Məhkəmə qərarları › İş №2(102)-91/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-91/2021

27.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-91/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə iş üzrə QƏRARİ (Açar sözlər: alimentin artırılması və əlavə xərclərin tutulması) 27.01.2021 Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Vəkil X oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1907/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər xx xxx 2001-ci ildə nikaha daxil olmuşlar, bu nikahdan xx xxxx 2002-ci il təvəllüdlü adlı uşaqları doğulmuşdur. Qusar Rayon Məhkəməsinin xx xxxx 2004-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahın pozulmuş, uşaq ananın himayəsinə verilmiş, habelə Cavabdeh xxx un saxlanması üçün İddiaçı xeyrinə hər ay bütün növ qazancının ¼ hissəsi miqdarında alimentin tutulmuşdur. Qusar Rayon Məhkəməsinin xx xxxx 2013cü il tarixli qətnaməsinə əsasən alimentin hər ay 100 manat sabit pul məbləğində tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin 2(029)634/2013 saylı xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 (bir yüz) manat məbləğ ində aliment məbləğinin dəyişdirilməsi və cavabdehdən xx xxxx 2002-ci il təvəllüdlü X1 üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin və A.Cavabdeh Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Sankt X5 Xidməti Universitetində ödənişli ali təhsil alması ilə əlaqədar əlavə xərc olaraq 300 (üç yüz) manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, övladına ödənilən alimentin miqdarı çox azdır, həmin məbləğ uşağın günlük tələbatlarını belə qarşılamır. Cavabdeh, aylıq qazancının 2500 manatdan çox olmasına baxmayaraq, övladına maddi yardım göstərməkdən boyun qaçırır. Hazırda oğlu X6 Federasiyası Fövqəladə Hallar Nazirliyi Sankt X5 Xidməti Universitetində ödənişli ali təhsil alır. Övladını tək başına sax lamaq və oxutdurmaq onun üçün çətindir.

4. Cavabdeh isə iddianı qismən qəbul edərək bildirir ki, stabil gəliri yoxdur, başqa şəxslə nikahdadır, həmin nikahdan 3 uşağı vardır, oğlu X1 təhsili üçün illik 1000 manat ödəyə bilər.

5. Qusar Rayon Məhkəməsinin (hakim R.Kazımov) xx xxxxxx 2020-ci il tarixli, 2(029)203/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx xxxx 2002-ci il təvəllüdlü X3 təhsili ilə əlaqədar əlavə xərclərə cəlb olunmaqla, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq un təhsil aldığı Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Sankt X5 Xidməti Universitetini bitirənədək hər ay 170 (yüz yetmiş) manat miqdarında pulun tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinə keç irilməsi qət edilmişdir.

6. Məhkəmə Ailə Məcəllənin 81.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, hal-hazırda X3 əmək qabiliyyəti olsa da, təhsil aldığı Universitetdə əyani şəkildə oxuduğundan işləyə bilmir və bu səbəbdən də onun təhsili ilə əlaqədar xərclərin valideynləri tərəfindən ödənilməsi zəruridir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) xx xxxx 2020-ci il tarixli, 2(105)1907/20 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin, Qusar Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli, 2(029)-203/2020 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərin tutulması tələbinə dair iddiası təmin olunmamışdır.

8. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, yetkinlik yaşına çatmış şəxsin ödənişli ali təhsil almasının məhkəmə tərəfindən müstəsna hal kimi qiymətləndirilməsi əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini və ya iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda iddiaçının övladının 17 yaşı var və onun saxlanılması üçün ödənilən aliment uşağın tələbatını və məktəb xərclərini ödəmir. 2012-ci ildən bu vax ta kimi Azərbaycan Respublikasının pul vahidi manatın alıcılıq qabiliyyəti bir neçə dəfə aşağı düşmüş, inflyasiyaya olmuş və ərzaq və məişət və şəxsi geyim əşyalarının qiymətləri yüksəlmişdir. Ona görə də cavabdehin ödədiyi aliment məbləği övladının saxlanılması üçün sərf edilən vəsaitin aylıq xərci onun təlabatından aşağıdır. İddiaçıda olan məlumata əsasən cavabdehin aylıq qazancı 2500 manatdan çoxdur. Lakin cavabdeh öz övladının saxlanılmasına könüllü olaraq maddi köməklik etmir. Eyni zaman da, oğlu hal hazırda X2 Universitetində ödənişli təhsil alır. İddiaçı oğlunun təhsil haqqını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə ona övladını saxlamağa və oxutdurmağa köməklik göstərmir. Buna görə də, iddiaçının xeyrinə hər ay aliment məbləğinin artırılması və oğlu X3 universitetinin bitirənə kimi ç əkilən əlavə xərclərinin ödənilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, cavabdehin ayda 2500 manat qazanc əldə-etmək imkanı yoxdur - onun nə 8 hektar taxıl zəmi, nə “böyük“ meyvə bağı var, nə də Rusiya Federasiyasına çoxtonnajlı avtomaşınlarla meyvə göndərmək imkanına malik deyil. Qusar Rayon Məhkəməsinin qeyd edilən qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində göstərildiyi kimi, onun cəmi 0,30 hektar torpaq sahəsində ikiillik fındıq bağı və təsərrüfatımda 2 sağmal inəyi vardır. Fındıq bağı isə 3 ildən sonra məhsul verməlidir. Sabit gəliri belə yoxdur. Yay aylarında meyvə satmaqla məşğul olur. Mülkiyyətində avtonəqliyyat vasitəsi yoxdur. İddia çı ilə olan nikah pozulandan sonra yeni ailə qurmuşdur və hal-hazırda həmin nikahdan dünyaya gəlmiş 3 övlad atasıdır. Uşaqları Aysel, Günel və Aqşin müvafiq olaraq məktəbin 7, 8 və 9-cu siniflərində oxuyurlar və iddiaçının iddiasının təmin edilməsi ailəsinin digər üzvlərinin maddi cəhətdən təmin edilməsinə əsaslı şəkildə mənfi təsir edəcəkdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və bunun səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onl arın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

14. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (agır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərə cəlb oluna bilər.

15. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ail əvə ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələb i ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

18. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. La kin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən e dilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

22. Ali mentin artırılması tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 112.1-ci maddəsi nəzərdən keçirildikdə (§15), iddiaçı həmin normanın dispozisiya şərtini, yəni alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını sübuta yetirməlidir. Hazırkı işdə isə bu hal sübuta yetirilmədiyi üçün həmin tələbin təmin olunmaması qeyd edilən maddi hüquq normasına uyğundur.

23. Digər tərəfdən Kollegiya nəzərə alır ki, tərəflər arasındakı aliment mübahisəsinə dair sonuncu qərar Qusar Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi olmuşdur. İddiaçı həmin qətnamənin çıxarılmasından keçən 6 ildən artıq müddətdə alimentin artırılması haqqında iddia qaldırmasına dair məhkəmələrə sübut təqdim etməmişdir. Hazırkı tələbini uşağın yetkinlik yaşına ç atmasına cəmi 1 ay 16 gün qalmış, yəni xx.xx.2020-ci ildə irəli sürmüşdür. Qalıq müddət üçün alimentin artırılmasının uşağın maddi təminatında əhəmiyyətli bir dəyişikliyə səbəb olacağı inandırıcı deyil.

24. İddiaçı əlavə xərc tələbinin faktiki əsası kimi övladının Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Sankt X5 Xidməti Universitetində ödənişli ali təhsil almasını, bunun üçün vəsaitin lazım olmasını göstərmişdir.

25. Halbuki, əlavə xərc tələbinin hüquqi əsası olan Ailə Məcəlləsinin 81-ci maddəsində təhsil xərcləri nəzərdə tutulmamışdır (§ 14).

26. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu da Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli qərarında vurğulamışdır ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.

27. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ape llyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1907/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar