Məhkəmə qərarları › İş №2(102)-9/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-9/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-9/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi, məhkəmə hökmünün preyudisiallığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının nümayəndəsi X3, vəkili X4, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(105)-380/2021 nömrəli mülki iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X5 (bundan sonra - 3-cü şəxs) Sumqayıt şəhər 32-ci məhəllədə fəaliyyət göstərən «X2 Şirkəti» Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – cavabdeh MMC) məxsus ticarət mərkəzində cavabdeh MMC-nin direktoru X6 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 03 saylı əmrlə nəzarətçi-rüsumçu vəzifəsində işləmişdir.

2. Cavabdeh MMC ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında 1 iyun 2011-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. 142 saylı icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən ticarət mərkəzinin 1-ci binasının 1-ci mərtəbəsində yerləşən 142 saylı mağazanın ümumi sahəsi 31 kv.m olan əmlakı pərakəndə ticarət fəaliyyəti üçün icarəyə götürmüşdür.

3. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-9/2015 saylı, 27 aprel 2015-ci il tarixli hökmünə əsasən, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən cavabdeh MMC-yə məxsus ticarət mərkəzində yanğın baş vermiş və 19615 kv.m. sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. Karvan Ticarət Mərkəzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş 3-cü şəxs baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətinə aza dlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun əməllərinin nəticəsində ehtiyatsızlıqdan MMC-yə məxsus ticarət mərkəzinə 3 432 625 manat ziyan dəyməklə yanaşı, digər zərərçəkmiş şəxslərə müxtəlif məbləğdə, o cümlədən iddiaçıya 170000 manat ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3-cü şəxsin törətdiyi əmələ görə dəymiş zərərin əvəzi kimi 170.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 170.030 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə iddia tələbini onunla əsaslandırmışdır ki, ona 170.000 manat maddi zərərin dəyməsi müəyy ən edilmişdir. Bu məbləğdə zərərin vurulması məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə təsdiq olunmuşdur. 3-cü şəxs də öz şikayətlərində ona təyin edilmiş cəzadan narazı qalmışdır, vurulan zərəri mübahisələndirməmiş, dolayısı ilə etiraf etmişdir. 3-cü şəxs cavabdeh MMC-nin işçisi olduğundan və yanğın baş verən zaman MMC-nin işçisi kimi əmək fəaliyyətini davam etdirdiyindən, yanğın təhlükəsizliyinə məsul şəxs kimi vəzifə başında olmasından dolayı hazırda ona vurulan zərərə görə cavabdeh MMC məsuliyyət daşıyır.

5. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 1 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbi rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi bundan ibarət olmuşdur ki, iş üzrə iddiaçıya dəymiş 170000 manat məbləğində maddi ziyan mülki hüquq pozuntusu nəticəsində deyil, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində vurulmuş və bununla bağlı o, zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçının mülki iddiası cinayət mühakimə icraatı zamanı baxılmamış saxlandığından o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlı olsa da iddianı “cavabdeh MMC-yə qarşı qaldırmaqda haqlı olmamışdır. Belə ki, iddiaçıya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddia bilavasitə təqsirləndirilən 3- cü şəxsə qarşı qaldırılmalı idi. 3-cü şəxsin əməlinin təqsirli olmaqla iddiaçıya zərər vurulmasına gətirib çıxardığı isə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-9/2015 saylı, 27 aprel 2015-ci il tarixli hökmü ilə sübut olunmuşdur. İddia ona cavab verməl i olmayan şəxsə qarşı qaldırıldığından məhkəmə iddiaçıya vurulmuş ziyanın məbləği ilə bağlı məhkəmə araşdırmasına zərurət görmədiyini qeyd etmişdir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096, 1096.2, 1097.1, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 179.3 və 180.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 3 mart 2020-ci il tarixli, 2(105)-627/2020 saylı qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və m əruzəçi), Aqil Abbasov və Gülnarə Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayəti heç bir mötəbər sübutla əsaslandırılmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

11. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, CPM-in 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndi rilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Yəni iddia tələbi yalnız təqsirləndirilən şəxsə qarşı deyil, onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə də qarşı qaldırıla bilər, yəni təqsirləndirilən şəxsin əməlinə görə dəymiş ziyana görə onun işçisi olduğu hüquqi şəxs məsuliyyət daşıya bilər.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4243/2020 nömrəli iş üzrə 11 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və İlqar Dəmirov) kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

24. İşi yeni apellyasiya ba xışına qaytararkən kassasiya instansiyası məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, cavabdehlə cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş və məhkum olunmuş şəxs arasında əmək münasibətlərinin olmasını araşdırmalı olduqları halda bununla bağlı heç bir araşdırma aparılmamış, apellyasiya şikayətinin dəlilləri aydınlaşdırılmamış və faktiki olaraq formal əsaslardan çıxış edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul etmişdir.

25. Nəzərə alınmalıdır ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı vurulmuş zərər mülki qanunvericiliyin tələbləri baxımından qanundan irəli gələn öhdəliyin yaranma əsasından biridir. Bu halda vurulmuş zərərə görə məsuliyyətin müəyyən olunması üçün və zərərvuran müəyyən şəxslə əm ək münasibətlərində olmuşdursa və ya xidmət müqaviləsi ilə birgə fəaliyyət göstərilmişdirsə bunların müəyyən olunması vacibdir. Bundan sonra vurulmuş zərərə görə kimin məsuliyyət daşmasının müəyyən olunması mümkün ola bilər.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi faktiki olaraq təqsirin cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə aid olması və zərərə görə məsuliyyət daşımasını müəyyən etsə də, həmin şəxsin maraqlarından kənara çıxan məsələni həll etsə də, onu işə cəlb etməmiş və iddiaya münasibəti aydınlaşdırılmamışdır.

27. Belə ki, işin halları ilə zərərin vurulmasına əsas olan hadisəni törətməkdə təqsirli hesab edilmiş X1 MMC-yə məxsus ticarət mərkəzində MMC-nin direktoru X6 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 03 saylı əmrlə nəz arətçi-rüsumçu vəzifəsində işlədiyi aşkardır. Bu faktın artıq qanuni qüvvədə olan istinad olunan hökmlə müəyyən olunmasına məhkəmələr diqqət yetirməmişlər. Əgər məhkəmələr hökmlə müəyyən olunmuş bu halları iddianın həll edilməsi üçün kifayət etmədiyi nəticəsinə gəlmişlərsə, formal mülahizələrdən çıxış etməməli və bu faktları niyə qəbul etmədiklərini əsaslandırmaq vəzifələri olmasına baxmayaraq bu vəzifələrini yerinə yetirməmişlər. Qeyd edilməlidir ki, iddiaçıya vurulmuş zərərə görə məsuliyyətin kimə aid olması və zərərin məbləği ilə bağlı sübutlar ətraflı araşdırıldıqdan sonra müəyyən nəticəyə gəlmək mümkündür. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Yeni apellyasiya baxışı zamanı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş və məhkəmə baxışı zamanı onun izahatı alınmışdır. O, izahatında göstərmişdir ki, MMC-yə məxsus ticarət mərkəzində nəzarətçi-rüsumçu vəzifəsində işləmiş, həmin ticarət mərkəzində yanğın təhlükəsizliyi ilə bağlı qaydalara riayət edilmədiyindən bu hadisə baş vermişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-380/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Telman Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, iddiaçıya dəymiş zərərin əvəzi olaraq MMC-dən 170.000 (yüz yetmiş min) manat pulun alınaraq verilməsi qət edilmişdir.

30. Məhkəmə həmin cinayət işi üzrə keçirilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2014-cü il tarixli, 18338 saylı rəyinə əsasən müəyyən etmişdir ki, aparılmış tədqiqat nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarında modelinə, texniki göstəricilərinə görə mövcud olan analoji malların qiymətlərinə əsasən Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən MMC-yə məxsus ticarət mərkəzində yanğın baş verməsi nəticəsində təqdim olunan siyahılara əsasən faktiki ortada olmayan müxtəlif adlı məhv olmuş malların texniki göstəricilərinə uyğun olaraq, istintaq tərəfindən onların mövcudluğu qəbul edildikdə respublika daxili orta bazar pərakəndə satış qiymətləri, nəzəri hesablama yolu ilə şərti olaraq iddiaçıya məxsus müxtəlif qiymətlərdə təzə əmlakın dəyəri cəmi 170.000 manat təşkil edir.

31. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxs cavabdeh MMC-nin işçisi olmuş və üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydalara riayət etməmiş, bu səbəbdən də xx.xx.2013-cü il tarixdə saat 19:26 radələrində ticarət mərkəzinin 2-ci binasının 3-cü mərtəbəsində yanğın hadisəsi baş vermiş və 19615 kv.m. sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı MMC-yə qarşı iddia qaldırmaqda haqlı olmuşdur.

32. Məhkəmə kollegiyası iddia tələbinin zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, üzərinə sübutetmə yükü düşən iddiaçı zərərlə bağ lı sübutlar təqdim etdiyi halda, bunun əksini təsdiq edən sübutları üzərinə vəzifə düşən cavabdeh isə təqdim edə bilməmişdir.

33. Apellyasiya məhkəməsi qətnaməsini Mülki Məcəllənin 1099.1, 1099.2, CPM-in 183.2, MPM-in 14.2, 77.1, 82.4-cü maddələri, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli S.Əliyevanın şikayəti üzrə qərarı və.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında yenidən baxan məhkəmə müəyyən edilmiş hallar üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, iş üzrə cavabdehi düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tələblərinə düzgün riayət etməmiş, maddi normanı düzgün tətbiq və təfsir etməmiş, qəbuledilməz sübutlar üzrə qətnamə çıxarmışdır. Məhkəmə iddianın taleyini həll edərkən CPM-in 183.2-ci maddəsinə istinad edərək hesab etmişdir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız təqsirləndirilən şəxsə deyil, onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə qarşı da qaldırıla bilər. Yəni, təqsirləndirilən şəxsin əməlinə görə dəymiş ziyana görə, onun işçisi olduğu hüquqi şəxs məsuliyyət daşıya bilər. Məhkəmənin mülki işin baxılması zamanı cinayət-prosessual normaya istinad etməsi və ona əsaslanması kobud prosessual pozuntudur. Məhkəmə bununla MPM-in 1.1, 3.1, 217.2-ci maddələrinin tələblərini pozmuşdur. Bundan başqa, məhkəmə özünün istinad etdiyi Mülki Məcəllənin 1099.1, 1099.2-ci maddələrinə zidd nəticəyə gəlmişdir. Belə ki, həmin maddələrin məzmunundan aydın olur ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zaman işçinin vurduğu zərərin əvəzini ödəməlidir. Lakin məhkəmə qeyd olunan normaların məzmununa formal yanaşaraq cinayət törədən üçüncü şəxsin əməlinə görə, o, cavabdehin işçisi olduğu üçün, məsuliyy ətin cavabdehin üzərinə qoyulmasını mümkün hesab etmişdir. Halbuki işçi əmək funksiyalarını yerinə yetirərkən deyil, əksinə, üzərinə düşən vəzifələri yerinə yetirmədiyinə görə ziyan vurmuşdur və bu halda hüquqi şəxs cavabdeh ola bilməz. Mülki Məcəllənin 1099-cu maddəsindən də göründüyü kimi, hüquqi şəxsin maddi məsuliyyəti işlərin görülməsi zamanı vurulmuş ziyandan yaranır. Cinayət nəticəsində cavabdeh şirkətin özünə 3 milyon manatdan artıq ziyan dəymişdir. İşçinin müəssisəyə vurduğu ziyana görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən maddi məsuliyyəti yaranmışdır. Bu hal bir daha təsdiq edir ki, hüquqi şəxs işçisinin cinayət nəticəsində vurduğu ziyana görə məsuliyyət daşımır, əksinə, işçi müəssisə, eləcə də digər şəxslər qarşısında tam maddi məsuliyyət daşıyır. B undan başqa, məhkəmə ziyanın məbləğini müəyyən etmək üçün heç bir araşdırma aparmamış və yalnız cinayət işi üzrə keçirilmiş ekspertiza rəyinə istinad etmişdir. Məhkəmə bununla MPM-in 14.2, 77.1, 88-ci maddələrinin tələblərini pozmuşdur. Halbuki cinayət işinin məhkəmə baxışı zamanı hazırkı iş üzrə iddiaçının təqsirləndirilən şəxsə qarşı mülki iddiası məhz vurulmuş ziyan məbləği üzrə mülki məhkəmə icraatı qaydasında araşdırmaya ehtiyac olduğundan, baxılmamış saxlanılmışdır. Məhkəmə isə heç bir araşdırma aparmadan yenidən həmin ekspert rəyinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz və ərizələrlə müraciət edərək, apellyasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər prosessual məsələlər

37. Kassasiya baxışı zamanı cavabdehin vəkili məhkəməyə vəsatətlə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-09/2015 nömrəli iş üzrə 27 aprel 2015-ci il tarixli hökmündən MMC-nin direktoru X7 tərəfindən apellyasiya şikayəti verildiyini qeyd etmiş, baxılan iş üzrə icraatın cinayət işi üzrə yekun qərar qüvvəyə minənədək dayandırılmasını xahiş etmişdir. Vəkil qeyd etmişdir ki, hökmün məhz zərərçəkmişə dəymiş ziyan məbləğinin müəyyən olunması hissəsindən şikayət verilmişdir.

38. Ali Məhkəmənin Mülki kollegiyasının 1 noyabr 2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat MPM-in 254.1.4-cü maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 1(105)-705/2021 nömrəli cinayət işi ü zrə yekun məhkəmə aktı qüvvəyə minənədək dayandırılmışdır.

39. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarı ilə MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinin məhkəmənin icraatına qəbul etməkdən imtina edilmişdir.

40. Həmin iş üzrə Ali Məhkəmənin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, üçüncü şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı MMC-nin direktorunun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

41. Cinayət işi üzrə yekun qərar qüvvəyə mindiyindən Ali Məhkəmənin Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

42. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri razılaşmayaraq, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

43. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi kassasiya şikayətinin dəlillərini müdafiə edərək, kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

44. Üçüncü şəxs işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tə tbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

45. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

46. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

47. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası za manı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

48. Maddə 1099.2. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayət in hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir.

57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

60. Nəzərə alınmalıdır ki, iddiaçıya dəymiş ziyanın məbləği iddiaçının zərərçəkmiş kimi iştirak etdiyi cinayət işi üzrə müəyyən edilmiş və hər bir zərərçəkmiş şəxsə dəymiş zərər məbləği üçüncü şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını təşkil etmişdir.

61. Başqa sözlə qanuni qüvvəyə minmiş hökmlə iddiaçıya üçüncü şəxs tərəfindən məhz 170000 manat ziyan vurulduğu müəyyən edilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hökmü həmin hissədə də preyudisial hesab etməklə MPM-in 82.4-cü maddəsini düzgün tətbiq etmişdir.

62. Eyni zamanda işçi ilə işəgötürən arası nda ziyanla bağlı əmək qanunvericiliyinin normaları işçinin üçüncü şəxsə vurduğu zərərin işəgötürəndən mülki qanunvericiliyin tələblərinə uyğun tələb və təmin olunmasına mane olan hal kimi qiymətləndirilə bilməz.

63. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Məhdud M əsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-380/2021 nömrəli mülki iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar