Məhkəmə qərarları › İş №2(102)-902/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-902/2019

22.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-902/2019 22.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının vəkili X1, Cavabdeh, cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı öhdəliyin icra olunmaması səbəbindən pulun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı ş əhəri Xətai rayon Məhkəməsinin 20 aprel 2018-cı il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə) iddiaçı X2 Cavabdeh qarşı öhdəliyin icra olunmaması səbəbindən pulun qaytarılması tələbi qismən təmin olunmuş, 33868 manat məbləğində pul vəsaitinin, 15000 manat məbləğində əldən çıxmış faydanın, 500 manat məbləğində qiymətləndirmə xərcinin, 30 məbləğində dövlət rüsumunun, cəmi 49398 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamış, həmçinin ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Eyvazov, hakimlər S.Hacıyev və F.Talışinski) Xətai ray on Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi qismən, yəni cavabdehdən 15000 manat məbləğində əldən çıxmış faydanın iddiaçının xeyrinə tutulması hissəsində ləğv olunmuş, iddia həmin hissədə təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X5 Cavabdeh qarşı öhdəliyin icra olunmaması səbəbindən pulun qaytarılması tələbinə dair iddia verərək, obyektin təhvil verilməsi üçün ödənilmiş 90000 manatdan, görülmüş işlərə 4000 0 manatı çıxılmaqla, qalan 50000 manat, həmçinin əldən çıxmış faydaya (əldə edəcəyi gəlirlər) görə 20000 manat, mənəvi ziyana görə 5000 manat, təmir işlərinin qiymətləndirilməsinə ödənilmiş 500 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun, ümumilkidə 75530 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisə olunmayan hallarına görə tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərin ə görə cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində təmir-tikinti işlərini aparmalı, bu məqsədlə cavabdehə iddiaçı tərəfindən hissə-hissə 83893 manat pul vəsaiti ödənilməli idi. İddiaçı iddia edir ki, cavabdeh tərəfindən təmir-tikinti işləri keyfiyyətsiz aparılmış, ödənilmiş pul vəsaiti tam olaraq xərclənməmişdir. İddiaçı hesab etmişdir ki, cavabdeh tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərinin dəyəri cəmi 40000 manat təşkil etmişdir (iddiaçı bununla bağlı sübut kimi qiymətləndiricinin rəyini iddia ərizəsinə əlavə etmişdir). Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçı tərəfindən ona ödənilmiş pul vəsaitinin hamısının təmir-tikinti işlərinə sərf olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqavi ləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753-cü maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Məhkəmə tikinti-texniki ekspertizasının 5707 saylı, 06.04.2018-ci il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş təmirtikinti işlərinin (həmin işlərə sərf olunmuş materiallarla birlikdə) ümumi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq 50025 manat təşkiletmişdir. Həmçinin işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə podrat müqaviləsi üzrə nəzərdə tutulmuş işlərin görülməsinə görə iddiaçı tərəfindən cavabdehə 88863 manat pul ödənilmişdir. İşin hallarını və qeyd edilən ekspert rəyini əsas tutmaqla apellyasiya instansiyası məhkəməsi cavabdehdən iddiaçının xeyrinə artıq ödənilmiş məbləğin, yəni 38838 manat pulun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini düzgün olaraq dəyişdirilmədən saxlamışdır. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qətnamə «15000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən iddiaçının xeyrinə tutulması» hissəsində əsassız olduğundan, həmin hissədə ləğv olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd edilən hissədə iddianı təmin edərkən, iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsini aylıq icarə haqqı 1500 manat məbləğində olmaqla 5 il müddətinə icarəyə verməsinə əsaslanmışdır. Yəni, məhkəmə hesab etmişdir ki, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyindən, fəaliyyətə başlanmalı olan qeyri-yaşayış sahəsi (obyekt), təmirsiz olmasına görə icarəyə verilmədiyindən, iddiaçı hər ay 1500 manat məbləğində əldə edəcəyi faydadan (gəlir, artım, bəhərin və sair) məhrum olmuşdur. Odur ki, əldən çıxmış fa yda qismində 15000 manat (10 ay x 1500 manat = 15000 manat) məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Halbuki, iddiaçının sonradan qeyri-yaşayış sahəsini aylıq 1500 manata digər şəxslərə icarəyə verməsi faktı, həmin məbləği əsas tutmaqla cavabdehə qarşı əldən çıxmış fayda barədə tələbin özü-özlüyündə əsaslı olması anlamına gələ bilməz. Eyni zamanda, işdə olan sübutlardan cavabdeh tərəfindən həyata keçirilmiş təmirtikinti işlərinin qurtarma vaxtının konkret müddətini müəyyən etmək mümkün deyildir. Hətta, cavabdeh tərəfindən təmir-tikinti işlərinin gec bitməsi ehtimal olunsa belə, iddiaçının həmin müddət ərzində qeyri-yaşayış sahəsinə dair digər şəxslərlə real olaraq icarə müqaviləsini bağlaması, məhz cavabdehin təqsiri üzündən bunun baş tutmaması barədə işdə hər h ansı sübut mövcud deyildir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsini n 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar