cavabdehlərin üzərinə həddən artıq maliyyə yükü qoyulmasına hüquqi qiymət verməmişdir. Yalnız təkrar ekspertiza təyin etməklə iddiaçı bankın faiz və cərimə borclarına dair təqdim etdiyi rəqəmlərin təkzib edilməsi mümkün idi ki, məhkəmə bunu etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən QSC “xxxx” KB-nin vəkili Vəkil apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün araşdırma aparıldığını, sübutlara düzgün qiymət verildiyini qeyd edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1366/2018 nömrəli iş üzrə 29 avqust 2018-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 21 iyul 2010-cu il tarixli, 100/00/3140/10 saylı kredit müqaviləsinə əsasən, iddiaçı QSC “Bank Standart” KB Cavabdeh1 18 ay müddətinə illik 20% faiz ödəmək şərti ilə 100.000 manat məbləğində kredit vermişdir; 21 iyul 2010-cu il tarixli, 100/00/3140/10 saylı kredit müqaviləsinə 03 may 2013-cü il tarixli, 03 saylı əlavə sazişdən görünür ki, 21 iyul 2010-cu il tarixli, 100/00/3140/10 saylı kredit müqaviləsinin 2.3-cü bəndini dəyişdirilərək kreditin ödənilməli olduğu son tarix 21 yanvar 2015-ci il müəyyən edilmişdir; 28 avqust 2012-ci il tarixli, 106/00/13/12 saylı korporativ kredit xətti müqaviləsinə əsasən, iddiaçı QSC “Bank Standart” KB Cavabdeh1 və Cavabdeh7-yə 12 ay müddətinə illik 25% faiz ödəmək şərti ilə 30.000 manat məbləğində kredit xətti açmışdır; 28 avqust 2012-ci il tarixli, 106/00/13/12 saylı korporativ kredit xətti müqaviləsinə 28 avqust 2013-cü il tarixli, 01 saylı əlavə sazişdən görünür ki, 28 avqust 2012-ci il tarixli, 106/00/13/12 saylı korporativ kredit xətti m üqaviləsinin 1.3-cü bəndini dəyişdirilərək kredit xəttinin müddəti 28 avqust 2014-cü il tarixə kimi müəyyən edilmişdir; 29 noyabr 2012-ci il tarixli, 170/00/2500/12 saylı kredit müqaviləsinə əsasən, iddiaçı QSC “Bank Standart” KB Cavabdeh6-yə 18 ay müddətinə illik 26% faiz ödəmək şərtilə 130.000 avro məbləğində kredit vermişdir; 29 noyabr 2012-ci il tarixli, 170/00/2500/12 saylı kredit müqaviləsinə 23 aprel 2014cü il tarixli, 03 saylı əlavə sazişdən görünür ki, 29 noyabr 2012-ci il tarixli, 170/00/2500/12 saylı kredit müqaviləsinin 2.1-ci və 2.3-cü bəndlərini dəyişdirilərək borcalana əlavə olaraq 58.085,69 avro kredit xətti açılmış və kreditin ödənilməli olduğu son tarix 29 may 2015-ci il müəyyən edilmişdir; 24 dekabr 2013-cü il tarixli, 100/00/53572/13 saylı kredit müqaviləsinə əsasən, iddiaçı QSC “Bank Standart” KB Cavabdeh1 36 ay müddətinə illik 17% faiz ödəmək şərtilə 85.000 manat məbləğində kredit vermişdir; kredit müqavilələrin 5.1.6-cı bəndinə əsasən, bank müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş zərərin əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir; həmin müqavilələrin 5.4.5-ci və 5.4.9-cu bəndlərinə əsasən, borclu alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəməyi, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirməyi və müqavilə şərtlərini tam və vaxtında icra etməyi öhdəsinə götürmüşdür; qeyd edilən müqavilələrin 6.1-ci bəndinə əsasən, tərəflər bu müqavilə üzrə öhdəliklərinin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsul iyyət daşıyır; 21 iyul 2010-cu il tarixli, 100/003140/10 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh12 21 iyul 2010-cu il tarixli, 100/00/3140/10 saylı kredit müqaviləsi üzrə borcalan kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə zamin borcalan ilə birlikdə kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə bağlı vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür; 21 iyul 2010-cu il tarixli, 100/00/3140/10 saylı zaminlik müqaviləsinə 18 yanvar 2012-ci il tarixli, 01 saylı əlavə sazişdən görünür ki, 21 iyul 2010-cu il tarixli, 100/00/3140/10 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndi dəyişdirilərək zamin Cavabdeh12 107.054,39 manat məbləğində 21 iyul 2013-cü il tarixədək verilən kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn ödənişlərin qaytarılmasının təminatı kimi borcalan ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür; 29 noyabr 2012-ci il tarixli, 170/00/2500/12 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 29 noyabr 2012-ci il tarixli, 170/00/2500/12 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh6 kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə zaminlər borcalan ilə birlikdə kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə bağlı vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür; 29 noyabr 2012-ci il tarixli, 170/00/2500/12 saylı zaminlik müqaviləsinə 23 aprel 2014-cü il tarixli, 01 saylı əlavə sazişdən görünür ki, 29 noyabr 2012-ci il tarixli, 170/00/2500/12 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndi dəyişdirilərək zamin Cavabdeh1 29 may 2015-ci il tarixinədək 124.000 avro məbləğində verilən kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn ödənişlərin qaytarılmasının təminatı kimi borcalan ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür; 21 iyul 2010-cu il tarixli, 100/00/3140/10 saylı ipoteka müqaviləsinə əsasən, 21 iyul 2010-cu il tarixli, 100/00/3140/10 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliyini təmin etmək məqsədilə ipoteka qoyan Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 83 saylı evin 3 saylı mənzilini ipoteka saxlayan QSC “Bank Standart” KB qarşısında ipoteka ilə yüklü edir; Cavabdeh8, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 tərəfindən ünvan 1 ünvanlanmış ərizələrdən aydın olur ki, həmin şəxslər Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 83 saylı evin 3 saylı mənzilinin QSC “Bank Standart” KB qarşısında ipoteka qoyulmasına razı olmuşlar və tələbin ipotekaya yönələcəyi və ya yaşayış sahəsinin satılacağı halda yaşayış sahəsini banka təhvil verməyi öhdələrinə götürmüşlər; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 03 avqust 2010-cu il tarixli, ******* saylı çıxarışdan aydın olur ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 83 saylı evin 3 saylı mənzili QSC “Bank Standart” KBnin xeyrinə ipo teka ilə yüklü edilmişdir; 18 noyabr 2014-cü il tarixli, 11/8039 saylı kredit borcun ödənilməsinə və ipoteka predmetinə tutma yönədilməsinə dair bildirişdən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh8 Talib oğlu, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 borcun ödənilməsi, əks halda müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir; ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə 25 noyabr 2014-cü il tarixdə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və qeydə alınmışdır; 27 dekabr 2013-cü il tarixli, 100/00/53572/13 saylı ipoteka müqaviləsinə əsasən, 24 dekabr 2013-cü il tarixli, 100/00/53572/13 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliyini təmin etmək məqsədilə ipoteka qoyan Cavabde h9 xüsusi mülkiyyətində olan ünvan 3 10 saylı evin 39 saylı mənzilini ipoteka saxlayan QSC “Bank Standart” KB qarşısında ipoteka ilə yüklü edir; X1 və X6 tərəfindən dövlət notariat kontoruna ünvanlanmış ərizələrdən aydın olur ki, həmin şəxslər ünvan 3 10 saylı evin 39 saylı mənzilinin QSC “Bank Standart” KB qarşısında ipoteka qoyulmasına razı olmuşlar və tələbin ipotekaya yönələcəyi və ya yaşayış sahəsinin satılacağı halda yaşayış sahəsini banka təhvil verməyi öhdələrinə götürmüşlər; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 29 dekabr 2013-cü il tarixli, ******* saylı çıxarışdan aydın olur ki, Cavabdeh9 xüsusi mülkiyyətində olan ünvan 3 10 saylı evin 39 saylı mənzili QSC “Bank Standart” KB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir; 18 noyabr 2014-cü il tarixli, 11/8038 sa ylı kredit borcun ödənilməsinə və ipoteka predmetinə tutma yönədilməsinə dair bildirişdən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh9, X1 və X4 borcun ödənilməsi, əks halda müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir; ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə 25 noyabr 2014-cü il tarixdə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və qeydə alınmışdır; 19 noyabr 2015-ci il tarixli, 15/15778 saylı arayışdan aydın olur ki, Cavabdeh1 21 iyul 2010-cu il tarixli, 100/00/3140/10 saylı kredit müqaviləsi üzrə QSC “Bank Standart” KB-yə 58.373,18 manat əsas borc, müqavilə müddəti üçün 12.870,49 manat məbləğində faiz və 15.888,06 manat cərimə borcu olmaqla, cəmi 87.131,73 manat məbləğində borcu vardı r; 19 noyabr 2015-ci il tarixli, 15/15778 saylı arayışdan aydın olur ki, Cavabdeh1 21 iyul 2010-cu il tarixli, 100/00/3140/10 saylı kredit müqaviləsi üzrə QSC “Bank Standart” KB-yə 58.373,18 manat əsas, müqavilə müddəti üçün 12.870,49 manat faiz və 15.888,06 manat cərimə borcu olmaqla, cəmi 87.131,73 manat məbləğində borcu yaranmışdır; 19 noyabr 2015-ci il tarixli, 15/15779 saylı arayışdan aydın olur ki, Cavabdeh1 24 dekabr 2013-cü il tarixli, 100/00/53572/13 saylı kredit müqaviləsi üzrə QSC “Bank Standart” KB-yə 85.000 manat əsas, 26.248,72 manat faiz və 4.632,10 manat cərimə borcu olmaqla, cəmi 115.880,82 manat məbləğində borcu yaranmışdır; 19 noyabr 2015-ci il tarixli, 15/15780 saylı arayışdan aydın olur ki, Cavabdeh1 28 avqust 2012-ci il tarixli, 106/00/13/12 saylı kredit müqaviləsi üz rə QSC “Bank Standart” KB-yə 27.793,82 manat əsas, müqavilə müddəti üçün 1.970,87 manat faiz və 3.472,98 manat cərimə olmaqla, cəmi 33.237,67 manat məbləğində borcu yaranmışdır; 19 noyabr 2015-ci il tarixli, 15/15782 saylı arayışdan aydın olur ki, Cavabdeh6-nin 29 noyabr 2012-ci il tarixli, 170/00/2500/12 saylı kredit müqaviləsi üzrə QSC “Bank Standart” KB-yə 84.381,49 avro əsas, müqavilə müddəti üçün 5.372,23 avro faiz və 5.887,66 avro cərimə borcu olmaqla, cəmi 95.641,38 avro məbləğində borcu yaranmışdır; “xxxx” MMC-nin 18 sentyabr 2015-ci il tarixli, ƏEM/S 32-393 saylı rəyindən aydın olur ki, Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 83 saylı evin 3 saylı mənzilinin 16 sentyabr 2015-ci il tarixinə real bazar dəyəri 110.000 manat, ünvan 3 10 saylı evin 39 saylı mənzilinin isə 130.000 man at təşkil edir; “xxxx” MMC-nin 10 fevral 2016-cı il tarixli, 31 və 31/1 saylı hesabatlarından aydın olur ki, Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi, 83 saylı evin 3 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 108.000 manat, ünvan 3 10 saylı evin 39 saylı mənzilinin isə 220.000 manat təşkil etmişdir; apellyasiya icraatında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 12 iyul 2018-ci il tarixli 9070 nömrəli rəyindən görünür ki: 21 iyul 2010-cu il tarixdə bağlanmış 100/00/3140/10 nömrəli kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, 15/15778 nömrəli maliyyə arayışından, hesabdan çıxarışlarda olan məlumatlarından göründüyü kimi, 21 iyul 2010-cu il tarixdə bağlanmış 100/00/3140/10 nömrəli krediti müqaviləsinin şərtləri üzrə Cav abdeh1 aldığı kredit vəsaitinə görə 19.11.2015-ci il tarixinədək QSC "Standart Bank" Kommersiya Bankına olan borcu 87131,73 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 58373,18 manat, faiz borcu üzrə 12870,49 manat, cərimə borcu üzrə 15888,06 manat; 28 avqust 2012-ci il tarixdə bağlanmış 106/00/13/12 nömrəli korporatıv kredit xətti müqaviləsi üzrə rəyin tədqıqat hissəsində göstərildiyi kimi, 15/15778 nömrəli maliyyə arayışından, hesabdan çıxarışlarda olan məlumatlarından göründüyü kimi, 15/15780 nömrəli malıyyə arayışından, hesabdan çıxarışlarda olan məlumatlarından göründüyü kimi, 28 avqust 2012-cı il tarixdə bağlanmış 106/00/13/12 nömrəli korporativ kredit xətti müqaviləsının şərtləri üzrə Cavabdeh1 aldığı kredit vəsaitinə görə 19.11.2015-ci il tarixinədək QSC “Standart B ank” Kommersiya Bankına olan borcu 33237,67 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 27793, 82 manat, faiz borcu üzrə 1970,87 manat, cərimə borcu üzrə 3472,87 manat; 24 dekabr 2013-cü il tarixdə bağlanmış 100/00/53572/13 nömrəli korporativ kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, 15/15779 nömrəli maliyyə arayışından, hesabdan çıxarışlarda olan məlumatlarından göründüyü kimi, 24 dekabr 2013-cü il tarixdə bağlanmış 100/00/53572/13 nömrəli kredit müqaviləsinin şərtləri üzrə Cavabdeh1 aldığı kredit vəsaitinə görə 19.11.2015-ci il tarixinədək QSC “Standart Bank” Kommersiya Bankına olan borcu 115.880,82 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 85000 manat, faiz borcu üzrə 26248,72 manat, cərimə borcu üzrə 4632,10 manat; 29 noyabr 2 012-ci il tarixdə bağlanmış 170/00/2500/12 nömrəli kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, 15/15782 nömrəli maliyyə arayışından, hesabdan çıxarışlarda olan məlumatlarından göründüyü kimi, 29 noyabr 2012-ci il tarıxdə bağlanmış 170/00/2500/12 nömrəlı kredit müqavıləsınin şərtləri üzrə Cavabdeh1 aldığı kredit vəsaıtınə görə 19.11.2015-ci il tarixədək QSC “Standart Bank” Kommersiya Bankına olan borcu 95641,38 AVRO məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 8381,49 avro, faiz borcu üzrə 5372,23 avro, cərimə borcu üzrə 5887,66 avro təşkil edir. Apellyasiya instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uy ğun qiymət verərək hesab etmişdir ki, Cavabdeh1 kredit müqavilələri üzrə götürdüyü öhdəliyə uyğun olaraq, borcunu hissə-hissə müqavilələrə əlavə edilmiş ödəniş cədvəlinə uyğun şəkildə iddiaçıya ödəməli olduğu halda bunu etməmişdir. Bununla da, müqavilələrdə nəzərdə tutulmuş öhdəliyini, yəni kredit ödənişlərinin edilməsindən ibarət müqavilənin mühüm şərtini pozmuşdur. Kredit alan, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcu ona hesablanmış faiz və cərimə ilə birgə iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdehlərlə iddiaçı arasında bağl anmış kredit müqavilələri üzrə öhdəliklər lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilələrdən yaranan öhdəliyə görə borclu və zamin kimi Cavabdeh1 məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqavilələrə görə yaranmış öhdəliklər (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hər əkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator iş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının rəyinin nəticələrini qeyri-mötəbər hesab edərək, borcun düzgün hesablanmamasını iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyə nləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən bi ri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kassator kredit borcunun məbləğinin düzgün hesablanmaması, borcun daha az məbləğdə olması barədə heç bir sübut təqdim etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan m addi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora aid hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azər baycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.08.2018-ci il tarixli 2(103)-1366/2018 nömrəli qətnaməsi kassatora aid hissələrdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2(102)-898/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-898/2019
18.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver