Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-912/2022 03.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X, Cavabdeh3, X3 qarşı ilk, Cavabdeh1 "xxxx" bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu müddətinin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunu n sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8610/2021 nömrəli iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, "xxxx" bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh1 arasında 07 noyabr 2013-cü il tarixli AZBA-00008393 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə və ödəniş cədvəlinə əsasən Cavabdeh1 illik 16 faiz hesablanmaqla 60 ay ərzində qaytarılması şərtilə 16600 ABŞ dolları məbləğində kred it verilmişdir. Kredit müqaviləsinin icrasını təmin etmək məqsədi ilə 12.11.2013-cü il tarixli AZBA-008393 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus xxxx küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzil kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
2. Eyni zamanda qeyd edilən kredit müqaviləsinin icrasını təmin etmək məqsədi ilə "xxxx" bank olmayan kredit təşkilatı MMC ilə X arasında 07 noyabr 2013-cü il tarixli, AZBA-008393 saylı və "xxxx" bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh3 arasında 07 noyabr 2013-cü il tarixli, AZBA-008393 saylı zaminlik müqavilələri bağl anmışdır. 3. "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin Cavabdeh1 ünvanladığı 18.09.2019cu il tarixli bildirişdən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı və onun əsasında AR MBNP tərəfindən hazırlanmış və 02.04.2019-cu il tarixdə qüvvəyə minmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarına əsasən kreditin restrukturizasiya olunması üçün borclunun 10 gün ərzində kreditora müraciət etməsi təklif olunmu ş və 043779 saylı yol qaiməsinə əsasən həmin bildiriş 21.09.2019-cu il tarixdə cavabdeh borcluya təqdim edilmişdir. Həmçinin iş materiallarında olan 16.09.2019-cu il tarixli sms xəbərdarlıqdan görünür ki, kreditin restrukturizasiya olunması üçün kreditora müraciət etməsi cavabdeh borcluya təklif olunmuşdur. 4. 21.08.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 8220,23 ABŞ dolları məbləğində əsas borcu vardır. 5. "xxxx" MMC-nin 223 nömrəli, 24.03.2021-ci il tarixli ekspert rəyindən görünür ki, xxx küçəsi, bina 4-də yerləşən Cavabdeh1 məxsus 12 nömrəli mənzilin bazar dəyəri 28500 manat, bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 23751 manat müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" bank olmayan kredit t əşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, FX, Cavabdeh3, X3 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair ilk iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, X, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 8220,23 ABŞ dolları əsas borcun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manatın, iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh1 məxsus olan xxx küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilin ilkin satış qiyməti 26000 manat müəyyən edilməklə açıq hərracda satılması, xxx küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m y aşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilin hərrac keçirildikdən bir ay sonra boşaldılması və Cavabdeh1, X, X2 həmin mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki,, iddiaçı ilə Cavabdeh1 arasında 07 noyabr 2013-cü il tarixində AZBA-00008393 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilə əsasında Cavabdeh1 illik 16 faizlə 60 ay müddətinə 16600 ABŞ dolları kredit verilmiş və 60 ay ərzində aylıq 405 ABŞ dollarının ödənilməsi müəyyən edilmişdir. Bu müqavilədən irəli gələn kredit öhdəliklərinin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan xxx küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarə t 2 otaqlı 12 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan 12 noyabr 2013-cü il tarixli AZBA-008393 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Eyni zamanda 07 noyabr 2013-cü il tarixdə X və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Borclu Cavabdeh1 kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuşdur. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 26 fevral 2020-ci il tarixədək 8220,23 ABŞ dolları əsas kredit borcu yaranmış və ödənilməmişdir. İddiaçı hazırda həmin məbləğin tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.
8. Bundan əlavə, iddiaçı qarşılıqlı idd ia tələbinə münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı və onun əsasında hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarına əsasən kreditin restrukturizasiya olunması barədə cavabdeh borcluya bildiriş və sms xəbərdarlıq göndərmiş, lakin cavabdeh borclu Qaydalarda müəyyən edilmiş vaxt ərzində restrukturizasiya ilə bağlı banka müraciət etməmişdir, restrukturizasiya üçün müəyyən edilmiş müddət bitdiyindən hazırda borcun restrukturizasiya olunması qeyri-mümkündür.
9. Cavabdeh1 "xxxx" bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kompensasiyanın ödənilməsi və qalıq borcun restrukturizasiya edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, onun 8220,23 ABŞ dolları borcunun 3716,42 ABŞ dollarının kompensasiya edilərək qalıq borcun beş il müddətinə restrukturizasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" bank olmayan kredit təşkilatı MMC ilə aralarında bağlanmış AZBA-00008393 saylı 07.11.2013- cü il tarixli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16 faiz olmaqla 60 ay müddətinə aylıq ödəniş 405 ABŞ dolları olmaqla 16 600 ABŞ dolları kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi mülkiyyətində olan xxx küçəsi 4 nömrəli binada yerləşən 40.88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12.8 kv.m yardımçı sahədən ibarət olan 2 otaqlı, 12 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan 12.11.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Eyni zamanda digər cavabdehlər X və Cavabdeh3 ilə zaminlik müqavilələri imzalanmışdır. İlk iddia üzrə iddiaçı təşkilat “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı və onun əsasında hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kredi tlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarına əsasən kreditin restrukturizasiya olunması barədə ona bildiriş və sms xəbərdarlıq göndərildiyini bildirsə də, onun qeyd olunan bildirişdən məlumatı olmamışdır. Ona görə də kredit borcunun azaldılmasını və qalıq borcunun restrukturizasiya edilməsini tələb edir. Belə ki, uşağı xəstədir, maddi imkanı ağırdır, lakin borc azaldılarsa ödəyə bilər.
11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-73/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, X, Cavabdeh3 müştərək qaydada 8.220,23 ABŞ dolları məbləğində əsa s borcun (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla), iddia ərizəsinə görə 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus, xxxx küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış (likvid) qiymətinin 23.751 manat müəyyən edilməklə açıq hərracda satılması və tutulmalı məbləğ həmin mənzilin açıq hərracda satışından əldə olunacaq vəsait hesabına iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə ödənilməsi, xxx küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 (bir) ay sonra cavabdehlər Cavabdeh1, X, X4 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinə görə iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı MMC-dən 150 manat, cavabdehlər Cavabdeh1, X, Cavabdeh3, X1 müştərək qaydada 150 manat məbləğində pulun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabd eh borclu müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də əsas borcun tutulması tələbi əsaslı hesab olunmalıdır.
13. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminlərə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə də əsaslıdır.
14. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar.
15. Məhkəmə, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzil satıldıqdan bir ay sonra ipoteka qoyanın və ailə üzvlərinin çıxarılmaqla mənzilin boşaldılması ilə bağlı iddia tələblərini araşdıraraq müəyyən etmişdir ki, həmin tələblər ilkin satış (likvid) qiyməti kimi ekspert rəyi ilə müəyyən edilmiş məbləğ əsas götürülərək qismən təmin edilməlidir.
16. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “İpoteka haqqında” Azərbayca n Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 06.08.2020-ci il tarixli Qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
17. Məhkəmə iclasında qarşılıqlı iddia tələbi ilə bağlı müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçı təşkilat “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı və onun əsasında hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsin də manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarına əsasən cavabdeh borcluya kreditin restrukturizasiya olunması barədə bildiriş və sms xəbərdarlıq göndərmiş, yol qaiməsinə əsasən həmin bildiriş borcluya təqdim edilmiş, lakin Cavabdeh1 bununla bağlı qanunvericiliklə müəyyən edilmiş vaxt ərzində kreditora müraciət etməmişdir, ona görə də qarşılıqlı iddia tələbi əsassız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə he sablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.9-cu bəndinə əsasən, kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Həmin Qaydanın 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 385.1, 439.2, 442, 448.1, 472.1, 472.2, 739, “İpoteka haqqında” Qanunun 33, 34.1, 39.1, 39.3, 59.3-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 115.0.1, 119.1, 217.4-cü maddələrinə istinadla əs aslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8610/2021 nömrəli iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.İbayev) cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər X, Cavabdeh3 və X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-73/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etm iş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olmaqla, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur.
22. Bununla yanaşı kollegiya qeyd etmişdir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 kreditin restrukturizasiya olunması barədə bildiriş və sms xəbərdarlıq göndərmiş, yol qaiməsinə əsasən həmin bildiriş borcluya təqdim edilmiş, lakin Cavabdeh1 bununla bağlı qanunvericiliklə müəyyən edilmiş vaxt ərzində kreditora müraciət etməmişdir.
23. Bundan başqa məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətinin ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilin ilkin qiymətləndirmə rəyi ilə sonuncu qiymətləndirmə rəyləri arasında xeyli miqdarda fərq müəyyən edilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, müstəqil qiymətləndirici tərəfindən mübahisələndirilən ipoteka predmetlərinin dəyəri alqısatqı və ipoteka müqaviləsində göstərilən tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyən edilmiş dəyərindən yüksək qiymətləndirilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətində ipoteka predmetinin ilkin qiymətləndirmə rəyi ilə sonuncu qiymətləndirmə rəyləri arasında xeyli miqdarda fərq müəyyən edilməsi ilə bağlı göstərdikləri dəlilləri əsasızdır. Belə ki, cavabdeh, Cavabdeh1 qiymətini mübahisələndirdiyi ipoteka predmetinin məhkəmə qətnaməsində müəyyən edilmiş satış qiymətindən daha yüksək qiymətdə olmasını təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.
24. Həmçinin məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətinin 8.220,23 ABŞ dolları borcun əsassız şişirdilməsi, "xxxx" BOKT MMC-nin iddia ərizəsində faiz və cərimə borclarınında əsas borc kimi göstərdiyini və işə baxan məhkəmənin bunu araşdırmadan faiz və cərimə borclarınıda əsas borc kimi ondan tələb etməsi barədə dəlilinə münasibət qeyd etmişdir ki, Cavabdeh1 bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə kоllegiyası hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının ke çirilməsinə zərurət yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdehlər kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olu nmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
29. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurət indən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdehlər apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
32. Girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. (maddə 269.1)
33. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. (maddə 269.4)
34. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. (maddə 295)
35. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (maddə 319.1)
36. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq m əbləğ borcluya qaytarılmalıdır. (maddə 319.6)
37. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
38. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
39. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yet irilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)
40. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
41. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
42. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 44 8.1)
43. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. (maddə 462.1)
44. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
45. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2) “İpoteka haqqında” Qanun
46. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33)
47. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)
48. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)
49. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər (maddə 41.1 ).
50. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdükdə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (maddə 59.3) Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində mana tla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydası
51. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. (6.9-cu bənd)
52. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. (6.16-cı bənd) Mülki Prossesual Məcəllə
53. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
54. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
55. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
56. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
57. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. (maddə 416)
58. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsd iq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8610/2021 nömrəli iş üzrə 21 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.