Məhkəmə qərarları › İş №2(102)-911/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-911/2019

18.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-911/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 18 fevral 2019-cu il İş № 2(102)-911/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9040/2018 nömrəli iş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Gültəkin Əsədo va) 2(005)310/2018 saylı 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 22 dekabr 2011-ci il tarixli № 591 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 15952 ABŞ dolları əsas borc, 8999 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, cəmi ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə, tutmanın İddiaçı ilə cavabdeh (Cavabdeh5 tərəfindən verilmiş 03.11.2011 -ci il tarixli 153284 saylı etibarnamə əsasında) Cavabdeh1 ilə bağlanmış 22 dekabr 2011-ci il tarixli № 351 saylı ipoteka müqaviləsinə əsasən, tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 761 nömrəli reyestr kitabının 71091 nömrəli vərəqində qeydiyyata alınmış, ünvan 1 ünvanda yerləşən, 16,22 kvadrat metr ümumi sahədən ibarət 1 otaqlı, 26 nömrəli mənzilə yönəldilərək açıq hərracdan satılması yolu ilə əldə olunan vəsait hesabına borcun ödənilməsinə, mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsinə və ən geci bir ay ərzində boşaldılması barədə iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Namiq Cəfərov) 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi İddiaçı-yə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 dekabr 2011-ci il tarixli № 591 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 15952 ABŞ dolları əsas borc, 8999 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, cəmi 26951 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə, tutmanın İddiaçı ilə cavabdeh (Cavabdeh5 tərəfindən verilmiş 03.11.2011 -ci il tarixli 153284 saylı etibarnamə əsasında) Cavabdeh1 ilə bağlanmış 22 dekabr 2011-ci il tarixli № 351 saylı ipoteka müqaviləsinə əsasən, tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 761 nömrəli reyestr kitabının 71091 nömrəli vərəqində qeydiyyata alınmış, ünvan 1 ünvanda yerləşən, 16,22 kvadrat metr ümumi sahədən ibarət 1 otaqlı, 26 nömrəli mənzi lə yönəldilərək açıq hərracdan satılması yolu ilə əldə olunan vəsait hesabına borcun ödənilməsinə, mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsinə və ən geci bir ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin və apellyasiya şikayətinin əsasları ilə eyni ola n kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etd i. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 arasında 22 dekabr 2011-ci il tarixli 591 nömrəli kredit qaviləsinə əsasən, borcalana 24 ay müddətinə, illik 25 faiz ödəmək ilə, 26700 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 ilə (Cavabdeh5 tərəfindən verilmiş 03.11.2011 -ci il tarixli 153284 saylı etibarnamə əsasında) bağlanmış 22 dekabr 2011-ci il tarixli 351 nömrə li ipoteka müqaviləsinə əsasən, tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına qeydiyyata alınmış, ünvan 1-da yerləşən, 16,22 kvadrat metr ümumi sahədən ibarət 1 otaqlı, 26 nömrəli mənzil bankda ipoteka ilə yüklü edilmişdir. Həmin mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 qeydiyyatdadırlar. Cavabdeh5 ölmüş, ondan miras qalmış əmlaklara dair vətəsəlik işinin açılması müəyyən edilməmişdir. Cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 24 ay olduğundan, iddiaçı tərəfindən ona qarşı vaxtında tələb irəli sürülmədiyindən, mülki qanunvericiliyə müvafiq olaraq müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan iş üzrə iddia müddəti buraxılmasını göstərmişdir. Onun tərəfindən son ödəniş olaraq 25.02.2013-c ü il tarixdə həyata keçirilmişdir. Ona görə də, iddia müddətinin tətbiqi edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməs inə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yeri nə yetirməyi və yerinə əkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri- sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini an qaldıraraq ədalət mühakiməsi orqanlarına mübah isələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013cü tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanı r. Tərəflər arasında 22 dekabr 2011-ci il tarixdə kredit müqaviləsinin bağlanması və həmin müqavilə üzrə cavabdehin icra edilməyən öhdəliyinin olması işin mübahisə edilməyən halıdır. Bu səbəbdən iddiaçı subyektiv hüquqa malik olan şəxs kimi kredit müqaviləsi üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Lakin nəzərə alınsa ki, iddia müddət ötürülmüş və cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunmasına dair ərizə verilmişdir, bu halda müddət ötdüyündən iddianın təmin olunması yolverilən hesab edilmir. Sadalan normalara və Plenum qərarlarına istinad edərək birinci instansiya məhkəməsi iddia tələbini rədd etmiş, apellyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilərinə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə tələb kredit məbləğinin və ona hesablanmış faizlərin və cərimənin qaytarılması ilə bağlıdır. Bu halda müqavilə tələbləri üzrə qanunvericiliyin müəyyən etdiyi iddia müddətinin təbiq olunması şərtdir. Daşınmaz əmlakla bağlı qanunvericiliyin müəyyən etdiyi 6 illik iddia müddətinin tətbiqi hazırkı işin halları baxımından yolverilən hesab edilə bilməz. Çünki iddia müddəti əsas öhdəliyə münasibətdə tətbiq olunur, hazırkı iş üzrə əsas iddia tələbi isə kredit məbləğinin ödənilməsi ilə bağlıdır. Apellyasiya icraatı gedişində iddiaçının nümayəndəsi sonuncu ödənişin 24.11.2014-cü ildə edildiyini göstərmiş, məhz iddia müddətinin əvvəlinin həmin tarixdən hesablanmalı olmasını qeyd etmişdir. Lakin iddiaçının nümayəndəsi həmin ödənişin edilməsinə dair məhkəməyə hər hansı mədaxil sənədi təqdim etməmiş, həmin ödənişin birinci instansiya məhkəməsinə dəfələrlə təqdim etmiş olduğu hesabdan çıxarışlarda əks edirilməməsinin səbəblərini deyə bilməmişdir. Bu baxımdan iddiaçının 24.11.2014-cü il tarixdə cavabdeh tərəfindən ödəniş edilməsinə dair dəlilləri əsassızdır və işin araşdırılmış hər hansı bir halı ilə təsdiq olunmur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin müba hisləndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 se ntyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9040/2018 nömrəli iş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar