Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-910/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" X13 Səhmdar Cəmiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: dəymiş maddi zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" X13 Səhmdar Cəmiyyətinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5386/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 aprel 2025- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə "xxxx" KB ASC (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Ümumi oferta” müqaviləsinə əsasən iddiaçı cavabdeh bankdan “MasterCard tipli Ucard” və “Visa platinum” debet kartlarını əldə etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus plastik kartdan 9.878 (onun 78 manatı komissiya haqqı) manat məbləğində vəsait çıxarılmışdır. Bundan sonra cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi mobil nömrəyə (**********) göndərilən məlumatda ona məxsus kart bilgilərinin başqa smartfonda qeydiyyatının aşkarlanması bildirilmiş və kart bloklanmışdır (məzmunu; diqqət, şübhəli cihaz, kart bloklandı, unibankla əlaqə saxlayın).
2. İddiaçı həmin pul vəsaitinin onun tərəfindən istifadə edilmədiyini, qeyd edilən məbləğin onun Visa Platinum debet kartından dələduzlar tərəfindən çıxarıldığını və bunun cavabdeh tərəfindən tələb olunan səviyyədə təhlükəsizlik tədbirlərinin görülməməsi nəticəsində baş verdiyini iddia edərək, cavabdehə müraciət etmişdir.
3. Cavabdehin cavab məktubunda onun sistemdə qeyd olunan mobil nömrəsinə göndərilən birdəfəlik şifrəni və kart məlumatlarını dələduzlara təqdim etməklə, ona aid mobil tətbiqə dələduzlar tərəfindən uğurlu girişin qeydə alınmasına vəsilə olduğu, dələduzlar tərəfindən ona məxsus Ubank tədbiqi ilə əməliyyat icra edildikdən sonra, bank tərəfindən şübhəli əməliyyatın qeydə alındığı və kartın bloklandığı ona bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instan siya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" KB ASC-dən kartında olan vəsaitin təhlükəsizlik qaydalarına uyğun olaraq qorunmadığına görə dəymiş 10.000 manat məbləğində maddi zərərin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, "xxxx" KB ASC-dən Mastercard tipli Ucard və Visa Platinum debet kartları almış və istifadə etmişdir. Visa Platinum debet kartına 10.000 (on min) manat məbləğində pul vəsaiti mədaxil etmişdir. Bankdan verilən xx.xx.2023-xx.xx.2024 tarixləri üzrə hesabdan çıxarışdan da görünür ki, hesabında 10.000 manat məbləğində vəsaiti olmuşdur. Qeyd edir ki, Mastercard tipli Ucard onli ne sifariş verilərək kuryer tərəfindən təqdim edilmiş, Visa Platinum debet kartını isə Əcəmi filialından əldə etmişdir. Hər iki plastik kart üzrə ona müqavilə təqdim edilməmiş, banka müraciət etdiyi zaman isə müqavilənin olmadığını və bankın səhifəsində yerləşdirilmiş təlimatın şərtlərinə əsaslandığını şifahi şəkildə bildirmişlər. Nəzərə çatdırmaq istəyir ki, xx.xx.2024-cü il tarixdə Mastercard tipli Ucard debet kartından istifadə edərkən ona OTP təsdiq kodu gəlmiş və o, həmin kart üzrə OTP kodunu təsdiq edərək əməliyyat aparmışdır. Lakin bir az sonra ona sms gəlmiş və Ubank mobil tətbiqi bloklanmışdır. xx.xx.2024-cü il tarixdə tətbiqin bloklanmasının səbəbini aydınlaşdırmaq üçün banka müraciət etmişdir. xx.xx.2024-cü il tarixli İMŞİEŞ/02016-2024 nömrəli məktuba əsasən bank bildirmişdir ki, sistemdə qeyd olunan mobil nömrəsinə göndərilən birdəfəlik şifrəni və kart məlumatlarını dələduzlara təqdim edərək ona aid olan Ubank mobil tətbiqə dələduzlar tərəfindən uğurlu girişin qeydə alınmasına vəsilə olmuş, Ubank mobil tətbiqi ilə əməliyyat icra edildikdən sonra, bank tərəfindən şübhəli əməliyyat qeydə alınaraq kartı bloklanmışdır. Bankdan əldə etdiyi hesabdan çıxarışda xx.xx.2024-cü il tarixdə 9.800 (doqquz min səkkiz yüz) manat və 78 (yetmiş səkkiz) manat məbləğində pul məbləği onu Visa Platinum debet kartında olan vəsaitdən dələduzlar tərəfindən çıxarıldığı məlum olmuşdur. Bank kartlarının hesablarının ayrı olmasını nəzərə alaraq xx.xx.2024-cü il tarixdə Mastercard tipli Ucard debet kartından istifadə etdiyi halda niyə onun digər kartından məbləğ oğurlanmışdır? Bankın əsas gətirdiyi bir hal məlumatların üçüncü şəxslərə ötürülməməsi, bəli o, Mastercard tipli Ucard debet kartı üzrə məlumatları ötürmüşdür, amma bu o demək deyil ki, onun digər kartının yetərli dərəcədə təhlükəsizliyi qorunmamalı və həmin kartda olan məbləğin oğurlanmasına gətirib çıxarmalıdır. "xxxx" KB ASC-nin rəsmi internet səhifəsinin məxfilik siyasəti ilə bağlı qəbul edilmiş və qüvvədə olan təlimatının 3-cü bəndinə əsasən məlumatların məxfiliyinin qorunmasına yönəlmiş təhlükəsizlik tədbirləri ilə bağlı qeyd olunmuşdur ki, müştərilərin və ya istifadəçilərin məlumatlarının məxfiliyini təmin etmək məqsədi ilə Bank bütün imkanlarından istifadə edir və məxfi məlumatların qanunsuz ələ keçirilməsi, onlara qanunsuz daxil olma və müdaxilə kimi hüquq pozuntularının qarşısını alır. Bank tərəfindən mütə madi olaraq Müştəri və ya İstifadəçi məxfi məlumatlarının toplanması, saxlanılması və emal edilməsi üsullarının təkmilləşdirilməsi həyata keçirilir. Fişinq və digər dələduzluq pozuntularının törədilməsi məqsədi ilə həyata keçirilən qanunsuz daxil olmaların qarşısının alınmasını Bank, fiziki tədbirlərin effektivliyini artıraraq həyata keçirir. Məlumatların məxfiliyinin qorunmasının səmərəliliyi, həmçinin Müştəri və İstifadəçi tərəfindən Bankın müəyyən tövsiyələrinə riayət edilməsindən də asılıdır. Belə ki, Bank rəsmi internet səhifəsinə daxil olan Müştəri və ya İstifadəçilərə tövsiyə edir ki, onlar bank hesabları, bank əmanəti, hesab əməliyyatları, bank sirrini təşkil edən digər məlumatları, habelə fərdi məlumatları üçüncü şəxslərlə paylaşmasınlar və məxfi saxlanılmasını təmin etsinlər. Ban kın irəli sürdüyü tövsiyələrə Müştəri və İstifadəçilər tərəfindən riayət edilməsi Banka təqdim olunan məlumatların maksimal müdafiəsinin təmin edilməsini, hər hansı əməliyyatın həyata keçirildiyi zaman mümkün olan neqativ risklərin azaldılmasını mümkün edir. Əgər kartların təhlükəsizliyinə qarşı bank tərəfindən daha güclü təhlükəsizlik tədbirləri görülsə idi, onun Mastercard tipli Ucard debet kartında əməliyyat apardığı zaman digər Visa Platinum debet kartında olan 10.000 (on min) manat məbləğində vəsaitin dələduzlar tərəfindən oğurlanmasına səbəb olmazdı. Buradan da görünür ki, bank öz üzərinə düşən təhlükəsizlik qaydalarını yetərincə etməmişdir, qeyd olunan Mastercard Ucard-a OTP təsdiq kodu gəldikdə digər Visa Platinum debet kartından pulun çıxarılma oğurlanmağına yönəlməzdi. Əgər bank təhlükəsizlik qaydalarını tam təmin, yəni kart üzrə çıxış limiti tətbiq etsəydi debet kartdan birdəfəlik 10.000 manat məbləğində vəsait hesabdan çıxarıla bilməzdi, həmçinin bir kart üçün gələn təsdiq kodu digər karta yönəlməzdi. Əlavə olaraq qeyd etmək istəyir ki, işgüzar səfərlə əlaqədar olaraq xarici ölkəyə aviabilet almışdır. Hesabında olan məbləğin kartdan çıxarılması ilə əlaqədar səfəri təxirə salınmış, həmin aviabiletin məbləği ona geri qaytarılmayaraq həmin hissədə də ona maddi ziyan dəymişdir.
6. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" KB ASC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edir ki, iddia əsassız və qanunsuz olduğundan rədd olunmalıdır. Belə ki, ilk öncə qeyd etmək istəyir ki, İddiaçı "xxxx" KB ASC-dən xx.xx.2023-cü il tarixli ərizəsi və onun ayrılmaz hissəsi olan xx.xx.2021-ci il tarixli Ümumi oferta müqaviləsi ilə MasterCard tipli Ucard və Visa platinum debet kartlarını əldə etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus kartından 9.878 manat məbləğində vəsait istifadə edilmişdir. İddiaçı sosial şəbəkələrdə reklam olunan saxta platformaya daxil olaraq istifadəsində olan kart məlumatlarını və OTP kodunu kənar şəxslərə təqdim etmişdir. Daha sonra məlumatları ələ keçirən şəxslər ona məxsus Unibank Mobil bank tətbiqinə daxil olaraq kartdan silinməni həyata keçirmişlər. Bundan sonra iddiaçı, bank tərəfindən sonuncunun təqdim etdiyi mobil nömrəsinə (********** ) göndərilən məlumatla ona məxsus kart bilgilərinin başqa smartfonda qeydiyyatının aşkarlanması barədə məlumatlandırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinin 5.22-ci bəndinə əsasən müştəri öz hesabının müstəqil sərəncamçısıdır. Ofertanın 5.9-cu bəndinə əsasən kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır. 5.16-cı bəndinə əsasən isə kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem bankın sərəncamında olmayan məlumat informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa Bank bu problemlərə görə müştəri qarşısında məsuliyyət daşımır. Eyni zamanda qeyd edir ki, ofertanın 18.3-cü bəndinə əsasən müştərinin mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsi nəticəsində yaranmış risklərə görə müştəri tam məsuliyyət daşıyır. Bu zaman müştəri, mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsinə istinad edərək bu müqavilə əsasında verilmiş əlavə kredit üzrə öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməz. Yuxarıda qeyd etdiyi kimi, bankın adına oxşar saxta səhifə yaradılmış və iddiaçıdan onun şəxsiyyət vəsiqəsi məlumatları, həmçinin bank kart məlumatları istənilmişdir. İddiaçı da öz növbəsində ona məxsus məxfi məlumatları və mobil nömrəsini dələduzlara vermişdir. İddiaçı mobil nömrəsini və məxfi məlumatlarını dələduzlara verdiyi üçün dələduzlar həmin məlumatlardan istifadə edərək, iddiaçıya məxsus mobil bankinqini öz telefonlarına yükləyirlər. Belə olan halda iddiaçının adına olan bütün kartlar dələduzlar üçün əlçatan olur. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2544/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və ödənilmiş 120 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X9)
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, bir, yaxud əlbir olan bir neçə şəxs tərəfindən bankın adına oxşar saxta səhifə yaradılmış və iddiaçıdan onun şəxsiyyət vəsiqəsi məlumatları, həmçinin, bank kart məlumatları istənilmişdir. İddiaçı ona məxsus məxfi məlumatları və mobil nömrəsini həmin şəxsə (şəxslərə) verdiyi üçün həmin məlumatlardan istifadə olunmuş, iddiaçıya məxsus mobil bankinq başqa smartfona yüklənmiş və nəticə etibarı ilə iddiaçının adına olan bütün ka rtlar dələduz (dələduzlar) üçün əlçatan olmuşdur. İddiaçı yuxarıda qeyd olunan halla bağlı banka müraciət etdikdə, bank tərəfindən ona xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və müraciətə ətraflı şəkildə cavab verilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus pul vəsaitlərin iddiaçının iradəsinə zidd olaraq məxaric edilməsi (başqa hesablara köçürülməsi, nağdlaşdırılması və s.) cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı deyil. Cavabdeh Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsi və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair metodoloji rəhbərliyin tələblərini yerinə yetirmiş, Ebankçılıq xidmətlərindən istifadə zamanı məsafədən həyata keçirilən hücumların növləri, onların aşkar edilməsi və qarşısının alınması üz rə zəruri tədbirlər görmüşdür.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsinə və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair Metodoloji Rəhbərliyə istinad edərək, iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirmişdir ki, o Mastercard tipli Ucard debet kartından istifadə etdiyi halda onun digər kartından xx.xx.2024-cü il tarixdə pul vəsaitinin oğurlanması təmamilə bankın məsuliyyətidir. Çünki, onun adına olan "xxxx" KB ASC-də açılmış Mastercard tipli Ucard və Visa Platinum debet kartlarının hər birinə fərqli hesab nömrələri açılmışdır. Bu səbəbdən bir kart hesabından istifadə digər kart hesabından pul vəsaitinin oğurlanması ilə nəticələnməməli idi. Qeyd olunan tələblərdən də görünür ki, E-bankçılıq xidməti üzrə təhlükəsizlik prosedurlarında, o cümlədən istifadəçinin səlahiyyəti olmayan məlumatlara girişinin məhdudlaşdırılması üçün məntiqi və fiziki giriş üzrə tədbirlər görülməlidir. Hazırki işdən isə məlum olur ki, "xxxx" KB ASC səlahiyyəti olmayan məlumatlara girişinin məhdudlaşdırılması üçün məntiqi və fiziki giriş üzrə tədbirlər müəyyən etməmiş, bu səbəbdən onun bir kart hesabından istifadə edərkən digər kart hesabından üç üncü şəxslər oğurluq etmişlər. Qanunvericilik kartların yetərli dərəcədə təhlükəsizliyini təmin etmə öhdəliyindən bankı azad etmir. Azərbaycan Respublikasının Mərkəzi X15, bankların üzərinə E-bankçılıq xidməti üzrə təhlükəsizlik prosedurlarında yalnız qeyd olunan tələblərdə göstərilənlərlə kifayətlənməməyi bildirmişdir. Belə ki, həmin tələblərdə banklara prosedur olaraq nəzərədə tutulan ən azı ifadəsi ilə bankların üzərinə həmçinin əməliyyatlar zamanı əlavə təhlükəsizlik tədbirlərinin də həyata keçirilməsi tövsiyə edilmişdir. Mobile Bank proqramının standart təhlükəsizlik qaydalarına əsasən hər hansı bir hesabdan kənar hesaba ödəniş edildiyi zaman limitlənmə tətbiq edilməlidir. Lakin bu limit nə Ubank mobil tətbiqində nə də bank hesabında edilməmişdir. Əlavə olaraq bank hesablarında hər ha nsı bir şübhəli əməliyyat olduğunda bankın Fraud təhlükəsizlik sistemləri və əməkdaşları bununla bağlı dərhal tədbirlər görməli və bank müştərisini dərhal məlumatlandırmalıdır. Halbuki müştəri baş vermiş hadisə zamanı heç bir bildiriş almamışdır. Hadisə baş verdikdən sonra mobile bank hesabına daxil olmağa çalışsa da, nəticə əldə etməmişdir. Səbəb isə mobile tətbiqə girişin bloklandığı qeyd edilmişdir. Hadisə baş verdikdən sonra mobile tətbiqə girişin bloklanması özü də göstərir ki, bankın proqram təminatında texniki nöqsanlar olub. Bu texniki nöqsanların nəticəsidir ki, müştərinin bank hesabından vəsait tam şəkildə çıxarılmışdır. Məhkəmə elektron bankçılıq xidmətlərinin göstərilməsi və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair X1 istinad etsə də, həmin tələblərlə bankın üzər inə qoyulan, oxşar saxta internet səhifəsinin istifadəsini məhdudlaşdırması öhdəliyinin olmasını nəzərə almamışdır. Belə ki, o, bankın adına oxşar saxta səhifənin yaradılması yolu ilə aldadılmış və onun şəxsiyyət vəsiqəsi məlumatları, həmçinin bank kart məlumatları istənilmişdir. O öz növbəsində ona məxsus məxfi məlumatları və mobil nömrəsini həqiqətən "xxxx" KB ASC-nin əməkdaşları olduğuna inandığı üçün “dələduzlara” vermişdir. Dələduzlar həmin məlumatlardan istifadə edərək, ona məxsus mobil bankinqini öz telefonlarına yükləmiş, nəticədə onun adına olan bütün kartlar dələduzlar üçün əlçatan olmuşdur. Yəni, "xxxx" KB ASC onun bank hesablarına qanunsuz daxil olmaların qarşısının alınması üçün X1 müvafiq tədbir görməmişdir. Baş vermiş hadisənin bütün təfərrüatlarının geniş şəkildə məhkəmənin nəzərinə çatıdırlması məqsədi ilə bir sıra sübutların əldə ediləməsinə ehtiyac yaranmışdır. Bu məqsədlə "xxxx" KB ASCdən Nüfuz etmə Sınaq Hesabatı (Penetration testing report), X5, X10, X6, X2 və Mobil Bank və Billing sistemlərindən log fayllarının təqdim edilməsi barədə onun tərəfindən məhkəməyə vəsatət verilmişdir. Buna baxmayaraq, məhkəmə əsassız olaraq vəsətəti təmin etməmiş, bununla da tərəflərin çəkişmə prinsipi pozulmuş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasına məhkəmə tərəfindən maneə yaradılmışdır. Beləliklə də məhkəmənin bu mövqeyi obyektiv qərar qəbul edilməməsinə gətirib çıxarmışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X7 (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə)2(103)-5386/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qət naməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir.
14. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müda fiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
15. Bununla bağlı məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mü lki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən Ubank proqram tədbiqinə, o cümlədən plastik kartlara kənar şəxslərin müdaxiləsinin qarşısının alınması üzrə təhlükəsizlik tədbirlərinin tələb olunan səviyyədə təşkil edilmədiyini və nəticə etibarı ilə bu sahədə xidmətlərin qüsurlu icra edildiyini sübut etməli idi. Lakin iddiaçı bu mövqedən çıxış etsə də, onun əsaslı olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə işin hallarından iddiaçının plastik kartından kənar şəxslər tərəfindən pulun çəkilməsində cavabdehin hər hansı təqsirinin olmadığı, bunun məhz iddiaçı tərəfindən kart məlumatlarının və birdəf əlik şifrənin (OTP kodunun) kənar şəxslərə verilməsi nəticəsində mümkün olduğu müəyyən edilir. Belə olan halda, cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıya bilməz.
17. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı isə ilk növbədə onu qeyd etmişdir ki, iddiaçının Visa platinum debet kartından kənar şəxslər tərəfindən pul vəsaitinin çıxarılması (silinməsi) iddiaçı tərəfindən əməliyyatın aparılmadığı bir şəraitdə, habelə onun Ubank proqram tədbiqinn yarılması və ya tədbiqə edilmiş hücum nəticəsində baş verməmişdir. Bu silinmə bilavasitə iddiaçı tərəfindən kart vasitəsi ilə əməliyyat aparılan zaman həyata keçirilmiş və nəticə etibarı ilə bu silinmə iddiaçının ötürdüyü məlumatlar hesabına mümkün olmuşdur. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə internet şəb əkə vasitəsi ilə daxil olduğu ünvan (platforma) üzrə ona məxsus olan MasterCard tipli Ucard debet kartı vasitəsi ilə əməliyyatın aparılması üçün ondan kart məlumatları və OTP (X17) kodu istənilmiş, o da həmin kodu əldə etdikdən sonra onu kart məlumatları ilə birlikdə tələb edilən ünvana (kənar şəxslərə) göndərmişdir (iddiaçı bunu özü də etiraf edir). Bu məlumatları əldə etmiş şəxslər də iddiaçının Ubank proqram tədbiqini başqa smartfona yükləməklə, tədbiqə daxil olmuşlar və iddiaçının Visa platinum debet kartından 9.800 manat məbləğində vəsaiti silmişdilər (çıxarmışdılar).
18. Halbuki, OTP kodu göndərərkən cavabdeh həmin ismarıcı “Diqqət” sözü ilə başlamış və bundan sonra həmin kodun səlahiyyətsiz şəxslərə ötürülməməsi, kart məlumatlarının dələduzlardan qorunması tövsiyə olunmuşdur. Buna b axmayaraq, iddiaçı tərəfindən OTP kod və digər məlumatlar başqa şəxslərə ötürülmüş və onlar tərəfindən iddiaçıya məxsus Ubank tədbiqi ilə əməliyyat icra edildikdən sonra, bank tərəfindən şübhəli əməliyyat qeydə alınmış və iddiaçının kartı bloklanmışdır. Bununla bağlı cavabdeh tərəfindən iddiaçıya “Diqqət! Şübhəli cihaz. Kart bloklandı. Unibank ilə əlaqə saxlayın.” məzmunda ismarıc göndərilmişdir.
19. Bununla belə, həmin vəziyyətdə cavabdeh öz üzərinə düşən bütün vəzifələri yerinə yetirmiş və vəziyyətə uyğun təhlükəsizlik tədbirləri görərək, digər şəxslər tərəfindən (plastik kartda pul vəsaitinin qalıb-qalmamasından asılı olmayaraq) növbəti əməliyyatların aparılmasının qarşısını almışdır. Hər bir halda, iddiaçı ona məxsus olan Ubank proqram tədbiqindən sərbəst şəkildə istifadə etmək hüququn a malikdir və bu proqram tədbiqindən şübhəli əməliyyat aparılmalıdır ki, (məsələn, başqa cihazdan istifadə edilməlidir) cavabdeh şübhəli əməliyyat qeydə alsın və qarşılayıcı tədbir görsün, o cümlədən kartın bloklanmasını həyata keçirsin. İddiaçıya məxsus Ubank proqram tədbiqinin yüklənməsini və onun özü kimi həmin tədbiqə daxil olmasını və istifadə edilməsini mümkün edən məlumatların iddiaçı tərəfindən başqa şəxslərə ötürülməsi nəticəsində onun kartlarından pulun silinməsi (çıxarılması) cavabdeh tərəfindən bu sahə üzrə xidmətlərin düzgün göstərilməməsi, o cümlədən təhlükəsizlik tədbirlərinin tələb olunan səviyyədə təşkil edilməməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh iddiaçıya məxsus Ubank proqram təminatını, o cümlədən onun kartlarının təhlükəsizliyini (kənar hucumlardan, yarılmadan, müdaxilədən və s. qoruyur) kənar şəxslərdən qoruyur. Lakin bu tədbiqi onun özündən qoruya bilməz (öz iradəsi ilə ötürülməli olmayan məlumatların ötürülməsi hallarında).
20. Məhkəmə kollegiyası o halı da nəzərə almışdır ki, iddiaçı həmin kartdan 2023-cü ilin sentyabr ayından istifadə etməyə başlamış və həmin tarixdən hadisə baş verdiyi xx.xx.2024-cü il tarixədək kart üzrə dövriyyə olmuşdur. Lakin belə bir hadisə məhz iddiaçı tərəfindən yuxarıda göstərilən hərəkətlərə yol verildikdən sonra baş vermişdir.
21. Məhkəmə kollegiyası iddiaçının dəlilinə istinadən onu da qeyd etmişdir ki, hər hansı şəxsə (hazırki vəziyyətdə iddiaçıya) məxsus olan Ubank proqram tədbiqi kənar şəxslər tərəfindən yükləndikdən və bu tədbiqə daxil olmaq, ondan istifadə etmək imkanı əldə edildikdən sonra həmin tədbiqdə ol an bütün kartlar əlçatan olur və belə olan halda, bunu mümkün edən məlumatların hansı kart üzrə əməliyyatın aparılması zamanı ötürülməsinin hər hansı əhəmiyyəti olmur. Başqa sözlə, iddiaçının Ubank proqram tətbiqinə digər şəxslərin daxil olması mümkün olduqdan sonra həmin tətbiqdə olan hər bir, o cümlədən həmin vaxt əməliyyatın aparılmasında iddiaçı tərəfindən istifadə edilməyən Visa platinum debet kartından da pulun silinməsi (çıxarılması) mümkün olur.
22. Kollegiya bildirmişdir ki, nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Ümumi oferta” müqaviləsinə əsasən kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə müştəri məsuliyyəti daşıyır, kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Ba nkın sərəncamında olmayan məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa bank bu problemlərə görə müştəri qarşısında məsuliyyət daşımır, müştəri öz hesabının müstəqil sərəncamçısıdır, “Müştəri”nin mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsi nəticəsində yaranmış risklərə görə “Müştəri” tam məsuliyyət daşıyır. Bu zaman “Müştəri” mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsinə istinad edərək, bu müqavilə əsasında verilmiş əlavə kredit üzrə öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməz.
23. Bununla belə, iddiaçının Visa platinum debet kartından onun iradəsinə zidd olaraq 9.800 manat (78 manat komissiya qismində hesabdan ilinmişdir) məbləğində pul vəsaiti silinmişdirsə də, bu silinmə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin lazımi qaydada icra edilməməsi, habelə bu sahə üzrə xidmətlərin qüsurlu göstərilməsi nəticəsində baş verməmişdir. Hüquqi nəticə etibarı ilə cavabdeh tərəfindən iddiaçıya bu sahə üzrə göstərilən xidmət barəsində natamam və düzgün olmayan məlumat verilməmişdir. Hadisə məhz iddiaçının istifadə etdiyi Ubank proqram tədbiqi ilə bağlı məxfi saxlamalı və başqa şəxslərə ötürməli olmadığı məlumatların ötürülməsi nəticəsində baş vermişdir. İddiaçı bunun əksini, o cümlədən kartından iradəsinə zidd olaraq pulun silinməsi nəticəsində ona maddi zərərin məhz cavabdehin göstərdiyi xidmətin (təşkil etdiyi təhlükəsizlik tədbirlərinin) qusurları nəticəsində baş verməsini sübuta yetirə bilməmişdir. Qeyd edilənlər öz növbəsində iddianın rədd edilməsini şərtləndirir.
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 425.1, 425.2, 442, 1128.1, 1129.2, 1129.3, 1131, 1132-ci maddələri və Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.1, 217.3, 217.4, 384.0.1ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Qətnamədən narazı qalan iddiaçı (vəkil– Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsininxx.xx.2024-cü il tarixli, 2(103)-5386/2024 saylı qərarının tam olaraq ləğv edilməsi və iddianın tam təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətində qeyd olunmuşdur ki, baş verən hadisə göstərir ki, cavabdeh bank tərəfindən lazımi təhlükəsizlik tədbirləri formalaşdırılmamış, iddiaçının məlumatları və vəsaiti kənar şə xslərə qarşı qorunmamışdır. Apellyasiya Məhkəməsi bu faktları düzgün dəyərləndirməmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi odur ki, bank öz üzərinə düşən bütün vəzifələri yerinə yetirmiş və vəziyyətə uyğun təhlükəsizlik tədbirləri görərək, digər şəxslər tərəfindən (plastik kartda pul vəsaitinin qalıb-qalmamasından asılı olmayaraq) növbəti əməliyyatların aparılmasının qarşısını almışdır. İddiaçıya məxsus Ubank proqram tətbiqinin yüklənməsini və onun özü kimi həmin tətbiqə daxil olmasını və istifadə edilməsini mümkün edən məlumatların iddiaçı tərəfindən başqa şəxslərə ötürülməsi nəticəsində onun kartlarından pulun çıxarılması cavabdeh tərəfindən bu sahə üzrə xidmətlərin düzgün göstərilməməsi, o cümlədən təhlükəsizlik tədbirlərinin tələb olunan səviyyədə təşkil edilməməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh iddiaçıya məxsus Ubank proqram təminatını, o cümlədən onun kartlarının təhlükəsizliyini kənar şəxslərdən qoruyur. Bundan əlavə Apellyasiya Məhkəməsi iddiaçı tərəfindən cavabdeh tərəfindən Ubank mobil tətbiqinə, o cümlədən plastic kartlara kənar şəxslərin müdaxiləsinin qarşısının alınmaması üzrə təhlükəsizlik tədbirlərinin tələb olunan səviyyədə təşkil edilmədiyini və nəticə etibarilə bu sahədə xidmətlərin qüsurlu icra edildiyini sübut edilmədiyini vurğulamışdır. Ancaq hadisədən də göründüyü kimi yuxarıda qeyd edilən təhlükəsizlik tədbirləri bank tərəfindən təşkil edilməyib. Bank xarici cihazla hesaba giriş edildiyini və şüphəli köçürmə edildiyini daha sonradan təsbit edib. Halbuki bu vəziyyət əvvəlcədən təsbit edilib iddiaçı xəbərdar edilsə idi pul vəsaiti dələduzlar tərə findən köçürülməyəcəkdi. Baş vermiş hadisədə iddiaçı bankın adınaoxşar saxta səhifənin yaradılması yolu ilə aldadılmış və onun şəxsiyyət vəsiqəsi məlumatları, həmçinin bank kart məlumatları istənilmişdir. İddiaçı da öz növbəsində ona məxsus məxfiməlumatları və mobil nömrəsini həqiqətən "xxxx" KB ASC-nin əməkdaşları olduğuna inandığı üçün “dələduzlara” vermişdir. Dələduzlar həmin məlumatlardan istifadə edərək, iddiaçıya məxsusmobil bankinqini öz telefonlarına yükləmiş, nəticədə iddiaçının adına olan bütün kartlar dələduzlar üçün əlçatan olmuşdur. Yəni, "xxxx" KB AS Ciddiaçının bank hesablarına qanunsuz daxil olmaların qarşısının alınması üçün X1 müvafiq tədbir görməmişdir. Göründüyü kimi "xxxx" KB ASC dələduzluğa əngəl olmaq üçün lazımi tədbirləri görməmiş, öz müştərisinə qarşı kifayət qədə r diqqət göstərməyərək onun məlumatlarını qorumamışdır. Bunun nəticəsində iddiaçının məlumatları dələduzlar tərəfindən oğurlanmış və ona maddiziyan vurulmuşdur.
27. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətliaraşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnıztərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə qətnamənin 4-cü səhifəsində qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçıcavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (bank hesablarının təhlükəsizliyinin bank tərəfindən qorunmaması səbəbindən hesabından pulların məxaric edilməsi, başqa hesablara köçürülməsi, nağdlaşdırılması və s.) dair mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, iddiaçı, iddia ərizəsində bankın kart üzrə çıxarış limiti tətbiq etmədiyini və bunun nəticəsində kartdan 10.000 (on min) manat məbləğində vəsaitin birdəfəlik çıxarıldığını, həmçinin bir kart üzrə gələn təsdiq kodunun digər karta yönəldiyini ətraflı şəkildə qanunvericilik normalarına istinad etməklə əsaslandırmışdır. Belə ki, iddiaçı tələbini "xxxx" KB ASC-nin rəsmi internet səhifəsinin məxfilik siyasəti ilə bağlı qəbul edilmiş və qüvvədə olan təlimatının 3-cü bəndinə əsaslanaraq qeyd etmişdir ki, məlumatların məxfiliyinin qorunmasına yönəlmiş təhlükəsizlik tədbirləri ilə bağlı müştərilərin və ya istifadəçilərin məlumatlarının məxfiliyini təmin etmək məqsədi ilə Bankın bütün imkanlarından istifadə etməməsi nəticəsində məxfi məlumatların qanunsuz ələ keçirilməsinin, onlara qanunsuz daxil olma və müdaxilə kimi hüquq pozuntularının qarşısının alınmasını təhlükəsizliyin təmin edilməməsində cavabdehin məsuliyyətinin olmasını məhkəmənin diqqətinə çatdırmışdır. Buna baxmayaraq məhkəmə qətnamədə öz mülahizəsi ilə bağlı hər hansı sübut təqdim edilmədiyini qeyd etməklə qərarını, qanunun tələblərinə əsasən deyil, özünün irəli sürdüyü dəlillərlə əsaslandırmışdır.
28. İddiaçı öz iddialarını və sübutlarını X4 tələbləri ilə əsaslandırmışdır. Buna əsasən o hesab edir ki, Bakı Apellyasiya məhkəməsi iddiaçının kart hesabından pul vəsaitinin kənar şəxslar tərəfindən çıxarılmasını "xxxx" KB ASC-nin öz öhdəliyinliazımınca yerinə yetirməməsi kimi dəyərləndirərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul etməli idi. Lakin Bakı Apellyasiya Məhkəməsi hüquq normalarına əməl etməyərək, əsassız olaraq iddianın təmin edilməməsi haqqında qətnamə çıxarmaqla iddiaçının hüquqlarının məhkəmə müdafiəsini pozmuşdur.
29. Bakı Apellyasiya Məhkəməsi qətnamənin 9-cu səhifəsində bildirmişdir ki, iddiaçı cavabdeh bank tərfindən Ubank proqram tətbiqinə, o cümlədən plastic kartlara kənar şəxslərin müdaxiləsinin qarşısının alınması üz rə təhlükəsizlik tədbirlərinin tələb olunan səviyyədə təşkil edilmədiyini göstərən yetəri qədər sübutlar təqdim etməmişdir. Ancaq iddiaçı tərəfindən təqdim edilən sənədlər cavabdeh tərəfindən müştərilərin məlumatlarını və vəsaitlərini qorumaq üçün yetəri qədər təhlükəsizlik tədbirləri görmədiyini açıqca sübut etməkdədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
34. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
35. Maddə
442. Öh dəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurula n hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun;
37. Maddə 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir;
38. Maddə 1129.3. Mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər;
39. Maddə 1131. Malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübut a yetirərsə, məsuliyyətdən azad edilir;
40. Maddə 1132. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi h üquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təm in etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının Visa platinum debet kartından onun iradəsinə zidd olaraq 9.800 manat (78 manat komissiya qismində hesabdan silinmişdir) məbləğində pul vəsaiti silinmişdirsə də, bu silinmə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin lazımi qaydada icra edilməməsi, habelə bu sahə üzrə xidmətlərin qüsurlu göstərilməsi nəticəsində baş verməmişdir. Cavabdeh tərəfindən iddiaçıya bu sahə üzrə göstərilən xidmət barəsində natamam və düzgün olmayan məlumat verilməmişdir. Hadisə məhz iddiaçının istifadə etdiyi Ubank proqram tədbiqi ilə bağlı məxfi saxlamalı və başqa şəxslərə ötürməli olmadığı məlumatların ötürülməsi nəticəsində baş vermişdir. İddiaçı bunun əksini, o cümlədən kartından iradəsinə zidd olaraq pulun silinməsi nəticəsində ona maddi zərərin məhz cavabdehin göstərdiyi xidmətin (təşkil etdiyi təhlükəsizlik tədbirlərinin) qüsurları nəticəsində baş verməsini sübuta yetirə bilməmişdir.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddia çının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflər ə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5386/2024 nömrəli iş üzrə 24 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.