Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-907/2021 15.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Tahir oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 Avtandil oğlunun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4441/2020 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Tahir oğlu tərəfindən verilmiş kassasiya şikayə ti üzrə işə 15 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 04.04.2018-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən “Eqoist” X2 rəhbərliyinə ipək köynək, jaket və şalvarın korlanması üçün ona dəymiş 7796 manat zərərin 10 gün müddətində ödənilməsi təklif edilmişdir və məktubun çatdırılması bardə “xxxx” MMC-nin qəbzi əlavə edilmişdir. X7 c|o X10 Savio P/ZZA Della Respublica, 17 20124 Milano tərəfindən təsdiq edilmiş sənədin surətindən görünür ki, İddiaçı 592 avro dəyərində ipək köynək, 2187 avro dəyərində jaket, 956 avro dəyərində şalvarı X8 Store c/o Hotel Principe di Savio-da almışdır. 29.10.2019-cu il tarixli rəyə əsasən 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan ağ rəngli ipək köynək hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə qiymətsiz, zədələnməmişdən əvvəl istifadədə olması nəzərə alınmaqla təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə - 1010 manat, 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan göy rəngli köynək hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə qiymətsiz, zədələnməmişdən əvvəl istifadədə olması nəzərə alınmaqla təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə - 3735 manat, 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan göy rəngli şalvar hazırda təyinatı üzrə istifadəyə yararlı vəziyyətdədir, istifadədə olması nəzərə alınmaqla təyinatı üzrə - 1633 manatdır, 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan ağ rəngli köynəyin, 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan göy rəngli köynəyin və 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan göy rəngli şalvarın səthləri üzərində kənar təsirlər nəticəsində (yuma, qurudulma, ütüləmə və s) lif mikrostrukturunda qırışıqların, süzülmələrin, liflərin xaricə doğru liflənməsi, sürtünmələrin olması müşahidə edilmiş, geyim əşyalarının tərkibini təşkil edən təbii mənşəli liflər-kaşmir, ipək lifləri turşulara, qələvilərə və üzvi həll edicilərə qarşı və həmçinin yüksək temperatura, istiliyə qarşı davamsızdırlar. Yəni kimyəvi və mexaniki təsirlər nəticəsində parçanı təşkil edən lifin strukturu deformasiyaya uğrayaraq, paltarın keyfiyyətini aşağı salması və ümümi görünüşünü korlaması, 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan ağ rəngli köynəyin, 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları ola n göy rəngli köynəyin və 1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan göy rəngli şalvarın xarici görünüşü sadalanan əlamətləri daşıması müəyyən edilmişdir. Məhkəmə ekspertizası üzrə rəy verən ekspert Elvin Qəhrəmanov məhkəmə iclasında dindirilmiş və izahatında göstərmişdir ki, ekspert rəyinin nəticə hissəsində 1-ci sual üzrə verilən cavabın üçüncü, yəni “1 ədəd üzərində “Stefano Ricci” Made in İtaly yazıları olan göy rəngli şalvar hazırda təyinatı üzrə istifadəyə yararlı vəziyyətdədir, istifadədə olması nəzərə alınmaqla təyinatı üzrə - 1633 manat” yazılmasına dair hissəsində texniki səhvə yol verilərək geyim əşyasının “istifadəyə yararsız” olması yazılması əvəzinə “istifadəyə yararlı” olması qeyd olunmuşdur. Göstərilən yalnışlıq düzəldilməli və məhkəmə tərəfindən ekspert rəy inə qiymət verilərkən, “istifadəyə yararsız” kimi qəbul edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı - cavabdehdən 3735 avro məbləğində (Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) vurulmuş zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ildə iddiaçı İtaliya Respublikasının Milan şəhərində “Principe di Savoia” Hotelində yerləşən X9 salonundan qiyməti 592 avro olan ipək köynəyi, qiyməti 2187 avro olan jaket və 956 avro qiyməti olan şalvarı almışdır. Daha sonra 2017-ci ilin dekabr ayında ona məxsus ipək köynəyi, jaket və şalvarı təmizləmək üçün “Eqoist” X4 vermişdir. Təyin olunmuş vaxtda h əmin paltarları götürdükdən sonra məlum olmuşdur ki, paltarlar məhz kimyəvi təmizləmədən sonra korlanmışdır. Belə ki, həmin paltarlarda olan ləkələr nəyinki təmizlənmiş, hətta ipəkdən olan paltarların materialları da korlanmışdır. Məsələyə aydınlıq gətirmək üçün Cavabdeh məxsus olan “Eqoist” X1muşdur. Lakin həmin paltarların korlanması səbəbi ona izah edilməmişdir. Halbuki paltar kimyəvi təmizləməyə verilən zaman hər hansı qüsuru olmamışdır. 2018-ci ililn mart ayında iddiaçı İtaliya Respublikası Milan şəhərində olmuş və həmin paltarları özü ilə götürmüşdür. Milan şəhərində “Principe di Savoia” Hotelində yerləşən X9 salonunda paltarları göstərərək həmin qüsurların aradan qaldırılmasını xahiş etmişdir. X9 salonunda həmin paltarlara baxdıqdan sonra ona bildirmişlər ki, ipək köynək, jaket və ş alvar kimyəvi təmizləməyə verilib və orada düzgün xidmət göstərilməyib (yəni paltarlarda olan ləkələri kimyəvi üsulla təmizləmək əvəzinə, paltarlar əllə, yaxud şotka ilə sürtülmüşdür) və ona görə da paltarlar korlanmışdır. İddiaçı Bakı şəhərinə qayıtdıqdan sonra təkrarən “Eqoist” X1muş və paltarlarının korlanmasına səbəb məhz ona düzgün qulluğun göstərilməməsi olduğunu və bu səbəbdən korlanmasını bildirmişdir. Hal-hazırda bu paltarları geyinmək mümkün deyil. “Eqoist” X5 tərəfindən göstərilən xidmətin qüsuru nəticəsində iddiaçıya zərər vurulmuşdur. Zərərin aradan qaldırılması üçün 04.04.2018-ci il tarixində “Eqoist” X4 iddiaçı tərəfindən pretenziya məktubu göndərilmişdir. Lakin cavab gəlmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 f evral 2020-ci il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli, iş № 2(011)-1487/2020) iddia qismən təmin edilmiş, dəymiş zərərin əvəzi olaraq 3381,93 avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Quliyev X6 Ricci tərəfindən istehsal olunmuş və sərgidən aldığı 1 ədəd ağ ipək köynək, 1 ədəd göy köhnək və 1 ədəd göy şalvarı kimyəvi təmizləmə məqsədi ilə Cavabdeh məxsus “Eqoist” kimyəvi təmizləmə mərkəzinə vermiş, iddiaçı sonradan kimyəvi təmizləmə üçün verdiyi geyimləri geri aldıqda isə onlarda qüsurların olduğunu görmüşdür. Birinci in stansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə göstərilən 1 ədəd ağ ipək köynək, 1 ədəd göy köhnək və 1 ədəd göy şalvarda olan qüsurların həmin geyimlərin “Eqoist” kimyəvi təmizləmə mərkəzində yuyulması nəticəsində baş verib-verməməsinin müəyyən olunması üçün keçirilmiş məhkəmə ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, həmin geyimlərin səthləri üzərində kənar təsirlər, yəni yuma, qurudulma, ütüləmə və s. nəticəsində lif mikrostrukturunda qırışıqlıqların, süzülmələrin, liflərin xaricə doğru liflənməsi, sürtünmələrin olması müşahidə olunur, həmin geyim əşyaları istifadəyə yararsız vəziyyətdədirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh məxsus “Eqoist” kimyəvi təmizləmə mərkəzi tərəfindən göstərilən qüsurlu xidmət nəticəsində iddiaçıya məxsus geyim əşyaları istifadəyə yara rsız vəziyyətə salınmış və nəticədə iddiaçıya maddi zərər dəymişdir. Qüsurlu xidmət göstərilməsi nəticəsində isə fiziki şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin işi və ya xidməti göstərən, yəni icraçı tərəfindən ödənilməli olduğundan, “Eqoist” kimyəvi təmizləmə mərkəzi isə cavabdehə məxsus olmaqla, vergi ödəyicisi kimi Cavabdeh adına qeydiyyatdan keçdiyindən, iddiaçıya dəymiş maddi zərər cavabdehdən tutulmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbini Avropanın rəsmi pul vahidi ilə tələb edir. 3735 avro isə ekspert rəyinin verildiyi 29.10.2019-cu il tarixə avronun manata məzənnəsi nəzərə alındıqda, 7043,83 manat təşkil edir. Bu isə ekspert rəyi ilə müəyyən olunmuş geyim əşyalarının korlanması nəticəsində dəymiş maddi ziyanın məbləğindən çoxdur. Birinci instansi ya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə ekspert tədqiqatı nəticəsində müəyyən olunmuş 6378 manat 29.10.2019-cu il tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Azərbaycan manatının avroya nisbətən məzənnəsi nəzərə alınmaqla, 3381,93 avro maddi zərərin əvəzi tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov, iş № 2(103)-4441/2020) Cavabdeh Tahir oğlunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli 2(011)-1487/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya insta nsiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh məxsus “Eqoist” X5 tərəfindən göstərilən qüsurlu xidmət nəticəsində iddiaçıya məxsus geyim əşyaları istifadəyə yararsız vəziyyətə salınmış və nəticədə iddiaçıya maddi zərər dəymişdir. Qüsurlu xidmət göstərilməsi nəticəsində isə fiziki şəxslərin əmlakına vurulmuş zərərin əvəzi işi və ya xidməti göstərən, yəni icraçı tərəfindən ödənilməli olduğundan, “Eqoist” X5 isə cavabdehə məxsus olmaqla, vergi ödəyicisi kimi Cavabdeh adına qeydiyyatdan keçdiyindən, iddiaçıya dəymiş maddi zərərin əvəzinin cavabdehdən tutulmasına dair birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə düzgündür. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus paltarların kimyəvi təmizləmə üçün cavabdehə məxsus “Eqoist” X4 verilməsi və orada qüsurlu xidmət nə ticəsində yararsız vəziyyətə salınması şahid ifadələri, qeydiyyat kitabına keçirilmiş baxış, ekspert rəyi və digər sənədlərlə sübuta yetirilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh Tahir oğlu (Vəkil1 Avtandil oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4441/2020 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh apellyasiya şikayətində istinad etdiyi dəlilləri kasasiya şikayətində təkrarlam ışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil1 Avtandil oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4441/2020 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş edir. İddiaçının vəkili Vəkil2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4441/2020 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh Tahir oğlu kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvə zinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1128.1-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya is tehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. 1129.2-ci maddəsinə əsasən, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. 1130.1-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulan zərərin əvəzi, əgər zərər malın (işin, xidmətin) müəyyənləşdirilmiş yararlıq müddəti ərzində əmələ gəlmişdirsə, ödən ilməli, yararlıq müddətinin müəyyənləşdirilmədiyi halda isə malın (işin, xidmətin) istehsal edildiyi gündən on il ərzində əmələ gəlmişdirsə, ödənilməlidir. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlər in rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiy mətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdu r. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh Tahir oğlu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalamış və apellyasiya şikayətində istinad etdiyi dəlilləri təkrarlamışdır. Apellyasiya instansiya məhkəməsi onun dəlilləri ilə bağlı araşdırmanın aparılmasını təmin etmiş və hər bir dəlili prosessual qanunvericiliyin tələb etdiyi tərzdə qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə h əmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Tahir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4441/2020 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-907/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-907/2021
15.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver