Məhkəmə qərarları › İş №2(102)-900/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-900/2019

18.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-900/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-900/2019 18 fevral 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.08.2018-ci il tarixli 2(103)-8827/2018 nömrəli qətnaməsindən Cavabdeh və vək ili X tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla cavabdeh arasında 10.07.2014-cü il tarixdə bağlanmış 128283-CNS-6576 №-li “Avtomobil krediti müqaviləsi” üzrə 28.08.2017-ci il tarixə yaranmış və ödənilməmiş qalan əsas borcun ödənilməsi məqsədilə 21.822,63 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 1.884,84 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin ödənilməsi məqsədilə 73,20 ABŞ dolları, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan və cavabdehə məxsus “Mazda CX-5 minik” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə (bundan sonra – avtomobil) yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Pərviz Hüseynov) 28 avqust 2017ci il tarixli, 2(006)-6733/2017 saylı qətnaməsi ilə iddianın təmin edilməsini, cavabdehin iddiaçı Banka olan əsas kredit borcun ödənilməsi məqsədi ilə 21.822,63 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 1.884,84 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 73,20 ABŞ dolları (qətnamənin icra ediləcəyi gün üçün təyin ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmasını, tutmanın ipotekanın predmeti olan avtomobilə yönəldilməsini, avtomobilin açıq hərracdan satılmasını, satışdan əldə olunacaq pul vəsaiti hesabına cəmi 23.780,67 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun ödənilməsini, borcun ödənilməsindən sonra qalan məbləğin cavabdehə qaytarılmasını qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Məmməd Məmmədov, hakimlər Xəyal Sarıyev və Həmid Həmidov) 24.08.2018-ci il tarixli 2(103)-8827/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edi lməyərək iş üzrə Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli 2(006)-6733/2017 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh və vəkili X kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.08.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh öhdəliklərini məlum devalvasiyaya qədər tam icra etmiş, 2015-ci ilin dekabr ayında manatın 60-70 faizlik devalvasiyasından sonra, öhdəliyin icrasında problemlər yaranmış, ödəmə qabiliyyətindən məhrum edilmişdir, onun öhdəliklərini axıra kimi icra etməməsi onun şəxsi istəyi ilə bağlı olmamış, özündən asılı olmayan səbə blərdən olmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün araşdırma aparılmamış, maddi və prosessual hüquq normalarının tələbli pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdehin vəkili X məhkəməyə ərizə göndərərək, şəxsi problemləri ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ərizəyə hər hansı bir sübut əlavə edilmədiyindən məhkəmə kollegiyası məhkəmə iclasının təxirə salınması barədə vəsatəti təmin etməmiş və Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı o lmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, bank ilə cavabdeh arasında 10.07.2014-cü il tarixdə bağlanmış “avtomobil krediti müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh avtomobilin satın alınması məqsədi ilə kreditdən istifadəyə görə illik 17% dərəcəsi ilə, 60 ay müddətinə 30.613 ABŞ d olları məbləğində kredit vermişdir. Kassa məxaric orderinə əsasən cavabdeh 14.07.2014-cü il tarixdə Bankdan 30.613 ABŞ dolları məbləğində vəsait götürmüşdür. “Avtomobil krediti müqaviləsi” üzrə öhdəliklərin icrasının təminatı olaraq, cavabdeh özünə məxsus avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə Bank ilə onun arasında 10.07.2014-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən ipoteka predmeti 51.023 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Avtomobilin ipoteka ilə yüklü edilməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən AA seriyalı,122892 nömrəli “Reyestrdən çıxarış” verilmişdir. “Avtomobil krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 12.02.2016-cı il tarixli, 01 saylı Razılaşmaya” əsasən cavabdehi n 12.02.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 24.096 ABŞ dolları məbləğində müəyyən edilmiş, kredit alan həmin krediti 41 ay müddətinə - 10.07.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. “Avtomobil krediti müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar tərəflər arasında “İpoteka müqaviləsinə dəyişikliklər edilməsi barədə 12.02.2016-cı il tarixli, 01 saylı Razılaşmadan” görünür ki, həmin müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik Bankla ipoteka qoyan arasında bağlanmış “Avtomobil krediti müqaviləsindən” əmələ gələn mövcud, həm də Bankla ipoteka qoyan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək krediti müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn Bankın ipoteka qoyana qarşı qanunvericiliklə müəyyə n edilən bütün tələbləridir. 28.08.2017-ci il tarixli “Arayışdan” görünür ki, Cavabdeh “Avtomobil krediti müqaviləsi” üzrə 28.08.2017-ci il tarixə Banka olan əsas borcu 21.822,63 ABŞ dolları, faiz borcu 1.884,84 ABŞ dolları, cərimə borcu isə 73,20 ABŞ dolları təşkil edir. Apellyasiya instansiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayış və ödəniş cədvəlindəki məlumatları araşdıraraq və Mülki Məcəllənin 385.1,386, 442, 445.1, 448, 470, 472-ci maddələrinə əsaslanaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269, 317-ci və “İpoteka haqqında” Azərbaycan Resp ublikası Qanununun 33, 34 və 39-cu maddələrinə əsaslanaraq cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsini tələb etməkdə haqlı olduğunu və məhkəmənin bu hissədə də düzgün nəticəyə gəldiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəs inə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərinə hüquqi qiymət verməyə davam edərək qeyd edir ki, ölkədə baş verən devalvasiya ilə bağlı cavabdehə hər-hansı güzəşt edilməsi bankın müstəsna hüququdur. Tərəflər bununla bağlı məhkəmədənkənar qaydada istənilən razılığa gələ bilərlər. Tərəflər arasında bağlanmış müqavilə şərtlərində borc alanın maddi v əziyyətinin pisləşməsi halında öhdəliyi icra etməkdən imtina etməsi halı nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.08.2018-ci il tarixli 2(103)-8827/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar