Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-903/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, iddia müddətinin axımının kəsilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının nümayəndəsi (direktoru) X4, vəkili Vəkil3, Cavabdeh1, cavabdehlərin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103 )-4845/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı və ya MMC) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən MMC-yə məxsus “Toyota Hilux” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (bundan sonra – nəqliyyat vasitəsi) satılması nəticəsində əldə edilmiş 30,000 manatın, 21.08.2008-ci il tarixli RBB 324A saylı Kredit müqaviləsi üzrə ödənilmiş 52,771 ABŞ dollarının, pul öhdəliyini vaxtında yerinə yetirməd iyinə görə 30,000 manatın illik 7,25% olmaqla altı il üçün 13,050 manat məbləğində və 52,771 ABŞ dollarının illik 7,25% olmaqla altı il üçün 22,955 ABŞ dolları məbləğində faiz məbləğinin, altı il üçün 100,800 manat məbləğində əldən çıxmış faydanın və MMC-yə məxsus nəqliyyat vasitəsinin 2014cü ildə satılması nəticəsində əldə edilmiş pul vəsaitinin vaxtında ödənilməməsinə görə dəyər itkisinin əvəzi olaraq 35,382 manat məbləğində vəsaitin müştərək qaydada tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı MMC-nin direktoru XXXun qardaşı, Cavabdeh2 isə Cavabdeh1 arvadıdır. Nəqliyyat vasitəsi 2008-ci ildən MMC-nin mülkiyyətində olmuşdur. Həmin avtomobilin idarə edilməsi üçün MMC tərəfindən 2014-cü ilə kimi, Ca vabdeh1 adına yol vərəqələri verilmişdir. MMC üzrə 31.01.2014-cü il tarixdə verilmiş 14A01 saylı əmrlə avtomobil ilə bağlı verilmiş bütün yol vərəqələri etibarsız hesab edilmiş və bu barədə Cavabdeh1 məlumat verilərək, avtomobilin MMC-yə qaytarılması tələb olunmuşdur. Lakin Cavabdeh1 avtomobili MMC-yə qaytarmaqdan imtina etdiyi üçün, MMC 04.08.2014-cü il tarixdə ərizə ilə Baş X8i İdarəsinə ərizə ilə müraciət edərək, avtomobillə bağlı verilmiş bütün yol vərəqələrinin etibarsız hesab edilməsi barədə məlumat vermiş və avtomobilin saxta sənəd əsasında idarə edildiyi üçün axtarışa verilərək, MMC-yə qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh1 həmin avtomobili 2014-cü ildə qanunsuz olaraq 30.000 manata satmışdır. MMC həmin alqı-satqının etib arsız hesab edilməsi barədə müvafiq iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin 09.10.2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur. Göstərilənlərə əsasən, avtomobilin satılması nəticəsində cavabdehlərin əldə etdikləri 30.000 manat, bu məbləğə illik 7,25% hesabı tətbiq edilməklə 6 il üçün 13.050 manat, avtomobilin satılması nəticəsində əldə edilmiş pul vəsaitinin vaxtında ödənilməməsinə görə dəyər itkisinin əvəzi olaraq 35.382 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Bundan başqa, Cavabdeh2 21.08.2008-ci il tarixdə "xxxx" İKB ASC ilə Kredit müqaviləsi bağlayaraq Bankdan 32.850 ABŞ dolları məbləğində kredit almışdır. Cavabdeh2 həmin Kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyinin icrasının təminatı olaraq MMC-yə məxsus sözügedən nəqliyyat vasitəsi Bankın xeyrinə girov qoyulmuşdur (həmin vaxt avtomobil hələ satılmamışdır). Bundan sonra Cavabdeh2 kredit borcunu ödəməmiş və bu səbəbdən avtomobilin borca görə açıq hərracdan satılması məsələsi gündəmə gəlmişdir. MMC də bunun qarşısını almaq üçün Cavabdeh2 Banka olan cəmi 52.771 ABŞ dolları məbləğində borcunu Banka ödəmək məcburiyyətində qalmışdır. Buna baxmayaraq, ər-arvad olan cavabdehlər MMC-yə olan həmin borcu bu günə kimi ödəməmişlər. Ona görə də, qeyd edilən 52.771 ABŞ dolları, bu məbləğə illik 7,25% hesabı tətbiq edilməklə 6 il üçün 22.955 ABŞ dolları məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. MMC göstərilən pul məbləğlərini dövriyyəyə buraxaraq 6 il ərzində 100.800 manat məbləğində fayda əldə edə bilərdi. Lakin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində həmin faydanı əldə edə bilməmişdir. Odur ki, 100.800 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq MMC-yə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) iddiaya etiraz edərək, bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə XXXun pul tələbinə dair qanunla nəzərdə tutulmuş üç illik iddia müddətini ötürdüyü müəyyən edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-92/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il qətnaməsi ilə (hakim – İ.Rüstəmli) iddia rədd olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələ ri və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, həqiqətən də cavabdehlər "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC və “TBC Kredit” BOKT-la 2006-2011-ci illər ərzində kredit müqavilələri bağlamışlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının X4 Cavabdeh1 və Cavabdeh2 qarşı borc və zərər tələbinə dair mülki iş üzrə qəbul etdiyi 25 fevral 2020-ci il tarixli qərarda qeyd edilmişdir ki, hətta tərəflərin münasibətlərinin pozulmasının ən son tarixi kimi Cavabdeh2 XXXa 31.01.2011-ci il tarixdə verdiyi etibarnamənin 21.02.2014-cü ildə ləğv edilməsi əsas götürülsə belə, XXXun 2012-ci ilədək apardığını iddia etdiyi ödənişlərlə bağlı hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu an ən uzağı 2014-cü ilin fevral ayının 21-dən hesablanmalıdır. Eyni zamanda, məhkəmə iclasında müəy yən edilmişdir ki, kredit müqavilələri üzrə son ödənişlər 2012-ci ildə aparılmışdır. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə cavabdehlər arasında münasibətlər 2013-cü ildə pozulmuşdur. Bu səbəbdən cavabdehlər iddiaçının hazırkı tələb üzrə pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar iddia müddətinin axımının 2013-cü ildən başlanmasını qeyd etmişlər. İddiaçı cavabdehlər ilə aralarında olan münasibətlərin 2017-ci ildə pozulduğunu iddia etsə də, işin bu halları öz təsdiqini tapmamışdır. Bunun əksinə olaraq müəyyən edilmişdir ki, tərəflərin arasındakı münasibətlərin pozulması tərəflərin bir-birinə verdikləri etibarnamələri ləğv etdirməkləri ilə bağlı olmuş və bu hadisə 2013-cü ildə baş vermişdir. Qeyd olunanlara əsasən məhkəmə cavabdehlər tərəfindən verilmiş iddia müddətinin t ətbiq edilməsi ilə bağlı ərizəni nəzərə alaraq hesab etmişdir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi üçün iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd etmişdir ki, əsas iddia tələbləri üzrə iddia müddəti ötürüldüyündən pul öhdəliyinin vaxtında yerinə yetirilmədiyinə görə faiz məbləğinin cavabdehlərdən tutulması hissəsində də iddia tələbləri təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 375, 376, 377.1, 377.2, 373.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, MMC iddia müddətini ötürməmişdir. O, əvvəllər iddia ərizələri ilə məhkəmələrə müraciət etmiş və həmin iddia ərizələri əsasında başlanmış mülki işlər üzrə qətnamələr qəbul etdikdən sonra cavabdehlərə qarşı hazırkı pul tələbi barədə iddianı irəli sürmüşdür. Lakin işə baxmış məhkəmə bunu və iddia tələbinin əsaslı olmasını nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4845/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmə dov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Ali Məhkəmənin Mülki kollegiyasının qəbul etdiyi 01.07.2019-cu il tarixli qərarından (İş № 2(102)-4514/2019) görünür ki, “Toyota Hilux” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil (mübahisəli nəqliyyat vasitəsinin yeni qeydiyyat nömrəsi)19.09.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə X1, sonradan bir neçə dəfə etibarnamə əsasında digər şəxslərə verilmiş və sonuncu dəfə 27.12.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə X2 mülkiyyətinə keçmiş və hazırda sonuncunun mülkiyyətindədir. Onların vicdanlı əldə edən şəxslər olması və avtomobilin alqı-satqısının Daxili İşlər Nazirliyinin X8 İdarəsi vasitəsi ilə həyata keçirilməsi həmin müqavilələrin həqiqiliyi prezumpsiyasına dəlalət edir. İş materiallarında olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri izahatlardan tərəflər arasında mübahisənin yaranma səbəbi kimi müəyyən olunmuşdur ki, avtomobil MMC-nin adında olmuş, Cavabdeh1 etibarnamə əsasında avtomobili 2014-cü ildə satmışdır. İddiaçı avtomobilin satılması nəticəsində məhrum olduğu vəsaiti tələb edir. Bundan başqa MMC bildirmişdir ki, Cavabdeh2 21.08.2008-ci il tarixdə "xxxx" İKB ASC ilə Kredit müqaviləsi bağlayaraq Bankdan 32.850 ABŞ dolları məbləğində kredit almışdır. Cavabdeh2 həmin Kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq MMC -yə məxsus sözügedən avtomobil Bankın xeyrinə girov qoyulmuşdur. Bundan sonra Cavabdeh2 kredit borcunu ödəməmiş və bu səbəbdən avtomobilin borca görə açıq hərracdan satılması məsələsi gündəmə gəlmişdir. MMC də bunun qarşısını almaq üçün Cavabdeh2 Banka olan cəmi 52.771 ABŞ dolları məbləğində borcunu Banka ödəmək məcburiyyətində qalmışdır. Buna baxmayaraq, ər-arvad olan cavabdehlər MMC-yə olan həmin borcu bu günə kimi ödəməmişlər. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 18-ci Fəslində nəzərdə tutulmuş iddia müddəti barədə maddi hüquq normalarını səhv tətbiq etmişdir. Belə ki, cavabdehlərdən tutulması tələb olunan pul vəsaitlərinin MMC-nin iddia etdiyi kimi cavabdehlərdə qalması onların iddiaçı MMC-nin hesabına əsassız olaraq varlanması deməkdir. İddiaçı cava bdehlərin əsassız varlanma nəticəsində əldə etdikləri vəsaitin geri qaytarılmasını tələb edir. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının əsassız varlanma nəticəsində əldə edilən pul vəsaitinin qaytarılmasını tələb etmək hüququ, Cavabdeh2 ilə "xxxx" İKB ASC arasında bağlanmış “Kredit müqaviləsi” üzrə hüququnun pozulmasını 2010-cu ildə bilməsi nəzərə alınmaqla 2012-ci ildə, avtomobil ilə bağlı hüququnun pozulmasını isə 2014-cü ildə bilməsi nəzərə alınmaqla 2016-cı ildə bitmişdir. Lakin MMC, hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizəsi ilə 2020-ci ildə müraciət etmişdir. Apellyasiya şikayətində MMC hüququnun pozulduğunu, əvvəllər iddia ərizələri ilə məhkəmələrə müraciət etdikdən sonra həmin iddia ərizələri əsasında başlanmış mülki işlər üzrə qətnamələr qəbul etdikdən sonra bildiy ini göstərsə də, MMC-nin göstərdiyi xüsusat əsaslı deyil. Çünki aşkardır ki, MMC hüququn pozulduğunu ən geci 2014-cü ildə artıq bilirdi. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1091.1. 1091.2, 1095-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil3) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmiş, iddia ərizəsi üzrə iddiaçının təqdim etdiyi sübutla ra MPM-in 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün qiymət verməmiş, iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Cavabdeh1 avtomobili qaytarmaqdan imtina etdiyinə görə MMC 04.08.2014-cü il tarixdə avtomobilin axtarışa verilməsi barədə Baş X8i İdarəsinə müraciət etmişdir. Daxili İşlər Nazirliyinin (DİN) 15.02.2018-ci il tarixli məktubu daxil olduğu andan həmin məktub əsasında avtomobilin özgəninkiləşdirilməsi barədə məlumat almışdır və bundan sonra avtomobilin özgəninkiləşdirilməsi barədə müqavilələrin etibarsız edilməklə MMC-yə qaytarılması tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Ona görə də həmin andan iddia müddətinin axımı dayanmışdır. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi bunu nə zərə almamışdır. Həmin iddia tələbi üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən yekun qərar qəbul edildikdən sonra, yəni nəticə əldə olunmadıqda sonra iddiaçı ödəmiş olduğu pullarla bağlı hüququnun pozulduğunu bilmiş və iddia tələblərini irəli sürmüşdür. Nəqliyyat vasitəsi 2008-ci ildən MMC-nin mülkiyyətində olmuşdur. Burada yanlışlıq ondan ibarətdir ki, MMC banklardan Cavabdeh2 götürmüş olduğu pul vəsaitini 2012-ci ildə ödəmiş olsa belə, cəmiyyətin həmin an hər hansı bir hüququ pozulmamışdır ki, pul tələbi irəli sürsün. Cəmiyyətin hüququnun pozulması anı o andır ki, avtomobil saxta yollarla özgəninkiləşdirilərək cəmiyyətin balansından faktiki olaraq çıxarılmışdır. Cəmiyyət bununla bağlı həmin ərəfələrdə rəsmi məlumat əldə etmiş və pul tələbi ilə bağlı cavabdehlərə qarşı iddia tələbi irəli sürmüşdür. Bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri işin faktiki hallarını düzgün araşdırmayaraq iddia müddətinin ötürülməsi kimi müddəaları hazırkı mübahisəyə yanlış tətbiq edərək səhv nəticəyə gəlmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etirazda qeyd olunmuşdur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, işin faktiki hallarının düzgün araşdırılmaması ilə bağlıdır və formal mülahizələrə əsaslanır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktoru) və vəkili ayrıayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Cavabdeh və cavabdehlərin vəkili ayrı-ayrılıqda k assasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarına olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yo xlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə ets in. Maddə 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci 2 il sonra müddətin keçməsinə görə qüvvədən düşür. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən iddiaçının hüququnun pozulduğunu ən geci 2014-cü ilin fevral ayının 21-də bildiyi və ya bilməli olduğu müəyyən edilmişdir. İddiaçının 2018-ci ildə müqavilənin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etməsi nəticəsində müddətin axımının kəsildiyi barədə mövqeyinin hüquqi əsası yoxdur. Çünki Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qeyd olunmalıdır ki, qanunun mənasına görə kred itorun yalnız iddia müddəti bitmədən iddia qaldırması iddia müddətinin axımını kəsə bilər. Əgər iddia qaldıranadək artıq iddia müddəti bitibsə, həmin müddətin kəsilməsindən də söhbət gedə bilməz. Bu baxımdan məhkəmələr tərəfindən müəyyən edildiyi kimi iddia müddətinin axımı ən geci 21.02.2014-cü il tarixdə başladığı halda 2018-ci ildə əqdin etibarsızılığı barədə iddia qaldırılanadək iddiaçı tərəfindən həm Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş müqavilə tələbləri üzrə üç illik, həm də əsassız varlanma tələbləri üzrə 2 illik iddia müddətləri ötürülmüşdür. Mövcud vəziyyətdə isə iddia ərizəsinin verilməsi artıq ötürülmüş iddia müddətinin axımına dayandıra, kəsə və ya yenidən hesablanmasına əsas ola bilməzdi. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4845/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-903/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-903/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver