Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-908/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(107)-1131/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Mübahisəyə mahiyyət i üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. X6 və X7 arasında 24 oktyabr 2013-cü il tarixdə nikah bağlanmış, birgə nikahlarından 27 dekabr 2014-cü il təvəllüdlü X8 və 08 mart 2018-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur.
3. X6 06 iyul 2020-ci il tarixdə ölmüşdür.
4. İddiaçı övladları X8 və X9 ilə Şəki rayonu, Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 83 ünvanında qeydiyyatdadırlar. 5. ünvan 1i fərdi yaşayış evi X3 və X4 xüsusi mülkiyyətlərindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 saylı evə istifadə hüququnun tanınması, ümumi istifadə qaydalarının müəyyən edilməsi və onun həmin evə köçürülməyin ə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, mərhum X2 ilə ailə qurduqdan sonra ünvan 2 ünvanındakı ərazidə fərdi həyət evi inşa etdirərək köçüb həmin evdə yaşamağa başlamışlar. Qeyd olunan ünvanda onlarla birlikdə heç kim yaşamamışdır. Çünki hər kəsin özünün şəxsi ev-eşiyi olmuş, orada yaşamış, əri ilə xoşbəxt həyatları olmuşdur. X2 2020-ci ilin iyul ayında vəfat etmiş, onun sağlığında ailə daxilində və qohumları ilə arasında xoşagəlməyən hansısa hadisə və münaqişə olmamışdır. X2 ailəcanlı olmuş və uşaqlarını sevmiş, onlara maddi və ya mənəvi sıxıntı yaşatmamışdır. Əri vəfat etdikdən bir müddət sonra ərinin valideynləri – iş üzrə cavabdehlər evi tərk etməyi üçün onun və uşaqları narahat etməyə, istifadəsində olan evdən qovmaq üçün müxtəli f hiylələr işlətməyə başlamışlar. Cavabdehlər nəvələri olan azyaşlı uşaqların həssas dönəmində diqqət və qayğı göstərmələri bir yana, maddi yardımsız qoymaları bir yana, mərhum həyat yoldaşının yas mərasimi pandemiya səbəbindən qadağan olduğundan və keçirilmədiyinə görə mərhumun qardaşı siyahı tutaraq yığılan pulları ona verəcəyini vəd edərək bu pulları cavabdehlərə vermişdir. Beləliklə, cavabdehlərin qanunsuz və əsassız təzyiqlərindən onları qorumaq üçün valideynləri onları öz yanlarına aparmışlar. Ailə qurduqdan və evi inşa etdikdən sonra həmin ünvana rəsmi pasport qeydiyyatına alınmış və hazırda da bu ünvanda qeydiyyatdadırlar. Onun himayəsində olan azyaşlı uşaqlara baxmağa maddi imkanı yoxdur və yerləşdiyi ev şəraiti uşaqların ataları vəfat edənə qədər yaşadıqları şəraitlə eyni deyil. Kirayə tutub yaşamağa maddi imkanı da yoxdur. Bu şərtlərlə onların yaşamaqları hər birinə çətilnlik yaradır. Bunlar isə cavabdehlərin hüququları olan evə buraxmaması və evdən qanunsuz qovması nəticəsində baş vermişdir.
8. Cavabdeh1 07 may 2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçı ərizəsində qeyd etmişdir ki, onun kirayə tutub yaşamağa şəraiti yoxdur. Lakin iddiaçı məhkəməni aldadır. Belə ki, iddiaçının mülkiyyətində Şəki şəhəri, 118-ci kvartalda fərdi yaşayış evi vardır və iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Belə ki, məhkəməyə tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 15 dekabr 2021-ci il tari xli 9157 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı adına Şəki şəhəri, 118-ci kvartalda fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə Xidmətin 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınmışdır. Hazırda sözügedən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Tərəflər arasında münasibətlər 2009-cu ilin oktyabr ayından sonra yaranmışdır. Belə ki, İddiaçı 2013-cü ildə evlənmişdir. Tərəflər arasındakı münasibətlər hal-hazıradək davam etdiyindən, hazırkı mübahisə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. İddiaçı mülkiyyətində olan Şəki şəhəri, 118-ci kvartalda yerləşən fərdi yaşayış evi onun yaşayış yeridir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən onun azyaşlı övladlarının yaşayış yeridir.
9. Şəki Rayon Məhkəməsinin (bu ndan sonra – birinci instansiya məhkəməsi) 25 iyul 2023-cü il tarixli, e-2(075)-1074/2023 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia rədd edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mübahisəli evə köçürülməsi ilə bağlı mübahisə həll edilərkən, ilk öncə onun həmin evdən istifadə hüququnun olub-olmadığı müəyyən edilməlidir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixdə X6 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və mübahisəli yaşayış sahəsinə köçmüşdür. Həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ iddiaçının qaynatası cavabderh Cavabdeh1 əmisi Süleyman Mustafayevin və anası Firozə Mustafayevanın adına qeydə alınmışdır. Yaşayış sahəsinin mülkiyyət forması 2013-cü ildən ildən dəyişdiyindən, iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir.
12. Məhkəmə hesab etmişdir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh1 münasibətdə onun ailə üzvü hesab olunmur.
13. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenum unun 16 dekabr 2014- cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1- ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşma nın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, yaşayış sahəsindən istifadə hüququ ilə yaşayış sahəsi üzrə qeydiyyat ayrı-ayrı anlayışlardır. Belə olan halda, iddiaçının uşaqları ilə birlikdə cavabdehə məxsus yaşayış sahəsi üzrə qeydiyyatda olması, onun həmin yaşayış sahəsindən istifadə hüququna malik olması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ əmələ gətirməsi nəzərdə tutulmamışdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1- ci, 30.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələri, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 53-cü maddəsinin məzmununa nəzər yetirməmiş və yalnız cavabdehlərin mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmə qanunverciliyin tələblərini də nəzərə almamış və iddiaçının və onun azyaşlı övladlarının hüquqlarının bərpasına yönələn normanı tətbiq etməmişdir. Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız cavabdehlərin mövqeyinə münasibətdə icraedərək əsassız nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır.
19. Cavabdehlər apellyasiya şikayətinə qarşı etirazlarını onunla əsaslandırmışlar ki, İddiaçı apelyasiya şikayəti tamamilə əsassızdır. Belə ki, iddiaçı apellyasiya şikayətini əsaslandırarkən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə və «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarına istinad etmişdir. Halbu ki, iddiaçı m übahisəli evə 2013-cü ildə gəlin gəlmişdir ki, həmin dövrdə artıq yeni Mənzil Məcəlləsi qüvvədə idi və hazırki münasibətlər 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri ilə tənzimlənə bilməz. tərəflər arasında münasibətlər 2009-cu ilin oktyabr ayından sonra yaranmışdır. İddiaçı 2013-cü ildə evlənmişdir. Tərəflər arasındakı münasibətlər hal-hazıradək davam etdiyindən, hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. Göründüyü kimi iddiaçı “digər qohumlar” dairəsinə daxil deyil və buna görə də cavabdehlərin onu saxlamaq vəzifəsi olmamaqla Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin təsir dairəsinə düşmür. İddiaçının mülkiyyətində olan Şəki şəhəri, 118-ci kvartalda yer ləşən fərdi yaşayış evi onun yaşayış yeridir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən onun azyaşlı övladlarının yaşayış yeridir. Həmçinin, iddiaçı apellyasiya şikayətində yerləşdiyi ev şəraitinin uşaqların ataları vəfat edənə qədər yaşadıqları şəraitlə eyni olmamasını qeyd etsə də iddiaçının hazırda yaşadığı ev yeni tikili olmaqla bir neçə il əvvəl inşa edilmiş və bütün müasir standartlara cavab verir. Lakin iddiaçının köçüb yaşamaq istədiyi ev isə 19-cu əsin ortalarında inşa edilmiş köhnə evdir və həmin evdə yaşamaq üçün normal şərait belə mövcud deyil. Birinci instansiya məhkəməsi mülki işin materiallarını tam və düzgün araşdıraraq, tərəflərin izahatlarını dinləyərək qanuni, əsaslı və ədalətli qətnamə qəbul etmişdir.
20. Şəki Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 31 oktyabr 2023-cü il tarixli, 2(107)-1131/2023 nömrəli qətnaməsi ilə (hakimlər E.M.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Belə ki, hazırkı iş üzrə hüquq münasibətləri xx.xx.2013-cü il tarixdə, yəni İddiaçı mərhum X2 ilə nikaha daxil o lmalarından sonra yaranmışdır.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən fərdi yaşayış evi cavabdehlərdən Cavabdeh1 anası X4 və məhkəmə kollegiyasının üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh1 əmisi X3 mülkiyyətləri kimi adlarında qeydiyyatda olmaqla iddiaçı, Cavabdeh1 və X1 özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid edilmədiyindən onun mübahisəli fərdi yaşayış evindən istifadə etmək, istifadə qaydasını müəyyən edilməsini, həmçinin evə köçürülməsini tələb etmək səlahiyyəti yoxdur..
23. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum əri tərəfindən onlar ailə qurduqdan sonra inşa etdirildiyini göstərsə də, məhkəmə kollegiyasının iclası zamanı həmin fərdi yaşayış evinin mərhum X2 ilə ailə qurmamışdan əvvəl inşa etdirildiyini bildirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkil Nümayəndə) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi 2013-cü ildən 2020-ci ilədək iddiaçının mübahisəli mənzildə yaşadığına və iradəsinin ziddinə olaraq mübahisəli mənzildən məcburi qaydada çıxarılmasına əhəmiyyət vermədən, cavabdehlərin qeyri-etik, qeyrihumanist və özbaşınalıqla müşayiət olunan hərəkətlərinə haqq qazandıran ədalətsiz qətnamə qəbu l etmişdir. Bundan başqa, işin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, hüquq münasibətləri yaranan zaman, yəni iddiaçı 2013-cü ildə gəlin kimi cavabdehlər tərəfindən heç bir qeyd şərt olmadan mübahisəli yaşayış evinə köçərkən mübahisəli yaşayış evi cavabdehlərdən Cavabdeh1 mərhum anası X5 və əmisi X3 mülkiyyətlərində olmamış, iddiaçı 2013-cü ildən 2020-ci ildək cavabdehlərlə birgə təsərrüfat aparmış, bu müddətdə iddiaçının iki övladı anadan olmuş, iddiaçının və onun iki övladının daimi yaşayış yeri həmin mübahisəli mənzil olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi
27. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailəüzvləri hesab edilə bilərlər.
28. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
30. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa m ülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
32. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
33. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
34. Maddə Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Madd ə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırması kimi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, mübahisəyə iddiaçının mübahisəli evə köçdüyü tarixdə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi və Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməlidir. Hər iki normanın tələbləri baxımından iddiaçının həmin evdə yaşamaq hüququ müəyyən edilməmişdir.
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassa siya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(107)-1131/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.