Məhkəmə qərarları › İş №2(102)-901/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-901/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-901/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, iddia tələbinin həcminin artırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3999/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. Bankla Cavabdeh1 arasında xx xxxxxxxx 2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi bağlanmış, bank tərəfindən sonuncuya 36 ay müddətinə illik 25 faiz hesablanmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini məqsədilə bankla Cavabdeh2 arasında xx xxxxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, nəticədə sonuncuya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev küçəsi, 28 saylı evin 53 saylı mənzilin bank qarşısında ipoteka ilə yüklü edilmiş, cavabdeh tərəfindən öhdəlik lazımınca icra olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit, ona hesablanmış faizlərin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 29.015 ABŞ dolları məbləğində əsas, 11.157 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 40.172 ABŞ dolları məbləğində borcun, həmçinin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pil vəsaitinin bankın xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Binəqəd i rayonu, 7-ci mkr., A.Kunanbayev küçəsi 28 saylı evin 53 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan ən geci 1 ay ərzində orada qeydiyyatda olan Cavabdeh1 və digər şəxslərin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 bankdan götürdüyü pulu ödəniş qrafiki üzrə faizləri ilə birlikdə vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, xx.xx.2017-ci il tarixə 29.015 ABŞ dolları məbləğində əsas, 11.157 ABŞ dolları məbləğində faiz b orcu olmaqla, ümumilikdə 40.172 ABŞ dolları məbləğində borcu yaranmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, RX seriyalı, ******* nömrəli çıxarışla sonuncuya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev küçəsi, 28 saylı evin 53 saylı mənzili 60.000 manat qiymətləndirilərək bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

4. Məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə ipoteka predmetinin real bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmiş, “xxxx” MMC xx.xx.2018-ci il tarixli QR-88/M saylı qiymətləndirmə rəyi ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev küçəsi, 28 saylı evin 53 saylı mənzilinin xx.xx.2 018-ci il tarixə bazar dəyəri 60.000 manat müəyyən edilmişdir.

5. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə ipoteka predmetinin real bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə əlavə ekspertiza təyin edilmiş, “xxxx” MMC xx.xx.2018-ci il tarixli QR-205/M saylı qiymətləndirmə rəyi ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev küçəsi, 28 saylı evin 53 saylı mənzilinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 67.000 manat müəyyən edilmişdir.

6. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 29596 nömrəli xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, kredit müqaviləsinə əsasən iş materiallarında təqdim edilmiş əlavə sənədlər tam olmadığından hazırki hesablama zamanı Cavabdeh1 banka olan ə sas, faiz və cərimə borcunu müəyyən etmək mümkün olmamışdır.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən cavabdehin xx.xx.2019-cu il tarixə banka olan əsas borcu 28.478,9 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış faiz borcu 20353,7 ABŞ dolları, cərimə borcu 3810,09 gecikdirilmiş faiz borcu 934.96 ABŞ dolları, ümumi borcu 53577.24 ABŞ dolları təşkil edir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fərrux Qasımov) 2(001)-169/2020 nömrəli, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 banka bağladığı xx.xx.2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsi üzrə 28.478,49 ABŞ dolları məbləğində əsas, 11.157 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 39.632,49 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev keçəsi, 28 saylı evin 53 saylı mənzilinə tutma yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 67.000 manat müəyyən olunmaqla həmin mənzilin açıq hərracdan satılması və satışından əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı-nə olan 39.632,49 ABŞ dolları məbləğində borcunun ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, ipoteka qoyulmuş mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin evdən istifadə hüququna xitam verilməsi və ev in boşaldılması, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 29 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, iddia tələbində əsas borcun məbləği 29.015 ABŞ dolları, faiz borcunun məbləği 11.157 ABŞ dolları göstərilsə də, sonradan iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli maliyyə arayışında əsas borcun məbləği 28.478,49 ABŞ dolları, faiz borcunun məbləği 20.353,7 ABŞ dolları kimi göstərilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, hazırkı tarixə əsas borcun məbləğində azalma müşahidə olunduğundan və faiz borcunun artması ilə bağlı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim olunmadığından Cavabdeh1 əsas borc üzrə 28.478,49 ABŞ doll arı, faiz borcu üzrə 11.157 ABŞ dolları məbləğində pulun tutulmasında iddia tələbindən kənara çıxma halı mövcud deyildir.

11. Həmçinin Cavabdeh1 ləğv prosesində olan “xxxx" ASC ilə aralarında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsi üzrə 28.478,49 ABŞ dolları məbləğində əsas, 11.157 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 39.632,49 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq banka ödənilməlidir.

12. Eyni zamanda məhkəmə hesab etmişdir ki, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş xx xxxx 2018-ci il tarixli, QXM 205/M nömrəli rəyə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 67.000 manat müəyyən olunmalıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsini n 739, 427.3, 442.1, 439.1, 439.2, 319.1, “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33, 39.3, 41.2, 47.5ci maddələrinə istinadla əsaslandırmışdır.

14. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin Cavabdeh1 11.157 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilərək cavabdehdən 20.353,70 ABŞ dolları faiz borcunun və 934.96 ABŞ dollar gecikmə faizinin tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Zaur Əliyev və Telman Məmmədov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi 2(103)-10683/2019 nömrəli qətnaməsi ilə lə ğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini borcun (faizlərin) tutulması hissəsində mübahisələndirmiş, lakin həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində 11.157 ABŞ dolları məbləğində faiz borcu tələb etmiş, iddiasını sonradan dəyişdirməmiş, bununla bağlı birinci instansiya məhkəməsinə MPM-nın 53-cü maddəsinin tələblərinə uyğun yazılı ərizə təqdim etməmişdir. Birinci instansiya məhk əməsi iddiaçının həmin tələbini tam təmin etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayış isə iddianın dəyişdirilməsi kimi qəbul edilə bilməz.

17. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilərək, cavabdehdən müqavilə müddəti üçün hesablanmış faiz borcunun 20.353,70 ABŞ dolları, gecikdirilmiş faiz borcunun 934,96 ABŞ dolları mə bləğində müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Vəfaddin İbayev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev və Ələsgər Əliyev) xx xxxxxx 2020-ci il tarixli, 2(102)-570/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi faiz borcun hesablanması hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Kassasiya məhkəməsi qərarında qeyd edilmişdir ki, işin 163-cü səhifəsinə əlavə edilmiş iddiaçının xx xxx 2019-cu il tarixli məktubu ilə müəyyən edilir ki, iddiaçı xx xxx 2019-cu il tarixə tələblərinin artıraraq cəmi 53.577.24 (əlli üç min beş yüz yemiş yeddi) ABŞ dolları (iyirmi dörd) sent olmasını göstərərək məhkəməyə müraciət etmişdir.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi həmin məktubu iddia tələbinin həcminin artırılması kimi qəbul etməli və ya ən azından həmin məsələni iddiaçı tərəfin iştirakı ilə müzakirə etməli idi. Birinci instansiyası məhkəməsinin qətnaməsi ilə cavabdehdən faiz borcu xx.xx.2017-ci il tarixə kimi hesablanaraq tutulmuşdur. Halbuki tərəflər arasında müqavilə xx xxxxxxxx 2015-ci il tarixdə 36 ay, yəni üç il müddətinə bağlanmaqla, kreditin müddəti xx xxxxxxxx 2018-ci tarixdə bitir. Belə olan halda iddiaçının həmin tarixə kimi verilmiş kreditə görə faizlər tələb etmək hüququ olmuşdur. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Tofiq Səmədov və İkram Şirinov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi 2(103)3999/2020 nömrəli qətnaməsi ilə ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir və bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnamə si dəyişdirilmədən saxlanılmalıdır.

25. İşə yenidən apellyasiya qaydasında baxılarkən kassasiya instansiyası məhkəməsinin göstərişləri üzrə aparılmış müvafiq araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsinin izahatından həmin məktubun (i.v. 163) iddia tələbinin həcminin artırılması kimi təqdim edilməsi bildirilsə də, həmin məktub Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən və həmin məktubun nüsxəsinin qarşı tərəfə təqdim edilməməsi səbəbindən birinci instansiya məhkəməsinin iddia tələbinin iddiaçı tərəfindən artırılmaması barədə mövqeyi əsaslı olmuşdur.

26. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-cu il tarixli 2(103)-3999/2020 saylı qətnaməsinin qanunsuz və əsassız olduğuna görə ləğv edi lib kassasiya şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə yenidən apellyasiya qaydasında baxılarkən kassasiya instansiya məhkəməsinin göstərişlərinə məhəl qoyulmamış və işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, prosessual qanun pozuntularına yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə q eyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yal nız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin 22-ci (Öhdəliklərin icra edilməməsi”) və 23-cü (Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət”) fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Qətnamə ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.2, 385.1.4, 390-cı maddələrinin tələbləri pozulmuşdur.

28. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. İddiaçının vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3999/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

30. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab e dir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə

53. İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 32. 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 33. 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 34. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

35. Maddə 407.2. Kassasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

36. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

38. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

40. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. İddia qismən təmin edildiyindən və iddiaçı yalnız iddianın faiz borcu hissəsini mübahisələndirdiyindən, iddiaçının kassasiya şikayəti əsasında qətnamənin təmin edilməmiş hissəsinin qanuniliyi yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd e dir ki, məhkəmə verilmiş tələblər üzrə qətnamə çıxarır.

44. İddiaçı iddia tələbində xx.xx.2017-ci il tarixə yaranmış 29.015 ABŞ dolları məbləğində əsas, 11.157 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 40.172 ABŞ dolları məbləğində borcun tutulmasını tələb etmişdir. İddiaçının işə birinci instansiya məhkəməsində baxılarkən sonuncu məhkəmə iclasında cavabdehin xx.xx.2019-cu il tarixə borcunun məbləği barədə arayış təqdim etməsi iddia tələbinin artırılması kimi qəbul edilə bilməz. Çünki Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi Departamentinin direktor müavini Ə.Aslanov tərəfindən imzalanmış həmin məktub iddia ərizəsinə uyğun forma və məzmunda tərtib edilməmiş, məktubda göstərilən borc məbləğinin cavabdehlərdən tutulması və borcun ipotekaya yönəldilməsi barədə tələb göstərilməmiş, həmçinin bu məktub iddianın dəyişdirilməsi səlahiyyətinə malik olan şəxs tərəfindən imzalanmamışdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin bankın müqavilə üzrə faizlərin müqavilə müddətinin sonunadək hesablanaraq tutulması, hətta müqavilədə göstərilən hallarda müqavilə müddəti bitdikdən sonra da qaytarılmayan borca faizlər hesablamaq hüququnun olm ası barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr verilmiş tələblər üzrə qətnamə çıxarmışdır və bank bunun üçün qanunla müəyyən edilmiş əsaslar olduqda, sonrakı dövr üzrə faizlərin tutulması barədə məhkəmə yeni iddia ilə müraciət edə bilər.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3999/2020 nömrəli i ş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar