Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-900/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:birgə nikah dövründə ödənilmiş kredit pulunun bölüşdürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(107)1024/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 04 aprel 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 24 noyabr 2017-ci il tar ixdə İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmuş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-950/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı "xxxx" ASC-dən 10 dekabr 2019-cu il tarixdə 6000 manat, 10 dekabr 2019-cu il tarixdə 500 manat kredit kartı, 28 iyun 2019-cu il tarixdə 4200 manat, 18 aprel 2018-ci il tarixdə 1900 manat, 12 yanvar 2021-ci il tarixdə isə 7480 manat məbləğdə kredit götürmüşdür. Sonuncu kredit borcu xx.xx.2021-ci tarixdə tam bağlanmışdır. "xxxx" ASC ilə iddiaçı arasında xx.xx.2016-cı il tarixdə, xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə İddiaçı müvafiq olaraq 2000 manat, 1900 manat və 6000 manat məbləğdə kredit verilmişdir. Kredit müqavilələri üzrə kredit borcları tam qaytarılmış və ona hesa blanmış faizlər tam ödənilmişdir. İddiaçı kredit müqavilələri üzrə xx.xx.2022-ci il tarixə borcu yoxdur. Bundan başqa iddiaçı, "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-dən xx.xx.2019-cu ildə 400 manat kredit almış, xx.xx.2019-cu ildə krediti bağlamışdır; 28 iyun 2019-cu ildə 500 manat kredit almış, xx.xx.2019-cu ildə krediti bağlamışdır; xx.xx.2019-cu ildə 550 manat kredit almış, xx.xx.2019-cu ildə krediti bağlamışdır; xx.xx.2019-cu ildə 1300 manat kredit almış, xx.xx.2018-ci ildə krediti bağlamışdır; 13 noyabr 2020-ci il tarixdə 340 manat kredit almış, xx.xx.2021-ci ildə krediti bağlamışdır, xx.xx.2021-ci il tarixdə 850 manat kredit almış, xx.xx.2021-ci ildə krediti bağlamışdır; xx.xx.2021-ci il tarixdə 1100 manat kredit almış, xx.xx.2021-ci ildə krediti bağlamışdır və xx.xx.2022-ci il ta rixdə 2080 manat kredit almış və həmin kredit aktivdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehdən birgə nikah dövründə götürülmüş, tam olaraq ailənin ehtiyacları və cavabdehin müalicəsi üçün xərclənmiş cəmi 22.970 manat kreditin yarı dəyəri olan 11485 manat pulun və ödənilmiş 108 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, birgə nikah müddətində şəxsi mənzilləri olmadığı üçün kirayə yaşamışlar. Ailədə yalnız özü işləmişdir. Yoldaşı ancaq ev işləri ilə məşğul olmuş, işləməmiş və evə qazanc gətirməmişdir. Cavabdeh, həmçinin xəstə olduğu üçün dai m müalicə olunmuşdur. Özünün əmək haqqısı isə yüksək səviyyədə olmadığı üçün banklardan kredit götürərək yoldaşının müalicəsinə, kirayə xərclərinə və ailənin saxlanılması üçün xərcləmişdir. Qeyd olunan məbləğlərin hamısını yoldaşının müalicələrinə, kirayə xərclərinə və ailə ehtiyaclarına xərcləmişdir. Bir müddət cavabdehlə mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarındakı nikah pozulmuşdur. Hesab edir ki, qeyd olunan kreditlər birgə nikah dövründə əldə olunduğuna və ailənin ehtiyacları üçün sərf edildiyinə görə onların yarı dəyəri cavabdehdən alınıb ona verilməlidir. Cavabdeh iddia tələbi ilə razı olmayaraq bildirmişdir ki, birgə yaşadığı vaxtlarda işləməmişdir. Ailənin bütün ehtiyaclarını əri X ödəmiş, arabir isə atası köməklik etmişdir. İddiaçı ilə 3 il yarım birl ikdə yaşamışlar. Lakin, onun iddia ərizəsində qeyd olunan kreditlərdən xəbəri olmamışdır. Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(051)-636/2022 saylı qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia qismən təmin edilmiş, cavabdehdən 8720.60 manat məbləğdə pul və ödənilmiş 108 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi qət edilmiş və iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər 24 noyabr 2017-ci il tarixdə rəsmi qaydada evlənmişdir. Birgə nikahdan onların 02 iyun 2019-cu ildə X adlı uşaqları doğulmuşdur. Tərəflər bir müddət iddiaçının valideynlərinə məxsus mənzildə yaşasalar da, sonradan kirayəşin yaşamağa başlamışlar. Birgə nikah müddətində tərəflərdən yalnız iddiaçı işləmiş və ailəyə yeganə qazanc gətirən şəxs olmuşdur. C avabdeh isə işləməmiş, başqa yerdən gəlir əldə etməmişdir və hazırki vaxtadək də işləmir. İddiaçı cavabdehlə yaşadığı birgə nikah müddətində 22.970 manat kredit götürmüşdür. İddiaçı həmin kredit məbləğini həm cavabdehlə birgə nikah dövründə, həm də nikah pozulduqdan sonra ödəmişdir. Belə olan halda tərəflər birgə nikah dövründə iddiaçı tərəfindən götürülmüş krediti ailənin ehtiyacı üçün xərcləmişlər. Birinci instansiya məhkəməsi cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, o, iddiaçı tərəfindən götürülmüş kredit vəsaitlərindən xəbəri olmadığını və atasının onlara daimi maddi yardım göstərdiyini bildirsə də, bu barədə məhkəməyə heç bir əsaslı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin bi rgə nikahlarından doğulmuş X adlı uşağın cavabdehin yanında qalır, bu səbəbdən də tərəflərin nikah müddətində və nikahdan sonra iddiaçı tərəfindən ödənilmiş kredit vəsaitinin iddia ərizəsində göstərildiyi qaydada, yəni 8720.6 manat məbləğdə hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Birinci insitansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 34-cü maddələrinə, Mülki Məcəllənin 213, 224.1, 225.1, 225.6-cı maddələrinə, Ailə Məcəlləsinin 31.1, 32.1, 33, 36, 37, 41-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmiş dir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həmin kredit borcunun bir hissəsinin kirayə xərclərinə xərcləndiyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, lakin o, 2017-ci ildən 2019-cu ilin iyul ayınadək Mingəçevir şəhərində valideynlərinə məxsus evdə yaşadıqdan sonra müəyyən bir müddətdə kirayədə yaşadıqlarını etiraf etmişdir. Həmin müddət isə 2019-cu ilin oktyabr ayından 2020-ci ilin axırlarına kimi olmuş, həmin vaxtlarda 2019-cu ilin iyul ayında isə övladı ilə birlikdə 3 ay müddətində valideynlərinə məxsus evdə yaşamışdır. 1 ilə qədər birlikdə yaşadıqları mənzil kirayə xərci isə ayda əvvəl 120 manat, sonradan isə 150 manat olmaqla hesablanmış, ümumi hesablandıqda isə 1.500 manat civarında məbləğ təşkil etmişdir. Digər tərəfdən onun xəstə olduğu nu və həmin kredit borcunun bir hissəsinin onun müalicəsinə xərcləndiyini qeyd edir, yenə də bu kimi hallar baş vermədiyindən məhkəməyə hər hansı sübut təqdim etməmiş, həqiqətdə isə hərdən müalicə olunsa da həmin xərclər də valideyni tərəfindən qarşılanmışdır. Həmçinin, götürülən kredit borcunun ailənin ehtiyaclarına xərcləndiyini qeyd etsə də hansı ehtiyaclara xərcləndiyini bildirməmiş, ümumi söz olaraq qeyd etmiş, gündəlik yaşamaq xərclərini nəzərdə tutsa da iddiaçı işsiz olmamış, FHN-də işləyərək əmək haqqı almış və həmin əmək haqqı, bir də valideyninin ona etdiyi maddi köməkliyi ilə ailənin gündəlik tələbatları ödənilmişdir. Banklardan götürülən kredit borcları iddiaçının qeyd etdiyi kimi deyil, özünün şəxsi ehtiyaclarına: Mercedes 320 S-klass markalı nəqliyyat vasitəsi üçün 2.800 ma nat yeni matorunun, 1200 manat karopka və digər ehtiyyat hissələrinin alınmasına xərclənmişdir. Bildiyinə görə bir neçə il bundan əvvəl Ukrayna Respublikasında təhsil müəssisələrinin birinə ödəniş etməklə qəbul olunduğu, sonradan koronaviris xəstələyi ilə əlaqədar xaricə getmədiyi ona məlum olmuşdur. Həmçinin "xxxx" ASC-dən 12 yanvar 2021-ci ildə 7480 manat, "xxxx" Bank Olmayan Kredit Təşkilatından isə 14 yanvar 2021-ci ildə 1100 manat kredit götürmüşdür. Həmin kredit borclarının isə ailənin ehtiyaclarına xərcləndiyi mümkün ola bilməzdi, çünki 2021-ci ildə o, övladı ilə birlikdə valideynlərinə məxsus evdə yaşamışdır. İşə apellyasiya qaydasında baxılarkən, sorğu əsasında "xxxx" ASC məhkəməyə məlumat vermişdir ki, iddiaçıya məxsus bank hesabı üzrə banka xx.xx.2021-ci il tarixli kredit müqavi ləsinə görə xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək 7323.71 manat kredit borcu ödənilmişdir. Göstərilən ödənişin 6.490 manatı xx.xx.2021-ci il tarixdə X1 tərəfindən icra edilmişdir. Apellyasiya baxışı zamanı Qəbələ rayon İHB-nın Nic qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışı ilə müəyyən edilmişdir ki, Cavabdeh ailəli olduğu vaxtda dəfələrlə ailədə olan narazılığa görə X qəsəbəsində yaşayan atası evinə qayıtmış, rəsmi boşanana qədər təxminən bir il üç aydan artıq atası evində yaşamışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(107)1024/2022 saylı qətnaməsi ilə (hakimlər A.Mahmudov sədrlik edən, məruzəçi, Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 19 may 2022-ci il ta rixli qətnaməsi “iddianın təmin olunmuş” hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etmişdir ki, apellyasiya instansiya məhkəməsinin icraatı zamanı iddiaçı tərəf sorğu-sual olunduqda götürmüş olduğu kreditlərindən bir müddət ödəniş etdiyini bildirməklə, sonda həmin kreditləri digər kreditlər hesabına ödədiyini bildirmişdir. Buradan belə nəticəyə gəlmək olur ki, iddiaçı götürmüş olduğu kreditləri heç də qrafik üzrə deyil, digər kreditlər hesabına ödəmişdir ki, bu da cəm olaraq 22.970 manat kreditin götürülməsi və ödənilməsi anlamına gəlmir. Belə olan halda cavabdehin götürülmüş sonuncu kreditdən məlumatlı olması, həmin kredit məbləği üzərində birgə əmlak rejiminin yaranması, o cümlədən birgə ailə təsərrüfatına xərclənməsi ağlab atan və inandırıcı görünmür. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli kreditin formal olaraq qalmış nikah dövründə götürülməsi sübut olunsa da, cavabdehin həmin kredit məbləğindən bəhrələnməsi, birgə ailə-təsərrüfat xərclərinə sərf olunması sübut olunmur. Bundan əlavə Bank tərəfindən verilmiş məlumatdan görünür ki, sonuncu kreditin böyük hissəsi X1 tərəfindən icra edilmişdir. Belə olan halda cavabdehin götürülmüş kredit məbləği üzrə öhdəliyinin yaranması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 6, 152, 157.2, 213.1, 215.1, 225.1-ci maddələrinə, Ailə Məcəlləsinin 34.1, 34.2.3, 33.1, 36.3, 37.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 372, 384, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəm əsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etməklə tərtib edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh iddiaçı tərəfindən götürülmüş kredit vəsaitlərindən xəbərinin olmamasını bildirsə də, bu barədə məhkəməyə heç bir əsaslı sübut təqdim edə bilməmişdir. Halbuki, cavabdeh məhkəmə iclaslarında verdiyi izahatlarında heç vaxt işləmədiyini, ailədə yeganə işləyib qazanc gətirən şəxsin iddiaçı olduğunu bildirmişdir. Bel ə olan halda cavabdehin iddiaçı tərəfindən götürülmüş kredit vəsaitlərindən xəbərinin olmaması barədə dəlilləri qeyri-səmimi, həqiqətə uyğun olmayan hesab edilməli və cavabdehin özünü müdafiə xarakteri daşıması məqsədilə qeyd etdiyi nəzərə alınmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. A ilə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (32.2.1); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (32.2.2). Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmla kda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qər ardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 24 noyabr 2017-ci il tarixdə tərəflər rəsmi nikaha daxil olmuş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı, "xxxx" ASC-dən 10 dekabr 2019-cu il tarixdə 6000 manat, 10 dekabr 2019-cu il tarixdə 500 manat kredit kartı, 28 iyun 2019-cu il tarixdə 4200 manat, 18 aprel 2018-ci il tarixdə 1900 manat, 12 yanvar 2021-ci il tarixdə isə 7480 manat məbləğdə kredit götürmüşdür. Sonuncu kredit borcu xx.xx.2021-ci tarixdə tam bağlanmışdır. "xxxx" ASC ilə iddiaçı arasında xx.xx.2016-cı il tarixdə, xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə İddiaçı müvafiq olaraq 2000 manat, 1900 manat və 6000 manat məbləğdə kredit veri lmişdir. Kredit müqavilələri üzrə kredit borcları tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İddiaçı kredit müqavilələri üzrə xx.xx.2022-ci il tarixə borcu yoxdur. Bundan başqa iddiaçı, "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-dən xx.xx.2019-cu ildə 400 manat kredit almış, xx.xx.2019-cu ildə krediti bağlamışdır; 28 iyun 2019-cu ildə 500 manat kredit almış, xx.xx.2019-cu ildə krediti bağlamışdır; xx.xx.2019-cu ildə 550 manat kredit almış, xx.xx.2019-cu ildə krediti bağlamışdır; xx.xx.2019-cu ildə 1300 manat kredit almış, xx.xx.2018-ci ildə krediti bağlamışdır; 13 noyabr 2020-ci il tarixdə 340 manat kredit almış, xx.xx.2021-ci ildə krediti bağlamışdır, xx.xx.2021-ci il tarixdə 850 manat kredit almış, xx.xx.2021-ci ildə krediti bağlamışdır; xx.xx.2021-ci il tarixdə 1100 mana t kredit almış, xx.xx.2021-ci ildə krediti bağlamışdır və xx.xx.2022-ci il tarixdə 2080 manat kredit almış və həmin kredit aktivdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, apellyasiya icraatı mərhələsində iddiaçı ilə sorğu-sual aparılarkən o, götürmüş olduğu kreditlər üzrə bir müddət ödəniş etdiyini bildirməklə, sonda həmin kreditləri digər kreditlər hesabına ödədiyini bildirmişdir. Buradan belə nəticəyə gəlmək olur ki, iddiaçı götürmüş olduğu kreditləri heç də qrafik üzrə deyil, digər kreditlər hesabına ödəmişdir ki, bu da cəmi 22.970 manat kreditin götürülməsi və ödənilməsi anlamına gəlmir. Belə olan halda cavabdehin götürülmüş sonuncu kreditdən məlumatlı olması, həmin kredit məbləği üzərində birgə əmlak rejiminin yaranması, o cümlədən birgə ailə təsərrüfatına xərclənməsi ağlabatan və inandırıcı görünmür. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.3-cü maddəsində göstərilir ki, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmu nlu olan iddia ərizəsinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli kreditin formal olaraq qalmış nikah dövründə götürülməsi sübut olunsa da, cavabdehin həmin kredit məbləğindən bəhrələnməsi, birgə ailə-təsərrüfat xərclərinə sərf olunması sübut olunmur. Bundan əlavə, Bank tərəfindən verilmiş məlumatdan görünür ki, sonuncu kreditin böyük hissəsi X1 tərəfindən icra edilmişdir. Belə olan halda cavabdehin götürülmüş kredit məbləği üzrə öhdəliyinin yaranması öz təsdiqini tapmamışdır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, iddiaçının iddia etdiyi kredit borcunun tərəflərin ümumi borcu olması və həmin borcun məhz ailənin ümumi ehtiyacları üçün xərclənməsi mülki iş materialları ilə təsdiq edilmədiyi üçün, iddianı rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(107)-1024/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.