Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-898/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı1 Nurəddin qızının, üçüncü şəxs Səlimova Mahirə Tapdıq qızının və vəkili Məmmədov Pərvin Aftandil oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(106)2653/2019 nömrəli qətnaməsindən üçüncü şəxs Səlimova Mahirə Tapdıq qızının kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaç ılar İddiaçı1 Nurəddin qızı və İddiaçı2 iddia ərizəsi ilə Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 ünvanında yerləşən mərhum X2 adına qeydə alınmış 4 otaqlı mənzilə köçürülmələri və həmin mənzildən onlara yaşayış hüququnun verilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 Nurəddin qızı və İddiaçı2 iddiasını onunla əsaslandırılmışlar ki, Zeynalova X3 Azər Saday oğlu ilə 1998-ci ildə ailə həyatı quraraq, nikahlarını xx.xx.2009-cu il tarixdə Beyləqan rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Cavabdehlə evlənərkən cavabdehin yaşadığı valideynlərinə məxsus Beyləqan şəhəri, 20 Yanvar küçəsində yerləşən evlərinə gəlin köçmüşdür. Orada bir neçə ay yaşadıqdan sonra mərhum qayınatası X2 ünvan 2-də yerləşən mənzilinə əri ilə b irlikdə köçüb orada yaşamağa başlamışlar. Onların birgə nikahlarından həmin mənzildə yaşayarkən xx.xx.2000-ci ildə İddiaçı2 adlı bir uşaqları doğulmuşdur. Münasibətləri pozulduğundan Beyləqan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Hal-hazıradək ona məxsus bütün cehiz əmlakları mübahisəli mənzildə yerləşir. Qızı Gülərlə birlikdə son vaxtlara kimi həmin mənzildə yaşamışlar, lakin qızı Bakı şəhərində təhsil aldığından müvəqqəti olaraq Bakıda yaşamalı olmuşlar. Qızı və özü hal-hazırda mübahisəli mənzildə qeydiyyatda olmaqla başqa yaşayış yerləri yoxdur. Buna baxmayaraq Cavabdeh onu və qızı Güləri son vaxtlar mənzilə buraxmayaraq qeyri qanuni yolla mənzili satmaq istəyir. Dəfələrlə mənzilə qayıtmağa cəhd göstərsə də cavabdeh onu və qızı Güləri mənzilə buraxmamışdır. Bütün əmlakları hazırda da həmin mənzildədir və həmin mənzildə 20 ilə yaxın bir müddətdə yaşamışlar. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı1 Nurəddin qızı ilə 1998-ci ildə ailə həyatı quraraq nikahlarını xx.xx.2009-cu il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından Gülər adlı uşaqları olmuşdur. İddiaçı1 onunla evlənən zaman Günayın cehiz əmlakları ünvan 2 ünvanında yerləşən mərhum atası X2 adına qeydə alınmış 4 otaqlı mənzilə aparılsa da, Günay Beyləqan şəhəri, 20 Yanvar küçəsində yerləşən evə gəlin köçmüşdür. 2-3 ay həmin evdə yaşadıqdan sonra birlikdə mərhum atasının adına olan mübahisəli mənzilə köçmüşlər. Uzun müddət fasilələrlə həmin mənzildə yaşamışlar. Gülər adlı uşaqları da həmin mənzildə anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən Byləqan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Hazırda iddiaçının və qızı Gülərin mübahisəli mənzilə köçürülməsinə etiraz etmir. Həmin mənzildən öz payına düşən hissəni onlara verməyə razıdır. Ona görə də iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində dindirilən Səlimova Mahirə Tapdıq qızı iddianı qəbul etmədiyini göstərərək izahatında İddiaçı1 Nurəddin qızının onun keçmiş gəlini olduğunu, onun oğlu Cavabdeh ilə İddiaçı1 1998-ci ildə qeyri rəsmi ailə həyatı quraraq onun ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçdüyünü, iddiaçı ilə oğlu Azərin qeyri rəsmi nikahları ndan xx.xx.2000-ci ildə Gülər adlı bir qız uşaqları doğulduğunu, bundan sonra 2009-cu ilin martın 03-də Beyləqan rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağladıqlarını, iddiaçı ilə oğlu arasında ailə münasibətləri pozulduğundan məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ayrıldıqlarını göstərmişdir. Mahirə Səlimova daha sonra izahatında göstərmişdir ki, onun əri X7 1999-cu ilin yanvar ayının 28-də dünyasını dəyişmişdir. İddiaçının iddia etdiyi mübahisəli mənzil ona mərhum ərindən miras qalmışdır. Buna baxmayaraq İddiaçı1 Beyləqan rayon X6 və Şəxsiyyət Bölməsində ondan xəbərsiz gizli yolla 2011-ci ildə özünü, daha sonra isə 2014-cü ildə nəvəsi İddiaçı2 Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 133, mənzil 3-də olan evinə qeydiyyata salmışdır. Hazırda inzibati orqan olan Beyləqan rayon X6 və Şəxsiyyət Bölməsinin qanunsuz hərəkət və hərəkətsizliyi barədə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı mübahisəli mənzilə 2000-ci ildə deyil, 2009-cu ildən sonra köçmüş və orada fasilələrlə qısa müddət yaşamışdır. 2017-ci ildə oğlundan ayrılmış və məhkəmə tərəfindən onların nikahı pozulmuşdur. Hazırda iddiaçı və onun qızı həmin mənzildə yaşamırlar. Mənzil onun mülkiyyətindədir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(020)-555/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddiaçılar İddiaçı1 Nurəddin qızı və İddiaçı2 Cavabdeh qarşı mənzildə yaşayış hüququnun verilməsi və mənzilə köçürülmə tələbinə dair iddia qismən təmin edilərək İddiaçı1 Nurəddin qızı və İddiaçı2 ünvan 2 ünvanında yerləşən mərhum X2 adına qeydə alınmış 4 otaqlı mənzilə köçürülməsi qət edilmişdir. Üçüncü şəxs Səlimova Mahirə Tapdıq qızı qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(106)2653/2019 nömrəli qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev, Z.B.Babayev və Q.B.Kərimov) üçüncü şəxs Səlimova Mahirə Tapdıq qızının apelyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(106)2653/2019 nömrəli qətnaməsindən üçüncü şəxs Səlimova Mahirə Tapdıq qızı və vəkili Məmmədov Pərvin Aftandil oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİL LƏRİ: Üçüncü şəxs Səlimova Mahirə Tapdıq qızı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(106)-2653/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin köhnə mənzil məcəlləsinə istinad etməsi əsassızdır, belə ki oğlu ilə gəlini arasında nikah 2009-cu il tarixdə rəsmiləşdirilmişdir. Bundan əlavə, hətta iddiaçının 1998-ci ildən onun ail üzvü olması qəbul edilsə belə, iddiaçının istifadə hüququ yarandığı mənzil Beyləqan rayonu, 20 yanvar küçəsində yerləşən ev olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçılar İddiaçı1 məhkəm iclasında vəkilsiz iştirak etdiyi işə onun izahatı alınmadan baxılmışdır. Üçüncü şəxs Sə limova Mahirə Tapdıq qızı və vəkili Məmmədov Pərvin Aftandil oğlu məhkəmə iclasında iştirak edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Digər İddiaçı2 və Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxxxx 2019-cu il t arixli qətnamə ilə üçüncü şəxs Səlimova Mahirə Tapdıq qızının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Beyləqan Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(020)-555/2019 saylı qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin halları aşağıdakı kimi olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında MənzilKommunal Təsərrüfatı Komitəsinin xx.xx.1997-ci il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, mərhum X4 Beyləqan rayon DTİ və MHQ İdarəsinin xx.xx.1996-cı il tarixli, 09 saylı qərarı ilə 4 otaqdan ibarət ümumi sahəsi 87.96 kv.m, yaşayış sahəsi 51.84 kv.m və 36.12 kv.m köməkçi sahədən ibarət mənzil verilmişdir. Beyləqan rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 323 nömrəli orderin kötüyündən görünür ki, mərhum X2 və altı nəfərdən ibarət ailəsinin Beyləqan şəhəri, K.Marks küçəsində ev 133, mənzil 3, blok 1-də yerləşən 4 otaqlı mənzildən istifadə etmək ixtiyarları vardır. Beyləqan rayon Mənzil-İstismar sahəsinin rəisi Telman Sarıyevin xx.xx.2018-ci il tarixli, 214 saylı arayışından görünür ki, İddiaçı1 Nurəddin qızı xx.xx.2000-ci il təvəllüdlü qızı İddiaçı2 ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatdadır. Beyləqan rayon Mənzil-İstismar sahəsinin rəisi Telman Sarıyevin xx.xx.2018-ci il tarixli, 422 saylı arayışından görünür ki, iddiaçı Zeynalova X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 133, mənzil 3, blok 1 ünvanında qeydiyya tdadır. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 Nurəddin qızı ilə Cavabdeh arasında olan nikah xx.xx.2017-ci il tarixdə pozulmuşdur. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(020)-1377/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 Nurəddin qızı ilə Cavabdeh arasında olan xx.xx.2009-cu il tarixdə bağlanmış nikah məhkəmə qaydasında pozulmuş və Cavabdeh Gülər adlı uşağın saxlanması üçün ayda 90 manat sabit pul müqabilində alimentin alınıb İddiaçı1 Nurəddin qızına verilməsi qət edilmişdir. AZ-İ 948603 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1999cu ildə kəskin ürək-damar çatışmazlığından ölmüşdür. Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cava bdeh xx.xx.2008-ci il tarixdən Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 133, mənzil 3 ünvanında qeydiyyatdadır. Həmçinin onunla birgə İddiaçı1 Nurəddin qızı və İddiaçı2 da həmin ünvanda qeydiyyatdadırlar. Maddi və prosessual hüquq normaları yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, - “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyət hüqu qu ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır; 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Yet kinlik yaşına çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa həmin maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ai lə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxxx 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmama sına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Res publikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə xx xxxxxx 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyas ının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 Nurəddin qızı Cavabdeh ilə 1998-ci ildə ailə həyatı quraraq, nikahlarını xx.xx.2009- cu il tarixdə Beyləqan rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. İddiaçı cavabdehlə evlənərkən ünvan 5 ünvanında yerləşən evə gəlin köçmüşdür. İddiaçı 2-3 ay həmin evdə yaşadıqdan sonra 1999-cu ilin əvvəllərində Cavabdehla birlikdə mərhum qayınatası X2 adına özəl ləşdirilmiş ünvan 2-də yerləşən 4 otaqdan ibarət mənzilinə köçmüşlər. Tərəflərin birgə nikahlarından xx.xx.2000-ci ildə İddiaçı2 adlı bir uşaqları doğulmuşdur. Münasibətləri pozulduğundan Beyləqan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. İddiaçının bütün əmlakları hazırda həmin mübahisəli mənzildə yerləşir. İddiaçı1 qızı Gülərlə birlikdə son vaxtlara kimi həmin mənzildə yaşamışlar, lakin qızı Bakı şəhərində təhsil aldığından müvəqqəti olaraq Bakı şəhərində yaşamalı olmuşlar. İddiaçı və özü hazırda mübahisəli mənzildə qeydiyyatdadırlar. Buna baxmayaraq Cavabdeh iddiaçını və qızı Güləri mənzilə buraxmamışdır. İddiaçı dəfələrlə mənzilə qayıtmağa cəhd göstərsə də cavabdeh onu və qızı Güləri mənzilə buraxmaqdan imtina etmişdir. İş mater iallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 133, mənzil 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun X2 adna qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkarlanmamışdır. Beləliklə, iddiaçı Zeynalova X3 Azər Saday oğlu ilə 1998-ci ildə faktiki nikaha daxil olmaqla mübahisəli evdə yaşamaq hüquqlarına müdaxilə baş verənə qədər orada yaşadığına görə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçıların mübahisə olunan evə köçürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya kollegiyası, apellya siya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, iddiaçı ilə cavabdeh nikaha daxil olaqla həmin mənzilə köçməsi yeni Mənzil Məcəlləsinin qüvvəyə minməısindən əvvəlki dövrə təsadüf etdiyindən, apellyasiya instansiyası məhkəməsi haqqlı olaraq mübahisəyə köhnə Mənzil Məcəlləsinin müddəalarını tətbiq etmişdir. İddiaçının həmin mənzildə deyil, başqa mənzilə köçməsi ilə bağlı işin faktiki hallarına m ünasibətdə isə kollegiya aşağıdakıları qeyd edir. Belə ki, kassasiya şikayətində istinad edilən bu işin faktiki hallarına kollegiya qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Digər tərəfdən qeyd edilməlidir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, kassator iddiaçının hazirda mübahisə predmetini təşkil edən mənzilə deyil, digər mənzilə köçüb yaşaması ilə bağlı istinad etdiyi halları üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Səlimova Mahirə Tapdıq qızının kassasiya şikayəti t əmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(106)-2653/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-898/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-898/2020
10.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver