Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-905/2022 11.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-905/22 (Açar sözlər: MPM-nin 420-ci maddəsinin tələblərinə riayət edilməməsinin hüquqi nəticələri) Bakı şəhəri, 11 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “əmək funksiyası ilə əlaqədar dəymiş maddi ziyanın və dövlət rüsumunun tutulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5118/2021 nömrəli, 03.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş k assasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında 01 iyun 2016-cı il tarixli əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə satış şöbəsinin ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir.
2. Eyni zamanda həmin tərəflər arasında Cavabdeh öhdəlik götürməsi və cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmışdır.
3. İddiaçı MMC-nin 19 dekabr 2016-ci il tarixli əmri ilə Cavabdeh ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.
4. İddiaçı MMC-nin Satış Nəzarət – Təftiş Şöbəsi tərəfindən tərtib edilmiş 21.12.20 16-cı il tarixli akta əsasən ticarət nümayəndəsi Cavabdeh iştirakı ilə onun fəaliyyətinin yoxlanmasını, ona etibar edilmiş maddi sərvətlər üzrə hesabatın müəyyən edilməsi (inventarizasiyanın aparılmasını) üzrə təftiş aparılmış və onun hesabında 41248,05 manat əskik gəlmə aşkar olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək funksiyası ilə əlaqədar öhdəsində olmuş maddi sərvətlərin çatışmazlığı ilə iddiaçıya vurduğu 38464.70 manat zərəri, vaxtında ödəmədiyinə görə gecikdirdiyi vaxt üçün illik 5% olmaqla, cəmi 2783.35 manat faiz pulu, cəmi 41248,05 manat məbləğində ziyan və 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Nəsimi rayonu ərazisində yerləşən satış nöqtələri ilə işləmişdir. Həmin satış nöqtələri ilə birbaşa əlaqədə olan cavabdeh müştərilərdən istədikləri sifarişləri qəbul edib İddiaçı MMC-nin mərkəzi ofisinə göndərir, ofis isə sifarişi qəbul edib, dərhal həmin qida məhsullarını onun sifariş etdiyi ünvanlara göndərir, 30 gün ərzində satışdan əldə olunan pul vəsaitlərini şirkətin xəzinəsinə ödəyirdi. Lakin, öhdəliyə əməl etməmiş və fəaliyyəti öz ərizəsinə əsasən dayandırılaraq 19.12.2016-ci il tarixdə işdən azad olmuşdur. İşlədiyi müddət ərzində cəmiyyətdən 73386.30 manat dəyərində mal almış, 35290.94 manat cəmiyyətin xəzinədarlığına pul ödəmiş, 2870.82 manat dəyərində mallar geriyə qaytarmış, 4861.79 manat mü hasibat üzrə artma olmuş, 435 manat məbləğində endirim olunmuş, müştərilərdə qalan məbləğ 1065.83 manat, üzləşmə zamanı təsdiqlənməyən məbləğ isə 120.80 manat olmuşdur. Qalıq məbləğ 38464,70 manat təşkil edir. Fəaliyyət göstərdiyi ərazidə olan pul qalıqlarının yığılması üçün ona 1 ay müddət verilmişdir. Ancaq o, müqavilə şərtlərinə əməl etməmiş, nəticədə balansında qalan pul vəsaitini şirkətə təhvil vermədiyindən MMC-nə 38464.70 manat məbləğində zərər vurmuşdur. Bundan əlavə, cavabdeh vurduğu 38464.70 manat zərəri vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5% olmaqla, cəmi 2783.35 manat faiz pulu hesablanaraq əsas vurduğu zərərin üzərinə əlavə edilərək ümumilikdə 41248.05 manat zərər hesablanmışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim K.Əsədov) 26 iyul 2018-ci il tarixli 2(0 01)-5784/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlarla iddianın əsaslı olduğu qənaətinə gəlmiş, məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199.1, 200.1, 202.1, 205.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12088/2018 nömrəli, 11 dekabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2019-cu il tarixli, 2606 nömrəli ekspe rt rəyinə əsasən mülki işin 2-ci cildinin bütün vərəqlərində və 3-cü cildinin 42-52,65-69, 72-73, 76-78, 122-134-cü vərəqələrində olan qaimə-faktura və kassa mədaxil orderlərindəki imzaların Cavabdeh tərəfindən icra olunubolunmaması araşdırılmış və ekspertizaya təqdim edilən çoxsaylı qaimə-faktura və kassa mədaxil orderlərindən 174-dəki imzaların cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən imzalandığı, 35 sənəddəki imzanın kim tərəfindən icra edilməsinin müəyyən edilməsinin mümkün olmadığı, həmçinin bir sıra sənədlərin əsilləri təqdim edilmədiyindən, bəzi sənədlərdə isə imzalar olmadığından həmin sənədlər üzrə tədqiqatın aparılmadığı göstərilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2019-cu il tarixli, 2725 nömrəli ekspert rəyinə əsasən Cavabdeh 13.07.2017-ci il tarixdə 152,30 manat məbləğində pul vəsaitinin müəssisənin kassasına ödənilməsi nəzərə alınmaqla İddiaçı MMC-nin ticarət nümayəndəsi Cavabdeh hesabında 38464,70 (38617,00-152,30) manat satış pulu çatışmazlığı müəyyən edilir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər R.Qurbanov sədrlik edən və məruzəçi, E.Nəbiyev və A.Hüseyn) 2(103)-783/2019 nömrəli, 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5784/2018 nömrəli, 26 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
15. Cavabdeh həmin qətnamədən kas sasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)1459/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-783/2019 nömrəli, 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizası keçirilərkən borcun hesablanması zamanı 19.03.2019-cu il tarixli xətşünaslıq ekspertizasının rəyi ilə imzaların cavabdehə məxsus olmadığı və ya imzaların kimə məxsusluğu müəyyən edilməmiş, həmçinin imzalanmamış və əsilləri olmayan mühasibatlıq sənədlərinin nəzərə al ınıb-alınmadığı həmin ekspert rəyindən görünmür. Belə olan təqdirdə, apellyasiya məhkəməsinin yalnız iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası rəyinin xətşünaslıq ekspertizası rəyindən sonra verilməsinə istinad edərək, həmin rəyin nəticəsi nəzərə alınmaqla verilməsi barədə gəldiyi qənaət əsassız olmuş, ekspert rəyləri digər sübutlarla yanaşı qiymətləndirilməmiş və bununla da, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinin tələbləri pozulmuşdur.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də, qətna mə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ş.Məmmədova sədrlik edən və məruzəçi, M.Məmmədov və X.Sarıyev) 2(103)-5118/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5784/2018 nömrəli, 26 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizası keçirilərkən borcun hesablanması zamanı 19.03.2019-cu il tarixli xətşünaslıq ekspertizasının rəyi ilə imzaların cavabdehə məxsus olmadığı və ya imzaların kimə məxsusluğu müəyyən edilməmiş, həmçinin imzalanmamış və əsilləri olmayan mühasibatlıq sənədlərinin nəzərə alınıb-alınmadığı həmin ekspert rəyindən görünmür.
21. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən hazırkı tələbin əsaslı olmasını təsdiq edəcək sübutlar təqdim edilmədiyindən, Cavabdeh apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(001)-5784/2018 saylı qətnaməsi ləğv olunmalı, iddia rədd edilməlidir.
22. İddiaçı MMC həmin qətnamədən kassasiya ş ikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərinə riayət etməmiş, göstərişləri səhv təfsir edərək, iddianın rədd olunması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə hansı halları müəyyən etdiyini, ekspert rəyləri ilə digər sübutları araşdıraraq hansı nəticəyə gəldiyini əsaslandırmamış və ekspert rəyinə istinad edərək iddia tələbini rədd etmişdir. Apellyasiya məhkəməsi tərəfindən MPM-nin t ələbləri pozulmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
26. Maddə
191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
27. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əmə lin nəticəsi arasında səbəbli əlaqə olduqda.
28. Maddə 199-cu maddəsinin 1-ci hissəsinin “a” bəndi. İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
29. Maddə 205-ci maddəsinin 2-ci bəndi. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan m əhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş həmin icraatda yenidən baxılması üçün qaytarılmalıdır.
39. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
40. Ali Məhkəmənin göstərişinə əsasən, apellyasiya instansiyası məhkəməsinin baxış pre dmeti bundan ibarət idi ki, apellyasiya məhkəməsi işdə olan ziddiyyətli halları (kassasiya məhkəməsminin qərarında şərh edilən) araşdırmaqla əldə edilən sübutlara MPM-in tələblərinə müvafiq olaraq qiymət versin.
41. Lakin, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə riayət etmədən, həmin göstərişləri yanlış təfsir etməklə, müvafiq araşdırma aparmadan qanunazidd və əsassız qətnamə qəbul etmişdir.
42. Apellyasiya Məhkəməsinin iş üzrə əvvəlki qətnaməsinin kassasiya məhkəməsi tərəfindən ləğv edilməsi, birmənalı olaraq əvvəl qəbul edilmiş qətnamədən fərqli qərar qəbul edilməsini ehtiva etmir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. İş üzrə əvvəlki kassasiya məhkəməsinin qərarında şərh edilmişdir ki, işdə olan ekspertiza rəyləri ziddiyətlidir, bu hallar aydınlaşdırılmamışdır. Belə ki, işdə həm məhkəmə-xətt və həm də məhkəmə-mühasibatlıq ekspertizası rəyləri var. Xətt ekspertizasına görə cavabdehin iddiaçı təşkilatdan mal götürməsini təsdiq edən sənədlərin (iddiaçının təqdim etdiyi sənədlərin) müəyyən hissəsindəki imzalar onun tərəfindən icra edilməmiş, müəyyən sənədlərdəki imzaların kimin tərəfindən icra edilməsini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya Məhkəməsi əvvəlki icraatda həmin halı ətraflı araşdırmamış, sadəcə ehtimala əsaslanaraq hesab etmişdir ki, bir halda ki, xətt ekspertizası mühasibatlıq ekspertizasından vaxt etibarı ilə əvvəl verilmişdir, deməli, mühasibatlıq ekspertizası keçirilərkən cavabdehin imzası təsdiq olunmayan sənədlər üzrə malların hesaba alınmaması məsələsi həll edilmişdir. Yəni imzası cavabdehə məxsus olmayan sənədlər üzrə ona borc hesablanmamışdır.
44. Amma, həmin qənaət həqiqətən ehtimal xarakterlidir, çünki nə ekspertiza rəyində həmin halların nəzərə alınması görünmürdü və nə də bununla bağlı ekspert məhkəməyə dəvət olunaraq dindirilməmişdi. Ona görə, əvvəlki kassasiya məhkəməsi haqlı olaraq həmin halların araşdırılmasına dair göstəriş vermişdir.
45. İşə baxan Apellyasiya Məhkəməsi iş kassasiya məhkəməsindən qayıtdıqdan sonra heç bir araşdırma aparmadan mövcud sübutlara fərqli qiymət verməklə mübahisəni həll etmiş və iddianı bütünlüklə rədd etmişdir.
46. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə (§29-§31) əsa sən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Hazırkı iddia tələbi məhkəməyə daxil olan andan cavabdeh heç vaxt iddiaçı təşkilata borcunun olmadığını bildirməmiş, əksinə işlədiyi müddət ərzində müəyyən məbləğdə borcu qaldığını etiraf etmişdir (apellyasiya şikayətində 2012,09 manat borcu olmasını etiraf edib, mülki iş 3-cü cild,səhifə 75. və.s). Hətta 1-ci instansiya məhkəməsinin qətnaməsi əvvəlki apellyasiya məhkəmə sinin qətnaməsi çıxarıldıqdan sonra icra edilərkən həmin məbləğdən ödənişlər etmişdir.
48. MPM-nin 420-ci maddəsinin tələbləri baxımından çıxış etsək kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yox, əgər işə yenidən baxan məhkəmə həmin göstərişlərlə razılaşmırsa, onda öz mövqeyini əsaslandırmalıdır. Çünki, qeyd olunan normanın şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıld ıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Deməli, göstərişlərin icra edilməməsi üçün Apellyasiya Məhkəməsinin yeganə yolu ondan ibarət olmuşdur ki, həmin göstərişlərin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olmaması, eyni zamanda Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırılmaması qənaətinə gəlmiş olsun. Lakin, qətnamədə belə əsaslandırma öz əksini tapmamışdır.
49. Kassasiya instansiyası məhkəməsinin göstərişlərinə münasibət bildirmədən qəbul edilmiş qərar ədalət mühakiməsinin nüfuzuna xələl gətirən məsələdir. Məhkəmə qərarları tərəflər üçün tərtib olunur, maraqlı şəxslər həmin qərarların mətni ilə tanış olurlar. Proses iştirakçıları üçpilləli məhkəmə sisteminin mahiyyəti və onların səl ahiyyəti ilə bağlı bilgiyə malikdirlər, onlar peşəkar hüquqşünasların yardımından istifadə edirlər. Heç bir əsaslandırma aparılmadan yuxarı instansiya məhkəməsinin göstərişləri ilə aşağı instansiya məhkəməsinin qərarları arasındakı uyğunsuzluq nəticə etibarı ilə hüquqmüdafiə fəaliyyətinə etimadı azaldır. Əksinə, yuxarı instansiya məhkəməsinin göstərişləri ilə razılaşmadığı təqdirdə bununla bağlı qanuni əsaslandırma aparılması hər bir halda qəbuledilən sayılmaqla ədalət mühakiməsinin inkişafına təkan vermiş olar.
50. İşə yenidən baxılarkən məhkəmə kassasiya məhkəməsinin əvvəlki göstərişlərini yerinə yetirməli, ekspert rəylərindəki qeyri-müəyyənliklərin aradan qaldırılması üçün tədbirlər görməli, müvafiq nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olm aq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
51. Nəzərə almaq lazımdır ki, kassasiya məhkəməsinin hazırkı göstərişləri növbəti apellyasiya baxışı zamanı yeni sübutların tədqiqi kimi başa düşülməməlidir. Belə ki, MPM-nin 372.2. maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 52. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, m əhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
53. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnamə ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5118/2021 nömrəli, 03.06.2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova