Məhkəmə qərarları › İş №2(102)-902/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-902/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-902/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər xxxna və xxxna qarşı “kredit, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi”tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apelyasiyanın qeyri-mümkün hesab edilməsi, apelyasiya şikayətinin verilməsi üçün prosessual müddət) Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehxxxnun və vəkili xxxnun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(103)4386/2020 nömrəli qərardadından cavabdehxxx tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)102/2020 nömrəli qətnaməsi ilə (hakim S.Ş.Talıbov) iddiaçı “xxxx” KB ASC-nin iddiası qismən təmin edilərək, cavabdehxxxndan 27266,80 ABŞ dolları əsas, 5694,72 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə borcu üzrə, cəmi 33961,52 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borcun və 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutularaq “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi, tutmanınxxxnun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 sa ylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabınaxxxnun banka olan borcun ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı “xxxx” KB ASC birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermiş və həmin şikayət Bakı Apelyasiya Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Daha sonra xx xxxxxxx 2020-ci il tarixdə cavabdehxxx tərəfindən verilmiş apelyasiya şikayəti dəftərxana vasitəsilə apelyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(103)-4386/2020 nömrəli qərardadı ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər C.A.Yusifovdan və V.Ə.Baxışovadan ibarət tərkibdə) Bakı ş əhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehxxx tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Cavabdehxxx Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadından kasasiya şikayəti vermişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə təqdim olunmamışdır. Bu səbəbdən onun qətnamədən apelyasiya şikayəti vermək hüququ qətnamə barədə “məlumatlı olduğu” vaxtdan deyil, həmin qətnamə ona rəsmi qaydada çatdırıldığı gündən hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehxxx və vəkili xxx kasasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apelyasiya in stansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı “xxxx” KB ASC-nin səlahiyyətli nümayəndəsi və cavabdeh xxx məhkəməyə gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materia llarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)-102/2020 nömrəli qətnaməsindən iddiaçı “xxxx” KB ASC apelyasiya şikayətinə baxılması xx xxxx 2020-ci il tarixə təyin olunmuş və cavabdehxxxnun da iştirak etdiyi həmin məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra məhkəmə baxış iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş, həmin iclasda da cavabdehxxx şəxsən iştirak etmiş və tərəflər arasında barışığın əldə edilməsi üçün məhkəmə iclası xx xxxxxxx 2020-ci il tarixə təxirə alınmışdır. Lakin xx xxxxxxx 2020-ci il tarixdə cavabdehxxx tərəfin dən verilmiş apelyasiya şikayəti dəftərxana vasitəsilə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiya sı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində cavabdehxxxnun apelyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, iş materiallarında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)-102/2020 saylı qətnaməsi qəbul edilən vaxt onun surətinin cavabdehxxxna rəsmi qaydada verildiyini təsdiq edən sübutlar olmasa da, cavabdeh həmin qətnamədən ən geci hazırki apelyasiya baxışı zamanı keçirilmiş xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında məlumatlı olmuş, cavabdehin apelyasiya şikayəti isə xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmaqla qanunvericiliklə müəyyən olunmuş prosessual müddət buraxılmışdır. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə qətnamənin surətini rəsmi qaydad a təqdim olunmasını təsdiq edən sənəd iş materiallarına əlavə olunmasa da, onun qətnamənin mövcudluğundan və onun nəticəsindən (mahiyyətindən) xəbərdar olması işin mübahisəsiz halıdır. Belə olan halda, cavabdehin uzun müddət ərzində qətnamənin surətini almayaraq, sonradan apelyasiya şikayəti verməsi onun prosessual hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Pirəli Orucov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Qərarında göstərmişdir ki, “Ərizəçinin müraciət etməyə cəhd göstərdiyi hüquqi müdafiə vasitəsinin açıq-aydın səmərəsiz olduğunu nəzər ə alaraq, Məhkəmə bu fikirdədir ki, ərizəçi həmin vasitənin səmərəsiz olmasından müəyyən bir məqamda xəbərdar tutmalı idi. Əgər ərizəçinin bildirdiyi kimi, o, açıq-aydın mövcud olan hüquqi müdafiə vasitəsindən istifadə etməyə çalışıbsa və yalnız bundan sonra həmin vasitəni səmərəsiz edən hallardan xəbər tutubsa, 35-ci maddənin 1-ci bəndinin məqsədləri üçün altı aylıq müddətin axımının ərizəçinin həmin hallardan ilk dəfə xəbər tutduğu və ya xəbər tutmağa borclu olduğu tarixdən başladığını hesab etmək münasib olar. Hazırkı işdə ərizəçi birinci instansiya məhkəməsinin qərarından xx xxxxxx 2005-ci ildə şikayət vermişdi. Lakin şikayətinə heç bir cavab almadı. Bundan başqa, belə görünür ki, o, şikayət ərizəsinin vəziyyəti barədə, yaxud ona baxılıb-baxılmadığı barədə apelyasiya məhkəməsinə sonr adan hər hansı sorğu göndərməyib. Başqa sözlə, şikayət ərizəsini verdikdən sonra apelyasiya instansiyası məhkəməsi tərəfindən şikayətlərinə baxılması üçün ərizəçinin lazımi səy göstərdiyi sübuta yetirilməyib. Apelyasiya instansiyası məhkəməsinin bu növ şikayətə alındığı gündən sonra üç gün ərzində baxmalı olduğunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin bilavasitə şikayəti verdikdən bir neçə ay sonra, başqa sözlə, ən azı 2005-ci ilin sonundan şikayətinə səmərəli şəkildə baxılmayacağından xəbərdar olduğunu hesab etmək olar, baxmayaraq ki, o, xx xxxxxx 2005-ci ildən bəri şikayətinə heç bir cavab almamışdı. Buna görə də Məhkəmə hesab edir ki, ərizəçi xx xxxxxx 2007-ci ildə Məhkəməyə bu şikayətini təqdim etməzdən xeyli əvvəl bu vəziyyətdən xəbərdar olmalı idi.” “Akif Həsənov Azərbayca na qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Qərarda Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apelyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri dü zəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin qeyri-mümkün hesab olunmasına dair apelyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kasasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və A zərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehxxx tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(103)-4386/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar