Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-912/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı ASC Cavabdeh: Cavabdeh1 MMC Cavabdeh: Cavabdeh2 İddia tələbi: kredit müqaviləsi və həmin kredit müqaviləsinə xx.xx.2018-ci il tarixli 1 saylı əlavəyə xitam verilməsi, cavabdehlərdən əsas kredit borcu üzrə 191049,14 ABŞ dolları, 9925,67 ABŞ dolları faiz borcu olmaqla, cəmi 200974,81 ABŞ dollarının tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: kassasiya şikayətindən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tə rkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5862/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx xxxxxx 2017-ci il tarixli, 68/17 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə 12 ay müddətinə, illik 15% olmaqla 200.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında xx xxxxxx 2017-ci il tarixli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 M MC-yə məxsus və girov müqaviləsinə 1 saylı əlavədə sadalanmış avadanlıqlar bank qarşısında girovla yüklü edilmişdir. Həmin tərəflər arasında kredit müqaviləsinə xx xxxxxx 2018-ci il tarixli 1 saylı Əlavə bağlanmış və Əlavəyə əsasən xx xxxxxx 2017-ci il tarixli, 68/17 saylı kredit müqaviləsinin 2.7-ci bəndinə dəyişiklik edilərək, borcalana xx xxx 2018-ci il tarixə qədər aylıq 2.489 ABŞ dolları məbləğində hesablanmış faizləri ödəmək şərti ilə əsas məbləğin ödənilməsinə üç ay güzəşt müddəti verilmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2017-ci il tarixli, 68/17 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə xx.xx.2 018-ci il tarixli 1 saylı əlavəyə xitam verilməsi, cavabdehlərdən əsas kredit borcu üzrə 191049,14 ABŞ dolları, 9925,67 ABŞ dolları faiz borcu olmaqla, cəmi 200974,81 ABŞ dolları İddiaçı ASCnin xeyrinə tutulması, tələbin girov predmeti olan əşyalara yönəldilməsi və girov predmetinin açıq hərracdan satılaraq əldə edilmiş pulun bank qarşısında olan borcun bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(006)5297/2018 saylı qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 68/17 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə xx xxxxxx 2018-ci il tarixli 1 saylı əlavəyə xitam verilməsi, Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydad a İddiaçı ASC-nin xeyrinə əsas kredit borcu üzrə 191049,14 ABŞ dolları, 9925,67 dollar faiz borcu olmaqla cəmi 200974,81 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması, tutmanın girov müqaviləsində adları göstərilən və dəyəri 1006748,52 manat məbləğində göstərilən mallara yönəldilməsi, girov müqaviləsində adları göstərilən və dəyəri 1006748,52 manat məbləğində göstərilən malların açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaiti hesabına Cavabdeh1 MMC və Cavabdeh2 İddiaçı ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5862/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qət naməsi ilə (hakimlər – R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), C.A.Yusifov və V.Ə.Baxışova) İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5297/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi girov predmeti olan əmlakların dəyəri hissəsində ləğv edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 MMC və vəkili Vəkil kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını göstərərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul etm əsini xahiş etmişlər. Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 tərəfindən kassasiya şikayətindən imtina edilməsinə dair ərizə daxil olmuşdur. Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 teleqramla müraciət edərək kassasiya şikayətindən imtinasının qəbul edilərək, işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi X2 cavabdehlə aralarında razılıq olduğunu bildirərək kassasiya şikayətindən imtinanın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, eləcə də iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, Cavabdeh1 MMCnin direktoru Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5862/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilməli və işin kassasiya instansiyasında icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 məhkəməyə göndərdiyi ərizəsindən görünür ki, o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5862/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina edərək, kassasiya şikayətindən imtinasının qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərar ı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 kassasiya şikayətindən imtina barədə ərizəsinin təmin olunması, onun kassasiya şikayətindən imtinasının qəbul edilməsi və kassasiya instansiyasında icraata xitam verilməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini po zmur. Məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətindən imtina qəbul edilməli, kassasiya instansiyasında icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara alır: Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5862/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-912/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-912/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver