Məhkəmə qərarları › İş №2(102)-911/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-911/2020

05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-911/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-7730/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.R.Burcayev, iş 2(008)-724/2018) İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 v ə Cavabdeh4 qarşı borc tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 11.534 ABŞ dolları əsas borc, 6629,88 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, cəmi 18.663,88 ABŞ dolları ( ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) borc və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və İ.Ə.Kərimli) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdehlərdən 6629,88 ABŞ doll arı faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada İddiaçı-nin xeyrinə tutulmalı olan faiz borcu 3446,49 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində müəyyənləşdirilmiş, qətnamə mübahisələndirilən qalan hissədə, yəni cavabdehlərdən müştərək qaydada 11.534 ABŞ dolları əsas, 500 ABŞ dolları cərimə, habelə 30 manat dövlət rüsumunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik istifadə dərəcəsi 28 faiz olmaqla 24 ay müddətinə 19.000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bank q arşısında zamin qismində öhdəlik götürmüşlər. 2017-cı ilin noyabr ayında bank iddia ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən ondan və digər cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada cəmi 23.812 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı və Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin göstərilən Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (470.1.) Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1.) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2.) Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar