Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-91/2020 17.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı İKB ASC-nin (hazırda “xxxx” ASC)Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı İKB ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETD İ: Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Qarayev) İddiaçı İKB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Abbasov, hakimlər Y.Qurbanov və M.Allahverdiyev) İddiaçı İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı İKB ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mü lki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı” İKB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 xx xxxx 2018-ci il tarixli iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4955,21 ABŞ dolları əsas borc, 2133,45 ABŞ dolları faiz borcu və 5946,71 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 13035,37 ABŞ dolları borcun və 30 manat ödənilmiş dö vlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən xx xxxx 2015-ci il tarixində İddiaçı İKB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmçinin iş materiallarından görünür ki, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi ilə kreditor borcalana istehlak xərclərinin ödənilməsi məqsədilə 1 (bir) il müdd ətinə 5000 USD (beş min ABŞ Dolları) məbləğində kredit verilməsini, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kredit üzrə hesablanacaq faizlərivə hər gecikdirilən gün üçün cəriməni kreditora qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinin şərtinə görə, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 30 faizlə hesablanır. İş materiallarına əlavə olunmuş İddiaçı İKB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx xxxx 2018-ci il tarixli borcun qaytarılması tələbinə dair xəbərdarlığa əsasən, cavabdehə sonuncu dəfə xəbərdarlıq edildiyi, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərini 5 (beş) gün ərzində tam yerinə yetirməli olması, əks təqdirdə borc məbləğinin məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək onun digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı, məhkəməyə müraciət olunacağı zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliklərinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün faizlərdə hesablanmaqla ümumi məbləğin 0.5 %-i miqdarında dəbbə pulunun da ondan tutulacağı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərm əli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1 -ci maddəsinin tələbinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddənin məzmunundan da göründüyü kimi müqavilə iki şəxs və ya bir neçə şəxs arasındakı mülki hüquq münasibətlərinin yaranmasını şərtləndirən sənəddir. Azərbaycan Respublikası Mülki Məcəll əsinin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. İş materiallarına əlavə edilmiş xx xxxx 2015-ci il tarixli kredit müqaviləsindəki imzaların Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzini n xx xxxx 2019-cu il tarixli məhkəmə ekspertizası rəylərinə əsasən Cavabdeh məxsus olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəylərini digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən qəbul edilməsindən və ümumiyyətlə İddiaçı İKB ASC ilə Cavabdeh arasında mülki hüquq münasibətlərinin yaranmasından söhbət gedə bilməz. xx xxxx 2015-ci il tarixli kredit müqaviləsində müqavilənin mühüm şərti olan Cavabdeh razılığını ifadə edən imzasının olmaması onun tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin qəbul edilməməsini ifadə etdiyindən belə olan təqdirdə həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrası da əhəmiyyətsiz sayılır. Məhkəmə kollegiyası İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə ümumilikdə nəz ər yetirdikdə hesab edir ki, verilmiş kassasiya şikayəti formal mülahizələr əsasında qurulmuş, yalnız apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olması qeyd edilmiş, qətnamənin ləğv edilməsinə və iş üzrə iddia tələblərinin təmin edilməsinə dair gətirdiyi dəlillər əsaslandırılmamışdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB ASC-n in kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-91/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-91/2020
17.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver